Məhkəmə qərarları › İş №2(107)-912/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-912/2024

30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-912/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh(bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bankın müştərisi olan X4 məxsus müştəri kodu (CMS İD) texniki səhvliklə Bankın digər müştərisi olan Cavabdeh (hazırki iş üzrə cavabdeh) məxsus müştəri kodu ilə eyniləşmişdir. Cavabdeh özünə məxsus “Birbank” mobil tətbiqindən istifadə edərkən X4 məxsus kart məlumatları onun mobil tətbiqində əks olunmuş və o, həmin hesabdakı vəsaiti mobil tətbiq üzərindən özünə məxsus hesaba köçürmüşdür. 27 və 28 aprel 2021-ci il tarixlərində X2 hesabından 4000 manat (hər dəfə 2000 manat olmaqla) vəsait cavabdeh tərəfindən özünə məxsus kart hesabına köçürülmüş, hər əməliyyata görə Nəzakət Həsənovanın kartından əlavə olaraq 10 manat olmaqla, cəmi 20 manat xidmət haqqı kimi tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bank hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 4020 manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 552, manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,12 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bankın müştərisi olan X4 məxsus müştəri kodu texniki səhvliklə Bankın digər müştərisi olan Cavabdeh (hazırki iş üzrə cavabdeh) məxsus müştəri kodu ilə eyniləşmişdir. Cavabdeh özünə məxsus “Birbank” mobil tətbiqindən istifadə edərkən X4 məxsus kart məlumatları onun mobil tətbiqində əks olunmuş və o, həmin hesabdakı vəsaiti mobil tətbiq üzərindən özünə məxsus hesaba köçürmüşdür. Belə ki, 27 və 28 aprel 2021-ci il tarixlərində X2 hesabından 4000 manat (hər dəfə 2000 manat olmaqla) vəsait cavabdeh tərəfindən özünə məxsus kart hesabına köçürülmüş, hər əməliyyata görə Nəzakət Həsənovanın kartından əlavə olaraq 10 manat olmaqla, cəmi 20 manat xidmət haqqı kimi tutulmuşdur. Bununla bağlı Bank tərəfindən məsələ cavabdehə izah olunaraq pulun Nəzakət Həsənovanın hesabına qaytarılması ilə bağlı müraciət olunsa da, cavabdeh vəsaitin qaytarılmasına imtina etmişdir. X1 dəymiş zərər bankın texniki səhvi nəticəsində olduğundan və müştəri məmnuniyyətini nəzərə alaraq 4020 manat vəsait xx.xx.2021-ci il tarixdə bank tərəfindən X3 hesabına qaytarılmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mərkəzi X9 qərarı ilə xx.xx.2022-ci il tarixindən uçot dərəcəsi 8,25% miqdarında müəyyən edilmişdir. Bank tərəfindən vəsait 28 may 2021ci ildə qaytarıldığından cavabdeh əldən çıxmış fayda kimi faizləri də iddiaçıya ödəməlidir. Bankın qeyd olunan vəsaitdən məhrum olmasından 20 ay müddət keçməsini nəzərə alaraq bu müddətə hesablanacaq faiz məbləği 552,75 manat təşkil edir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 15/2024 nömrəli iş üzrə qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 4020 manat məbləğində pul vəsaiti, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 552,75 manat faizlər olmaqla cəmi 4572,75 manatın və 66,12 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh X3 mülkiyyətində olan 4020 manat vəsaitdən buna hər hansı hüquqi əsası olmadan istifadə etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsi ilə 1092-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, cavabdehin əldə etdiyi pul, onun öz mülkiyyətində olmayan və iddiaçının mülkiyyətində olan pul vəsaiti olmuşdur. Ona görə də, 4020 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bank uçot dərəcəsi ilə hesablanmış 552,75 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericilik özgəsinin pul vəsaitini qanunsuz saxlamış və əldə etmiş şəxslərdən faizlərin tutulması imkanını nəzərdə tutur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 449.1, 1091.1, 1091.2, 1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf olan cavabdehin iclasda bilavasitə iclas barədə xəbərdar olmaması səbəbindən iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız borcun hansı əsaslarla tələb edilməsinə heç bir əhəmiyyət verməmiş, MPM-nin iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan, ümumi məlum normalarının şərhini vermişdir. İddiaçı tərəfindən cavabdehə istifadəyə verilmiş bank kartına heç bir tələb və xahiş olmadan vəsait köçürülmüşdür. Cavabdeh vəsaitlə bağlı dərhal iddiaçı Banka məxsus operatorla əlaqə saxlayıb məlumat versə də, Bank cavabdehə köçürülən vəsaitlə bağlı problem olmadığını bildirmişdir. Sonradan cavabdehə məxsus mobil telefona zəng gəlmiş, xəstəliklə əlaqədar olaraq kredit yolu ilə əldə edilmiş vəsaitin səhv olaraq cavabdehin kartına köçürülməsi bildirilmişdir. Zəng edən şəxs xahiş etmişdir ki, həmin məbləği onların kartına göndərsin. Cavabdeh də həmin vəsaitin xəstəliklə əlaqədar olaraq kredit yolu ilə əldə edilməsi barədə məlumat aldığı üçün tərəddüd etmədən həmin vəsaiti zəng edən şəxsin göndərdiyi karta mədaxil etmişdir. Bununla bağlı iddiaçının məlumat bazasında da qeydlər vardır və iddiaçı Bankın dəvəti əsasında cavabdehin yazdığı izahatdakı məlumatlar iddiaçının sitemindəki məlumatlarla eynilik təşkil etdiyindən dəqiqləşdirilmiş və Bankın cavabdehə qarşı heç bir tələbi olmadığı vurğulanmışdır. Bundan sonra cavabdeh müvafiq polis şöbəsində də zəruri izahat verərək həmin məbləğin köçürülməsini təşkil edən çıxarışı da Bankdan alaraq təqdim etmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bütün bunları bildiyi halda iddiaçının əsassız və qanunsuz tələbini əsaslı hesab edərək təmin etmiş, iddiaçının təqsiri ucbatından itirdiyi vəsaiti cavabdehin ödəməyi ilə bağlı absurd əsassız qətnamə qəbul etmişdir. Cavabdeh heç bir vəsait almadığı halda əsassız varlanma kimi xüsusatın üzərinə yüklənməsi hüquqlarının qərəzli məhdudlaşdırılması və pozulmasına dəlalət edir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarına və tərəflərin bildirdiklərinə əsasən işin mübahisələndirilməyən halı kimi müəyyən edilir ki, Bankın müştərisi olan X4 məxsus müştəri kodu texniki səhvliklə Bankın digər müştərisi olan Cavabdeh (hazırki iş üzrə cavabdeh) məxsus müştəri kodu ilə eyniləşmişdir. Cavabdeh özünə məxsus “Birbank” mobil tətbiqindən istifadə edərkən X4 məxsus kart məlumatları onun mobil tətbiqində əks olunmuş və cavabdeh həmin hesabdakı 4000 manat (hər dəfə 2000 manat olmaqla) vəsaiti mobil tətbiq üzərindən özünə məxsus hesaba köçürmüşdür. Hər əməliyyata görə Nəzakət Həsənovanın kartından əlavə olaraq 10 manat olmaqla, cəmi 20 manat xidmət haqqı kimi tutulmuşdur. Cavabdeh işin mübahiələndirilməyən halları kimi qeyd olunananları etiraf etsə də, iddia tələbinə etirazını onunla əsaslandırır ki, o, səhvən kartına köçürmüş olduğu məbləğdən özü istafədə etməmiş və həmin vəsaiti tanımadığı başqa şəxsə göndərmişdir. O, həmin pul vəsaitindən faydalanmadığına görə həmin vəsaitin ondan tutulması qanunsuzdur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Göründüyü kimi cavabdeh qanuni və ya müqavilə hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Ona görə də, iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə iddia tələbinin dəlilləri əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb – qanunsuz saxlanılmış pul vəsaitinə bank uçot dərəcəsinə uyğun hesablanmış faiz borcunun tutulması barədədir. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı faiz borcunun tutulması tələbini Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il taxili Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə qeyd edir ki, 4020 manat pul vəsitinin qaytarılması tələbinin əsasını müqavilə üzrə pul öhdəliyi deyil, əsassız varlanma təşkil etdiyindən Bankın faydalanmağa görə cavabdehdən faiz borcunu tələb etməsinin hüquqi əsası yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, tələb olunan faiz borcunun tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası 4020 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı, pulun qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 552,75 manat faiz borcunun tutulması hissəsində isə əsassızdır. Rayon Məhkəməsi 4020 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı iş üzrə düzgün nəticəyə gəlsə də, pulun qaytarılmasının gecikdirilməsinə görə hesablanmış faiz borcunun tutulması hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Qətnamənin qismən ləğv, iddianın isə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 552,75 manat faiz borcunun tutulması hissəində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, iddiaçı hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024ci il tarixli qətnamə qismən, Cavabdeh bank uçot dərəcəsi üzrə hesablanmış 552,75 manat faiz borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar