Məhkəmə qərarları › İş №2(107)-915/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-915/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-915/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “dəymiş maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (şikayətin geri qaytarılması-elektron verilməyib) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “dəymiş maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 22320 manat məbləğində dəymiş maddi ziyanın, 10000 manat məbləğində dəymiş mənəvi ziyanın, 57838,56 manat məbləğində ələdən çıxmış faydanın və dövlət rüsumu kimi ödənilmiş 361 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev ) 16 may 2022-ci il tarixli 2 (075)- 1272/2022 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 şikayət vermişlər. Şəki Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2 (075)-1272/2022 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması haqqında Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2 (075)-1272/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra 17 iyun 2022-ci il tarixdə İddiaçı1 Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(075)-1272/2022 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2 (075)-1272/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə «dəymiş maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizələrini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişlər. Məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, Şəki Rayon Məhkəməsi respublikada “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Buna görə də ərizə məhkəməyə kağız daşıyıcı formasında deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə verilməlidir. Bütün bunlara görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüquqları izah edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 151.1, 152.1.1 və 152.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2 (075)-1272/2022 saylı qərardadını qanunsuz və əsassız hesab edirlər. Belə ki, prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi məhkəməyə iddia ərizəsinin kağız daşıyıcıda verilə bilməsi ilə bağlı qanunverici qadağa qoymamışdır. Əbəs yerə MPM-nin 150.1.1-ci maddəsində mötərizə içərisində "iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla" qeyd edilməmişdir. Eyni zamanda MPM-in 152-ci maddəsində mülki mübahisələr üzrə iddia ərizəsinin deyil, yalnız kommersiya mübahisələri üzrə iddia ərizəsinin bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılması nəzərdə tutulmuşdur. Əks yanaşma isə vətəndaşların məhkəmə əlçatanlığı, məhkəməyə müraciət etmək hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhz buna görə də respublikanın bütün məhkəmələrində iddia ərizələri həm elektron formada, həm də kağız daşıyıcıda qəbul edilir. Bundan başqa qaldırdıqları iddia üzrə cavabdehlərdən biri Cavabdeh2dir. İddia ərizəsinin elektron kabinet vasitəsi ilə göndərilməsi üçün MPM-nin 149.2.2-ci maddəsinə uyğun olaraq Notariat Ofisinin VÖEN-ni barədə məlumatları qeyd etmək lazımdır. Lakin bu məlumatları onlar heç cür əldə edə bilmirlər. Hətta iddia ərizəsini dəftərxanaya təqdim edərkən dəftərxana işçisi də bu məlumatı axtarsa da tapa bilmədi. Onda belə çıxır ki, onların məhkəməyə müraciət etmələri mümkün deyildir. Göründüyü kimi qərardad qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, məhkəməyə müraciət, məhkəmə əlçatanlığı, hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən onlar məhkəməyə müraciət etmək hüquqlarınıdan əsassız və qanunsuz olaraq məhrum edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququndan məhrum edilmişlər. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 10-1.3 və 10-1.5-ci maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(075)-1272/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il arixli, 2(075)- 1272/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «dəymiş maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizələrini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yox, kağız daşıyıcı vasitəsilə məhkəməyə göndərmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 10-1.3 və 10-1.5-ci maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Şəki Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, Bayramova (Məmmədova) Qəşəng Nəriman qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı «dəymiş maddi və mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizələrinin geri qaytarılmasına dair Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı qəbul edilərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il arixli, 2(075)-1272/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 may 2022-ci il arixli, 2(075)-1272/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar