Məhkəmə qərarları › İş №2(107)-923/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-923/2020

19.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-923/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və Rzayeva (Hüseynova) Aygün Yaşar qızının nümayəndəsi İddiaçı2, İddiaçı1 vəkili X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 cavabdehlər Demirçi (Əziz) Qafar Aydın oğlu, Xəlı̇ lov Xəlı̇ l Məmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18, «xxxx» MMC və Cavabdeh8 qarşı «müqavilənin etibarsızlığı və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-76/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 qız və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx- 4520597.83, 8797***-*******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X16 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı torpağa mülkiyyət haqqına dair dövlət aktı sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-76/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı1, İddiaçı4, Rzayeva (Hüseynova) Aygün Yaşar qızı və İddiaçı2 Demirçi (Əziz) Qafar Aydın oğlu, Xəlı̇ lov Xəlı̇ l Məmməd oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5na, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18, «xxxx» MMC və Cavabdeh8 qarşı Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx-4521020.96, 87981xx.xx- 4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X16 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı torpağa mülkiyyət haqqına dair dövlət aktı sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi tələbinə dair iddialarının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 qız və İddiaçı2 apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını apelyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. İşin halları: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Şəki rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Cavabdeh8 ilə onların birgə mülkiyyətinə 13.76 ha pay torpaq sahəsi verilmiş və adlarına JN:333 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı1 ilə Cavabdeh8 arasında olan nikah 1999-cu ildə pozulmuş, birgə nikahdan doğulmuş üç azyaşlı uşaq (hazırkı iddiaçılar) İddiaçı1 yanında qalmışlar. JN:333 nömrəli Dövlət Aktı 1999-cu il tarixdə ailə başçısı Cavabdeh8 verilmişdir. Bu barədə Dövlət Aktının birinci səhifəsində qeydiyyat aparılmışdır. İki il əvvəl onlara məlum olmuşdur ki, Cavabdeh8 xx xxxx 2005-ci ildə digər cavabdeh Demirçi (Əziz) Qafar Aydın oğlu ilə Şəki rayon 2 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 5 nəfərin, o cümlədən onların birgə mülkiyyətlərində olan torpaq sahəsini satmışdır. Sonradan məlum olmuşdur ki, bu qanunsuz alqı-satqı müqaviləsi Demirçi (Əziz) Qafar Aydın oğlu ilə bağlansa da, torpağın faktiki istifadəçisi və alıcısı Cavabdeh2 olmuş, torpağa görə pulu Qafar Demirçi (Əziz) deyil, Cavabdeh2 ödəmişdir. Alqı-satqı müqavilasindəki alıcı kimi adı yazılmış Qafar Demirçi (Əziz)in qarşısındakı imza onun həqiqi imzasından kəskin fərqlənir. Cavabdeh8 sözlərinə görə, o, Demirçi (Əziz) Qafar Aydın oğlunu tanımamış, torpaq sahəsini satarkən Cavabdeh2 adamları ilə razılığa gəlmişdir. Həmin vaxt işdə maraqlı olan Cavabdeh2 qanunsuz bağlanmış alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsinə dair Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli, xx xxx 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı hazırlayıb öz imzası ilə təsdiq etmişdir. Cavabdeh2 dövlət aktını tərtib edərkən həmin aktın əsasını təşkil edən alqı-satqı müqaviləsinin qanunsuz olduğunu açıq-aydın görmüş olsa da təsdiqləmişdir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası pozulmuşdur. Bu qeydin qanunsuz (qeyri-dəqiq) olduğunu həmin torpaq sahəsini sonda əldə etmiş Cavabdeh2 lap əvvəldən bilmiş və hətta bunu özü təşkil etmişdir. Ona görə də hesab edirlər ki, bundan sonra mübahisəli torpaq barədə hansı əməliyyatların baş verməsindən asılı olmayaraq Cavabdeh2 həmin torpaq sahəsini sonradan əldə etmiş şəxs olaraq vicdanlı əldə edən kimi tanına bilməz. Demirçi (Əziz) Qafar Aydın oğlunun adına JN:0459 nömrəli dövlət aktı verildikdən iki il sonra, yəni xx xxxxxx 2008-ci il tarixdə mübahisəli torpaq sahəsi Cavabdeh2 da daxil olmaqla bir vahid müqavilə əsasında 3 nəfərə satılmışdır. Belə ki, alıcılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satıcı Demirçi (Əziz) Qafar Aydın oğlundan JN:0459 saylı dövlət aktında göstərilən torpaq sahələrini almışlar. Müqaviləyə diqqət yetirdikdə oradakı imzanın Cavabdeh8la bağlanmış müqavilədəki imza ilə kəskin fərqləndiyi açıq-aydın görünür. Notarius bilərəkdən ciddi nöqsana yol vermiş, Demirçi (Əziz) Qafar Aydın oğlunun iştirakı olmadan müqaviləni təsdiqləmişdir. Daha sonra Cavabdeh2 həmin torpağa dair xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, onların həmin alqı-satqı müqaviləsindən 2005-ci ildə deyil, iki il bundan əvvəl, yəni 2016-cı il tarixdə ailəyə sosial müavinət almaq üçün sənədləri toplayarkən xəbərləri olmuşdur. Həmin torpaq sahəsi üçün dövlət tərəfindən subsidiya almasalar da torpağın mülkiyyətlərində olduğunu təxmin etdiklərindən onlar bununla ciddi maraqlanmamışlar. Hesab etmişlər ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətlərində olduğundan alına, satıla və bağışlana bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, satılmış torpaq sahəsindən nə anasının, nə də ki, onların xəbəri olmuşdur. Atası Cavabdeh8 həmin torpaq sahəsini onların xəbəri olmadan satmışdır. Həmin vaxt o yetkinlik yaşına çatmamışdır. Bu barədə sosial müavinət hazırlayarkən xəbərləri olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili X7 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən maddi və prosessual normalarını düzgün təfsir etməmişdir. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı tələblərə ümumi iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir. Bundan əlavə mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 2005-ci ildə rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı tərəf bundan xeyli illər sonra xəbərdar olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib prosesdə iştirak edən iddiaçının izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-76/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: JN-333 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. xx xxxx 2005-ci il tarixli, 4Ə-248 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 onlara məxsus 13.76 ha torpaq sahəsini «alıcı» X12 həmin dövrün naminalı üzrə 14000000 (on dörd milyon) manata satmışlar. xx xxx 2006-cı il tarixli, JN-459 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Notariat Kontorunun ....4Ə-248..... saylı qərarları ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində ünvan 1 mənzil 17 ünvanında yaşayan X5 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 354.58 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcı» X16 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını «alıcı» Cavabdeh2 31200 manata, 190.58 hektarını «alıcı» Cavabdeh4 76800 manata və 86 hektarını «alıcı» Cavabdeh3 33832 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********31 reyestr, ********** qeydiyyat, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli, 12 nömrəli boşanma akt qeydindən görünür ki, Cavabdeh8 və İddiaçı1 arasında bağlanmış nikah xx xxxxxx 1997-ci il tarixdə məhkəmə qərarı ilə pozulmuşdur. Şəki şəhər İHB-nin Turan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, həqiqətən Şəki rayonu Turan qəsəbə sakini Cavabdeh8 özünə və ailəsinə məxsus pay torpaq sahələrini 2006-cı il tarixdə Bakı şəhəri 28 May küçəsi, bina 11, mənzil 17-də qeydiyyatda olan X2. 2006-cı ildən xx xxxxxx 2020-ci il tarixə qədər Cavabdeh8 özü və ya ailəsi tərəfindən əkilmiş torpağa görə subsidiyanın alınması üçün heç bir müraciətləri olmamışdır. xx xxxxxx 2008ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri 28 May küçəsi, bina 11, mənzil 17-də qeydiyyatda olan X16 özünə məxsus (Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı JN:0459, kod 40401027, xx xxx 2006-cı il) 354.58 ha torpaq sahəsindən 78 ha hissəsini Şəki rayonu Qaratorpaq kəndində qeydiyyatda olan Cavabdeh2 satmışdır. 2008ci il tarixdən 2019-cu il tarixə qədər həmin sözügedən torpaq sahəsi (Cavabdeh8 özü və ya ailəsinə məxsus torpaq sahəsi) Cavabdeh2 istifadəsində olmuş, dövlət tərəfindən verilən torpağa görə subsidiya torpağı əkib becərmiş Cavabdeh2 ödənilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş; JN-333 nömrəli (kod 40401027) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. xx xxxx 2005-ci il tarixli, 4Ə-248 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcılar» Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 onlara məxsus 13.76 ha torpaq sahəsini «alıcı» X12 həmin dövrün naminalı üzrə 14000000 (on dörd milyon) manata satmışlar. xx xxx 2006-cı il tarixli, JN-459 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Notariat Kontorunun ....4Ə-248..... saylı qərarları ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində ünvan 1 mənzil 17 ünvanında yaşayan X5 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 354.58 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, «satıcı» X16 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını «alıcı» Cavabdeh2 31200 manata, 190.58 hektarını «alıcı» Cavabdeh4 76800 manata və 86 hektarını «alıcı» Cavabdeh3 33832 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş **********31 reyestr, ********** qeydiyyat, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəki rayonu X6 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13.76 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-333 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh8 Mövlənverdi oğlu, İddiaçı1, Hüseynov Möylənverdi Yaşar oğlu, X9 və İddiaçı2 xx xxxx 2005-ci il tarixdə onlara məxsus 13.76 ha torpaq sahəsini X3. xx xxx 2006-cı il tarixdə X11 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN-459 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. xx xxxxxx 2008-ci il tarixdə X16 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh2, 190.58 hektarını Cavabdeh4 və 86 hektarını Cavabdeh3 satmışdır. Şəki rayonu Turan qəsəbəsində yerləşən 12.96 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx xxxxxx 2018-ci il tarixdə, **********31 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar Cavabdeh8 ilə Demirçi (Əziz) Qafar Aydın oğlu arasında bağlanmış 13.76 ha torpaq sahəsinin alqısatqısına dair xx xxxx 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ləğv edilmiş DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş və dövlət aktı qeydləri kitabında 030 nömrə ilə qeydiyyata alınmış xx xxx 2006-cı il tarixli, JN:0459 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının 87978xx.xx-4520597.83, 8797***-*******.06, 87977xx.xx- 4521020.96, 87981xx.xx-4520954.75 və 87979xx.xx-4520558.80 koordinatları daxilində olan 129601.89 kv.m. torpaq sahəsi hissəsində etibarsızlığının tanınması, satıcı X16 ilə alıcılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və JN:333 saylı torpağa mülkiyyət haqqına dair dövlət aktı sənədində göstərilmiş 13.76 ha torpaq sahəsinin 0.80 ha hissəsinə dair «xxxx» MMC-nin adına DƏDRX-də qeydiyyata alınması barədə mövcud sənədlərin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlərAzərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə kollegiyası qeyd edir ki, “kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İddiaçı apelyasiya şikayətində alqı-satqı müqaviləsinin bağlanmasından yalnız 2016-cı ildə xəbər tutmasını göstərsə də, işdə bu barədə heç bir mötəbər sübut yoxdur. Əksinə, 2005-ci il tarixdən, sonradan isə 2008-ci il tarixdən mübahisəli torpaq sahəsinin başqasının sahibliyində, istifadəsində olması mülki iş materialları ilə istisna olunmur və iddiaçının və onun sonradan yetkinlik yaşına çatmış uşaqlarının sonra bunu bilməməsi inandırıcı, ağlabatan görünmür və bütün bunlar iddiaçının hazırda mübahisələndirilən əqdin etibarsız sayılmasına əsas verən halları məhz 2016-cı ildə bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 əri, eləcə də yetikinlik yaşına çatmayan İddiaçı4, X10 və İddiaçı2 qanuni nümayəndəsi kimi ataları Cavabdeh8 mübahisəli torpaq sahəsini 14.000.000 manata (AZM) cavabdeh X1 və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi onların paylarına aid hissədə etibarsız sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıların payına münasibətdə alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına gəlincə isə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə digər cavadehlər Cavabdeh2 və qeyriləri mübahisəli 13.76 ha torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olar. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə münasibətdə digər cavabdehlər Cavabdeh2 və qeyrilərinin vicdanlı əldə edən olmasına diqqət yetirməsə də, mahiyyət etibarı ilə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdirlər. Mülki Məcəllənin 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan əldə edə vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Bu halda iddiaçı tərəf onların payını özgəninkiləşdirmiş atası Cavabdeh8 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla onlara dəymiş ziyanı tələb edə bilər. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 14 il, digər müqaviləyə münasibətdə isə 11 il sonra, yetikinlik yaşılarına çatdıqdan təxminən 10-12 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-76/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-76/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar