Məhkəmə qərarları › İş №2(107)-926/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-926/2022

26.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-926/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçının anası - X10 27 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır.

2. Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli 654 nömrəli arayışından məlum olur ki, iddiaçı qeyd olunan daşınmaz əmlaklardan bir qisminə (0,31 ha torpaq sahəsinə) - əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.

3. İddiaçı miras qalmış ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində anası X4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir.

4. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 18 saylı Zaqatala Ərazi İdarəsi) çöl-ölçmə işlərinə iş üzrə cavabdeh – qardaşı arvadı Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 21 oktyabr 2021-ci il tarixli, **********95 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

5. İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mərhum anası - X2 miras qalmış ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası - X10 27 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli 654 nömrəli arayışından da göründüyü kimi, iddiaçı qeyd olunan daşınmaz əmlaklardan bir qisminə (0,31 ha torpaq sahəsinə) - əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. O, miras qalmış ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində anası X4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxsə müraciət etmiş, lakin sonuncu çölölçmə işlərinə iş üzrə cavabdeh – qardaşı arvadı Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 21 oktyabr 2021-ci il tarixli, **********95 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir. O, cavabdehdən özünün mərhum anasından miras qalmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınması məqsədi ilə çöl-ölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq, sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Belə olan halda məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qayınıdır. Mübahisələndirilən ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qaynanası X2 miras qalmışdır. O, miras qalmış fərdi yaşayış evinə 1989-cu ildə gəlin kimi köçmüş və həmin vaxtdan evdən və fındıq bağından istifadə etmişdir. Həmin miras əmlakda onun əri Əhməd Mehdiyevin də payı vardır. Hazırda əri Rusiya Federasiyasında olduğundan o, üçüncü şəxsin nümayəndəlrinə ölçmə işlərinin aparılmasına icazə verməmişdir. İddiaçı mirası qəbul etməmişdir və miras əmlakla uzun müddətdir heç bir əlaqəsi olmamışdır. İddiaçı başqa ünvanda yaşayır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı mərhum anası - X2 miras qalmış ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması tələbinə dair iddiası rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı anasından miras qalmış, miras kütləsinə daxil olan əmlakı qəbul etməsi barədə ərizə ilə anasının vəfatından sonra qanunla müəyyən olunmuş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Bundan başqa, iddiaçı anasının vəfatından sonra mirası faktiki qəbul etməsi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. İddiaçının miras əmlakı faktiki olaraq, qanunla müəyyən edilmiş qaydada qəbul etməməklə, hazırkı iddia üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

11. İddiaçı nümayəndəsi və vəkili Şərifov X13 Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı anası - X10 27 oktyabr 2002-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli, 654 nömrəli arayışından da göründüyü kimi, iddiaçı qeyd olunan daşınmaz əmlaklardan bir qismini (0,31 ha torpaq sahəsini) əmlaka sahiblik etmək və əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini nümayiş etdirmişdir.

13. İddiaçı anası - X2 miras qalmış Zaqatala rayonu, Höytala kəndində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində anası - X4 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxsə müraciət etmiş, lakin, sonuncu çöl-ölçəmə işlərinə iş üzrə cavabdeh - iddiaçının qardaşı arvadı Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

14. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Makov kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 oktyabr 2002-ci ildə vəfat etmişdir.

15. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 604 saylı arayışdan görünür ki, inzibati ərazi dairəsinin 10 nömrəli təsərrüfatbaşına kitabın 175 saylı səhifəsində mərhum X4 adına 1981-ci ildə tikilmiş 2 mərtəbəli 6 otaqlı 142 m2 ümumi, 142 yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır.

16. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 654 saylı arayışından görünür ki, İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 1985-ci ildən 2020-ci ilə kimi özü istifadə etmişdir.

17. Göründüyü kimi, İddiaçı miras əmlakı qəbul etmişdir. Lakin, Zaqatala Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmamışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 442517 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə X4 mülkiyyətinə ünvan 1ində yerləşən 5998 m2 kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.

30. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 21 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının mərhum X7 məxsus ünvan 1i ünvanda yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********, **********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunmuşdur.

31. İş materiallarında olan Zaqatala RİHB-ın Makov kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 oktyabr 2002-ci ildə vəfat etmişdir.

32. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 36 saylı arxiv arayışından görünür ki, mərhum X4 1996-2000-ci illərdə ailə tərkibi - oğlu X11, gəlini Cavabdeh, nəvəsi X9 və nəvəsi X3 ibarət olmuşdur. Təsərrüfatı ev 142 m2, o cümlədən yaşayış sahəsi 91 m2, cəmi torpaq 0,20 ha. Əsas fond 91, səh 2, s/v 120.

33. İş materiallarında olan Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 604 saylı arayışdan görünür ki, inzibati ərazi dairəsinin 10 nömrəli təsərrüfatbaşına kitabın 175 saylı səhifəsində mərhum X4 adına 1981-ci ildə tikilmiş 2 mərtəbəli 6 otaqlı 142 m2 ümumi, 142 yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır.

34. İş materiallarında olan JN-063F KOD 40212048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarı ilə X11, X10, Cavabdeh, X9 və X5 adına 0,94 ha torpaq sahəsi verilmişdir.

35. İş materiallarında olan Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 654 saylı arayışından görünür ki, İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 1985-ci ildən 2020-ci ilə kimi özü istifadə etmişdir.

36. İş materiallarında olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1962ci ildə doğulmuşdur. X1 və X8r.

37. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı anasından miras qalmış, miras kütləsinə daxil olan əmlakı qəbul etməsi barədə ərizə ilə anasının vəfatından sonra qanunla müəyyən olunmuş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Bundan başqa, iddiaçı anasının vəfatından sonra mirası faktiki qəbul etməsi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir.

38. İddiaçı iddia tələbini əsaslandırarkən, Zaqatala Rayon İcra Hakimiyyəti Maqov Kənd İnzibati Ərazi Dairəsinin 11 noyabr 2021-ci il tarixli 654 nömrəli arayışına istinad etsə də, həmin arayış iddianın təmin edilməsi üçün əsas deyil. İddiaçı miras əmlakı faktiki olaraq, qanunla müəyyən edilmiş qaydada qəbul etməməklə, hazırkı iddia üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. ....

39. Eyni zamanda məhkəmə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasını onunla izah edir ki, iddiaçı miras əmlakı faktiki qəbul etməsini təsdiq edən hər-hansı məkəmə qətnaməsini və ya iddiaçının vərəsə kimi qeyd olunmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini iddia ərizəsinə əlavə etməmişdir.

40. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

41. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı mərhum anasından miras qalmış, ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik qaydada hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin iddiaçının anasından miras qalmış daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydiyyata alınmamışdır.

42. Bu halda iddiaçı qeyd olunan evin miras əmlak kimi bölünməsinə nail olmaq üçün həmin evin miras qoyana məxsus olması haqqında DƏDRX-nin arayışını alıb notariat kontoruna təqdim etməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

43. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

44. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olması onun miras qoyanın vərəsəsi olub-olmamasının araşdırılması ilə məhdudlaşdırılmalı, onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən olunması hazırki iddianın predmetini təşkil etməməlidir.

45. Bu baxımdan iş materialları ilə müəyyən edilir ki, iddiaçı miras qoyan X4 birinci növbədə vərəsəsidir.

46. Digər tərəfdən, işdə olan Zaqatala RİHB-nin Maqov kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla İddiaçı mərhum anasına məxsus sərhəd daxilində olan 0,31 ha torpaq sahəsində olan fındıq bağından 2020-ci ilə kimi istifadə etdiyi təsdiq edilir. Eyni zamanda işdə olan Zaqatala rayon 2 saylı notariat ofisinin xücusu notariusu Gözəl İsgəndərovanın 27 sentyabr 2021-ci il tarixli 1048 saylı məktubundan görünür ki, İddiaçı (vərəsə) müraciəti və təqdim etdiyi sənədlər əsasında 27 oktyabr 2002-ci il tarixdə ölmüş X4 adına vərəsəlik işi açılmışdır. .... qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər.

47. Göründüyü kimi, Cavabdeh tərəfindən 27 oktyabr 2002-ci il tarixdə ölmüş X4 mülkiyyətinə olan, lakin üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməmiş ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Yuxarıda şərh edilən normaların məzmununa əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneələr aradan qaldırılmalıdır.

48. İddianın hüquqi əsasları ilə bağlı həm də qeyd olunmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (Mülki Məcəllənin 560.1-ci maddəsi).

49. Hazırkı vəziyyətdə cavabdehin DƏDRX-nin əməkdaşlarına zəruri ölçü işlərinin aparmasına maneə törətməsi, Mülki Məcəllənin 560.1-ci maddəsinin təsiri altına düşür və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə işə baxmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

50. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

51. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

53. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir (MPM-in 119.1-ci maddəsi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(033)-252/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh mərhum X2 miras qalmış ünvan 1ində yerləşən 0,5998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,94 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar