Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-93/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin yarısının cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Birgə nikah, əmlakda payın müəyyən edilməsi,) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(019)-371/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş BMW-528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına (ikidə bir) mütənasib sürətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin ekspertiza rəyinə əsasən qiymətləndirilmiş 9000 (doqquz min) manatının onun payına uyğun (1/2 (ikidə bir) hissəsini təşkil 4500 (dörd min beş yüz) manatının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, iddiaçıya qiymətləndiricinin müvafiq rəyi ilə həmin avtomaşının dəyərinin 9000 manat təşkil etməsi məhkəmə baxışı gedişində məlum olmuşdur. Bununla da iddiaçıya iddianın predmetinin dəyişilməsi üçün əsaslar məhkəmə baxışı gedişində məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı “cehiz əşyaları, qızılzinət və birgə nikah dövründə əldə edilmiş daşinar və daşınmaz əşyaların tələbinə dair” Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 134/2019 saylı 30 yanvar 2019- cü il tarixli qətnaməsinə əsasən, iddiası qismən təmin edilərək cehiz əşyaları, qızıl-zinət və birgə nikah dövründə əldə edilmiş digər əşyaların bölünməsi qət edilmişdir. Belə ki, onun Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin 1/2 (ikidə bir) hissəsinə pay hüququ məhkəmə qərarı ilə tanınmışdır. Lakin birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin naturada bölünməsi mümkün olmadığından avtomobilin real bazar dəyəri müəyyən edirək, onun payına düşən 1/2 (ikidə bir) hissəsini təşkil edən məbləğin ödənilməsi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(019)-371/2022 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin hazırki bazar dəyərini təşkil edən 9000 (doqquz min) manatının həmin avtomobilin İddiaçı 1/2 hissə payına düşən 4500 (dörd min beş yüz ) manatının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi, avtomobilin qiymətləndirilməsi ilə bağlı iş üzrə 200 manat qiymətləndirmə xərcinin Cavabdeh alınaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu cİ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə VÖENi:********** İcraçının hesablaşma hesabı:H\h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.VV.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 580 nömrə ilə nikah bağlanmış, həmin nikah Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsait hesabına 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobil əldə etmiş və həmin avtomobil xx.xx.2017-ci il tarixdə verilmiş AC 965352 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxılaraq ilk iddianın qismən təmin edilməsi, 1293 manat dəyərində “Meqa” firmasının 9 ədəd yastıqlı künc divan dəsti, 700 manat dəyərində «Stol Porto» firmasının 6 ədəd stul dəsti, 170 manat dəyərində kamod, 250 manat dəyərində “İnci firması"sının 2 qapılı kamodu, 1620 manat dəyərində «inci» yataq dəsti (2 ədəd tumba, 1 ədəd dolab, kupe, çarpayı, termo, oturacaq), 120 manat dəyərində 6 ədəd rəngli xrustal bokal, 140 manat dəyərində 6 ədəd xrustal bokal Çexiya istehsalı, 25 manat dəyərində 2 ədəd qara suvenir qab, 150 manat dəyərində 2 ədəd qayıq formalı xrustal qab, 70 manat dəyərində 2 ədəd xrustal qəndqabı, 35 manat dəyərində 1 ədəd dairəvi meyvə qabı, 65 manat dəyərində 1 ədəd iki mərtəbli çərəz qabı, 30 manat dəyərində 6 ədəd ağ rəngli fincan dəsti, 25 manat dəyərində 6 ədəd ağ rəngli kofe dəsti, 500 manat dəyərində mando yemək dəsti, 50 manat dəyərində 2 ədəd rəngli güldan, 90 manat dəyərində 1 ədəd iri rəngli güldan, 30 manat dəyərində 1 ədəd suvenir dəvə, 15 manat dəyərində 1 ədəd böyük külqabı, 350 manat dəyərində 1 ədəd xalça, 300 manat dəyərində 2 ədəd kiçik xalça, 30 manat dəyərində 2 ədəd kletka adyal, 45 manat dəyərində 2 ədəd orta qalın adyal, 70 manat dəyərində 4 ədəd çay dəsmalı, 85 manat dəyərində 2 ədəd əl dəsmalı, 150 manat dəyərində 2 ədəd hamam dəsmalı, 90 manat dəyərində 1 ədəd stol süfrəsi, 220 manat dəyərində 2-li pərdə, 90 manat dəyərində 2 ədəd lüstr, 30 manat dəyərində 2 ədəd yastıq, «Marier» firmasının 6000 W 200 manat dəyərində tozsoranı, «Marier» firmasının 100 manat dəyərində ütüsü, 150 manat dəyərində pərdə tül, 180 manat dəyərində «Gold General» firmasının ətçəkən maşını, 60 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində nabor qaşıq dəsti, 60 manat dəyərində 12 ədəd bokal, 40 manat dəyərində 12 ədəd mürəbbə üçün rozetka, 160 manat dəyərində 12 ədəd qrafin və rumka, 60 manat dəyərində 2 ədəd qazan buta, 120 manat dəyərində 6 ədəd nerjaveyka qazan, 80 manat dəyərində iki ədəd tava, 60 manat dəyərində padnos və plastmas qablar, 55 manat dəyərində nerjaveyka çaynik, 220 manat dəyərində qara rəngli xəz palto, 80 manat dəyərində ağ rəngli palto, 110 manat dəyərində bir ədəd qış üçün ayaqqabı, 110 manat dəyərində yay üçün qızılı rəngli bosanoşka, 100 manat dəyərində 4 ədəd krasovka, 100 manat dəyərində 2 ədəd cins jilet və 280 manat dəyərində 5 cüt köynəyin qətnamə icra edilən vaxt naturada alınması mümkün olmayan əşyaların dəyərinin Cavabdeh alınıb iddiaçı X4 verilməsi, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X3 payının müəyyən olunması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 58 saylı müstəqil qiymətləndirmə rəyi ilə iddianın predmetini təşkil edən 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobilin hazırki bazar qiymətinin 9000 (doqquz min) manat təşkil etməsi müəyyən olunmuşdur. İş üzrə mütəxəssis xərci 200 manat təşkil edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanli avtomobilin ekspertiza rəyinə əsasən qiymətləndirilmiş dəyəri 9000 (doqquz min) manatın onun payına uyğun (1/2 (ikidə bir) hissəsini təşkil 4500 (dörd min beş yüz) manatının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar müəyyən olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə Cavabdeh və onun nümayəndəsi Nümayəndə BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə vəsaiti hesabına deyil, onların Nümayəndə aldığı 10000 manat borc hesabına əldə etməsi və bunun Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsi ilə sübut olunması, bununla da BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmaması, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsinin qanunsuz və ədalətsiz olması barədə iddia tələbinə etirazını əsaslandırdığı hallarla bağlı mülahizələrinə hüquqi qiymət verərək hesab etmişdir ki, bu etiraz və mülahizələr əsassızdır. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir və məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icraası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İkincisi, nəzərə çatdırıldığı kimi qanunvericiliyin tələbinə əsasən Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar həmin işdə iştirak edən şəxslər-İddiaçı və Cavabdeh üçün preyudisial, yəni məcburi xarakter daşıyır, onlar tərəfindən başqa iş üzrə yenidən mübahisələndirilə və yenidən sübut edilə bilməz. Üçüncüsü, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsi heç də BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh Nümayəndə alınan 10000 manat borc pul hesabına əldə etmələrini, tərəflərin birgə nikah dövründə alınan əmlak olmadığını və həmin avtomobilə İddiaçı 1/2 hissə payının olmamasını sübut etmir. Belə ki, Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsilə məhkəmə tərəfindən iddiaçı Nümayəndə Abbulməcid oğlunun cavabdehlər Cavabdeh və X4 qarşı borc pul tələbinə dair iddiası üzrə işə baxılıb Cavabdeh iddiaçının oğlu olması, digər cavabdeh X3 isə 27 fevral 2016-cı ildən 2019-cu ilədək iddiaçının gəlini olması, iddiaçı Nümayəndə 14 avqust 2017-ci il tarixdə "xxxx" ASC-dən 11000 manat məbləğində güzəştli kredit alması, oğlu Cavabdeh həmin vaxt ondan 10000 manat məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq alması, lakin Cavabdeh aldığı pulu qaytarmaması, buna görə də iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktları müəyyən olunub həmin faktlara hüquqi qiymət verilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 10030 (on min otuz) manatın alınıb iddiaçı Nümayəndə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, 09 aprel 2019-cu il tarixli qətnamədə Emçiyeva (İsmayılova) Həmidə Misir qızının deyil, Cavabdeh Nümayəndə Abdlulməcid oğlundan 10000 manat borc alması və həmin borcu qaytarmaması müəyyən olunmaqla iddia Cavabdeh münasibətdə təmin olunmuş, Cavabdeh Nümayəndə xeyrinə 10000 manat borcun tutulması müəyyən edilmiş, iddia Emçiyeva (İsmayılova) Həmidə Misir qızına münasibətdə isə təmin edilməmişdlir. Həmçinin 09 aprel 2019-cu il tarixli qətnamədə Cavabdeh tərəfindən məhz sözügedən avtomobilin alınması üçün Nümayəndə 10000 manatın alınması, həmçinin məhz borc kimi götürülmüş həmin 10000 manat pul hesabına BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahı dövründə alınmış əmlak olmaması və İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payının olmaması halları və faktları müəyyən olunmamışdır. Ona görə də Balakən Rayon Məhkəməməsinin 09 aprel 2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi hazırki işin faktoloji halları ilə bağlı preyudisial əhəmiyyət daşımır və iddia tələbinə etirazın əsaslandırıldığı hallarla bağlı sübut əhəmiyyətinə malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh və onun nümayəndəsi Nümayəndə hazırki iddia tələbinə etirazını əsassız hesab edir və qəbul etmir. Məhkəmə hesab etmişdir ki, qanun normasının tələbinə görə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X3 payının olmasına dair faktlar hazırki işdə də preyudisial əhəmiyyət daşımaqla məhkəmə tərəfindən sübut olunmuş faktlar kimi qəbul edilir. Müvafiq qiymətləndiricinin rəyinə əsasən həmin BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 9000 manat müəyyən olunmuşdur və həmin avtomobilin hazırki dəyərinin iddiaçı X2 1/2 hissə payına düşən məbləği 4500 manat təşkil edir ki, iddiaçı da cavabdehdən həmin 4500 manat məbləği tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-32.2.2-ci, 32.3, 33.1, 34.1, 36.1-36.4-cü, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 152.1, 154.1, 181.1, 181.2, 213.1, 213.2, 213.3, 214.1, 215.1, 215.2, 215.5, 215.6, 218.1, 219.1, 219.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 221, 222.1, 222.2, 225.1, 225.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 80, 81, 217.4, 107, 119-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, bu mülki işlə əlaqədar faktiki olaraq keçirilməyən 23 avqust 2022-ci il tarixinə tərtib edilmiş saxta məhkəmə iclas protokolu və 25 avqust 2022-ci il tarixdə keçirilən iclas üçün tərtib edilmiş məhkəmə iclas protokolunda gerçəyin bilərəkdən təhrif olunması - protokolda cavabdehin vəsatətinin olmaması göstərilir. Halbuki cavabdeh tərəf vəsatətini məhkəmə iclasında təqdim etmişdirməhkəmənin bu işdə iddiaçını müdafiə etdiyinə bu işdə maraqlı olmasına böyük şübhə oyadır. Məhkəmənin vəzifəsindən sui-istifadə edərək saxtakarlıq etməsi isə artıq cinayət sayılmalıdır. Qəbul etdiyi qətnamənin ədalətsizliyini göstərir. Məhkəmə zamanı həqiqətin ortaya çıxması üçün çəkişmə prinsipinə riayət olunmamışdır. Məhkəmə işə obyektiv yanaşsa idi, çəkişmə prinsipinə riayət etmiş olsa idi, iddiaçının ½ hissəsinə sahib olmaq istədiyi avtomobilin hansı vəsaitlə alındığını obyektiv şəkildə müəyyənləşdirə bilərdi. Yəni məhkəmə Azərbaycan Respublikasının MPM-nin 9.3-cü maddələrinin tələblərini pozmuşdur. MPM-nin 53. maddəsinə görə iddiaçı iddiasını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verməkdə haqlıdır. İclas katibinin bildirdiyinə görə iddiaçının iddiasının dəyişməsi ilə bağlı ərizəsi elektron poçtla 24 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, yəni bu işlə bağlı yalnız həmin ərizəyə istinad edilərək məhkəmənin qəbul etdiyi qətnamədən bir gün əvvəl. Belə vəziyyətdə MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının iddiasının dəyişməsi ilə bağlı ərizəsinə baxaraq məhkəmə həmin müddətin tələblərini pozmuşdur, bu işlə bağlı marağının olduğunu göstərmişdir. Məhkəmə iddiaçının iddiasının dəyişməsi ilə bağlı ərizəsini rəsmi qaydada cavabdeh tərəfə verməyərək (hələ də həmin ərizə ilə tanış deyilik) MPM-nin 134.1.1. maddəsinin tələblərini və bundan doğan bir çox hüquqlarımızı da pozmuşdur. 23 avqust 2022-ci ilə təyin olunmuş iclasla 25 avqust 2022-ci ilə təyin olunmuş iclas arasında iki gün fərq olması da MPM-nin 173-cü maddəsinin tələblərinin də məhkəmə tərəfindən pozulduğunu göstərir. Digər tərəfdən bu işi aparan hakim tərəfindən məhkəmə iclasının 25 avqust 2022-ci ilə təyin olunması barədə qərarını məhkəmə iclas salonunda elan etməməsi də 25 avqust 2022-ci il tarixdə qəbul edilmiş qətnamənin hüquqi cəhətdən qiymətinin olmamasını və hakimin vəzifəsindən sui-istifadə etməsini sübut edir. Bu işlə bağlı məhkəməyə verdikləri vəsatətlə əlaqədar məhkəmənin qərardadı olmadığına görə məhkəmə MPM-nin 184.4. maddəsinin tələblərini də pozmuşdur. Bu maddəyə görə vəsatət məhkəmə qərardadı ilə həll olunur. Prosesi aparan hakim müşavirə otağı kimi iclas zalından istifadə etməsi üçün cavabdeh tərəfin zalı tərk etməsini tələb etmiş və MPM-nin 213-cü maddəsinin də tələblərini pozaraq iclas zalında məhkəmə iclas katibi ilə müşavirə üçün birlikdə olmuşdur. İddiaçı iddiasının təmin olunmaması üçün dəlillər: İddiaçı ½ hissəni tələb etdiyi adındakı **-XA-*** qeydiyyat nişanlı BMW 528 markalı avtomaşının evlilik dövründə hansı yolla əldə etməyimizə dair Balakən Rayon Məhkəməsində baxılan 30 yanvar 2019-cu il tarixli 2(019)- 134/2019 saylı və 25 avqust 2022-ci il tarixli e2(019)-371/2022 saylı işlərin materiallarında hər hansı rəyi yoxdur. Əksinə, həmin işlərin materiallarında daxil olan ərizə və izahatlarda dəfələrlə bildirmişdir ki, bu avtomobili almaq üçün qazancımız kifayət etmədiyi üçün atasından 10000 manat məbləğində borc pul almış və hələ də qaytara bilməmişdir. Hər iki işlə bağlı Balakən Rayon Məhkəməsi bu avtomobili hansı yolla əldə etməyini təkidlə tələb etsə də araşdırma aparmadı. Bu avtomobilə iddiaçının ½ payının tanınmasını təmin edən 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 saylı qətnaməsindən sonra atası Nümayəndə iddiası üzrə Balakən Rayon Məhkəməsi 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 saylı qətnaməsi ilə onun atası Nümayəndə 10000 manat borclu olduğu müəyyənləşdi və Balakən Rayon Məhkəməsinin bu qətnaməsi iddiaçı ilə evlilik dövründə bu avtomobili ala biləcək qədər maddi imkansızlığımızı sübut edir. Hazırki məhkəmə prosesində Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 saylı qətnaməsini verdikləri vəsatətlə birlikdə məhkəməyə yazılı sübut kimi təqdim etsələr də bu sübutu araşdırmaq əvəzinə məhkəmə iddiaçı tərəfin nümayəndəsi kimi çıxış etdi. Sübutu dəyərsizləşdirməyə çalışdı, çəkişmə prinsipinə riayət etmədi, qarşı tərəfin (iddiaçının) məhkəmədə iştirakını təmin etmədi, vəsatətləri ilə bağlı məhkəmə qərardad qəbul etmədi. Halbuki Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 saylı qətnaməsi İddiaçı bu avtomobilə ½ hissədə sahib olmaq tələbini, iddiasını təmin etməmək üçün inkar edilməz dəlildir, sübutdur. Yuxarıda sadaladığı faktlar və dəlillər xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı Balakən Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının təmin olunmamasını zəruri edir. Qeyd edilənləri nəzərə alaraq, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-36.4-cü maddələrinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçmsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qornuna hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasnıda onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1, 223.2, 223.3 və 223.4-cü maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir; birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə porosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 03 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 580 nömrə ilə nikah bağlanmış, həmin nikah Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 06 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsait hesabına 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobil əldə etmiş və həmin avtomobil xx.xx.2017-ci il tarixdə verilmiş AC 965352 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxılaraq ilk iddianın qismən təmin edilməsi, 1293 manat dəyərində “Meqa” firmasının 9 ədəd yastıqlı künc divan dəsti; 700 manat dəyərində «Stol Porto» firmasının 6 ədəd stul dəsti, 170 manat dəyərində kamod, 250 manat dəyərində “İnci firması"sının 2 qapılı kamodu, 1620 manat dəyərində «inci» yataq dəsti (2 ədəd tumba, 1 ədəd dolab, kupe, çarpayı, termo, oturacaq), 120 manat dəyərində 6 ədəd rəngli xrustal bokal, 140 manat dəyərində 6 ədəd xrustal bokal Çexiya istehsalı, 25 manat dəyərində 2 ədəd qara suvenir qab, 150 manat dəyərində 2 ədəd qayıq formalı xrustal qab, 70 manat dəyərində 2 ədəd xrustal qəndqabı, 35 manat dəyərində 1 ədəd dairəvi meyvə qabı, 65 manat dəyərində 1 ədəd iki mərtəbli çərəz qabı, 30 manat dəyərində 6 ədəd ağ rəngli fincan dəsti, 25 manat dəyərində 6 ədəd ağ rəngli kofe dəsti, 500 manat dəyərində mando yemək dəsti, 50 manat dəyərində 2 ədəd rəngli güldan, 90 manat dəyərində 1 ədəd iri rəngli güldan, 30 manat dəyərində 1 ədəd suvenir dəvə, 15 manat dəyərində 1 ədəd böyük külqabı, 350 manat dəyərində 1 ədəd xalça, 300 manat dəyərində 2 ədəd kiçik xalça, 30 manat dəyərində 2 ədəd kletka adyal, 45 manat dəyərində 2 ədəd orta qalın adyal, 70 manat dəyərində 4 ədəd çay dəsmalı, 85 manat dəyərində 2 ədəd əl dəsmalı, 150 manat dəyərində 2 ədəd hamam dəsmalı, 90 manat dəyərində 1 ədəd stol süfrəsi, 220 manat dəyərində 2-li pərdə, 90 manat dəyərində 2 ədəd lüstr, 30 manat dəyərində 2 ədəd yastıq, «Marier» firmasının 6000 W 200 manat dəyərində tozsoranı, «Marier» firmasının 100 manat dəyərində ütüsü, 150 manat dəyərində pərdə tül, 180 manat dəyərində «Gold General» firmasının ətçəkən maşını, 60 manat dəyərində bıçaq dəsti, 75 manat dəyərində nabor qaşıq dəsti, 60 manat dəyərində 12 ədəd bokal, 40 manat dəyərində 12 ədəd mürəbbə üçün rozetka, 160 manat dəyərində 12 ədəd qrafin və rumka, 60 manat dəyərində 2 ədəd qazan buta, 120 manat dəyərində 6 ədəd nerjaveyka qazan, 80 manat dəyərində iki ədəd tava, 60 manat dəyərində padnos və plastmas qablar, 55 manat dəyərində nerjaveyka çaynik, 220 manat dəyərində qara rəngli xəz palto, 80 manat dəyərində ağ rəngli palto, 110 manat dəyərində bir ədəd qış üçün ayaqqabı, 110 manat dəyərində yay üçün qızılı rəngli bosanoşka, 100 manat dəyərində 4 ədəd krasovka, 100 manat dəyərində 2 ədəd cins jilet və 280 manat dəyərində 5 cüt köynəyin qətnamə icra edilən vaxt naturada alınması mümkün olmayan əşyaların dəyərinin Cavabdeh alınıb iddiaçı X4 verilməsi, birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X3 payının müəyyən olunması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 58 saylı müstəqil qiymətləndirmə rəyi ilə iddianın predmetini təşkil edən 90XA863 qeydiyyat nişanlı BMVV 528 minik markalı avtomobilin hazırki bazar qiymətinin 9000 (doqquz min) manat təşkil etməsi müəyyən olunmuşdur. İş üzrə mütəxəssis xərci 200 manat təşkil edir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı 90- XA-863 dövlət qeydiyyat nişanli avtomobilin ekspertiza rəyinə əsasən qiymətləndirilmiş dəyəri 9000 (doqquz min) manatın onun payına uyğun (1/2 (ikidə bir) hissəsini təşkil 4500 (dörd min beş yüz) manatının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş materialları və məhkəmə iclas protokolları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmış, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək, iddiaya qarşı etiraz və mülahizələrini bildirmiş, izahatlar vermişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 9.3-cü maddələrinin tələblərinin pozulması, eyni zamanda MPM-nin 53-cü maddəsinin tələblərinin pozulması barədə şikayətin dəlilləri əsassızıdır. Şikayətin digər dəlilləri ilə razılaşmaya kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının Cavabdeh qarşı birgə əmlakın bölünməsi, cehiş əşyalarının geri qaytarılması və əmlak tələbinə dair ilk iddia və Cavabdeh Emçiyeva (İsmayılova) Həmidə Misir qızına qarşı təzminət və minik avtomobilinə qoyulmuş məhdudiyyətin aradan qıldırılması tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin predmetinə aid olan BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar müəyyən olunmuşdur. Ona görə də Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar həmin işdə iştirak edən şəxslər-İddiaçı və Cavabdeh tərəfindən mübahisələndirilə və yenidən sübut edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə vəsaiti hesabına deyil, onların Nümayəndə aldığı 10000 manat borc hesabına əldə etməsi və bunun Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsi ilə sübut olunması, bununla da BMW 528 markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmaması, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsinin qanunsuz və ədalətsiz olması barədə iddia tələbinə etirazını əsaslandırdığı hallarla bağlı mülahizələrini əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir və məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icraası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İkincisi, nəzərə çatdırıldığı kimi qanunvericiliyin tələbinə əsasən Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının payının olmasına dair faktlar həmin işdə iştirak edən şəxslər-İddiaçı və Cavabdeh üçün preyudisial, yəni məcburi xarakter daşıyır, onlar tərəfindən başqa iş üzrə yenidən mübahisələndirilə və yenidən sübut edilə bilməz. Üçüncüsü, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi heç də BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh Nümayəndə alınan 10000 manat borc pul hesabına əldə etmələrini, tərəflərin birgə nikah dövründə alınan əmlak olmadığını və həmin avtomobilə İddiaçı 1/2 hissə payının olmamasını sübut etmir. Belə ki, Balakən Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(019)-463/2019 nömrəli qətnaməsilə məhkəmə tərəfindən iddiaçı Nümayəndə Abbulməcid oğlunun cavabdehlər Cavabdeh və X4 qarşı borc pul tələbinə dair iddiası üzrə işə baxılıb Cavabdeh iddiaçının oğlu olması, digər cavabdeh X3 isə 27 fevral 2016-cı ildən 2019-cu ilədək iddiaçının gəlini olması, iddiaçı Nümayəndə 14 avqust 2017-ci il tarixdə "xxxx" ASC-dən 11000 manat məbləğində güzəştli kredit alması, oğlu Cavabdeh həmin vaxt ondan 10000 manat məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq alması, lakin Cavabdeh aldığı pulu qaytarmaması, buna görə də iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktları müəyyən olunub həmin faktlara hüquqi qiymət verilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci, cəmi 10030 (on min otuz) manatın alınıb iddiaçı Nümayəndə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, 09 aprel 2019-cu il tarixli qətnamədə Emçiyeva (İsmayılova) Həmidə Misir qızının deyil, Cavabdeh Nümayəndə Abdlulməcid oğlundan 10000 manat borc alması və həmin borcu qaytarmaması müəyyən olunmaqla iddia Cavabdeh münasibətdə təmin olunmuş, Cavabdeh Nümayəndə xeyrinə 10000 manat borcun tutulması müəyyən edilmiş, iddia Emçiyeva (İsmayılova) Həmidə Misir qızına münasibətdə isə təmin edilməmişdlir. Həmçinin 09 aprel 2019-cu il tarixli qətnamədə Cavabdeh tərəfindən məhz sözügedən avtomobilin alınması üçün Nümayəndə 10000 manatın alınması, həmçinin məhz borc kimi götürülmüş həmin 10000 manat pul hesabına BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması, BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahı dövründə alınmış əmlak olmaması və İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payının olmaması halları və faktları müəyyən olunmamışdır. Ona görə də Balakən Rayon Məhkəməməsinin 09 aprel 2019-cu il tarixli 2 (019)-463/2019 nömrəli qətnaməsi hazırki işin faktoloji halları ilə bağlı preyudisial əhəmiyyət daşımır və iddia tələbinə etirazın əsaslandırıldığı hallarla bağlı sübut əhəmiyyətinə malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh və onun nümayəndəsi Nümayəndə hazırki iddia tələbinə etirazını əsassız hesab edir və qəbul etmir. Məhkəmə hesab edir ki, qanun normasının tələbinə görə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(019)-134/2019 nömrəli qətnaməsilə müəyyən olunmuş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı Emçiyeva (İsmayılova) Həmidə Misir qızının və Cavabdeh birgə nikahı dövründə əldə edilməsi və birgə nikah dövründə əldə edilmiş BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə iddiaçı X3 payının olmasına dair faktlar hazırki işdə də preyudisial əhəmiyyət daşımaqla məhkəmə tərəfindən sübut olunmuş faktlar kimi qəbul edilir. Müvafiq qiymətləndiricinin rəyinə əsasən həmin BMW 528 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 9000 manat müəyyən olunmuşdur və həmin avtomobilin hazırki dəyərinin iddiaçı X2 1/2 hissə payına düşən məbləği 4500 manat təşkil edir ki, iddiaçı da cavabdehdən həmin 4500 manat məbləği tələb edir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, mübahisələndirilən tələb 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Ona görə də kollegiya hesab edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-93/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-93/2023
19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver