Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-933/2025 21.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: hissəvi xitam verilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2(075)-402/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 148 baş xırdabuynuzlu heyvanın (qoyunun) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda "xxxx" Kiçik Müəssisəsinin üzvləri ilə İddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli və AN- İ seriyalı ******* nömrəli alqısatqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakla bağlı bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, həmin daşınmaz əmlakların geri qaytarılması, 450 baş Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdeh İddiaçı adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 17 iyul qeydiyyat tarixli çıxarışın, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, o cümlədən satış vaxtı ferma ilə satılmış 243 baş qoyunun ona qaytarılması, o cümlədən əldə çıxmış fayda üzrə 2 il ərzində qoyunlardan əldə edəcəyi 200 baş qoyunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdeh İddiaçı ondan aldığı 120 000 manat məbləğində pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı da 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə iddialarının təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 105 000 ABŞ dolları məbləğində maddi ziyanın və 50 000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı qərardadına əsasən həmin mülki iş iki icraata ayrılmışdır. Eyni zamanda həmin mülki iş iki icraata ayrılmamışdan əvvəl iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəsatətlərinə əsasən Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı ilə cavabdeh İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəsatətlərinə əsasən cavabdeh İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulması barədə Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı iddiaçı Cavabdeh1 tələbi ilə bağlı hissədə ləğv edilmişdir. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli 2(075)-12468/2016 saylı qətnaməsi (hakim Kamran Süleymanov) ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 19 369 ABŞ dolları və 1.158.098 rubl alınaraq iddiaçı X4 verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-2720/2017 saylı qətnaməsi ilə Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçisinə qaytarılması barədə ilk iddiasının təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında 10 iyul 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* saylı 15 iyul 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 10 iyul 2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satılmış 1328,3 kv m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə "xxxx" MKM-nə qaytarılması qət edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 6/2020 saylı 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilərək cavabdeh İddiaçı bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 261 baş qoyunun, bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun, bir başının orta satış bazar qiyməti 80 manat olmaqla 19 baş keçinin və bir başının orta satış bazar qiyməti 800 manat olmaqla bir baş atın, onların qaytarılması mümkün olmadıqda dəyərinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1486/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(075)- 6/2020 saylı qətnaməsi qismən - bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qətedilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1633/2021 saylı qərarı ilə Daşdəmurov Xəyyam Umudvar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1486/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-6/2020 saylı qətnaməsinin əsaslandılrıcı hissəsində qeyd edilir ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 13 fevral 2020-ci il tarixli 2385/14 nömrəli məktubundan görünür ki, 17 iyun 2016-cı il tarixində Şəki rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı 16 iyun 2016-cı il tarixli qərardadına əsasən İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyriyaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulmalıdır. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 17 iyun 2016-cı il tarixdə borclu İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən fermaya baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin fermada 261 baş qoyun, 174 baş quzu, 19 baş keçi olmaqla, cəmi 454 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmişdir. İcra sənədinin tələblərinə uyğun olaraq tərəflərindən 261 baş qoyun, 174 quzu olmaqla, cəmi 435 baş qoyun cinsindən olan xırdabuynuzlu heyvanın üzərinə müvafiq akt tərtib edilərək həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş 435 baş qoyun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilərək borclu İddiaçı saxlancına verilmiş və bu barədə borcludan qəbz alınmışdır. Lakin borclu İddiaçı saxlanc qaydalarına əməl etməyək üzərinə həbs qoyulmuş qoyunların kütləvi azalmasına səbəb olan hərəkətlərə yol verdiyi üçün 23 fevral 2017-ci il tarixdə onun saxlancında qalmış 261 baş qoyun və yeni doğulmuş 130 baş quzu alınaraq ünvan 1 ünvanında yaşayan X1 verilmişdir. Əmlakın saxlanılması barədə ondan qəbz alınmış və akt tərtib edilmişdir. Bundan sonra Rahim Həmidov saxlancına qəbul etdiyi 261 baş qoyun və yeni doğulmuş 130 baş quzunu Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fermaya aparmışdır. Tərəflərindən 25 may 2017-ci il tarixində fermaya baxış keçirilən zaman 391 baş qoyunun həmin fermada olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilən, qanuni qüvvəsini almış məhkəmə aktlarından da göründüyü kimi ona məxsus 391 baş xırdabuynuzlu heyvanın üzərinə həbs qoyulmuş, 243 baş qoyun iddiaçıya verilmişdir. Buna baxmayaraq 148 baş xırdabuynuzlu heyvan əsassız və qanunsuz olaraq cavabdehlərdə qalmış və bu günədək də həmin heyvanlar hazırkı iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia ərizəsinin əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsini, "xxxx" KM-nin balansında olmuş, Şəki rayonu, Öryət kəndində yerləşən 3 ha, 3.21 ha, 3.59 ha torpaq sahələrini əvvəlki vəziyyətinə qaytarılması üçün "xxxx" KM ilə cavabdeh İddiaçı adına bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə qeyd edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrindən verilmiş ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın, ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın, habelə ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddiasında bildirir ki, ilkin iddia tələbində iddiaçı qeyd etmir ki, ferma təhvil-təslim edilən zamandan etibarən 3 il ərzində onlara məxsus olan qoyun-quzunu özündə saxlamaqla hər il qeyd edilən hər ana qoyundan bir bala əldə etsəydi, ümumi balaların və quzunun cəmi 729 baş qoyunquzu edir ki, onların da hər birini 1 ildən sonra bala vermə imkanları nəzərə alınsa, bu rəqəm min başdan artıq edir. O, bu səbəbdən də iddianı tamamilə rədd etmişdir. Əksinə, bu şəxsin heç bir baş onda qoyun-quzusu qalmamışdır. Qeyd etdiyi kimi əksinə əldə edəcəyi bütün mənfəət və qazancdan bu şəxs onu məhrum edib. İllərlə məhkəmə süründürməçiliyi edib. Bu səbəbdən də tələbə müddətin tədbiq edilməsini istəyir. Bu barədə rəsmi ərizə ilə də müraciət edir. Qarşılıqlı iddianın əsası odur ki, ferma təhviltəslim edilən zaman fermanın üzərində 3 ha, 3.24 ha, 3.59 ha torpaq sahələri mövcud olmuşdur. Qeyd edilən torpaq sahəsi "xxxx" Kiçik Müəssisənin üzvləri ilə onun istəyi və onun maddi vəsaiti ilə İddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli AN-1 seriyalı ******* nömrəli, AN-1 seriyalı 0259575, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələri ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan əmlakın bütün vəsaitini o, ödəmişdir. Ümumiyyətlə, qeyd olunan torpaq sahəsi heç vaxt İddiaçı məxsus olmamışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(075)-6495/2016 saylı qətnaməsi ilə qeyd etdiyi mübahisələndirilən məsələ yəni, "xxxx" Kiçik Müəssisəsinin bütün əmlakının ona qaytarılması öz həllini tapmamış, ancaq torpaq sahəsi bankın yüklülüyündə qaldığından qeyd olunan torpaq sahəsi hal-hazırki müddətədək iddiaçının mülkiyyətində və bankın yüklülüyündə qalmaqdadır. O, hazırki iddia ilə müraciət edərək "xxxx" Kiçik Müəssisəsinin balansında olmuş, Səki rayonu, Öryət kəndində yerləşən 3 ha, 3.21 ha, 3.59 ha sahələrini əvvəlki vəziyyətinə qaytarılması üçün “Səadət" Kiçik müəssisəsi ilə cavabdeh İddiaçı adı ila bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ serivalı ******* nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2014-cü il tarixli AN-1 seriyalı ******* nömrəli alqımüqaviləsinin və xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə qeyd edilən alqı-satqı müqaviləsi əsasında qeydə alınmış çıxarışların ləğv edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunan torpaqlar heç bir halda hazırki iddiaçının mülkiyyəti olmamışdır. O, onun keçmiş qaynı olduğundan, ona etibar etdiyindən o, həmin torpaqları almağı ona etibar etmişdir. Onun əmlakını bu şəxs ailə münasibətlərinin pozulmasından istifadə edərək özününkü kimi əldə edərək illər boyu ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) 15 iyul 2025-ci il tarixli, e- 2(075)-402/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk iddia tələbinin təmin edilməməsi, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumlarının iddiaçıların özünə aid ediməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-402/2025 saylı qətnaməsinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsasız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı Cavabdeh1 əvvəlki məhkəmə icraatında cavabdeh İddiaçı qarşı 243 baş qoyun-quzu, 207 baş əldən çıxmış fayda üzrə qoyun-quzunun, o cümlədən 19 baş keçi, 1 baş at, 1 baş inəyin naturada özünün və yaxud onun dəyərinin tələbinə dair iddiası üzrə mülki işə baxılan ərəfədə iddiaçı Cavabdeh1 tərəfindən həmin iş üzrə birinci instansiya məhkəməsinə iddianın təmini tədbirinə dair ərizə təqdim edilmiş, Şəki Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli 2(075)-22/2019 nömrəli qərardadı ilə iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək cavabdeh İddiaçı olan 450 baş qoyun quzu, 19 baş keçi, 1 baş at, 1 baş inəyin üzərinə həbs qoyulmuşdur. İddiaçı Cavabdeh1 əvvəlki məhkəmə icraatında cavabdeh İddiaçı qarşı 243 baş qoyunquzu, 207 baş əldən çıxmış fayda üzrə qoyun-quzunun, o cümlədən 19 baş keçi, 1 baş at, 1 baş inək tələbinə dair mülki iş üzrə 19 may 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-6/2020 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 261 baş qoyun, bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzu, bir başının orta satış bazar qiyməti 80 manat olmaqla 19 baş keçi və bir başının orta satış bazar qiyməti 800 manat olmaqla 01 baş at, olmadıqda onlarının dəyərinin alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(075)-6/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(107)- 1486/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(075)- 6/2020 nömrəli qətnaməsi qismən, yəni “bir başının orta satış bazar qiyməti 160 manat 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun” cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və həmin hissələr qətnamədən xaric edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə-yəni yəni “bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 243 baş qoyun, bir başının orta satış bazar qiyməti 80 manat olmaqla 19 baş keçi və bir başının orta satış bazar qiyməti 800 manat olmaqla 01 baş at, olmadıqda onlarının dəyərinin alınaraq Cavabdeh1 verilməsi” hissələrində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(107)- 1486/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1633/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(107)-1486/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Şəki Rayon Məhkəməsinin 30 dekabr 2019cu il tarixli 2(075)-22/2019 nömrəli qərardadının, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(107)-1486/2020 nömrəli qətnaməsinin icrası vəziyyəti məhkəmə kollegiyası tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyasının yazılı və şifahi sorğularına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən 20 oktyabr 2025-ci il tarixdə daxil olmuş cavab məktublarından tərəflər arasındakı oxşar mübahisələr üzrə daha əvvəlki tarixlərdə iddianın təmini tədbiri qismində üzərinə həbs qoyularaq İddiaçı saxlancına verilmiş 454 baş xırdabuynuzlu heyvanların sonuncu tərəfindən satılması barədə tələbkarın verdiyi məlumat nəzərə alınaraq, İddiaçı saxlancına verilmiş 454 baş xırdabuynuzlu heyvanlardan müəyyən edilmiş 391 başı borclunun saxlancından götürülərək, tələbkar Cavabdeh2 tərəfindən icra prosesinə şifahi qaydada təqdim edilmiş Rahim Həmidovun saxlancına verildiyi, Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(107)-1486/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin 26 aprel 2021-ci ildə icra şöbəsinin icraatına daxil olduğu, tələbkar Cavabdeh1 icra sənədinin icrası ilə bağlı şöbələrinə müraciət etməməsi, bununla yanaşı İddiaçı da qalan heyvanların tələbi ilə barədə müraciət etməməsi, borclu İddiaçı şöbəyə müraciət edərək, icra sənədi üzrə ödəməli olduğu 243 baş xırdabuynuzlu heyvan və 1 başın atın tələbkara verilməsini, qalan heyvanların ona qaytarılmasını xahiş etməsi, tərəflərindən xx.xx.2025-ci il tarixdə Rahim Həmidovun şöbəyə dəvət edilməsi, saxlancına verilən heyvanların qaytarılmasının ondan tələb edilməsi, Rahim Həmidovun həmin heyvanların onda olmadığını, həmin heyvanların Tofiq adlı çobana verildiyini, daha sonra isə həmin heyvanların tələf olduğunu bildirməsi, saxlanca verilmiş heyvanların qaytarılmasının təmin edilməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Kollegiya qeyd edir ki, iş materiallarından da müəyyən edildiyi kimi hazırkı icraatda İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edilən 148 baş xırdabuynuzlu heyvanın üzərinə əvvəlki icraatda məhkəmənin iddianın təmini tədbirinin tətbiqi qismində qəbul etdiyi qərardadlar əsasında həbs qoyulmuş və heyvanlar saxlanılması üçün əvvəlcə İddiaçı, daha sonra isə Rahim Həmidovun saxlancına verilmişlər. Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(107)- 1486/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası təmin edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin əvvəlki icraatda xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulmasına dair qəbul etdiyi iddianın təmini tədbirinin tətbiqinə dair qərardad da qüvvəsindədir. Kollegiya qeyd etməyi vacib hesab edir ki, məhkəmənin xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulmasına dair qərardadının icrası üzrə xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulmaqla onların digər bir şəxsin saxlancına verilməsi, buna dair qərardadın hazırda da qanuni qüvvəsində olması nəzərə alınaraq, hazırkı vəziyyətdə İddiaçı 148 baş xırdabuynuzlu heyvanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməsi yolverilməzdir. Beləliklə birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 148 baş xırdabuynuzlu heyvanın (qoyunun) cavabdehlərdən alınaraq ona qaytarılması hissəsində iş üzrə icraata xitam vermək əvəzinə həmin hissədə də iddianı rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh qismində çıxış etdiyi əvvəlki məhkəmə icraatında, İddiaçı hazırkı icraatda mübahisələndirdiyi xırdabuynuzlu heyvanların üzərinə müvəqqəti təminat tədbiri qismində həbs qoyulduğundan, əvvəlki icraatda qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alsa da icra olunmadığından və əvvəlki icraatda qəbul edilmiş xırdabuynuzlu heyvanların üzərinə müvəqqəti təminat tədbiri qismində həbsin qoyulmasına dair məhkəmə qərardadı qanuni qüvvəsində olduğundan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 148 baş xırdabuynuzlu heyvanın (qoyunun) cavabdehlərdən alınaraq ona qaytarılması tələbinə hazırkı vəziyyətdə məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2(075)-402/2025 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid ediməsi hissələrində ləğv edilməli, İddiaçı 148 baş xırdabuynuzlu heyvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmasına dair ilk iddia tələbi hissəsində mülki iş üzrə icraata xitam verilməli, İddiaçı tərəfindən həmin iddia tələbi üzrə ödənilmiş 90 manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbi baxımından xitam verilməli olduğundan, İddiaçı xırdabuynuzlu heyvanların üzərinə həbs qoyulmasına dair əvvəlki məhkəmə icraatında qəbul edilmiş qərardadla tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğvini tələb etmək, həmçinin xırdabuynuzlu heyvanların qaytarılması ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət etmək, həmin tədbirlərin həyata keçirilməsindən sonra isə zərurət yaranacağı təqdirdə məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2(075)-402/2025 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid ediməsi hissələrində ləğv edilsin. İddiaçı 148 baş xırdabuynuzlu heyvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmasına dair ilk iddia tələbi hissəsində mülki iş üzrə icraata xitam verilsin. İlk iddia tələbi üzrə ödənilmiş 90 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-933/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-933/2025
21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver