Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-941/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-90/2021 nömrəli qərаrdаdındаn iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli “Cavabdehı” ASC-nin Ləğvetmə balansının etibarsız sayılması, X4” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2018ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Maliyyə hesabatlarının, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının aktını, 2018-ci və 2019-cu illər üzrə müəssisənin “aktivlərin və öhdəliklərin inventarizasiya akt”-larının, “Cavabdehı” ASC-nin xx.xx.2019-cu il tarixli Protokolunun, “X4” ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədinin, X1 və X2 ilə bağlanmış “X4” ASC-nin əmlakının alğı-satqı müqaviləsinin və təhvil-təslim aktının, “X4” ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018-ci və 2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclasların protokollarının, X1 və X2 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətlərinin onlara təqdim edilməsinin Cavabdehna həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-90/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdehı” ASC-nin ləğvetmə komissiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilməsi qərara alınmışdır. Həmin qərаrdаddаn iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 şikаyəti xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəmənin xx xxxxx 2021-ci il tarixli, 2(075)-90/2021 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-175/2020 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli, Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarının tələbləri baxımından lazımi prossesual tədbirlərin görülməsi üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, iddia ərizələrinin məhz məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair qərardadlardan verilən şikayətlərə baxılması zamanı da qeyd edilən məsələlər nəzərə alınmalıdır. Belə ki, MPM-lə iddia ərizəsinin geri qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, iddia ərizəsinin məhkəmə aidiyyəti əsası ilə geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadlarının apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılması faktiki olaraq məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnmiş olacaqdır. Bu isə qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədinə zidd olmaqla yanaşı, məhkəmə aidiyyəti ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin olunmasına da maneə yaradacaqdır. Odur ki, belə hallarda apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə mahiyyəti üzrə toxunmadan, sadəcə bu əsasla iddia ərizəsinin geri qaytarılmasının qanunsuzluğuna istinad etməklə həmin qərardadın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-90/2021 nömrəli qərardadı prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli, Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarının tələbləri baxımından lazımi prossesual tədbirlərin görülməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rаyоn Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-90/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarının tələbləri baxımından lazımi prossesual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-941/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-941/2021
21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver