Məhkəmə qərarları › İş №2(107)-947/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-947/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-947/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən payların ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: payların naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı hüquqi varisi X3, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun vəkili X1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən payların ayrılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)-10/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli Çıxarışla Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 1.1 ha torpaq sahəsindən 6/10 hissə İddiaçı, 1/10 hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 Nürəddin qızının və 1/10 hissə Cavabdeh4 adına; həmin torpaq sahəsində yerləşən 45.6 kv.m fərdi yaşayış evi 1/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1, 1/5 hissə Cavabdeh2, 1/5 hissə Cavabdeh3 və 1/5 hissə Cavabdeh4 adına mülkiyyət hüququ əsasında verilmişdir. Fərdi yaşayış evi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən reyestr nömrəsi **********73-10301, invertar nömrəsi 406-128/69 olan xx.xx.2022-ci il tarixli Texniki Pasport verilmişdir. Hazırda iddiaçı Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən şəxslərin hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən payların ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Böyük Əmili kəndində xüsusi mülkiyyətdə olan 1.1 ha torpaq sahəsindən 6/10 hissə olmaqla ona düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsəndən Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 45.6 kv.m fərdi yaşayış evinə 1/5 hissə İddiaçı, 1/15 hissə Cavabdeh1 , 1/5 hissə Cavabdeh2, 1/5 hissə Cavabdeh3 və 1/5 hissə Cavabdeh4 adına reyestr nömrəsi **********73-10301, invertar nömrəsi 406-128/69 olan xx.xx.2022-ci il tarixində Texniki Pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1.1 ha torpaq sahəsinə 6/10 hissə ona yəni İddiaçı, 1/10 hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 Nürəddin qızı və 1/10 hissə Cavabdeh4 adına mülkiyyət hüququ əsasına verilmiş reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixində Çıxarış verilmişdir. Hazırda Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini cavabdehlərlə könüllü olaraq bölə bilmir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-76/2023 nömrəli qərardadı ilə İddiaçı Nürəddin oğlu vəfat etdiyindən onun arvadı X6 hüquq varisi kimi tanınmış və onu əvəz etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 45.6 kv.m fərdi yaşayış evinə 1/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1, 1/5 hissə Cavabdeh2, 1/5 hissə Cavabdeh3 və 1/5 hissə Cavabdeh4 adına reyestr nömrəsi **********73-10301, invertar nömrəsi 406- 128/69 olan xx.xx.2022-ci il tarixində Texniki Pasport və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1.1 ha torpaq sahəsinə 6/10 hissə ona yəni İddiaçı, 1/10 hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 Nürəddin qızı və 1/10 hissə Cavabdeh4 adına mülkiyyət hüququ əsasına verilmiş reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixində Çıxarış verilmişdir. Hazırda iddiaçı Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını tələb edir.

6. Yuxarıda şərh olunanlardan da göründüyü kimi tərəflərin ümumi mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy alınmış və rəylə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının payı ekspert tərəfindən təklif olunan qaydada ayrılmasına iddiaçı tərəf etiraz etməmişdir.

7. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə göstərilən torpaq sahəsi İddiaçı (iddiaçı T.M.Kərimovun hüquq varisi(arvadı) X5) verilməklə torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur.

8. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)-10/2024 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi-xx.xx.2022-ci il; reyestr nömrəsi**********73-10301) İddiaçı, Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2, X7 və Cavabdeh4 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Böyük Əmili kəndində yerləşən 1.10 ha torpaq sahəsi, payına uyğun 6/10 (0,66) hissədə olmaqla, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun şəkildə və ölçüdə naturada ayrılması və İddiaçı (iddiaçı T.M.Kərimovun hüquq varisi(arvadı) X5) verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavbdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3 və 221.1-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli ********** saylı Çıxarış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasport Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli 3-21-3-42/2-771/2023 nömrəli məktubu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5368 saylı ekspert rəyi

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsində cavabdehlərə çatası məcburi pay düzgün müəyyənlədirilməmiş, yəni yarısından az hesablanmışdır. Beləki, məhkəmə qətnamə çıxararkən İddiaçı adına verilmiş “Çıxarış”a istinad etmiş, lakin həmin “Çıxarış”da qeyd olunan bölgünün hansı sənəd əsasında alındığını, vəsiyyətnamə olub-olmadığını araşdırmamışdır.. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə nəzər yetirdikdə məlum olur ki, iddia ərizəsinə vəsiyyətnamə belə əlavə olunmamışdır. Qətnamədə bölgü İddiaçı adına verilmiş məlum “Çıxarış”a əsasən aparılmış, lakin həmin “Çıxarış”da olan və məhkəmə qətnaməsində göstərilən ümumi sahəsi 45,6 kvm olan fərdi ev üzrə İddiaçı 1 /5, Cavabdeh1 1/5, Cavabdeh2 1/5, Cavabdeh3 1/5, Cavabdeh4 1/5 hissə, 1,1 ha torpaq sahəsi üzrə İddiaçı 6/10, Cavabdeh1 1/10, Cavabdeh2 1/10, Cavabdeh3 1/10 və Cavabdeh4 1/10 hissə pay ayrılmışdır. Belə bir bölgü Azərbaycan RespublikasıMM-nin 1193-cü maddəsinin tələbinə tamamilə ziddir. Maddənin tələbinə görə miras əmlakın yarısı cavabdehlərə verilməli idi. Lakin qətnamədə aparılan bölgü miras əmlakın yarısından azdır.

13. İddia ərizəsində tələb “torpaq sahəsindən payların ayrılması” kimi qoyulmuşdur. Əslində payların ayrılması “Çıxarış”da göstərilir. İddia ərizəsində tələb düzgün qoyulmamışdır və məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə qətnamədə iddia ərizəsi düzgün qoyulmuş olsaydı belə qətnamədə iddianın predmetindən kənara çıxılmışdır. Beləki, iddia ərizəsində “naturada” ayrılması və iddiaçıya “verilməsi” qoyulmamış, məhkəmə iddianın predmetindən kənara çıxaraq “natura”da ayrılması və iddiaçıya “verilməsi məsələsinə dair qətnamə çıxarmışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur.

14. Birinci instansiya məhkəməsinə iddiaçının etibarnamə verən zaman fəaliyyət qabiliyyətsiz olduğu sübut olunur. İkincisi, qeyd edilən maddi və prosessual hüquq normaları pozulmuşdur.

15. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)- 10/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun vəkili X8 oğlu, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X6 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)-10/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)- 10/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddia tələbi bu qətnamənin 1-ci bəndində göstərilmiş Çıxarışla müəyyən edilən payların naturada ayrılması barədədir. Həmin Çıxarışın hansı sənədlər əsasında verilməsi, qanuni olub-olmaması, payların düzgün bölünüb-bölünməməsi hazırki məhkəmə icraatının predmeti deyildir. Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

25. Cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsinin tələb hissəsindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən Qəbələ rayonu, Böyük Əmili kəndində xüsusi mülkiyyətdə olan 1.1 ha torpaq sahəsindən 6/10 hissə olmaqla ona düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (i/v 2). Göründüyü kimi, iddia tələbi məhz payın “naturada” ayrılaraq “verilməsi” barədə olmuş və birinci instansiya məhkəməsi həmin məzmunda qətnamə qəbul etmişdir. İddia tələbindən kənara çıxma halı aşkar edilmir.

26. Cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin 23 yanvar 2024cü ildə keçirilmiş məhkəmə iclasında Omsk Vilayətinin N.N.Solodnikov adına X2 xx.xx.2023-cü il tarixli 4138 saylı Arayışı təqdim edilmişdir ki, həmin arayış iddiaçının fəaliyyət qabiliyyətsiz olmasının sübutu hesab oluna bilməz. Beləki, Mülki Məcəllənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi məhkəmə qaydasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də, digər sənədlər şəxsin fəaliyyət qabiliyyətsiz olmasına sübut kimi qəbul edilə bilməz.

27. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində ona düşən payın naturada ayrılaraq ona verilməsini tələb etdiyindən və məhkəmə icraatının gedişində iddiaçı ölərək arvadı hüquqi varisi olaraq tanındığından məhkəmə qətnaməsində iddiaçıya düşən payın naturada ayrılmasını və iddiaçıya (onun hüquqi varisinə) verilməsini qət etmişdir. Lakin, bu hal mübahisəli torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçıya məxsus olan payın gələcəkdə miras olaraq vərəsələri tərəfindən qəbul edilməsi barədə mübahisələrdə preyudisial xarakterli hesab edilə bilməz. Çünki hazırki iş üzrə mirasın qəbul edilməsi ilə bağlı araşdırma aparılmamışdır.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)-10/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(025)-10/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar