Məhkəmə qərarları › İş №2(107)-953/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-953/2020

30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-953/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi, iddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı (həmçinin digər iddiaçıların nümayəndəsi), İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və onun vəkili X1 iştirakı ilə İddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İsmayıllı rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışların ləğv edilməsi, torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar Qəribova (Hüseynova) Elmira Əfsər qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İsmayıllı rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Dövlət Notariat Kontoru tərəfindən Qəribova Firəngiz qızının adına verilmiş xx xxxxxx 2012-ci il tarixli 2V- 1/18 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsini bərabər payda olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən X2 adına verilmiş xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və xx xxxx 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X2 adına verilmiş 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İsmayıllı şəhəri, K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəsatətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X2 adına verilmiş xx xxxxxx 2012-ci il tarixli 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv ediməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına verilmiş xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və xx xxxx 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X7 apelyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ataları X18 xx xxxxx 2010-cı ildə vəfat etmidir. Atasının ölümündən sonra İsmayıllı Rayon Dövlət Notariat Kontorunda vərəsəlik açılmış, mərhum atasından miras qalmış İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək mülkiyyət hüququ haqqında şəhədətnamə əsasında X5 miras əmlakdan ½ hissədə pay müəyyən edilmişdir. Halbuki həmin torpaq sahəsini atası Firəngiz Qəribova ilə nikaha daxil olmazdan əvvəl əldə etmişdir. İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 10 ünvanında yerləşən mübahisəli torpaq sahəsi İsmayıllı rayon X9 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə atası X13 verilmişdir. Atası X7 ilə xx xxxx 2004-cü il tarixdə nikaha daxil olmuşdur. İsmayıllı rayon Notariat Kontorunda mirasın bölgüsü aparılarkən həmçinin digər birinci növbəli vərəsələr olan uşaqları İddiaçı3, İddiaçı4 və İddiaçı5 payları müəyyən edilməmişdir. Onlar Bakı şəhərində yaşadıqları evin satışından əldə olunmuş vəsait hesabına İsmayıllı şəhərində yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evini almışlar. İsmayıllı rayon Dövlət Notariat Kontoru tərəfindən X2 adına verilmiş 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına verilmiş xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və xx xxxx 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi və İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: X7 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, iddiaçılar onun ərinin digər arvadlarından olan uşaqlarıdır. O, X18 ilə xx xxxx 2004-cü ildə ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Həmin vaxt onlar Bakı şəhərində yaşamışlar. 2006-cı ildə Bakı şəhərindəki evi satmışlar. Evin satışından əldə olunan pulun bir hissəsi ərinin ürək əməliyyatına sərf olunmuşdur. Əməliyyatdan sonra həkimlər ərinə təmiz havası olan yerdə yaşamağı məsləhət görmüşlər. Onlar Bakıdakı evin satışından əldə olunmuş pulun digər hissəsi ilə 2006-cı ilin payız ayının sonunda İsmayıllı şəhər sakini Fəxrəddindən İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi almışlar. Daha sonra həmin torpaq sahəsinə dair mərhum ərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpaq sahəsinin X9 xx xxxxxx 2003-cü il tarixli qərarı ilə mərhum ərinə verilməsi göstərilsə də, onlara torpağın mülkiyyət sənədi 2007-ci ildə hazır formada verilmişdir. 2007-ci ilin əvvəllərində İsmayıllı şəhərinə köçmüşlər. Yaşadıqları ev alındığı zaman iki otaqlı, təmirsiz və pilləkənsiz idi. İsmayıllı şəhərinə köçdükdən sonra valideynlərinin, bacısının köməkliyi ilə kənd təsərrüfatı ilə məşğul olaraq əldə etdiyi gəlirlər hesabına evin tikinti-təmir tikintisini, ərinin müalicəsini aparmış, birinci və ikinci iddiaçının təhsili, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Əri 2010-cu ildə vəfat etmişdir. Ərinin yas mərasimini verdikdən sonra o birinci və ikinci iddiaçı ilə birlikdə Bakı şəhərinə getmiş və kirayə tutduqları mənzildə yaşamışlar. Maddi imkanları ağır olsa da, onların oxumasına şərait yaratmışdır. Əvvəllər birinci və ikinci iddiaçının qohumları onlarla maraqlanmamış, sonra isə birinci və ikinci iddiaçı qohumları ilə birləşib onunla dalaşmış, rayondakı evi adlarına keçirtməsini tələb etmişlər. O isə evin üçünün arasında bölünəcəyini bildirmişdir. Birinci və ikinci iddiaçı onunla dalaşdıqdan sonra o, İsmayıllı şəhərinə qayıtmış, miras əmlakın bölünməsi ilə bağlı İsmayıllı rayon Notariat Kontoruna müraciət etmiş, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət sənədləri almışdır. O, birinci və ikinci iddiaçıya miras əmlakından pay çatmasına etiraz etmir. Üçüncü və dördünçü iddiaçılar mərhum ərinin vərəsələri olsalar da, onlar başqa ölkədə yaşamış, mərhum əri ilə əlaqə saxlamamış, miras əmlakın əldə olunmasında iştirak etməmişlər. Miras torpaq sahəsi və ev birgə nikahları dövründə əldə olunmuşdur. Mübahisəli həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Miras əmlakın ½ hissəsindən ona pay çatmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən X7 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, o iddiaçıların atasının 3-cü arvadıdır, iddiaçılar da onun ərinin digər arvadlarından olan uşaqlarıdır. O, X18 ilə xx xxxx 2004-cü ildə ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və bir müddət Bakı şəhərində yaşamışlar. 2006cı ildə Bakı şəhərindəki evi satmış, evin satışından əldə olunan pulun bir hissəsini ərinin ürək əməliyyatına, qalanına isə hazırki mübahisəli əmlakı almışlar. Daha sonra həmin torpaq sahəsinə dair mərhum ərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpaq sahəsinin X9 2003-cü il tarixli qərarı ilə mərhum ərinə verilməsi göstərilsə də, onlara torpağın mülkiyyət sənədi 2007-ci ildə hazır formada verilmişdir. Ona görə də həmin əmlak onunla mərhum ərinin birgə nikah dövrünə təsadüf edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Firəngiz Qəribovanın vəkili X8 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə Əfsər Qurbanov 2004-cü il tarixdə ailə qurmuş, mübahisəli əmlak isə 2007-ci il tarixdə alınmışdır. Göründüyü kimi həmin əmlak birgə nikah dövründə əldə olunduğundan ½ hissəsi mülkiyyət hüququ ilə Firəngiz Qəribovaya məxsusdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Qəribova (Hüseynova) Elmira Əfsər qızı (həmçinin digər iddiaçılıarın nümayəndəsi) apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Firəngiz Qurbanova onun mərhum atasının 3-cü arvadıdır. Mübahisəli əmlak atası ilə Firəngiz Qurbanovanın birgə nikahından xeyli qabaq əldə olunmuşdur. Firəngiz Qurbanova onlara heç bir məlumat vermədən, onlardan xəbərsiz notariat kontoruna müraciət edərək həmin əmlakın ½ hissəsinə mülkiyyət şəhadətnaməsi almışdır. Hesab edir ki, bu tam qanunsuzdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İsmayıllı rayon Notariat Ofisinin və DƏDRX-in 9 saylı Əİ-in nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxxxx 1978-ci il tarixli 1346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Əfsər qızı xx xxxxxx 1978-ci ildə doğulmuş, atası X18 və anası X10 kimi qeyd olunmuşdur. xx xxxx 2011-ci il tarixli 663107 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1983-cü ildə doğulmuş, atası X18 və anası X10 kimi qeyd olunmuşdur. xx xxxx 1986-cı il tarixli 1108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxx 1986-cı ildə doğulmuş, atası X18 və anası X10 kimi qeyd olunmuşdur. xx xxxxxxxx 1991-ci il tarixli 3000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1991-ci ildə doğulmuş, atası X18 və anası X6 qeyd olunmuşdur. xx xxxxxxx 1992-ci il tarixli 3413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxxx 1992-ci ildə doğulmuş, atası X18 və anası X6 qeyd olunmuşdur. xx xxxx 2004-cü il tarixli AZ-İ № 086523 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X7 xx xxxx 2004-cü ildə nikahlarını bağlamışlar. xx xxxxxx 2006-cı il tarixli JN 647A KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X12 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhər sakini X11 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx xxxxx 2010-cu il tarixli AZ-İ № 409747 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxx 2010-cu ildə miokardial çatmamazlıq xəstəliyindən vəfat etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər X22 üzrə nümayəndəliyinin xx xxxx 2011-ci il tarixli 4488 nömrəli arayışının surətindən görünür ki, İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 16 A nömrəli evdə mərhum X18 vəfat etdiyi günə kimi arvadı 1959-cu il təvəllüdlü X7, qızı 1991-ci il təvəllüdlü İddiaçı2 və 1992-ci il təvəllüdlü X14 ilə birlikdə yaşamışdır. İsmayıllı rayonu Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2012-ci il tarixli 2V-1/18 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2010-cu ildə vəfat etmiş X3 qalmış arvadı X2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlaklarının ½ hissəsinə mülkiyyət hüququ vardır. Ümumi birgə əmlak xx xxxxxx 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsinin 199 saylı arayışa, JN-647A, KOD- 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İsmayıllı şəhərində yerləşən 0.07 ha torpaq sahəsindən ibarətdir. xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxx 2012-ci il tarixli 77 nömrəli Sərəncamının surətindən görünür ki, İsmayıllı şəhəri, K. Əhmədov küçəsində yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsində X5 məxsus tikinti altı sahəsi 135,58 m2, ümumi sahəsi 113,42 m2, yaşayış sahəsi 66,7 m2 olan 1 mərtəbəli, kürsülü, 3 otaqlı fərdi yaşayış evinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşməsinə və kommunikasiya xətlərinin qoşulmasına icazə verilmişdir. xx xxxx 2013-cü il tarixli ********** nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsinin ½ hissəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.3 kv.m olan fərdi yaşayış evinin tam hissəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən sorğuya cavab olaraq göndərilmiş xx xxxxxx 2019-cu il tarixli **********44 nömrəli məktuba əlavə olunmuş İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin surətindən görünür ki, X11 qanuni istifadəsində 0.07 ha həyətyanı torpaq sahəsi olmuşdur. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli rüsum qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Qeyd olunan Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat Haqqında Azərbaycan Respublikası Qanununun” 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ərarvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Həmin Qanunun 62-ci maddəsinəgörə ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan Əfsər Qəribov xx xxxxx 2010-cı il tarixdə vəfat etmişdir. Mübahisəsi gedən İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi isə İsmayıllı rayon X9 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə xx xxxxxx 2006-cı il tarixli JN 647A KOD 40701004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçıların atası Əfsər Qəribovun mülkiyyətinə verilmişdir. Göründüyü kimi miras əmlak kütləsinə Əfsər Qəribovdan miras qalmış 0.07 hektar həyətyanı torpaq sahəsi daxildir. Əfsər Qəribovun ölümündən sonra miras qalmış mübahisəli torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək xx xxxx 2004cü il tarixdə nikaha daxil olduğu arvadı X5 İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 2012-ci il tarixli 2V-1/18N nömrəli mülkiyyət hüququ haqqında şəhədətnamə əsasında ½ hissədə pay müəyyən edilmişdir. Firəngiz Qəribova həmin şəhadətnamə əsasında 0.07 hektar torpaq sahəsinə öz adına torpağa mülkiyyət hüququna dair xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış almışdır. Sonradan isə Firəngiz Qəribovaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə tam, torpağın ½ hissəsinə xx xxxx 2013-cü il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. Lakin notarius tərəfindən ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən torpağın əldə olunma tarixi ilə, şəhadətnamənin verilmə tarixi arasındakı fərqə əhəmiyyət verilməməklə həmin sənədin bu kimi vacibliyi diqqətə alınmamışdır. Bundan əlavə qeyd olunan mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən digər vərəslərin, yəni iddiaçınınn iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə) bununla da iddiaçıların açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apelyasiya şikayətlərinə nəzər saldıqda apelyator tərəf öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apelyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Kollegiya sonda qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, təmin olunmayan hissəsiniəsaslandırmadığından və iddiaçı tərəf də bunu mübahisələndirmədiyindən yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar