Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-954/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5” Publik hüquqi şəxsin Cavabdeh qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilə öhdəliyinin pozulması, maddi ziyan) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı “X5” Publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı “X5” Publik hüquqi şəxsinin apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı “X5” Publik hüquqi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2- 3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 11314 birka nömrəli bir (bir) baş qoç və 11687, 11754, 11581, 11362, 11475, 11660, 11784, 11539, 11459, 11695, 11546, 11720, 11770, 11530, 11466, 11460, 10424, 11421, 11416, 11682 birka nömrəli 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 20 iyun tarixli aktla vətəndaş Cavabdeh “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 21 dekabr tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 11314 birka nömrəli 1 (bir) baş qoç və 11687, 11754, 11581, 11362, 11475, 11660, 11784, 11539, 11459, 11695, 11546, 11720, 11770, 11530, 11466, 11460, 10424, 11421, 11416, 11682 birka nömrəli 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 28 dekabr tarixli **********7 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizələri təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh Cəlil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar Cavabdeh eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 baş qoyunun natura şəklində Agentliyə qaytarılmasını tələb edirlər. Həmin heyvanların dəyərini tələb etmirlər. Müqavilə əsasında cavabdehə verdikləri qoyunların natura şəklində qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edirlər.
4. Cavabdeh X7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə iddiaçı təşkilata müraciət etmişdir. Təşkilatla onun arasında 20 iyun 2022-ci il tarixli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən ona 13 baş yaşlı və 8 baş cavan xırdabuynuzlu heyvan olan qoyun verilmişdir. Qoyunlardan biri erkək cinsli, 20-i dişi idi. Həmin heyvanların əksəriyyəti çox yaşlı və xəstə idi və bu barədə o X2 məlumat vermişdir. Heyvanlar yaşlı olduğundan o həmin heyvanları satmış və əvəzində 1 baş iribuynuzlu heyvan almışdır. Heyvanları satması və əvəzində iribuynuzlu heyvan alması barədə X2 məlumat verməmişdir. 21 dekabr 2022-ci il tarixdə X1 əməkdaşları heyvanları yoxlamaq məqsədi ilə monitorinq keçirmiş və bu zaman onlara heyvanları satdığını bildirmişdir. Hazırda iddia tələbinin predmeti olan heyvanların onda olmamasının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir.
5. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddiaçı “X5” Publik hüquqi şəxsinin cavabdeh X4 qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqaviləsinə əsasən özünüməşğulluq istiqamətinin təşkili üçün müqavilənin tərkib hissəsi olan Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktında qeyd olunan 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2- 3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem Cavabdeh verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh 1 (bir) il müddətində qeyd olunan əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh üzərinə əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək vəzifələri qoyulmuş və vəzifələrin icra edilməməsi halında onun Cavabdeh məsuliyyəti müəyyən olunmuşdur. 21 dekabr 2022-ci il tarixdə Cavabdeh fəaliyyəti yoxlanmış və monitorinq zamanı 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun cavabdeh tərəfindən satıldığı aşkar edilmişdir. Cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən iddiaçı “X5” Publik hüquqi şəxsi müqavilənin tərkib hissəsi olan təhvil təslim aktı ilə Cavabdeh verilmiş xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb edir. Cavabdeh müqavilə əsasında ona verilmiş heyvanların yaşlı və xəstə olduğunu və buna görə də həmin heyvanları sataraq əvəzində bir iri buynuzlu heyvan aldığını və iddianın predmeti olan xırdabuynuzlu heyvanların onda olmamasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir.
8. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilə əsasında ona verilmiş və iddiaçıya məxsus onun mülkiyyətinə verilməmiş 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoçu satmaqla iddiaçıya maddi zərər vurmuşdur.
9. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin zərərvurandan tam həcmdə tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda mülki qanunvericilikdə zərərin ödənilməsi təmin edilərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliklərindən birinin işin hallarından asılı olaraq məhkəmə tərəfindən zərərvuranın üzərinə qoyulması nəzərdə tutulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı “X5” Publik hüquqi şəxs tərəfindən cavabdehdən tələb olunan 20 baş 2- 3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoç cavabdeh tərəfindən satılmışdır və həmin heyvanlar hazırda cavabdehin istifadəsində deyil və həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyrimümkündür.
11. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 20 iyun 2022-ci il tarixində 2022/ÖM/04278 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə özünüməşğulluğa cəlb olunmuş Cavabdeh tərəfindən həmin əmlakı qaytarması dəymiş zərərin ödənilməsinin yeganə üsulu kimi göstərilməmiş və dəymiş zərərin ödənilməsinin digər üsulu kimi əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq qaytarılması imkanı da nəzərdə tutulmuşdur.
12. Məhkəmə sonda qeyd etmişdir ki, iddiaçı “X5” Publik hüquqi şəxsi iddia verərkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamış, cavabdehdən xırdabuynuzlu heyvanların natura şəklində qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.
13. Həmçinin məhkəmə hesab etmişdir ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, eyni zamanda dəymiş zərərin əvəzinin (pul vəsaitinin) cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması iddiaçı tərəfə izah edildiyindən, iddiaçı tərəf isə hazırki iddia tələbini müdafiə etdiyindən, həmçinin iddia tələbində qeyd edilən 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında Cavabdeh istifadəsinə verilmiş eyni növlü və keyfiyyətli (2- 3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyun cavabdehin mülkiyyətində və istifadəsində olmadığından, yəni satıldığından iddiaçı “X5” Publik hüquqi şəxsin cavabdeh X4 qarşı xırdabuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 385.1, 421.2, 442, 448.1, 448.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.1, 89.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.3, 24.4-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1, 8.3-cü bəndlərinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan iddiaçı “X5” Publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, mülki qanunvericilik tərəfindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində dəymiş zərərin əvəzinin naturada, eyni növlü və keyfiyyətli əmlak vermək yolu ilə ödənilməsi nəzərdə tutulsa belə, işə baxan məhkəmə tərəfindən əsassız yerə müvafiq iddia tələbinin təminindən imtina edilmişdir. Buna əsas qismində müvafiq aktivlərin dəyərinin göstərilməməsi qeyd edilsə belə, nəzərə alınmalıdır ki, iddiaçı qismində iddia tələbi məhz aktivlərin naturada geri qaytarılması olmuşdur ki, bu da mülki qanunvericiliyin məsələyə dair istinad edilən tənzimləmələrində aşkar formada əks olunub.
17. Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə 24 avqust 2018-ci il tarixli 233 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.5-ci bəndinə əsasən Qanunun 24.5-ci maddəsində qeyd edilən “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) nəzərdə tutulur. Fərmanın 2.17-ci bəndinə əsasən Qanunun 24.5-ci maddəsinin ikinci halında “orqan (qurum)” dedikdə isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra – Komitə) nəzərdə tutulur. Göründüyü kimi müvafiq bazar qiymətinin müəyyən olunması Komitənin dərc etdiyi qiymətlərə əsasən Nazirlik tərəfindən müəyyən olunur. Özünüməşğulluq tədbiri çərçivəsində şəxslərin istifadəsinə verilən aktivlərlə bağlı Komitə tərəfindən müvafiq qiymətlər dərc edilmədiyi üçün Nazirlik tərəfindən müvafiq əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün bazar qiymətinin müəyyən olunması mümkün olmur.
18. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-415/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X5” Publik hüquqi şəxsin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-415/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı “X5” Publik hüquqi şəxsin Cavabdeh qarşı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, izahatına əlavə olaraq, hazırda da Cavabdeh ona verilmiş heyvanların dəyərinin deyil, iddia ərizəsində göstərilən qaydada məhz heyvanların naturada tələb edildiyini göstərmişdir.
21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin göndərdiyi teleqramında xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş, lakin xəstəliyinə dair məhkəmə kollegiyasına heç bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərdən ibarətdir. 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhviltəslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-415/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Buna görə də məhkəmə kollegiyası qətnamənin qanuniliyinin və əsaslılığının tam həcmdə yoxlanılmasını zəruri hesab etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli, 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən özünüməşğulluq istiqamətinin təşkili üçün müqavilənin tərkib hissəsi olan Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktında qeyd olunan 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2- 3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem Cavabdeh verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh 1 (bir) il müddətində qeyd olunan əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh üzərinə əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək vəzifələri qoyulmuş və vəzifələrin icra edilməməsi halında Cavabdeh məsuliyyəti müəyyən olunmuşdur. 21 dekabr 2022-ci il tarixdə Cavabdeh fəaliyyəti yoxlanmış və monitorinq zamanı 20 iyun 2022ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun cavabdeh tərəfindən satıldığı aşkar edilmişdir. Cavabdeh 20 iyun 2022-ci il tarixində 2022/ÖM/ 04278 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, nəticədə ona ziyan dəydiyini iddia edən iddiaçı “X5” Publik hüquqi şəxsi müqavilənin tərkib hissəsi olan təhvil təslim aktı ilə Cavabdeh verilmiş xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb edir. Cavabdeh müqavilə əsasında ona verilmiş heyvanların yaşlı və xəstə olduğunu və buna görə də həmin heyvanları sataraq əvəzində bir iri buynuzlu heyvan aldığını və iddianın predmeti olan xırdabuynuzlu heyvanların onda olmamasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir.
31. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
32. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznesplanda (bundan sonra-biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
33. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem verilmişdir.
34. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlanmış, müqavilə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən Cavabdeh 20 baş 2-3.5 yaş arası qoyun, 1 baş 2-3.5 yaş arası qoç və 400 kq paketlənmiş qarışıq yem verilmişdir. Lakin Zaqatala rayonu Bəhmətli kəndində Cavabdeh ünvanında keçirilmiş Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi zamanı Cavabdeh tərəfindən 20 baş xırdabuynuzlu heyvan olan qoyunun və 1 baş qoçun satıldığı aşkar edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlə onun arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2- 3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçı həmin tələblə məhkəməyə müraciət edərkən, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamışdır.
36. Belə ki, işdə olan 21 dekabr 2022-ci il tarixli Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından da göründüyü kimi, Cavabdeh tərəfindən 20 baş xırdabuynuzlu heyvan olan qoyun və 1 baş qoç satılmış və müqavilə əsasında cavabdehə verilmiş xırdabuynuzlu heyvanlar onun istifadəsində deyillər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə heyvanlar verilərkən onların keyfiyyət xüsusiyyətləri fərdiləşdirilmədiyindən, həmin heyvanlarla eyni növlü və keyfiyyətli xırdabuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi də qeyri mümkündür.
38. İşdə olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin 3.3.4-cü bəndinə görə bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq öznüməşğulluğa cəlb edilmiş şəxsin vəzifəsidir.
39. Həmin Müqavilənin 3.3.5-ci bəndinə görə monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyivə ya həmin əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu müqavilənin 3.3.1-3.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq öznüməşğulluğa cəlb edilmiş şəxsin vəzifəsidir.
40. Göründüyü kimi tərəflər “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilə ilə əmlak olmadıqda onun dəyərinin Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödənilməsi ilə qaytarılmasını razılaşdırmışlar.
41. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir.
42. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçı “X5” Publik hüquqi şəxsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı “X5” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçı “X5” Publik hüquqi şəxsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.