Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-962/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X1, X6 və X2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 Saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala rayonu Mazıx Bələdiyyəsi, Cavabdeh7, Cavabdeh8, Cavabdeh15, Cavabdeh16, Cavabdeh13, Cavabdeh9 Azizxanoviç, X4, Cavabdeh17, Cavabdeh10, Cavabdeh12, Cavabdeh18, Cavabdeh2, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh1 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, X8 qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçılar X1, X6 və X2 nümayəndəsi İddiaçı, cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh13 iştirakı ilə, iddiaçılar İddiaçı, X1, X6 və X2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 Saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala rayonu Mazıx Bələdiyyəsi, Cavabdeh7, Cavabdeh8, Cavabdeh15, Cavabdeh16, Cavabdeh13, Cavabdeh9 Azizxanoviç, X4, Cavabdeh17, Cavabdeh10, Cavabdeh12, Cavabdeh18, Cavabdeh2, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh1 qarşı “torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması" tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 may 2024-cü il tаrixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Zaqatala rayonunun Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar İddiaçı, X1, X6 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 23 dekabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8301 nömrəli, 16 fevral 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı, X1, X6 və X2 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə onlara verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş, Zaqatala rayon Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, onlara məxsus torpaq sahəsinə gediş-gəliş yolu xəritədə nəzərdə tutulsa da, halhazırda müəyyən səbəblərdən pay torpaq sahəsinə nəzərdə tutulan yolun bir hissəsi özbaşına bağlanmışdır. Vəkil sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli cavab məktubunda yaşayış məntəqəsi və təsərrüfat daxilində vətəndaşlara məxsus həyətyanı və pay torpaq sahələrinə gediş-gəliş yollarının bələdiyyənin mülkiyyətinə aid olduğu, Zaqatala rayon Mazıx kəndində yerləşən 11553 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun xəritədən çıxarışın verilməsinə münasibətdə isə Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsi ilə müəyyən olunmuş qaydada vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan başqa Zaqatala Rayon İcra Hakimiyyətinə və Zaqatala Rayon Dövlət Arxivinə vəkil sorğuları verilsə də, Zaqatala rayon Mazıx kəndinin xəritəsini əldə etmək mümkün olmamışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli cavab məktubunda Zaqatala rayon Mazıx kəndinin xəritəsinin Rayon İcra Hakimiyyətində olmadığı, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda isə keçmiş “Şəfəq” kolxozunun sənədləri yandığından və göstərilən 1970-1995-ci illərin arxiv sənədləri Dövlət Arxivində saxlanılmadığından həmin illərə dair xəritədən çıxarışın verilməsi mümkün olmamışdır. Eyni zamanda dəfələrlə Mazıx bələdiyyəsinə yolun açılması barədə şifahi müraciətlər edilsə də, Zaqatala rayon Mazıx kəndində yerləşən 11553 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasının bələdiyyənin səlahiyyətində olmadığı bildirilmişdir. İddiaçıların Mazıx kəndində yerləşən qeyd olunan pay torpaq sahəsinə gedişgəliş yolunun bağlanmasına görə aidiyyatı təşkilatlar arasında yaranan fikir ayrılıqlarına son qoyulması, ədalətli və obyektiv araşdırılma aparılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 35/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar 1996-cı ildə torpaq islahatı aparılarkən torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə 1960-1970-ci illərə dair xəritəyə uyğun verildiyini və yolun ayrıldığını, sonradan Zaqatala rayonu Mazıx Bələdiyyəsi tərəfindən həmin yolun ləğv edildiyini, həmin xəritədə qeyd olunan yolun açılmasını tələb etdiklərini bildirsələr də, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 Saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh7, Cavabdeh8, Cavabdeh15, Cavabdeh16, Cavabdeh13, Cavabdeh9 Azizxanoviç, X4, Cavabdeh17, Cavabdeh10, Cavabdeh12, Cavabdeh18, Cavabdeh2, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh1 оnların hüquqlarının pоzulmasına yönəlmiş davranışlarının nədə ifadə оlunduğunu izah edə, iddia tələbini sоnunculara münasibətdə əsaslandıra bilməmişlər. İş üzrə sübutlarla ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus torpaq sahəsinə gediş-gəliş yolunun hər hansı şəхs tərəfindən, о cümlədən Zaqatala rayonu Mazıx Bələdiyyəsi tərəfindən ləğv edilməsi (zəbt edilməsi) halı təsdiq edilməmişdir. Ümumiyyətlə, yanaşı yохlanılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu, yerquruluşunun təşkili şöbəsinin müdiri Fərid Əhmədov və yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun 12 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8301 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə Zaqatala rayonunun Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmadığından həmin torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılmasına dair hazırkı tələb təmin edilə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 175.1, 213.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 97.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, mübahisənin obyektiv həllinə nail olmaq məqsədi ilə barəsində mübahisə gedən torpaq sahəsinin ölçü və planını göstərən sxem (sxemlər) yenidən tərtib olunmalı, həmin sxemlərin tərtib olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə olunmalı, ona görə də iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli və onun keçirilməsi həmin ekspertə tapşırılmalıdır. Ekspert kifayət qədər aydın olmayan və natamam rəy vermişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçılar X1, X6 və X2 nümayəndəsi İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh13 eyni məzmunlu izahat verərək bildirmişlər ki, onlar tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolu bağlanmamışdır. İddiaçılar kimi həmin ərazidə yerləşən digər torpaq sahələrinin mülkiyyətçiləri öz torpaqlarına getmək üçün meşə ərazisindən istifadə edirlər. Sadəcə həmin yol bir uzun olduğu üçün iddiaçı yeni yolun açılmasını istəyir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddiaçıların iddia tələblərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hazırki iddiasının təmin olunması üçün onların mülkiyyətinə başqa maneələrin törədilməsi və mülkiyyətçi kimi hüquqlarının pozulması, yəni onlara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsinin özbaşına bağlanması faktını sübut etməlidir. Yalnız bu halda iddiaçı tərəf cavabdehlər tərəfindən bu cür hərəkətlərə son qoymağı tələb edə bilər. Lakin cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolunun bir hissəsini bağlamaqla iddiaçıların hüquqlarının pozulması müəyyən olunmamışdır. Belə ki, iddiaçılar 1996-cı ildə torpaq islahatı aparılarkən torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə 1960-1970-ci illərə dair xəritəyə uyğun verildiyini və yolun ayrıldığını, sonradan Zaqatala rayonu Mazıx Bələdiyyəsi tərəfindən həmin yolun ləğv edildiyini bildirsələr dəi, cavabdehlərin оnların hüquqlarının pоzulmasına yönəlmiş davranışlarının nədə ifadə оlunduğunu izah edə, iddia tələbini sоnunculara münasibətdə əsaslandıra bilməmişlər. Əksinə, ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus torpaq sahəsinə gediş-gəliş yolunun hər hansı şəхs tərəfindən, о cümlədən Zaqatala rayonu Mazıx Bələdiyyəsi tərəfindən ləğv edilməsi (zəbt edilməsi) halı işdə olan sübutlarla təsdiq edilməmişdir. Belə ki, işdə olan DƏDKR-nin 18 Saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu, yerquruluşunun təşkili şöbəsinin müdiri Fərid Əhmədov və yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun 12 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8301 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə Zaqatala rayonunun Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Zaqatala rayonunun Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmadığından, həmin torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılmasına dair hazırkı tələb əsassızdır və təmin edilməməlidir. Həmin tələbin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi əsaslı, ijddiaçı tərəfin apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. İddiaçı tərəf apellyasiya şikayətində bildirir ki, tərəflər arasındakı mübahisənin obyektiv həllinə nail olmaq məqsədi ilə barəsində mübahisə gedən torpaq sahəsinin ölçü və planını göstərən sxem (sxemlər) yenidən tərtib olunmalı, həmin sxemlərin tərtib olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə olunmalıdır. Məhkəmə bununla bağlı bildirir ki, mübahisə gedən torpaq sahəsinin ölçü və planını göstərən sxemin (sxemlər) yenidən tərtib olunması, həmin sxemlərin tərtib olunmasnın 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə olunmasını tələb etməklə faktiki olaraq iş üzrə tələb irəli sürürlər. Lakin iş materiallarından görünür ki, həmin tələb işə baxmış Rayon Məhkəməsinə verilməmişdir. MPM-nin tələblərinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.). Yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir və onlara baxılmır (maddə 372.4.). Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. İddiaçıların hazırki iş üzrə birgə verdikləri apelyasiya şikayətinin bir dəlili də ondan ibarətdir ki, hazırki iş üzrə ekspert kifayət qədər aydın olmayan və natamam rəy verdiyinə görə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ekspert rəyi ilə razılaşmasa da ekspert rəyini şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı, X1, X6 və X2 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-962/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-962/2024
26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver