Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-966/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatının və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların dövlət qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilmişdir. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX- nin 18 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına 19.02.2020 ci il tarixli reystr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların dövlət qeydiyyatının və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, həmin yaşayış evinə gəlin kimi köçərkən evin mülkiyyətçisi olmamışdır. Mülkiyyətçisi olmayan evə köçərkən kimdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddələrin tələblərinə əməl etməsini tələb etməli idi ? Cavabdeh2 bu yaşayış-evində yaşamamış, həyətdəki özünə məxsus ikinci, sonradan tikilən evdə yaşamışdır. Evdən istifadə münasibətində ondan üstün hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən hec kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2020-ci ilə qədər evin mülkiyyətçisi olmamışdır. 2020-ci ildə Cavabdeh2 evdə yaşamadığı halda, cavabdehlər əlbir olaraq Cavabdeh2 adına qanunsuz DƏDR- dən çıxarışı verilərək, onun 16 il yaşadığı evdən çıxarılması barədə məhkəmədə iddia qaldırılmasına sərait yaratmışlar. Balakən Rayon Məhkəməsi Cavabdeh2 bu saxta sənədlərlə əldə etdiyi mülkiyyət sənədi əsasında qaldırdığı iddianı təmin etmiş, qətnamə hələ qanuni qüvvəyə minməmişdir. Cavabdeh2 göstərir ki, mübahisəli mülk nənəsinin adına olmuşdur. Nənəsi bu evi ona 1990-cı ildə bağışlamışdır. 30 ildən sonra DƏDRX-nin 18 saylı Ərazi İdarəsi bu müqavilə əsasındamı evi qeydiyyata almışdır? Mübahisəli hüquq münasibəti yaranan dövrdə qüvvədə olan 1962-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən yaşayış evinin və tikinti materialının bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230.1-ci maddələrinə əsasən bağlanmalıdır. Həmin Mülki Məcəllənin 230-cu maddəsinə əsasən bu müqavilə notariatda təsdiq edilməli və yerli XDS İK-də qeydiyyata alınmalıdır. Həmin Mülki Məcəllənin 230.1-ci maddəsinə əsasən həmin tələbə əməl edilmədikdə bu Məcəllənin 44 cü maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 44-cü maddəsində isə göstərilir ki, qanunun tələbinə müvafiq olmayan əqd etibarsızdır. Cavabdeh2 bu evə dair DƏDR-dən çıxarış verilərkən DƏDRX-nin 18 saylı Ərazi İdarəsi müqavilənin bu qanunun tələbinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlər varsa, məhkəməyə təqdim etməlidir. 1990-cı ildə bu evin yerləşdiyi torpaq sahəsi və ev kolxozçu həyətinin mülkiyyəti olmuşdur. Cavabdeh2 qeyd edir ki, bu evi ona nənəsi bağışlayıb. Evin ona bagışlanması ücün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 120-ci maddəsinə əsasən kolxozçu həyətinin bütün üzvlərinin razılığı lazımdır. Belə bir razılıq olubsa, bu sənədlər kənd icra nümayəndəliyindən və yaxud Azərbaycan Respublikası Dövlət Arxivinin Balakən rayon filialından tələb olunmalıdır. O, bu mülkiyyət sənədinin saxtalığına əmindir. Ona görə bu mülkiyyət sənədinin qanuni yolla Cavabdeh2 verilib-verilməməsinin araşdırılmasına zərurət vardır. Ümumiyyətlə bu evin Cavabdeh2 qədər mülkiyyətçisinin olub-olmamasının araşdırılması lazımdır. Ona görə də DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən bu mülkiyyət sənədinin verilməsi ücün əsas olmuş bütün sənədlərin surətlərinin məhkəmə tərəfindən tələb edilməsini xahiş edir. Onun evdən çıxarılması barədə çıxarılan qətnamədən məlum deyildir ki, DƏDR- dən çıxarış eyni həyətdə yerləşən köhnə evə, yaxud Cavabdeh2 yaşadığı onun təzə evinə verilmişdir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsivəkili Vəkil iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 19.02.2020-ci il tarixdə, sonra isə 16.09.2020ci il tarixdə dövlət qeydiyyatına alınmış, 19.02.2020-ci il tarixli qeydiyyat və həmin tarixli çıxarış faktiki ləğv olunmuşdur. 2005-ci ildə Cavabdeh2 atası X1 Səlihət İsa qızı ilə qeyrirəsmi evlənmiş, onlar Cavabdeh2 məxsus həmin evdə yaşamışlar. Lakin İddiaçı və X10 rəsmi nikaha girməmiş, həmçinin İddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır. İddiaçı və X4 bu nikahdan uşaqları olmamışdır. İddiaçı Cavabdeh2 ilə və X8, X14, X21, X17 və X11 ilə ümumi təsərrüfat aparmamış, Cavabdeh2 və həmin şəxslərin ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. 25.11.2018-ci il tarixdə Cavabdeh2 atası X10 ölmüşdür. Onun ölümündən sonra Cavabdeh2 İddiaçı ona məxsus evdən çıxmasını tələb etmişdir. Lakin İddiaçı Cavabdeh2 məxsus evdən çıxmamış, ona görə də Cavabdeh2 həmin fərdi yaşayış evindən İddiaçı çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(019)-579/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2 Yaqub oğlu, X8, X14, X21, X17 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh2 göstərilən evə mülkiyyət hüququ 16.09.2020-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. X6 bu mülkiyyət hüququ üzrə çıxarışı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Həmçinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunauyğun qaydada verilmişdir və həmin çıxarışın və dövlət qeydiyyatının etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsibirinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, həmin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını bildirərək,işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni maddi və prosesual huquq normaların tələbləri pozulmaqla çıxarılan ədalətsiz və qanunsuz qətnamə hesab edir. Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. İzahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli Çıxarışın kserosurətindən görünür ki, 29 №li reyestr kitabının 41 №li vərəqində 19.02.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə Cavabdeh2, torpaq sahəsi ümumi birgə X2, torpaq sahəsi ümumi birgə X7, torpaq sahəsi ümumi birgə X13, torpaq sahəsi ümumi birgə X9 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli, 2 (019)- 579/2020-ci il nömrəli qətnaməsindən görünür ki, iddia qismən-iddiaçı Cavabdeh2 iddia tələbi hissəsində təmin edilmiş və cavabdeh İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2, X8, X14, X21, X17 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın digər iddiaçılar X8, X14 və X9 cavabdeh İddiaçı qarşı cavabdehin Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin 29.09.2020-ci il tarixli, 2 (019)-579/2020-ci il nömrəli məhkəmə qətnaməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində 19.02.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə Cavabdeh2, torpaq sahəsinin ümumi birgə X2, torpaq sahəsinin ümumi birgə X7, torpaq sahəsinin ümumi birgə X9 və torpaq sahəsinin ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, lakin həmin 19.02.2020-ci il tarixli qeydiyyata düzəliş olunub ləğv olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində 16.09.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin tam və torpaq sahəsinin ümumi birgə Cavabdeh2, torpaq sahəsinin ümumi birgə X2, torpaq sahəsinin ümumi birgə X7, torpaq sahəsinin ümumi birgə X13, torpaq sahəsinin ümumi birgə X9 və torpaq sahəsinin ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması göstərilmişdir. Başqa sözlə sözügedən ev və torpaq sahəsi ilə bağlı 29 №li reyestr kitabının 41 №li vərəqində daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış ləğv olunaraq, həmin qeydiyyat və çıxarış reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz olunmuşdur. İşdə olan 20.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13.06.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu, 139.1-ci, 139.3-cü, 140-cı, 141.1-ci, 141.2-ci, 141.3-cü, 146.1-ci, 152-ci, 337-ci, 339-cu, 340-cı, 341-ci, 342-ci, 343-cü, 344-cü, 345-ci, 346-cı, 347-ci, 349-cu , 350-ci, 354-cü, 1133.1 və 1133.2-ci, 1145-ci, 1159-cu, 1246-cı, 1243.2 və 1243.3-cü və 1248.1-ci, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddia predmetini təşkil edən Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonra isə sözügedən ev və torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********05- 10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış düzəliş əsasında ləğv olunaraq, reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli Çıxarışla 29 №li reyestr kitabının 41 №li vərəqində 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz olunmuşdur. Hazırda qeyd olunan evin və torpaq sahəsinin 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışı qüvvədədir. Reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış isə qüvvədə deyildir. 2005-ci ildə iddiaçı Cavabdeh2 atası X1 Səlihət İsa qızı ilə qeyri-rəsmi evlənmiş, onlar Cavabdeh2 məxsus həmin evdə yaşamışlar. Lakin cavabdeh İddiaçı və X10 rəsmi nikaha girməmiş, həmçinin İddiaçı mübahisəli evdə qeydiyyatda olmamışdır. İddiaçı və X4 bu nikahdan uşaqları olmamışdır. İddiaçı Cavabdeh2 ilə və digər torpaq sahəsinin mülkiyyətçisi olan şəxslərlə ümumi təsərrüfat aparmamış, Cavabdeh2 və digər həmin şəxslərin ailə üzvü, yaxın qohumu və digər formada qohumu olmamışdır. 25.11.2018-ci il tarixdə Cavabdeh2 atası X10 ölmüşdür. Onun ölümündən sonra Cavabdeh2 İddiaçı ona məxsus evdən çıxmasını tələb etmişdir. Balakən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(019)-579/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Tülü kəndində Cavabdeh2 Yaqub oğlu, X8, X14, X21, X17 və X3 ümumi birgə mülkiyyətində olan 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Tülü kəndində 0.2521 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmin evin yerləşdiyi 0.2521 ha həyətyanı torpaq sahəsinin isə Cavabdeh2, X2, X7, X13, X9 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 19.02.2020-ci il tarixdə qeydiyyata alınması barədə qeydiyyat və çıxarış 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz edilmiş, bununla da həmin evin Cavabdeh2 adına 19.02.2020-ci il tarixli dövlət qeydiyyatı və çıxarışı ləğv olunmuşdur, 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışı isə qüvvədədir. İddiaçı ləğv olunan 19.02.2020ci il tarixli qeydiyyatın və çıxarışın ləğv olunması tələbi ilə, həmçinin Cavabdeh2, onun atası Yəhya Abdullayevin, Cavabdeh2 nənəsinin və digər yaxın qohumlarının ailə üzvü, vərəsəsi olmadığı, miras əmlaka, sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iş materiallarından görünür ki, qeyd olunan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış düzəliş olunmaqla ləğv edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışla Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi tam və torpaq sahəsi ümumi birgə Cavabdeh2, torpaq sahəsi ümumi birgə X2, torpaq sahəsi ümumi birgə X7, torpaq sahəsi ümumi birgə X13, torpaq sahəsi ümumi birgə X9 və torpaq sahəsi ümumi birgə X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni sözügedən 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli qeydiyyat və çıxarışla əvəz edilmişdir və hazırda həmin ev və torpaq sahəsi ilə bağlı 29 №-li reyestr kitabının 41 №-li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli qeydiyyat və həmin tarixli və nömrəli çıxarış mövcuddur və qüvvədədir. Qeyd olunan fərdi yaşayış evi və torpaqla bağlı daşınmaz əmlakın dövlət reyestrində 29 №li reyestr kitabının 41 №li vərəqində reyestr nömrəsi **********05-10301 olan, ********** qeydiyyat nömrəli 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış isə mövcud deyildir, yəni qüvvədə deyildir. Belə olan halda qüvvədə olmayan, yəni mövcud olmayan 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların qeydiyyatının və həmin 19.02.2020-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək və mövcud olmayan belə bir qeydiyyatı və çıxarışı etibarsız saymaq qanuni və əsaslı deyildir. İş üzrə iddiaçı 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əslini və ya notarial qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini məhkəməyə təqdim etmişdir ki, o da qanunun tələbinə əsasən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı etibarsızlığını tələb etdiyi 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan 29 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində hüquqların qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.02.2020ci il tarixli çıxarışın hazırda mövcud olmasını, qüvvədə olmasını və qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə bildirir ki, iddiaçı 29 №-li reyestr kitabının 41 №-li vərəqində reyestr nömrəsi **********05-10301 olan ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli qeydiyyatın və həmin tarixli və nömrəli çıarışın ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur, həmçinin hazırki işdə iddia tələbindən kənara çıxmaq üçün qanunda nəzərdə tutulmuş müstəsna hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə onu da qeyd edir ki, 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05- 10301 olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat və çıxparış mövcud olsaydı belə, işdə həmin qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktoloji hallar müəyyən edilməmişdir. Belə ki, qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1- 341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1- 347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Qeyd edilməlidir ki, 19.02.2020-ci il tarixli reyestr nömrəsi **********05-10301 olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat və çıxarış mövcud olduğu təqdirdə, onların etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş yuxarıda sadalanan halların və əsasların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir və iddiaçı da tələb etdiyi qeydiyyat və çıxarışın etibarsız sayılması üçün qanunda göstərilmiş halların və əsasların mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Onu da nəzərə çatdımaq lazımdır ki, əslində daşınmaz əmlakla bağlı reyestrdə qeydiyyatın və çıxarışın etibarsız sayılması üçün həmin qeydiyyat və çıxarışa əsas olmuş əqdin etibarsızlığı ilə bağlı iddia tələbi qoyulmalıdır ki, hazırki iddia ərizəsində də bu tələb qoyulmamışdır. Məhkəmənin isə qeyd edildiyi kimi, iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. İş materiallarından görünür ki, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh2 evə mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Həmçinin məhkəmə hesab edir ki, etibarsızlığı barədə tələb qoyulan daşınmaz əmlakla bağlı 19.02.2020-ci il tarixli qeydiyyat və çıxarış mövcud olduğu təqdirdə belə, İddiaçı onların etibarsızılığı barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 atası Yəhya Abdullayevlə nikah bağlamamış,onun vərəsəsi, həmçinin iddia ərizəsində evin Cavabdeh2 bağışlanmasının göstərildiyi Cavabdeh2 nənəsinin vərəsəsi olmamış, sözügedən evə qeydiyyat sənədinin verilməsinə əsas olmuş hər hansı əqdin tərəfi olmamış, həmçinin həmin evə və evin yerləşdiyi torpaq sahəsinə qanun, müqavilə və ya mülkiyyət hüquqları əsasında hər hansı hüququ olmamışdır. Belə olan halda evə qeydiyyat sənədinin onun hansı hüquqlarına zidd olması və onları məhdudlaşdırılması məhkəmə üçün aydın deyildir və iddiaçı da bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2(019)-140/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-966/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-966/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver