Məhkəmə qərarları › İş №2(107)-966/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-966/2022

10.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-966/2022 10.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair ilk, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı yaşayış evindən payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: uşaqla ünsiyyət) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair ilk, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı yaşayış evindən payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə ünvan 3əsinin 17 may 2022-ci il tarixli 2(033)-31/2022 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin paylarının ona düşən payın 2/6 hissəsinin, Cavabdeh2 düşən payın 2/6 hissəsinin, Cavabdeh3 düşən payın 1/6 hissəsinin, Cavabdeh3 düşən payın 1/6 hissəsinin ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir ünvan 3əsinin 17 may 2022-ci il tarixli 2(033)-31/2022 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 1 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin İddiaçı aid 2/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda qeyd edilmiş reyestr nömrəsi **********97-10301 olan ünvan 1 ünvanında yerləşən 0,0347 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 179,9 kv.m olan fərdi yaşayış evinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 aid 3/6 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4447 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə bağlı ödədikləri 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Mülki işə baxılması Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğluna həvalə edilmişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışı 10 avqust 2022-ci il tarixdə saat 09:45-ə Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. ünvan 3əsinin hakimi X4 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, İddiaçı Yüzbaşov X2 Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)- 31/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizəyə baxılması zərurəti ilə əlaqədar ünvan 3əsinin icraatında olmuş 2(033)-31/2022 saylı nömrəli mülki işin ünvan 3əsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizəsinə baxılması məqsədilə mülki iş ünvan 3əsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-966/2022 nömrəli mülki iş İddiaçı apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizəsinə baxılması məqsədilə ünvan 3əsinə qaytarılması üçün baxışdan çıxarılsın və ünvan 3əsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar