Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-972/2022 10.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payların naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payların naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları DƏDRX tərəfindən 29 may 2019-cu il tarixdə verilmiş **********06- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 43,1 kv/m-lik fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissə paylarla olmaqla, paylı mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən və 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, əmisi Cavabdeh2 və bibisi Cavabdeh1 hər birinə 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda qeyd edilən fərdi yaşayış evində bibisi X4 yaşayır və ev faktiki olaraq bibisi Cavabdeh1 istifadəsindədir. Buna nə onun, nə də ki, cavabdehlərin heç bir etirazları və narazılıqları olmamışdır. Belə ki, 0.06 ha həyətyanı torpaq sahəsi üzərində həm onun atası X5, həm də əmisi Cavabdeh2 tərəfindən illər əvvəl həyətin ayrı-ayrı hissələrində tikililər inşa edilmişdir. Həmin tikililər onların faktiki istifadələrindədir və onlar orada yaşayırlar. Əmlakın mülkiyyət sənədi üzrə üç mülkiyyətçinin mülkiyyətində cəmi 0.06 ha torpaq sahəsinin olması nəzərdə tutulduğundan onun istifadəsində olmalı torpaq sahəsinin də həcmi 200 kv/m təşkil etməlidir. Lakin hazırkı vəziyyətdə onun faktiki olaraq istifadəsində olan torpaq sahəsinin həcmi 200 kvadratmetrdən azdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun eyni cavabdehlərə qarşı, eyni həyətyanı torpaq sahəsindən payının ayrılması tələbinə dair iddiasına Şəki Rayon Məhkəməsində baxılmış, lakin Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. O, əvvəlki iddiasında evin bölgüsünü tələb etməmişdir. Həyətin bölgüsü ilə bağlı onun müraciəti ilə mütəxəssis tərəfindən Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanındaki fərdi yaşayış evinə aid həyətyanı torpaq sahəsinin faktiki bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemi həyətyanı torpaq sahəsinin tərəflərindən inşa edilmiş və faktiki sahibliklərində olan tikililərin yerləşdiyi hissələrə uyğun tərtib edilmişdir. Belə ki, bölgü sxeminə əsasən Cavabdeh1 düşən hissə ümumi sahəsi 43,1 kv/m olan ev və həmin evin yerləşdiyi hissəyə uyğun 200 kv m torpaq sahəsi, Cavabdeh2 düşən hissə onun tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan C və F tikililərin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsi və ona düşən hissə tərəfindən inşa edilmiş və faktiki istifadəsində olan B və D tikililərinin yerləşdiyi hissəyə uyğun 200 kv/m torpaq sahəsidir. Lakin sonradan cavabdehlər bölgü sxeminin notarial qaydada təsdiq edilməsinə, ümumi əmlakın bölünməsi və ondan payın ayrılmasına razılaşmamışlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun, bacısı Cavabdeh1 və qardaşı oğlu İddiaçı hər birinə 1/3 hissə olmaqla paylı mülkiyyətlərindədir. Paylı mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsində həm onlar, həm də iddiaçı üçün ayrı-ayrı tikililər inşa etdirilmişdir. Həmin tikililər onların faktiki istifadələrindədir. Həmçinin 0.06 ha həyətyanı torpaq sahəsi sağlığında mərhum anası və iddiaçının mərhum atası tərəfindən faktiki olaraq bölünmüş və əvvəllər bölünmüş şəkildə də hazırda onların istifadəsindədir. Bu səbəbdən də iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 digər Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,1 kv/m-lik fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissə paylarla paylı mülkiyyətlərindədir. İddiaçı həmin evdən və evə aid torpaq sahəsindən 1/3 paya malik olmasına baxmayaraq 0,06 ha torpaq sahəsinin 1/3 hissəsindən daha az hissənin istifadəsində olduğunu, paylı mülkiyyətdə olan fərdi yaşayış evindən isə digər paylı mülkiyyətçi olan Cavabdeh1 istifadə etdiyini, digər paylı mülkiyyətçilərin paylı mülkiyyətdə olan əmlakın bölünməsində onunla razılığa gəlmədiklərini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdehlər tərəfindən isə iddia tələbi qəbul edilməmişdir. İddiaçı iddia tələbində ünvan 2 ünvanında yerləşən evdən və torpaq sahəsindən 1/3 hissədə payının naturada ayrılmasını xahiş etsə də işdə olan mülkiyyət sənədi ilə mübahisə predmeti olan əmlakın yerləşdiyi ünvanın ünvan 5 iddiaçının iddia tələbində qeyd etdiyi ünvan 2 ünvanının ünvan 6 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması ilə bağlı hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən ona düşən 1/3 hissədə payın naturada ayrılmasını xahiş etsə də, ekspertiza tədqiqatı zamanı həmin fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissəsinin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən ona düşən 1/3 hissədə payın naturada ayrılmasını tələb etməkdə haqlı deyildir. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinin xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması ilə bağlı hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən, 43,10 m2 sahəsi olan evdən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etməsi nəzərə alınaraq məhkəmə mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 300 manat məbləği yüksək hesab etmiş və mütəxəssis xərcinin də ekspertiza xərci həddində tutulmalı olmasını qəbul etmişdir. Qeyd edilənlər nəzərə alınaraq mütəxəssis rəyinin verilməsinə görə 100 manat pul vəsaiti İddiaçı tutularaq X2 Kapital Bank ASC-nin Sahil filialındakı KOD201218 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h:AZ37NABZ0 **********000001944, VÖEN **********, hesab AZ64AİİB400900C**********0 hesaba, ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti İddiaçı tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən, 43,10 m2 sahəsi olan evdən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə görə 100 manat pul vəsaitinin İddiaçı tutularaq X2-Kapital Bank ASC-nin Sahil filialındakı KOD201218 VÖEN **********, SWİFT kod AİİBAZ2x, M/h:AZ37NABZ0 **********000001944, VÖEN**********, hesab AZ64AİİB400900C**********0 hesaba, ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə-Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan DƏDRX tərəfindən 29 may 2019-cu il tarixdə verilmiş **********06- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 43,1 kv/m-lik fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/3 hissə paylarla paylı mülkiyyətlərindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(075)-97/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/3 hissənin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan X1 03 iyun 2021-ci il tarixli, 172 saylı rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********06-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iş üzrə tərəflərin paylı mülkiyyətlərində olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən payçıların faktiki istifadəsini nəzərə almaqla İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Aparılmış bölgü İddiaçı istifadəsində olan fərdi yaşayış evi və onun faktiki istifadəsində olan torpaqla birlikdə 0.02 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Bölgü plan-sxemləri və baxış aktı rəyə əlavə edilmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 10/4355 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29 may 2019-cu il tarixli, **********06-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən, tədqiq olunan yaşayış evinin 1 yaşayış otağından, 3 yardımçı tikilidən ibarət olduğunu, ümumi sahəsinin 43,1 kv/m təşkil etdiyini nəzərə alaraq, həmin ev üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Lakin tədqiq olunan torpaq sahəsində faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində yaşayış evi olduğunu, yaşayış evlərinin bir-birindən təcrid vəziyyətdə yerləşdiyini nəzərə alaraq, həmin evlərin mövcud vəziyyətdə olduğu kimi tərəflər arasında bölünməsi, eləcə də İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında mövcud olan yaşayış evlərinin həyətyanı torpaq sahəsinin planlı yerləşməsini, o cümlədən iki tərəfdən küçə ilə, iki tərəfdən isə qonşu sahələrlə əhatə olunduğunu, həyətyanı sahənin faktiki olaraq təcrid şəkildə 3 hissəyə bölündüyünü və hər 3 hissəyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu nəzərə alaraq, həmin torpaq sahəsi üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsinin tamamilə ləğv edilməsi və mübahisə ilə bağlı yeni qətnamənin qəbul edilməsini istəyir. Bildirir ki, evlərin naturada bölgüsünün mümkün olduğu halda, məhkəmə tərəfindən qeyri-mümkün hesab edilməsi ilə razı deyil. Belə ki, həm müstəqil ekspertin rəyində, həmçinin Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin rəyində mübahisəli torpaq sahəsində faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində yaşayış evi olmasını, həmin yaşayışevlərinin bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşməsini nəzərə alaraq, həmin evlərin mövcud vəziyyətdə olduğu kimi tərəflər arasında bölünməsi, eləcə də İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Mübahisəli torpaq sahəsinin 1/3 hissədə naturada ayrılaraq ona verilməsi tələbinin 2020-ci il Qətnaməsi və 2022-ci il tarixli Qərardadı ilə qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni tamamilə əsassız və qanunsuz hesab edir. Məsələ burasındadır ki, 2020-ci il Qətnaməsində qeyd edilir ki, torpaq sahəsi üzərindəki əsas və köməkçi tikililərin bölündükdən sonra və bu barədə təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkündür. Bu gün tikililərin bölgüsü problemi yoxdur, yəni faktiki olaraq evi və onun yerləşdiyi torpaq sahəsini bölmək mümkündür. Bu məsələ üzrə məhkəmədə heç toxunulmamış, heç bu məsələ barədə heç bir araşdırma belə aparılmamışdır. Mübahisəli əmlakın naturada bölgüsünün qeyri-mümkünlüyü məsələsi obyektiv şəkildə araşdırılmamışdır. Yəni, torpağın və onun üzərində yerləşən evlərin bölgüsünün texniki baxımdan və faktiki olaraq mümkün olduğu halda hansı əsasla qeyri-mümkün olması əsaslandırılmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və mübahisə ilə bağlı yeni qətnamənin qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014cü il tarixli qərarına əsasən - məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən, 43,10 m2 sahəsi olan evdən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbinə dair hissədə rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin məzmununda paylı mülkiyyətdə olan evin bölünməsi və ondan payların naturada ayrılması tələbindən başqa, miras pay torpaq sahəsinin də naturada ayrılaraq verilməsini xahiş etdiyini göstərmişdir ki, həmin hissə üzrə Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(075)-97/2020 nömrəli qətnaməsi mövcuddur ki, həmin qətnamə ilə İddiaçı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən 1/3 hissəsini naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia təmin edilməmişdir. Hazırki iş üzrə də Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)- 26/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki şəhəri, Bağbanlar küçəsi, ev 85 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən 1/3 hissədə olan payın naturada ayrılması tələbi ilə bağlı hissədə icraata xitam verilmişdir. Həmçinin, apellyasiya şikayətinin göstərilən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payların naturada ayrılması hissəsi ilə bağlı işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki eskpertizası təyin edilmiş və ekspertizanın keçirilməsi nəticəsində verilmiş rəydə göstərilmişdir ki, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29 may 2019-cu il tarixli, **********06-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən, tədqiq olunan yaşayış evinin 1 yaşayış otağından, 3 yardımçı tikilidən ibarət olduğunu, ümumi sahəsinin 43,1 kv/m təşkil etdiyini nəzərə alaraq, həmin ev üzrə İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.” Bundan başqa apellyasiya şikayətinin məzmununda torpaq sahələrinin üzərində tikilmiş evlər də mübahisələndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığı bildirilmişdir. Məhkəmə kollegiyası həmin hissə ilə bağlı qeyd edir ki, İddiaçı hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********06-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 43,10 kv/m sahəsi olan evdən və 0,06 ha həyətyanı torpaq sahəsindən də ona düşən 1/3 hissədə olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etdiyindən birinci instansiya məhkəməsi qeyd olunan hissədə araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin tələblərinə riayət etmiş, nəticədə iddia tələbi həcmində işə baxmışdır. Əlavə olaraq məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki işin materiallarında olan yuxarıda göstərilən sənədlərdən məlum olmuşdur ki, iddiaçı öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyildir. Belə ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Lakin hazırki mərhələdə iddia tələbinin təmin edilməsinin qeyri-mümkünlüyü aşkar surətdə mülki iş materiallarında olan müvafiq sənədlərdə öz əksini tapır və onun təmin olunması digər paylı mülkiyyətçilərin hüquqları, o cümlədən hüquq normalarının və prinsiplərinin pozulmasına gətirib çıxarır. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün əsaslı hesab edərək istinad etdiyi halları sübut etməli olduğu halda bunu etməmiş, birinci instansiya məhkəməsində təqdim etdiyi sənədlərlə kifayətlənərək, hər hansı bir yeni sənəd və ya sübut təqdim etməmiş, həmçinin öz mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı yuxarıda göstərilən hissədə rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(075)-26/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(075)-26/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-972/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-972/2022
10.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver