Məhkəmə qərarları › İş №2(107)-972/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-972/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-972/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən və torpaq sahəsindən çıxarılma, istifadə hüququ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X9 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı4, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın nümayəndəsi və vəkili (bundan sonra iddiaçıların nümayəndəsi və vəkli) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı4, İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətində olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evindən və 0.25 hektar həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin evin və torpağın boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi mövcuddur. Göstərilən evə və həyətyanı torpaq sahəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. Həmin çıxarışda ev tam mülkiyyət hüququ ilə iddiaçılardan İddiaçı4 adına, 0.25 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi bütün iddiaçıların adına qeydiyyata alınmışdır. Bundan sonra ailə başçısı olan İddiaçı4 fərdi yaşayış evinin müvafiq hissələrini digər iddiaçılara hədiyyə vermişdir. Halhazırda həmin bağışlanma müqaviləsi əsasında İddiaçı4 adına çıxarış hazırlanmışdır. Digər iddiaçıların adına da çıxarışlar hazırlanır. Qeyd edilən ev və həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdehlər həmin evdə ailə başçıları olan iddiaçılar İddiaçı4 və İddiaçı5 rahat yaşamalarına və digər iddiaçıların həmin evə gəlmələrinə imkan vermirlər. Dəfələrlə cavabdehlərə evdən və torpaq sahəsindən çıxmalarını təklif etsələr də onlar həmin evdən və torpaq sahəsindən çıxmırlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq həmin şəxslərin evdən və torpaq sahəsindən çıxarılmaları tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ailənin 2 qız və 2 oğlan övladı olmaqla hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. İddiaçıların dediklərinə görə Cavabdeh1 və arvadı onları mülkiyyətlərində olan evə getməyə və ata-anasını görməyə, onlara qulluq etməyə icazə vermirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 valideyinlərini təhqir edir və hədələyirlər. Xəstə anaya köməklik etmirlər. Hətta bir dəfə ana eyvandan yıxılaraq ayağı qırılmışdır. Həmin vaxt cavabdehlər nəinki ona yardım etməmişlər, əksinə onun fəryadını qonşuların eşitməməsi üçün televizorun səsini yüksəltmişlər. Cavabdehlərin həmin evdə yaşamalarına heç bir mənəvi, hüquqi və digər əsaslar mövcud deyildir.

3. Cavabdeh1 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, ailənin iki qız və iki oğlan övladı olmaqla hər biri ailəlidir. Yalnız digər övladlardan fərqli olaraq X4 ailəsi ilə birlikdə iddiaçılara məxsus evdə yaşayır. İddia ərizəsində qeyd edilənlərin hamısı boş cəfəngiyatlardır. Həmin sözügedən mübahisəli evdə doğulub boyabaşa çatmış, hazırda da həmin evdə yaşayır. Həyat yoldaşı Cavabdeh2 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuş və o, həmin mübahisəli evə gəlin gəlmişdir. Cavabdeh2 ilə 18 mart 2008-ci il tarixində Baş Kəldək kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. O, həyat yoldaşı və uşaqları həmin evdə qeydiyyatdadırlar. Valideyni onları evdən çıxarmaq istəməsi kənar təsirlərlə bağlıdır. Belə ki, o, özünə aid torpaq sahəsində dəfələrlə fərdi yaşayış evi tikdirmək istəmiş, hər dəfə də atası tərəfindən buna etiraz edilmişdir. Buna səbəb kimi də onun evin kiçik oğlu olmağı və buna ehtiyac olmadığını göstərmişdir. Birgə yaşadıqları dövrdə avtomobil, traktor, kotan, səpin aqreqatı almışlar. Xeyli sayda malqaraya baxmışlar. Hər il xeyli sayda mal-qara, qoyun-quzu yetişdirib satmış, ev tikintisi aparmış, bir sözlə birgə təsərrüfat aparmışlar. Bütün bunlarda onun və həyat yoldaşının zəhməti vardır. Lakin atası tərəfindən hazırkı iddianın qaldırılması kənar təsirlərin nəticəsidir. Hazırda isə onların ev tikmək üçün heç bir vəsaiti yoxdur. İddia təmin olunarsa, o və ailəsi çöldə yaşamaq məcburiyyətində qalacaqlar. Göründüyü kimi onun çıxarılmağı tələb edilən həmin sözügedən evə istifadə hüququ vardır. Digər cavabdeh – həyat yoldaşı Cavabdeh2 sözügedən həmin evdən çıxarılması hissəsində iddia tələbinin təmin edilməsi isə iki azyaşlı övladlarının analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu da yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Bundan başqa hələ 2023-cü ilin axırlarında İddiaçı4 ona və həyat yoldaşı Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 22.025.2024-cü il tarixli 2(075)- 233/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda atası, anaSİ, bacı və qardaşları birləşərək ONA qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı4 qəsdən, qərəzli olaraq guya əvvəlki iddiadan fərqli tələb, tərəf və əsas üzrə iddia qaldırmaq məqsədilə torpaq sahəsinin və evin bir hissəsini digər bacı və qardaşlarına və anasına bağışlamışdır. Qanunun tələbindən də göründüyü kimi mülkiyyətçinin dəyişməsi istifadə hüququnun xitamına səbəb olmur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

6. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-149/2025 saylı qərardadı ilə iddia tələbinin İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində xitam verilmişdir.

7. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər İddiaçı4 oğlu və gəlinidir. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və İddiaçı4 məxsus Şəki rayonu Baş kəldək kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdehlərin birgə nikahından iki övladları anadan olmuş və hazırda həmin uşaqlar yetkinlik yaşına çatmamışlar. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 qeyd edilən fərdi yaşayış evinə istifadə hüququ var, ona kompensasiya verilməklə fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-233/2024 saylı qətnaməsi ilə təmin edilməmiş, hazırda Cavabdeh1 istifadə hüququna xitam verilməsi halı müəyyən edilməmişdir. Belə olan halda Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi də təmin edilə bilməz.

10. Digər Cavabdeh2 evdən çıxarılmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən hissədə iddia tələbinin təmin edilməsi iddiaçıların arzuladığı məqsədə çatmağına nail olmağa imkan vermədiyi kimi, iki azyaşlı övladın analarından ayrı salınmasına, ana qayğısından ayrı yaşamasına səbəb olacaqdır ki, bu isə yaşayış yeri valideynlərinin yanı olan azyaşlı uşaqların ailədə yaşamaq və tərbiyə almaq hüquqlarından məhrum olmasına səbəb olacaqdır. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir.

11. İddia tələbinin “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi torpaq sahəsi həmin fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin evdə yaşayan şəxslərin həyətyanı sahədən istifadə etmələri də qaçılmazdır. Evdən çıxarılma barədə iddia tələbi təmin edilmədiyi üçün “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir.

12. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1, 49.2, 49.3, 58.1, 58.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 1, 9-cu maddəsinin 1-ci bəndinə, 18-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107. 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

16. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2 və 228.5-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır.

18. İddiaçılar tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də onlar təqdim etdiyikləri dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir.

19. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılmışdır.

20. Odur ki, Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli e-2(075)-149/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, mübahisəli evdə doğulub, boya-başa çatdığını, mübahisəli evdən onun və ailə üzvlərinin istifadə hüququnun olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)- 149/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılar X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

29. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

30. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehlər İddiaçı4 oğlu və gəlinidir. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və İddiaçı4 məxsus Şəki rayonu Baş kəldək kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********72-10301 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı4, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi isə İddiaçı4, İddiaçı2, X6, İddiaçı5, İddiaçı1 Nurəmməd oğlu, İddiaçı7 və X7 adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair məhkəməyə müraciət etmiş və iddia tələbi Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-233/2024 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra İddiaçı4 ilə İddiaçı2, X6, İddiaçı5, İddiaçı1, İddiaçı7 və İddiaçı3 arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı4 tam mülkiyyət hüququ ilə ona məxsus olan 110.8 kv/m mübahisəli fərdi yaşayış evinin 10 kv/m hissəsini İddiaçı5, 15 kv/m hissəsini İddiaçı7, 10 kv/m hissəsini X2, 10 kv/m hissəsini İddiaçı3, 40 kv/m hissəsini İddiaçı1, 15 kv/m hissəsini isə İddiaçı2 bağışlamış, həmin evin 10.8 kv/m hissəsində isə özünün payı saxlanılmaqla onların payları ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış qeydiyyat üzrə **********72-10301 reyestr nömrəli çıxarışa əsasən qeydə alınmışdır. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmaqla onların payları ayrılmamışdır. İddiaçılar İddiaçı4, İddiaçı2, X6, İddiaçı5, İddiaçı1, İddiaçı7 və İddiaçı3 mülkiyyətlərində olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etmələrinə cavabdehlər tərəfindən maneçilik törədilməsini əsas gətirərək, cavabdehlərin mülkiyyətlərində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılmalarını, həmin evin və torpağın boşaldılaraq onlara təhvil verilməsini xahiş etmişlər, cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmiş, onlar mübahisəli evdə istifadə hüquqlarının olmasını göstərmişlər. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-149/2025 saylı qərardadı ilə iddia tələbinin İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir və həmin qərardad qanuni qüvvəsini almışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228.1, 228.2 və 228.5-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi İddiaçı4, İddiaçı2, X6, İddiaçı5, İddiaçı1, İddiaçı7 və İddiaçı3 adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərdən X4 mübahisə predmeti olan evin və torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı4 oğlu olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbi baxımından mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır. Həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(075)-233/2024 nömrəli qətnaməsi İddiaçı4 X3 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh X1 İddiaçı4 məxsus Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m fərdi yaşayış evindən istifadə hüququ vardır və bu hüquqa kompensasiya verilmədən xitam verilə bilməz. 40.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçilərinin dəyişməsi halı cavabdeh X1 istifadə hüququna xitam verilməsi anlamına gəlmir, bu hüquqa yalnız mülkiyyətçilər tərəfindən ədalətli kompensasiya verilməklə xitam verilə bilər.

41. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh X8 aid hissəsinə münasibətdə qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yerləşən 110.8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi İddiaçı4, İddiaçı2, X6, İddiaçı5, İddiaçı1, İddiaçı7 və İddiaçı3 adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmaqla onların payları ayrılmamışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)- 233/2024 nömrəli qətnaməsi ilə birgə mülkiyyətçilərdən İddiaçı4 cavabdehlər X4 və X8 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş, eyni zamanda Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-149/2025 saylı qərardadı ilə iddia tələbinin İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” hissəsində eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X5 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından mübahisəli fərdi yaşayış evinin mülkiyytçiləri, hazırkı iş üzrə iddiaçılar İddiaçı2, X6, İddiaçı5, İddiaçı1, İddiaçı7 və İddiaçı3 ailə üzvü sırasına daxil olmadığından, mülkiyyətçilərlə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmasada, iddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 mübahisəli fərdi yaşayış evində payları ümumi birgə mülkiyyət hüququ ilə mövcud olmaqla, qanunvericilkdə müəyyən olunmuş qaydada ayrılmamışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-233/2024 nömrəli qətnaməsi ilə birgə mülkiyyətin iştirakçısı İddiaçı4 cavabdeh X8 qarşı “fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır.

43. Belə olan halda nəqədərki mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçılar İddiaçı5, X6, İddiaçı2, İddiaçı1, İddiaçı7, İddiaçı3 payları ayrılmamışdır, onların cavabdeh X5 mübahisəli evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasına dair iddia tələbləri əsaslı hesab oluna bilməz.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 45.Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(075)-149/2025 nömrəli qətnaməsi iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar