Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-977/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı (açar sözlər: Çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan daşınmaz əmlakda qanun üzrə vərəslər kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan daşınmaz əmlakda qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər-iddiaçılar və cavabdeh bacıqardaşdırlar.
2. İş materialları ilə müəyyən edilir ki, tərəflərin valideynləri-atası X3 03 mart 1986-cı il və anası - X9 14 fevral 2013-cü il tarixlərində vəfat etmişlər.
3. İş materialları ilə müəyyən edilir ki, X4 ölümündən sonra Qax rayonu Qum kəndində 0.189 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi qalmışdır. (daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********08-10301, **********08-10301 reyestr nömrəli olan Çıxarış)
4. X9 miras əmlaka dair vəsiyyət sərəncamı verməmişdir.
5. İş materiallarında olan Qax rayon İH-nin Qum kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli 174 saylı arayışdan görünür ki, X4 oğlu İddiaçı1, İddiaçı2, X5, X10, Cavabdeh, İddiaçı3, İddiaçı4, X6 və X2 ibarət vərəsələri vardır.
6. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(024)- 683 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X7 məxsus olmuş Qax rayonu Qum kəndində yerləşən 0.196 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evindən ibarət olan miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və X7 məxsus olmuş Qax rayonu Qum kəndində yerləşən 0.196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********08-10301, **********08-10301 reyestr nömrəli olan Çıxarışından görünür ki, Qax rayonu Qum kəndində 0.189 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh və maraqlı tərəf DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan Qax rayonu Qum kəndində 0.196 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 33.6 kv.m olan mərhum anaları X7 məxsus olmuş miras əmlakdan qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1256, 1274,1289, 1249, 1276,1300, 1301.1, 1301.2 və 1301.3-cü maddələrinə istinad edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar iddia tələbini yuxarıda göstərilən hallarla (1-6-cı bəndlər) əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, mərhum anaları miras əmlaka dair vəsiyyətnamə qoymamışdır. 9 (doqquz) övladın hər birisi qanun üzrə birinci növbə vərəsələr kimi bərabər pay hüquqlu varislərdir. Anasının sağlığında da ona məxsus həyət-bacanın və ev-eşiyin gələcəkdə kimin olacağı barədə ailədə heç vaxt heç bir söhbət olmamışdır. Ona görə də, onlar həmişə elə düşünmüşlər ki, dədə-baba yurdu onların hamısına məxsusdur, istənilən vaxt gəlib-gedə, orada qala, yaşaya bilərlər. Məhkəmə qətnaməsi miras əmlak bütövlükdə qardaşı hazırkı iş üzrə cavabdehin mülkiyyətinə verilmişdir. Halbuki, qanun üzrə vərəsəliyə görə, Bədrəddinə 0,196 ha həyətyanı torpaq sahəsindən və onun üzərində yerləşən yaşayış evindən ibarət olan miras əmlakdan yalnız ona düşəni 1/9 hissəni onun mülkiyyətinə verilə bilərdi. Çünki qalan 8 nəfər vərəsələrdən heç birisi mirası qəbul etməkdən imtina etməmişlər. Hətta cavabdehlər kimi məhkəmə icraatına cəlb edilərkən də hər birisi qanun üzrə vərəsə kimi özlərinə düşən 1/9 payın nəzərə alınmasını xahiş etmişlər. Buna baxmayaraq, kiçik qardaşı Cavabdeh tamamilə əsassız iddiası qanunsuz olaraq təmin edilmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan Qax rayonu Qum kəndində 0.196 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 33.6 kv.m olan mərhum anaları X7 məxsus olmuş miras əmlakdan qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, o anasının sağlığında, 2004-cü ildə Rusiya Federasiyasına işləməyə getmiş, 2018-ci ildə geri qayıtmışdır. 2013-cü ildə vəfat etmiş anasının dəfn mərasimində iştirak etməmişdir. Hazırda anasından miras qalmış əmlakdan ona düşən payı tələb edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişlər ki, onlar hazırda anasından miras qalmış əmlakdan ona düşən payı tələb edirlər. İddianın təmin edilməsini xahiş etmişlər.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, anası Sona Novruzova 2013-cü ildə vəfat etmişdir. Anası ölənə qədər və öldükdən sonra da anasına məxsus miras qalmış evdə yaşamış anasına baxaraq qulluq etmiş, anasının ölümündən sonra miras əmlaka sahiblik edərək vergiləri ödəmişdir. O anasından miras qalmış əmlakı faktiki qəbul etmiş, mirası idarə etmişdir. Bundan sonra 2016-cı ildə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilərək miras əmlak ona verilmişdir. O da bundan sonra qeyd edilən Çıxarışı alaraq miras əmlakı adına rəsmiləşdirmişdir. İddiaçılar anasının ölümündən sonra mirası qəbul etməmiş, 6 ildən sonra məhkəmədə miras əmlakdan pay tələbi ilə bağlı iddia qaldırmışlar. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsi ilə iddia təmin edilməyərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan Qax rayonu Qum kəndində 0.196 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 33.6 kv.m olan mərhum anaları X7 məxsus olmuş miras əmlakdan qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə Cavabdeh adına verilmiş Çıxarışın etibarsızlığı və iddiaçıların payının müəyyən olunaraq naturada bölünməsinin tələb olunduğu X15 miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilərək onun mülkiyyətinə verilməsinə dair qanuni qüvvəyə minmiş Qax Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(024)-682 saylı qətnaməsi mövcuddur. Həmin qətnamə qanuni qüvvəsini aldığına görə, həmin iş üzrə müəyyən olunmuş hallar hazırkı mübahisədə yenidən araşdırılmır və sübut olunmur. Həmin qətnamə məcburi (preyudisial) əhəmiyyətə malikdir. Miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı tanınaraq Cavabdeh mülkiyyətinə tam verildiyi üçün və iddia tələbində qeyd olunan Çıxarış və miras əmlak sözügedən qətnamə əsasında verildiyi üçün məhkəmə iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
16. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, adı çəkilən qətnamə mövcud olmasaydı belə, X9 2013-cü ildə vəfat etmiş, onun vəfatından 9 il keçməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və digər vərəslər X5, X10, X6 və X8 anasının vəfatından sonra mirası faktiki qəbul etməmiş və notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamışlar. Bu hal həmin adları qeyd olunan vərəsələrin susması və miras əmlakdan imtinası kimi qiymətləndirilməlidir. Çünki qeyd olunan vərəsələr 9 il müddətdə Sona Novruzovanın vəfatından sonra mirası faktiki qəbul etməməklə və notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamaqla susaraq miras əmlakdan imtina etdiklərini nümayiş etdirmişlər.
17. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 1262, 1263 və 1273-1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli və Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
18. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər.
III. Apellyasiya instansiya məhkəməsində icraat a) apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayətinin dəlilləri iddiia ərizəsində göstərilənlərlə eynilik təşkil etmişdir. Əlavə olaraq göstərilmişdir ki, mirasa dair bu iş üzrə notariat orqanına müraciət edilmədiyindən, daha doğrusu, 6 (altı) aylıq mirası qəbul etmə müddəti ötürüldüyünə görə birbaşa məhkəməyə müraciət edildiyindən yuxarıdakı qanunda nəzərdə tutulan vəzifə, yəni mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması vəzifəsi məhkəmənin üzərinə düşürdü. Göstərilənlərə əsasən, Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)- 164/2022 saylı qətnaməsinin tam ləğv edib, cavabdeh X1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında onun qanunsuz mülkiyyətində olan Qax rayonu, Qum kəndində 0.196 ha torpaq sahəsi üzrərində yerləşən 1 mərtəbəlit2 otaqlı, ümumi sahəsi 33,6 kv.m olan, mərhum anaları X7 məxsus olmuş miras əmlakdan qanun üzrə vərəsələr kimi onların paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Məhkəmə kollegiyasınını iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli 2(107)-977/2022 saylı qərardadı ilə Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsi qismən - iddia tələbinin İddiaçı2, İddiaçı4 və İddiaçı3 paylarının müəyyən edilməsi və naturada ayrılıb onlara verilməsinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissə üzrə işin icraatına xitam verilmişdir.
26. Ona görə də hazırkı icraat çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı İddiaçı1 münasibətdə və Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi yoxlanılacaqdır.
c) Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası
13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
d) Apellyasiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsi İddiaçı1 qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi və naturada ayrılıb ona verilməsi və Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Qüvvədə olan qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) müəyyən etmişdir.
35. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
36. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.
37. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
38. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər.
39. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir.
40. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Mülki Məcəllənin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir.
41. İddia ərizəsindən də göründüyü və məhkəmə iclaslarında vermiş olduğu izahatlarında da göstərdiyi kimi, İddiaçı1 anasının sağlığında, 2004-cü ildə Rusiya Federasiyasına işləməyə getmiş, 2018-ci ildə geri qayıtmışdır. 2013-cü ildə vəfat etmiş anasının dəfn mərasimində iştirak etməmişdir.
42. Bu isə ona dəlalət edir ki, İddiaçı1 anasından qalmış mirası nə formal, nə qeyri formal qəbul etmiş, bununla bağlı hər hansı sübutlarını məhkəmələrə təqdim etməmişdir.
43. Ona görə də iddia tələbləri İddiaçı1 qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi və naturada ayrılıb ona verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.
44. X15 miras qalmış əmlakın onun oğlu hazırkı iş üzrə Cavabdeh tərəfindən qəbul edilərək onun mülkiyyətinə verilməsinə dair qanuni qüvvəyə minmiş Qax Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(024)-682 saylı qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı tanınaraq Cavabdeh mülkiyyətinə tam verildiyi üçün və iddia tələbində mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da sözügedən qətnamə əsasında verildiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir.
45. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələblərini İddiaçı1 qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi və naturada ayrılıb ona verilməsi və Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində rədd etməklə düzgün və reallığa uyğun olan nəticəyə gəlmişdir.
46. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir.
47. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
48. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnaməsi İddiaçı1 qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi və naturada ayrılıb ona verilməsi və Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(024)-164/2022 saylı qətnаməsi İddiaçı1 qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi və naturada ayrılıb ona verilməsi və Cavabdeh adına verimiş Çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov