Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-982/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X16 ibarət tərkibdə, X21 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması " tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 may 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli, 23 nömrəli qərarı ilə iddiaçının və onun ailə üzvlərinin- X5, X11, X2 və X1(iddiaçının qardaşı və cavabdehin əri) ümumi birgə mülkiyyətinə 0,65 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sözügedən mülkiyyətçilərdən X8 16 iyun 2019-cu il tarixdə, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. İddiaçı bildirir ki, X17 onun anasıdır və anasının adı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yanlış olaraq Rəbiət kimi qeyd edilmişdir. X4r və o, xx.xx.2019-cu ildə vəfat edib. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə iddiaçının atası X5 mülkiyyətinə 1877 kv.m, 2000 kv.m və 7018 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı ümumibirgə mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin iddiaçının mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahələrindəki pay və fərdi yaşayış evindən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələblərini onunla əsaslandırmışdırlar ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Danaçı kəndində 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonuncuların həmin torpaq sahələri üzərində hüquqları müvafiq olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri və “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Hazırda iş üzrə Cavabdeh həm İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin, mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahələrindəki pay və fərdi yaşayış evindən həmin əmlaklara daxil olmağa qoymamaqla iddiaçının əmlaklardan istifadə və sahiblik etmək hüququnun həyata keçirilməsinə qəsdən maneçilik törədir. İş üzrə Cavabdeh bütün bunlar azmış kimi, qeyd olunan torpaq sahələrində yığılan məhsulu heç kimə məhəl qoymadan özü yığır və digər mülkiyyətçiləri məhsulu yığmaq istədikdə isə onlara qarşı zor tətbiq edir. Bununla yanaşı, İddiaçı qeyd olunan əmlaklardan həm özünə məxsus hissə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həm də mərhum valideynləri X8 və X9 miras qalmış hissələr və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə sonuncuların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu çöl-ölçmə işlərinə iş üzrə Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı, Cavabdeh, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahəslərindəki pay və fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan maneələrin aradan qaldırılmasını və həmin əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 354/2024 nömrəli iş üzrə qəbul etdiyi 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan, eləcə də mərhum X3 miras qalmış Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, X8 ilə X18 xx.xx.1966-cı il tarixdə evlənmişlər. Həmin nikahdan İddiaçı, X10 və X6 doğulmuşlar. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,65 ha torpaq sahəsi X8, X17, İddiaçı, X7 və X1 ümumi birgə mülkiyyətinə, xx.xx.2003-cü il tarixli qərarına əsasən isə Zaqatala rayonu Danaçı kəndində yerləşən 1877 kv.m, 2000 kv.m, 7018 kv.m torpaq sahələri X5 ayrıca mülkiyyətinə verilmişdir. X18 xx.xx.2019-cu il, X8 xx.xx.2019-cü il, X6 isə xx.xx.2023-cü il tarixdə ölmüş və onların ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindəki payları, eləcə də X5 ayrıca mülkiyyətində olan torpaq sahələri miras qalmışdır. İddiaçı, cavabdehin daxil olmasına mane olmaqda müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş hərəkətlər etdiyi 0,65 ha həyətyanı torpaq sahəsinin digər şəxslərlə yanaşı anası X12 ümumi birgə mülkiyyətdə olmaqla sonuncunun da payının miras qaldığını iddia etsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X17” olaraq qeyd edilmiş şəxslə iddiaçının anası X12 eyni şəxs olmaqla, ümumi birgə mülkiyyətdəki torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarının sonuncuya aid olması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X17” olaraq qeyd edilmiş şəxslə iddiaçının anası X12 eyni şəxs olmaqla, ümumi birgə mülkiyyətdəki torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarının sonuncuya aid olması və onun ölümündən sonra ümumi birgə mülkiyyətdəki payının miras qalması halı təsdiq edilməmişdir. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, iddiaçının Zaqatala rayonu, Danaçı kəndidə özünün də ümumi birgə mülkiyyətində olan 0,65 ha həyətyanı torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ, mərum X3 miras qalmış əmlaklara dair isə, digər vərəsələrlə yanaşı bərabər pay hüquqlu vərəsə hüquqları mövcud olsa da, cavabdehin onun həmin sahələrə daxil olmasına, eləcə də ümumi birgə mülkiyyətində olan əmlak və mərum X3 miras qalmış əmlaklarla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazidə olan üçüncü şəxsin əməkdaşlarının vəzifələrinin icrasına törədiyi maneələr səbəbindən, iddiaçının mülkiyyətçi və vərəsəlik hüquqlarını həyata keçirməsi mümkün deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddiaçının Zaqatala rayonu, Danaçı kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0,65 ha həyətyanı torpaq sahəsinə, eləcə də mərhum atasından miras qalmış torpaq sahələrinə və fərdi yaşayış evinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs tərəfindən aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.4, 158.4, 213.6, 222.1, 1159.1.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 119.1 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X17” ilə X12 eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə işə baxarkən qətnamənin əsaslandırıcı hissəsində bu hala dair münasibət bildirmişdir. Ona görə də mülki işə baxılması dayandırılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının torpağına daxil olmasını istəmirəm, iddiaçının məqsədi onu evdən və torpaq sahələrindən çıxarmaqdır. Ona görə də ölçmə işlərinin aprılmasına etiraz edir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və üçüncü çəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni qismən – iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia tələbninin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,65 ha həyətyanı torpaq sahəsi, iddiaçının atası X5 mülkiyyətinə 1877 kv.m, 2000 kv.m və 7018 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının atası X8 16 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı bildirir ki, cavabdeh ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan həyətyanı torpaq sahəsindən və atasından miras qalmış torpaq sahələrindən istifadə etməyə mane olur. Cavabdeh isə bu halı mübahisələndirmir, iddiaçıya maneə yaratmaqda haqlı olduğunu bildirir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəlillərinə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X17” ilə X12 eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə bildirir ki, hazırki işdə qeyd olunan halın araşdırılmasına zərurət yoxdur. Belə ki, iddiaçı sözügedən şəhadətnamədə göstərilən torpaq sahəsinin mülkiyyətçilərindən biridir və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik şəxsdir. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-982/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-982/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver