Məhkəmə qərarları › İş №2(107)-984/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-984/2020

21.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-984/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-13/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilənşikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X1 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, X2 və Cavabdeh2 verilmiş və JN-669 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktında təsbit olunmuş 1,42 ha torpaq sahəsindən paylarının müəyyən edilərək naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə məhkəmə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək mülki işin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-13/2020 nömrəli qərardadına əsasən, Cavabdeh1 tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair ərizə təmin edilməmişdir. xx.xx.2020-ci ildə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-13/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-13/2020 nömrəli qərardadına əsasən, Cavabdeh1 tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-13/2020 nömrəli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məhkəməyə şikayət təqdim edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(025)-13/2020 nömrəli qərardadının ləğv edilməsi, əks təqdirdə bu şikayətə baxılması üçün işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-13/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-13/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə “iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə” qərardadddan şikayət nəzərdə tutulmamışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin254.1.4-cü mаddəsinə əsasən, Konstitusiyа məhkəməsinin icrааtı qаydаsındа, mülki, cinаyət və yа inzibаti qаydаdа bаxılаn bаşqа bir iş həll edilməyincə işə bаxmаq mümkün olmаzsа iş üzrə icrааt dаyаndırılmаlıdır. Həmin Məcəllənin 254.2-ci maddəsinə əsasən məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. “Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbayacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə bаxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-13/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 13/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Cavabdeh1 tərəfindən verilən şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-13/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar