Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-988/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X10, X6 və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yaranmış borcun reqress qaydada alınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: reqress qaydada pul tələbi,) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X10, X6 və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yaranmış borcun reqress qaydada alınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı; 115.CL.270614.00001/c saylı; 115.CL.270614.00001/d saylı və 115.CL.270614.00001/e saylı İpoteka müqavilələri bağlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilmişdir. X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” tərtib edilmişdir. Həmin protokola görə Cavabdeh1 tərəfindən 30 gün müddətində 90000 manat pul vəsaiti Fonda ödənildiyi təqdirdə 115.CL.270614.00001/b saylı müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”-a əsasən cari ilin may ayından başlayaraq hər ay 10000 manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. Nə qüvvəyə minmiş məhkəmə qətnaməsi, nə də 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” ilə üzərinə düşən öhdəliklər Cavabdeh1 tərəfindən icra edilməmişdir. Cəmi 160000 manat həcmində pul vəsaitinin Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X10, X6 və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «yaranmış borcun reqress qaydası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120000 manat həcmində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 410 manat həcmində dövlət rüsumunun Cavabdeh1 aid edilərək ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh2 cavabdeh qismində hazırki işə cəlb edilməsini; X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırki işə cəlb edilməsi; 140000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 430 manat həcmində dövlət rüsumunun Cavabdeh1 aid edilərək ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, 150000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 520 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, 160000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 640 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 27 iyun 2014- cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.metr, tikintialtı sahəsi 96,08 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasını bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 əmisi X12 öz mülkiyyətində olan, ünvan 2i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan əlavə qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyri-yaşayış binası (YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakların dəyəri yetərli olmadığı üçün qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binasını bankın xeyrinə yüklü edilməklə ipotekaya qoyulmuşdur. Cavabdeh1 ilə "xxxx" ASC arsında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüş və müxtəlif vaxtlarda onun tərəfindən həmin “Kredit müqaviləsi” üzrə cəmi 200000 manat pul vəsaitinin banka ödənilməsi təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Rafıq oğlundan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356 173,35 manat məbləğində borc tutulması və tutmanın X4 məxsus, ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m. tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına, X10 məxsus, ünvan 7ində istifadəsində olan 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına, X2 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m. tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binasına və X3 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyriyaşayış binasına yönləndilməsini və ipoteka predmetlərinin açıq hərracda satılmasını və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsini qət etmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan X4 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 manat, X2 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyriyaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 manat, X2 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 manat və X10 məxsus olan ünvan 7i ünvanında 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 məbləğində müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi qanuni qüvvəsinə mindiyinə baxmayaraq Cavabdeh1 həmin qətnamənin icra edilməsi ilə əlaqədar heç bir təqdirəlayiq hərəkətlər etməmişdir. İpoteka predmetlərinin açıq hərracda satılması təhlükəsi yarandıqdan sonra Cavabdeh1 əmisi İddiaçı həmin əmlakların satışdan çıxarılması istiqamətində X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə danışıqlara başlamışdır. Bunun nəticəsində X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” tərtib edilmiş və həmin protokola görə Cavabdeh1 tərəfindən 30 gün müddətində 90000 manat pul vəsaiti Fonda ödənildiyi təqdirdə X4 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”-a əsasən cari ilin may ayından başlayaraq hər ay 10000 manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. Bundan sonra nə qüvvəyə minmiş məhkəmə qətnaməsi, nə də 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” ilə üzərinə düşən öhdəliklər Cavabdeh1 tərəfindən icra edilməmişdir. Yaxın qohumlarının mülkiyyətində olan əmlakların bazar dəyərindən də aşağı qiymətlərə satılması təhlükəsi ilə qarşılaşan hazırki iş üzrə İddiaçı tərəfindən Cavabdeh1 əvəzinə 23 yanvar 2023-cü il tarixində 90000 manat məbləğində pul vəsaitinin X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin etmişdir. X1 mülkiyyətində olan ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edildi. Sonradan X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə ipoteka ilə yüklülüyü saxlanılmaqla digər əmlaklar – X8 mülkiyyətində olan, ünvan 8i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM), X2 mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyriyaşayış binası (YDM) və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binası hazırki iş üzrə İddiaçı oğlu X5 mülkiyyətinə keçmişdir. Cari ilin may ayından başlayaraq 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-da şərtləndirilmiş qaydada hər birində 10000 manat olmaqla, 30 may 2023-cü il tarixində, 25 iyun 2023-cü il tarixində və 28 iyul 2023-cü il tarixində cəmi 30000 manat həcmində pul vəsaiti Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X18 "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Beləliklə, bu gün üçün Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinin və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-unun icrası ilə əlaqədar olaraq cəmi 120000 manat həcmində pul vəsaitinin Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir.
7. Cavabdeh2 iş üzrə cavabdeh və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişlər.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüşdür. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan ünvan 1 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.metr, tikintialtı sahəsi 96,08 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasını bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 əmisi X12 öz mülkiyyətində olan, ünvan 8i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan əlavə qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyriyaşayış binası (YDM) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakların dəyəri yetərli olmadığı üçün qeyd edilən “Kredit müqaviləsi”-nin təminatı kimi 27 iyun 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı “İpoteka müqaviləsi”-nə əsasən Cavabdeh1 nənəsi X7 öz mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binasını bankın xeyrinə yüklü edilməklə ipotekaya qoyulmuşdur. Cavabdeh1 ilə "xxxx" ASC arsında bağlanmış 27 iyun 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı “Kredit müqaviləsi”-nə əsasən o, bankdan 36 ay müddətinə, illik 18 faiz olmaqla, 364000 manat məbləğdə kredit götürmüş və müxtəlif vaxtlarda onun tərəfindən həmin “Kredit müqaviləsi” üzrə cəmi 200000 manat pul vəsaitinin banka ödənilməsi təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə "xxxx" ASC-niniddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Rafıq oğlundan və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356 173,35 manat məbləğində borc tutulması və tutmanın X4 məxsus, ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m. tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına, X10 məxsus, ünvan 7ində istifadəsində olan 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına, X2 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m. tikintialtı sahəsi 324,70 kv.m. olan qeyriyaşayış binasına və X2 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binasına yönləndilməsini və ipoteka predmetlərinin açıq hərracda satılmasını və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsini qət etmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan X4 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 manat, X2 Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 manat, X2 ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyriyaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 manat və X10 məxsus olan ünvan 7i ünvanında 0,00252 ha torpaq sahəsində 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3,0 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 məbləğində müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi qanuni qüvvəsinə mindiyinə baxmayaraq Cavabdeh1 həmin qətnamənin icra edilməsi ilə əlaqədar heç bir təqdirəlayiq hərəkətlər etməmişdir. İpoteka predmetlərinin açıq hərracda satılması təhlükəsi yarandıqdan sonra Cavabdeh1 əmisi İddiaçı həmin əmlakların satışdan çıxarılması istiqamətində X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilə danışıqlara başlamışdır. Bunu nəticəsində X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” tərtib edilmiş və həmin protokola görə Cavabdeh1 tərəfindən 30 gün müddətində 90000 manat pul vəsaiti Fonda ödənildiyi təqdirdə X4 məxsus ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edilməsi nəzərdə tutulmuşdur. Həmin “Protokol”-a əsasən cari ilin may ayından başlayaraq hər ay 10000 manat olmaqla borc məbləği ödənildikcə, digər ipoteka ilə yüklü edilmiş əmlaklar da növbə ilə ipoteka ilə yüklülükdən azad edilməsinə dair qarşılıqlı razılaşma əldə edilmişdir. Bundan sonra nə qüvvəyə minmiş məhkəmə qətnaməsi, nə də 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol” ilə üzərinə düşən öhdəliklər Cavabdeh1 tərəfindən icra edilməmişdir. Yaxın qohumlarının mülkiyyətində olan əmlakların bazar dəyərindən də aşağı qiymətlərə satılması təhlükəsi ilə qarşılaşan hazırki iş üzrə İddiaçı tərəfindən Cavabdeh1 əvəzinə 23 yanvar 2023-cü il tarixində 90000 manat məbləğində pul vəsaitinin X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin etmişdir. X1 mülkiyyətində olan ünvan 5 ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81,30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklülükdən azad edildi. Sonradan X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun razılığı ilə ipoteka ilə yüklülüyü saxlanılmaqla digər əmlaklar – X8 mülkiyyətində olan, ünvan 8i ünvanında 0,00252 ha torpaq sahəsində yerləşən 20,4 kv.metr, ümumi sahəsi 17,4 kv.metr əsas, 3,0 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM), X2 mülkiyyətində olan ünvan 3 ünvanında 0,2928 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 98,74 kv.metr, tikintialtı sahəsi 324,70 kv.metrdən ibarət qeyri-yaşayış binası (YDM) və X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.metr, tikintialtı sahəsi 300,82 kv.metr olan qeyri-yaşayış binası hazırki iş üzrə İddiaçı oğlu X5 mülkiyyətinə keçmişdir. Cari ilin may ayından başlayaraq 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”-da şərtləndirilmiş qaydada hər birində 10000 manat olmaqla, 30 may 2023-cü il tarixində, 25 iyun 2023-cü il tarixində və 28 iyul 2023-cü il tarixində cəmi 30000manat həcmində pul vəsaiti Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Beləliklə, bu gün üçün Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsinin və X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2023-cü il tarixli, 245 saylı “Protokol”unun icrası ilə əlaqədar olaraq cəmi 170000 manat həcmində pul vəsaitinin Cavabdeh1 əvəzinə İddiaçı tərəfindən X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi təmin edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, 160000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 640 manat həcmində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir.
9. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 160000 manat həcmində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir, İddiaçı tərəfindən ödənilmiş 640 manat həcmində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilərək onlardan tutularaq İddiaçı ödənilməlidir.
10. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi ilə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması qət edildiyindən, yəni onlar bərabər məsuliyyət daşıdığından hazırki iddia üzrə pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
11. Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 160000 manat borc və ödənilmiş 640 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, göstərilən hüquqi yardıma görə cəmi 60 manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil2 ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311, 315, 431, 453 və 475-ci maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 21 avqust 2023-cü il tarixli arayışı Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(039)-95/2020 saylı qətnaməsi 245 saylı protokol 29 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış 27 aprel 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış 27 aprel 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış X18 "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununun məhkəmə sorğusunun cavabı Yevlax Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli e-2(039)-99/2024 saylı qərardadı
14. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı hazırda iddia tələbinə qanuni don geyindirərək Cavabdeh1 imzaladığı müqaviləni əsas sübut mənbəyi kimi təqdim edir. Əslində, Cavabdeh1 imzaladığı müqavilə İddiaçı cinayətkar əməllərinin hüquqi nəticəsi kimi qiymətləndirilməlidir. Onlar İddiaçı cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikasında Hüquq Mühafizə Orqanlarına şikayətlər etmişlər. Hazırda İddiaçı barəsində Yevlax Rayon Prokurorluğunda araşdırma gedir. Cavabdeh2 adı Mərkəzləşdirilmiş Kredit Reyestrində artıq bir neçə ildir ki, zamin olaraq siyahıdan çıxarılmışdır. O cümlədən , adı zamin kimi siyahıdan çıxarıldığı üçün özü son dövrlər dəfələrlə kredit pul vəsaiti götürə bilmişdir. Hazırda isə Yevlax Rayon Məhkəməsinin e- 2(039)-99/2024 saylı ,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 müştərək cavabdehlik daşıyır. Bütün hallarda, zaminliyinə müddətin ötməsi ilə bağlı xitam verilməli idi. İş materiallarından göründüyü kimi zaminlik müqaviləsi 27 iyun 2014-cü il tarixdə bağlanmışdır. İddiaçı yüksək vəzifə tutan vergi məmuru olmuşdur. Vergi məmuru olmasına baxmayaraq yüksək maddi imkanlara malik olduğuna görə, ondan yuxarı instansiyalara çoxsaylı şikayətlər olmuşdur. İddiaçı artıq vəziyyətinin (barəsində aparılacaq araşdırma nəzərdə tutulur) pis olması səbəbilə , öz xahişi ilə işdən azad edilmişdir. Əsgərov X13 Əsgərovun bu gəlhagəlinin (var – dövlətinin) qurbanı olmuşdur. Onun adına külli miqdarda kredit pul vəsaiti götürərək özünü arxa plana çəkmişdir. Cavabdeh1 tərəfindən ödənilmiş məbləğlər də məhz onun özünün vəsaiti hesabına edilmişdir. Onun adına bağlanmış kredit müqaviləsi İddiaçı onunla aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsindən yaranan müqavilədir ki, müqavilə nəticəsində götürülmüş bütün məbləğlər İddiaçı verilmişdir və həmin məbləğlə İddiaçı özünə daşınmaz əmlak almışdır. İddiaçı əldə etdiyi daşınmaz əmlakın tarixi dedikləriylə təsdiqlənir. Məhkəmə Cavabdeh1 adına götürülmüş kredit pul məbləğindən əslində kimin faydalandığını, yəni həmin məbləğin de-fakto kim tərəfindən götürülməsi ilə bağlı təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. 2005-ci ildən 2007-ci ilədək 11 Saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin rəisi 2007-ci ildən 2018-ci ilin oktyabr ayınadək 11 Saylı Ərazi Vergilər Departamentinin Direktorun 1-ci müavini işləmiş İddiaçı (Cavabdeh2 qardaşı, Cavabdeh1 isə əmisidir) dələduz cinayət əməlləri, eyni zamanda korrupsaner cinayət əməlləri ilə bağlı ciddi məqamları Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir. Belə ki, İddiaçı dələduz cinayət əməlləri üzrə əsas zərərçəkmiş -xx.xx.1987- ci il təvəllüdlü Cavabdeh1dur. İddiaçı qeydiyyat ünvanı Yevlax rayonu Tanrıqulular kəndi, yaşayış ünvanı isə Mingəçevir şəhəridir. İddiaçı 11 saylı Vergilər Departamentində yüksək vəzifə tutarkən çoxlu sayda korrupsaner cinayət əməlləri ilə məşğul olaraq dəyəri milyonlarla manat olan daşınmaz əmlaklara sahib olmuşdur. Onun korrupsaner cinayətlərini araşdırmaq onların imkanları və səlahiyyətləri daxilində olmasa belə, korrupsaner cinayət əməllərinin ifşa olunmasında təkzibedilməz faktlar təqdim edə bilər. Eyni zamanda, İddiaçı korrupsaner cinayət əməllərindən doğan digər cinayət əməlləri törətməsi də danılmazdır. Hansı ki, İddiaçı törəmə cinayət əməli dedikdə, onun Cavabdeh1 qarşı törətdiyi dələduzluq cinayət əməlidir. Belə ki, İddiaçı ,özünün de-fakto mülkiyyətində olan , de- yure isə yaxınlarının – anasının , qardaşının və sair etibarlı adamlarının adına olan hər birinin dəyəri bir neçə milyonluq olan mülklərini gözdən pərdə asmaq üçün ipoteka müqaviləsi ilə yüklü edərək, yəni girov qoyaraq 200 000 -400 000 (iki yüz min – dörd yüz min) manat arası kredit pul məbləğləri götürür və yeni bir neçə milyon manat dəyəri olan əmlak alır və ya yeni işlər qurur. Götürdüyü kredit pul məbləği yeni yaratdığı səltənətin 3-5 % faizinin dəyərini təşkil etsə də, gözdən pərdə asmaq və hər hansı bir problem yaranacağı təqdirdə özünü müdafiə etmək üçün (sığortalamaq üçün) kredit pul götürərək həmin işləri qurduğunu bildirir. Lakin, gözlə görünəndir ki, hər dəfə kredit götürülmüş 200 000-400 000 manat pul vəsaiti İddiaçı yaratdığı daşınmaz əmlakların 10% nin belə qiyməti deyildir. Bütün bunlardan sonra isə, İddiaçı dələduz cinayət əməllərinə başlayır. İddiaçı öz korrupsaner cinayətlərini pərdələmək üçün, yəni milyonlarla dəyəri olan əmlakın hansı vəsaitlə əldə edildiyini pərdələmək üçün, Cavabdeh1 adına 364 000( üç yüz altmış dörd min ) manat pul vəsaiti götürmüş və həmin ərəfədə özünə Yevlax rayonu Aran qəsəbəsi ərazisində ( təxminən 1 ilə yaxındır ki, həmin əmlakı satmışdır) yanacaq doldurma məntəqəsi tikdirmişdir. 364 000 manat pul vəsaiti kredit götürülərkən borcun təminatı kimi anasının və qardaşının ( hər ikisinin – Rafiq və İddiaçıların anası və qardaşıdır) adına olan qeyri- yaşayış sahələrini girov qoymuşdur (hazırda həmin əmlaklar oğlu X6 bağışlanmışdır). Bir müddət kredit öhdəlikləri İddiaçı vəsaiti ilə Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmin vəsaitlərin İddiaçı pulu hesabına ödənildiyinə dair sübutları vardır. Məsələn, eyni gündə İddiaçı həyat yoldaşı Bankın depozit hesabında olan 100 000 ( bir yüz min ) manat pulu çıxararaq Vüsala (Cavabdeh1 nəzərdə tutulur) vermiş, sonuncu isə öz növbəsində həmin məbləği ödəmişdir. Daha sonra isə, İddiaçı kredit öhdəliklərini şəxsən öz adından ödəyərək (Bankla arasında olan razılaşmaya görə) Cavabdeh1 külli miqdarda pul tələb edir. Bu da İddiaçı dələduz əməllərinin göstəricidir. Çünki, oğlunun etibarını qazanaraq, müqavilə bağlanarkən özünün faktiki mülkiyyətində olan, hazırda isə oğlu Abbasın mülkiyyətində olan əmlakları girov qoyur, 364 000 manat kredit pul məbləği götürüb üzərinə yenə də öz pulunu qoymaqla yanacaq doldurma məntəqəsi tikir, kredit öhdəliklərinin bir hissəsini icra edir (faktiki olaraq , pul vəsaiti verməklə) və daha sonra isə, guya ki, 364 000 manat pulu , Cavabdeh1 öz şəxsi ehtiyaclarına xərcləmişdir iddiası ilə sonuncudan külli miqdarda pul tələb edir. Dələduzluq cinayətinin obyektini mülkiyyət münasibətləri təşkil edir. Göründüyü kimi, İddiaçı Cavabdeh1 münasibətdə törətdiyi əməlləri – etibardan sui- istifadə edərək onun adına kredit pul vəsaiti götürməsi , bir müddət kredit öhdələliklərini öz vəsaiti ilə Vüsal tərəfindən ödətdirməsi , daha sonra isə əsas məbləği özü ödəyərək Vüsaldan külli miqdarda pul vəsaiti tələb etməsi , İddiaçı dələduz cinayətkar olduğunu təstiq edir. Cavabdeh1 kimi qurbanlar - yaxın qohumlar arasında yenə də vardır . Hələ ki, həmin şəxslərə münasibətdə ilkin ödəmə mərhələsi olduğu üçün İddiaçı özü ödəmələri edir. 11 saylı Ərazi Vergilər Departamentində yüksək vəzifə tutmuş İddiaçı korrupsaner cinayət əməlləri nəticəsində əldə etdiyi əmlakların siyahısı vardır. İddiaçı korrupsaner əməlləri nəticəsində əldə etdiyi əmlakların tam siyahısını göstərməmişlər, həmin siyahı sonsuzluğa kimi gedib çıxa bilər. İddiaçı korrupsaner cinayət əməllərini araşdıraraq hüquqi qiymət verilməsi, eyni zamanda İddiaçı oğlum Cavabdeh1 qarşı törətdiyi dələduzluq cinayət əməlinə görə (etibarından sui–istifadə edərək bankdan onun adına pul götürüb öz şəxsi ehtiyaclarına sərf edərək, daha sonra isə həmin məbləği özü ödəyərək, Cavabdeh1 külli miqdarda pul tələb etdiyinə görə) onun barəsində xüsusi qərardad çıxarmaqla cinayət aidiyyəti üzrə prokurora xəbər verilməsini də xahiş edir.
16. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)- 99/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 311.1-ci maddəsinin tələbinə görə, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 311.2-ci maddəsinin tələbinə görə, əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 311.3-cü maddəsinin tələbinə görə, kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. 315.1-ci maddəsinin tələbinə görə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 431.1-ci maddəsinin tələbinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 453.1-ci maddəsinin tələbinə görə, kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2-ci maddəsinin tələbinə görə, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 453.3-cü maddəsinin tələbinə görə, əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. 453.4-cü maddəsinin tələbinə görə, subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdehlər Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)- 99/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində Cavabdeh2 zaminliyinə müddətə görə xitam verilməli olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehlərdən borcun tutulması ilə bağlı iddia tələbinə baxılmaqla Yevlax Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(039)-95/2020 saylı qətnaməsi qəbul edilmişdir və hal-hazırda qüvvədədir. Cavabdeh2 zaminliyi ilə bağlı məsələ həmin iş üzrə mübahisələndirilə bilərdi. Həmin məsələ hazırki iddia tələbinin müzakirə predmeti deyildir. Qeyd olunan qətnamə ilə borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edildiyindən hazırki halda reqres qaydada pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
26. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində iddiaçının dələduzluq əməlləri törətməsi ilə bağlı bu qətnamənin 15-ci bəndində göstərilənlərə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehlər borcun əslində iddiaçının borcu olması və onun pulları ilə ödənilməsi barədə sübutları olduğunu iddia etsələr də, iş materiallarında bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Cavabdehlər həmçinin iddiaçının dələduzluq törətməsi ilə bağlı hüquq mühafizə orqanları şikayət etdiklərini və bu barədə araşdırma aparıldığını iddia etsələr də, bunu təsdiq edəcək heç bir sübutu da məhkəməyə təqdim etməmişlər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, apellyasiya şikayətində qeyd etdikləri mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Cavabdehlər apellyasiya şikayətində iddiaçının əmlaklarının siyahısı olduğunu iddia etdikləri siyahı göstərmişlər ki, həmin siyahının hansı rəsmi sənədə əsaslandığı, həmçinin hazırki işə hansı əlaqəsinin olduğu aydın deyildir. Belə ki, iddiaçının adına olan və ya olmayan hansısa əmlaklar hazırki iş üzrə mübahisə predmeti olan borcun cavabdehlərə deyil, iddiaçıya aid olduğunun sübutu kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 22 may 2024-cü il tаrixli 2(039)-99/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.