Məhkəmə qərarları › İş №2(107)-99/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-99/2020

24.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-99/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasara bitişik tikilinin sökülməsi, kanalizasiya quyusunun bağlanılması və digər əşyaların hasarın ətrafından götürülməsi, cavabdehlərin hər birindən 250 manat ziyan tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hasara bitişik tikilinin sökülməsi, kanalizasiya quyusunun bağlanılması və digər əşyaların hasarın ətrafından götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus 17 ədəd bar verən ağaclarına zəhərli maddələr tökərək qurutduqlarına görə hər birindən 250 manat tutularaq ona ödənilməsi barədə də qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli (hаkim H.Səlimov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasara bitişik tikilinin sökülməsi, kanalizasiya quyusunun bağlanılması və digər əşyaların hasarın ətrafından götürülməsi, cavabdehlərin hər birindən 250 manat ziyan tələbi barədə iddiası rədd edilmiş, 50 manat ekspertiza xərci İddiaçı alınıb dövlət büdcəsinə -AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesаbа ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnаmədən аpelyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Balakən şəhəri M.İbrahimov küçəsində 25 saylı evdə yaşayır. Şəxsi mülkiyyətində yaşayış evi və 0.24 ha torpaq sahəsi var. Onun qonşuları H.Z.Tağıyev küçəsi 2 saylı evdə ailələri ilə birlikdə yaşayan Cavabdeh1 və Cavabdeh2dur. Uzun müddətdir ki, onlarla aralarında müəyyən münaqişələr gedir. Belə ki, bir müddət aralarında torpaq sahəsi ilə bağlı mübahisə olmuşdur. Mübahisələrin sonlanması məqsədilə o torpaq sahəsindən 0.1 ha hissəni cavabdehlər tərəfdə qoymaqla aralıqda mişar daşından hasar çəkdirmişdir. Hasarin tikilməsi ücun cavabdehlər hec bir xərc çəkməmişlər. Lakin buna baxmayaraq cavabdehlərlə aralarında olan münaqişə davam etməkdədir. Cavabdehlərdən Cavabdeh2 onun tikdirdiyi hasarın üzərində özü tərəfdən altı açıq tikdirmişdir. Bundan başqa hasara tam bitişik olaraq kanalizasiya quyusu qazdırmış və quyu müntəzəm olaraq çirkli kanalizasiya suları, məişət tullantıları ilə dolu olur. Həmçinin su borusunu da quyunun içərisinə qoymuşdur. Hasarın bir hissəsinə isə söykəyərək xeyli miqdarda yarılmış odun yığmışdır. Bundan başqa Cavabdeh1 hasarından istifadə edərək altı açıq tikdirmişdir. Cavabdeh1 tərəfindən əvvəlki il tikilmiş altı açıq sökdürülərkən o hasarının üzərinə vurulmiş dəmir örtükləri söküb tullamışdır. Hasarın yağış sularından qorunması məqsədi ilə ətrafına tökülmüş torpağı qəsdən oradan götürərək öz həyətyanı sahəsinə yaymışdır. Cavabdehlərin bu hərəkətləri nəticəsində artıq 3 il əvvəl tiktirdiyi hasar nəm çəkərək eninə çatlamışdır. Hasarının yıxılma təhlükəsi vardır. Buna görə də cavabdehlər tərəfindən hasar ətrafında tikilmiş tikililərin sökülməsi, kanalizasiya quyusunun bağlanılması və digər maneçilik törədən əşyaların oradan götürülməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.Qeyd etdikləri ilə bağlı Balakən şəhər bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etsə də, heç bir nəticə ala bilməmişdir. Əlavə olaraq bildirir ki, aralarında olan münaqişələr artıq 12 ildir ki, davam edir. Bir neçə il əvvəl də cavabdehlər onun həyətyanı sahəsində olan 17 ədəd bar verən ağacların dibinə salyarka tökməklə onları qurutmuşlar. Müntəzəm olaraq həyətyanı sahəsinə boş ayna limonad və araq şüşələri atırlar. Bunа görə də göstərilən tələblə məhkəməyə mürаciət etmək məcburiyyətində qаlmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Balakən şəhəri M.İbrahimov küçəsində 25 saylı evdə yaşayır. Cavabdehlər onun qonşusudur, aralarında bir hasar var. Uzun müddətdir ki, cavabdehlərlə onun arasında müəyyən münaqişələr gedir. Hasarin tikilməsi üçün cavabdehlər heç bir xərc çəkməmişlər. Lakin buna baxmayaraq cavabdehlərlə aralarında olan münaqişə davam etməkdədir. Cavabdehlərdən Cavabdeh2 onun tikdirdiyi hasarın üzərində özü tərəfdən altı açıq tikdirmişdir. Bundan başqa hasara tam bitişik olaraq kanalizasiya quyusu qazdırmış və quyu müntəzəm olaraq çirkli kanalizasiya suları, məişət tullantıları ilə dolu olur. Həmçinin su borusunu da quyunun içərisinə qoymuşdur. Hasarın bir hissəsinə isə söykəyərək xeyli miqdarda yarılmış odun yığmışdır. Bundan başqa Cavabdeh1 hasarından istifadə edərək altı açıq tikdirmişdir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində ona xeyli məbləğdə maddi ziyan dəymişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı ekspert natamam rəy vermiş, məhkəmə də bunu əsas tutaraq qərar qəbul etmişdir. Halbuki apellyasiya məhkəməsinin qərarı ilə təyin edilmiş təkrar ekspertizanın rəyi əvvəlki ekspert rəyini tamamilə təkzib edir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.2420 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 02 nömrəli vərəqində qeydiyyata alınmışdır. Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxx 2019-cu il tаrixli 2124 nömrəli rəyində göstərilmişdir ki, cavabdehin həyətindən mübahisəli tikililərə baxış zamanı mübahisələndirilən hasardan 1,7 metr məsafədə fədi yaşayış evi, 0,8 metr məsafədə taxta konstruksiyalardan hazırlanmış toyuq hini və hasara bitişik şəkildə taxta konstruksiyalardan, üzəri azbes materialdan olan dam örtüyü ilə örtülmüş anbar kimi istifadə olunan əsaslı olmayan tikilinin olduğu müəyyən olunur. Baxış zamanı mübahisəli hasardan 0,5 m məsafədə 0,4 m x 0,8 m ölçülərdə 0,3 metr dərinliyində hər tərəfi beton ilə örtülü olan 1 ədə kanalizasiya xəttinin baxış quyusunun olduğu müəyyən olunmuşdur. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3208 nömrəli rəydən müəyyən olunur ki, mübahisələndirilən hasardan 1.7 m məsafədə fərdi yaşayış evi, 0.8 m məsafədə taxta konstruksiyalardan hazırlanmış toyuq hini və hasara bitişik şəkildə taxta konstruksiyalardan, üzəri azbes materialdan olan dam örtüyü ilə örtülmüş, anbar kimi istifadə olunan tikilinin inşa olunduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı mübahisəli hasardan 0.5 m məsafədə 0.4m x 0,8 m ölçülərdə 0.3 m dərinliyində hər tərəfi beton ilə örtülü olan 1 ədəd kanalizasiya xəttinin baxış quyusunun olduğu müəyyən olunmuşdur. İddiaçı ilə cavabdehin sərhəddində yerləşən daş hasara baxış keçirilən zaman müəyyən edilmişdir ki, mişar daşları nəm vəziyyətdədir və hasar üzərində kiçik çatlar mövcuddur. Hasarın arxa tərəfində yerləşən və hasardan 0.5 metr məsafə aralıda yerləşən kanalizasiya quyusuna çirkab suları və həyətyanı sahəyə axıdılan sular axıdılır. Bundan əlavə qeyd olunur ki, hasara bitişik olan tikilinin üzərinə tökülən yağış suları hasarın dibinə tökülür. Daş hasarın həmin hissəsində əmələ gələn nəmişliyin bu səbəbdən olması mümkündür. Bununla bağlı qeyd olunur ki, daş hasarda əmələ gələn nəmişliyin aradan qaldırılması üçün hasara bitişik olan tikilinin kənarlaşdınlması və kanalizasiya quyusunun bir qədər önə çəkilməsi zəruridir. Bununlada hasarın dibinə axan suların qarşısım almaq mümkündür. Hal-hazırda daş hasara ciddi bir ziyan dəyməsə də, gələcək də baş verə biləcək fəsadın qarşısının alınması üçün adı çəkilən tədbirlərin görülməsi vacibdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli qətnaməsi qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Beləliklə işin fakitiki hallarından, o cümlədən müəyyən edilmiş mübahisə olunmayan həqiqi hallarından görünür ki, İddiaçı Balakən şəhəri şəxsi mülkiyyəti olan M.İbrahimov küçəsi 25 saylı evdə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdır. Uzun müddətdir ki, tərəflərin aralarında müəyyən münaqişələr vardır. İddiaçı cavabdehlərdən Cavabdeh2 onun tikdirdiyi hasarın üzərində özü tərəfdən altı açıq tikdirməklə, hasara tam bitişik olaraq kanalizasiya quyusu qazdırmaqla, hasarın bir hissəsinə söykəyərək xeyli miqdarda yarılmış odun yığmaqla, Cavabdeh1 onun hasarından istifadə edərək altı açıq tikdirməklə onun 3 il əvvəl tiktirdiyi hasara ziyan vurquqlarını göstərməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Lakin apellyasiya icraatı zamanı işinin obyektiv araşdırılması məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Əlavə ekspert rəyinə əsasən mübahisələndirilən hasardan 1.7 m məsafədə fərdi yaşayış evi, 0.8 m məsafədə taxta konstruksiyalardan hazırlanmış toyuq hini və hasara bitişik şəkildə taxta konstruksiyalardan, üzəri azbes materialdan olan dam örtüyü ilə örtülmüş, anbar kimi istifadə olunan tikilinin inşa olunduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı mübahisəli hasardan 0.5 m məsafədə 0.4m x 0,8 m ölçülərdə 0.3 m dərinliyində hər tərəfi beton ilə örtülü olan 1 ədəd kanalizasiya xəttinin baxış quyusunun olduğu müəyyən olunmuşdur. İddiaçı ilə cavabdehin sərhəddində yerləşən daş hasara baxış keçirilən zaman müəyyən edilmişdir ki, mişar daşları nəm vəziyyətdədir və hasar üzərində kiçik çatlar mövcuddur. Hasarın arxa tərəfində yerləşən və hasardan 0.5 metr məsafə aralıda yerləşən kanalizasiya quyusuna çirkab suları və həyətyanı sahəyə axıdılan sular axıdılır. Bundan əlavə qeyd olunur ki, hasara bitişik olan tikilinin üzərinə tökülən yağış suları hasarın dibinə tökülür. Daş hasarın həmin hissəsində əmələ gələn nəmişliyin bu səbəbdən olması mümkündür. Bununla bağlı qeyd olunur ki, daş hasarda əmələ gələn nəmişliyin aradan qaldırılması üçün hasara bitişik olan tikilinin kənarlaşdınlması və kanalizasiya quyusunun bir qədər önə çəkilməsi zəruridir. Bununla da hasarın dibinə axan suların qarşısını almaq mümkündür. Hal-hazırda daş hasara ciddi bir ziyan dəyməsə də, gələcək də baş verə biləcək fəsadın qarşısının alınması üçün adı çəkilən tədbirlərin görülməsi vacibdir. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini məhkəmə iclasında tədqiq edib, digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları ilə birlikdə yoxlayıb cavabdehə məxsus hasara bitişik olan tikilinin və kanalizasiya quyusunun mövcudluğunun iddiaçının mülkiyyətinə, eləcə də maneəsiz yaşamaq hüququnun əhəmiyyətli dərəcədə pozuntusu kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir (Mülki Məcəllənin 170-ci maddəsi). Mülki Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Mülki Məcəllənin 171.2-ci maddəsinin tələbinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Mülki Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyət hüququ mülkiyyətçının təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1-ci bəndlərində göstərilir: 69.4. ara məsafəsi divar hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Birinci ona görə ki, kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Hazırki iş üzrə verilmiş ekspert rəyi də iddia tələbinin və apellaysiya şikayətinin dəlillərini təsdiq edir. İkincisi, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, eləcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübütü məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlərə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(019)-75/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdehin sərhəddində yerləşən mübahisəli daş hasara bitişik cavabdehlər tərəfindən inşa edilmiş tikililər (0.8 m məsafədə taxta konstruksiyalardan hazırlanmış toyuq hini və hasara bitişik şəkildə taxta konstruksiyalardan, üzəri azbes materialdan olan dam örtüyü ilə örtülmüş, anbar kimi istifadə olunan tikili) sökülsün, kənar əşyalar hasarın ətrafından götürülsün, həmçinin mübahisəli hasardan 0.5 m məsafədə 0.4m x 0,8 m ölçüdə 0.3 m dərinliyində hər tərəfi beton ilə örtülü olan 1 ədəd kanalizasiya quyusu kənarlaşdırılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabınaödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Sədrlik edən Ayaz Maymudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar