Məhkəmə qərarları › İş №2(107)-99/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-99/2024

25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-99/2024 25.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, prezumpsiya, preyudisiallıq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, X4ndə yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavablehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində Zaqatala rayonu, X4ndə əmlak kompleksi vardır. Həmin əmlak üzərində hüquqları 31 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan həmin əmlak kompleksini zəbt etmiş və onun həmin əmlakdan istifadəsini məhdudlaşdırmışlar. Cavabdehlərin ailə üzvü Nümayəndə da həmin daşınmaz əmlakı zəbt etdiyi üçün tərəfindən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)-661/2021 iş nömrəli qərardadı ilə Nümayəndə mülkiyyətində olan Zaqatala rayonu, X4ndə yerləşən əmlak kompleksinə daxil olmasına qadağa qoyulmuş, həmçinin məhkəmənin 01 oktyabr 2021-ci il tarixli, 2(033)-661/2021 iş nömrəli qətnaməsi ilə Nümayəndə mülkiyyətində olan Zaqatala rayonu, X4ndə yerləşən əmlak kompleksindən çıxarılması qət edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)-661/2021 iş nömrəli qərardadı və məhkəmənin 07 oktyabr 2021-ci il tarixli, 2(033)- 661/2021 iş nömrəli qətnaməsində adları qeyd olunmadığı üçün mülkiyyətində olan Zaqatala rayonu, X4ndə yerləşən əmlak kompleksindən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərə mülkiyyətində olan Zaqatala rayonu, X4ndə yerləşən əmlak kompleksindən çıxmalarını xahiş etməsinə baxmayaraq, sonuncular bundan qərəzli olaraq imtina edir ki, bu da onun Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29cu maddələri ilə təsbit olunmuş hüquqlarımı kobud şəkildə pozur. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim: T.Həsənov) 26 iyul 2023-cü il tarixli, 2(033)- 115/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən çıxarılmaları, İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağına mane olmaqla müşayiət olunan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir və bu fakt qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ. Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə cavabdeh Nümayəndə ailə üzvləri olan hazırki iş üzrə cavabdehlər İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən istifadə edir və iddiaçını mülkiyyətində olan əmlakdan istifadə etməyinə və sahiblik etməyinə maneələr yaradırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksindən çıxarılmalarını və cavabdehlərin əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasını tələb edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, birinci instansiya məhkəməsinn iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olmuşdur ki, İddiaçı ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir və bu fakt qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023, nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ. Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə cavabdeh Nümayəndə ailə üzvləri olan hazırki iş üzrə cavabdehlər İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən istifadə edir və iddiaçını mülkiyyətində olan əmlakdan istifadə etməyinə və sahiblik etməyinə maneələr yaradırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksindən çıxarılmalarını və cavabdehlərin əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasını tələb edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin əmlak kompleksindən istifadə edirlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 çıxmamaları, əmlak kompleksini boşaltmamaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan əmlak kompleksindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin qeyri-yaşayış binasından çıxarılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən əmlak kompleksi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etmələri iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin nümayəndəsi Nümayəndə hazırki iddia tələbi üzrə mülki işin onun tərəfindən İddiaçı qarşı verdiyi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mağaza binasının dəyərinin İddiaçı onun xeyrinə ödənməsi tələbi ilə bağlı mülki işlə bir icraatda birləşdirilməsinə dair vəsatətində göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işi və yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı hazırki tələbi Cavabdeh5, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 yönəldiyi və mülkiyyət hüququ ilə bağlı olduğu halda, hazırki iş üzrə tərəf olmayan və cavabdehin nümayəndəsi olan Nümayəndə hazırki mülki iş üzrə İddiaçı qarşı olan iddiası pul tələbi ilə bağlıdır. Birinci instansiya məhkəməsi yekun olaraq bu nəticəyə gəlmişdir ki, ümumilikdə cavabdehin nümayəndəsinin göstərdiyi arqumentlər iddia tələbinin rədd olunması üçün əsas deyil. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edildiyinə görə həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 88, 89, 107, 119.1, 217.3, 217.4, 218.3-ci maddələri, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. O, 8 sentyabr 2003-cü il tarixdə Zaqatala rayon Kooperativ Cəmiyyəti İdarə heyyətinin qərarına əsasən RKC-nin balansında olan ünvan 1ndə yerləşən 20 saylı mağaza binası üzərində olan vəsait və inventarları ilə birlikdə 10.500000 manata almışdır. Həmin tarixdən bugünki tarixə qədər həmin mağaza binasında o və ailəsi yaşayır. Mağaza binası onun istifadəsində olmaqla, torpaq vergiləri, bütün komunal xidmətlər (su, qaz və işiq) onun tərəfindən ödənilir. Həmin əmlakın kooperativ cəmiyyətindən alınmasında ümumiyyətlə özü iştirak etməmiş, bununla əlaqədar aparılan əməliyyatlardan məlumatı olmamışdır. Mülki iş üzrə dindirilmiş digər şahidlər Nəzir Muradov, Gülgəz Səfərova və Fikrət Mustafayev mağaza binasının ona satıldığını və ümumiyyətlə sənədləşmədə İddiaçı görmədiklərini, onun iştirak etmədiyini bildirmişlər. Mülki iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, ödəniş qəbzlərində və təhvil-təslim aktındakı imzalar ona məxsusdur. Mübahisələndirilən Zaqatala şəhəri, X4, 20 saylı mağaza binası onun öz şəxsi vəsaiti hesabına alınması Zaqatala Rayon Məhkəməsinin qərarları ilə öz təsdiqini tapmışdır. İddiaçı əsassız varlanmış şəxsdir. Bunun üçün Zaqatala şəhəri, X4, 20 saylı mağaza binasının real bazar dəyəri olaraq hesabladığı 150000 manat məbləğin, binanın təmir-tikinti və bərpa xərclərinə çəkmiş olduğu 70000 (yetmiş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş ümumi 510 (440+70) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi təmin olunduqdan sonra mağaza binasının boşaldılması təmin olunmalı idi. Yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsassızdır və təmin olunmalı deyildir. Qeyd edilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olmamasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2023 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ. Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə cavabdeh Nümayəndə ailə üzvləri olan hazırki iş üzrə cavabdehlər İddiaçı mülkiyyətində olan ünvan 1ndə 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən istifadə edir və iddiaçını mülkiyyətində olan əmlakdan istifadə etməyinə və sahiblik etməyinə maneələr yaradırlar. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri iddiaçıya məxsus əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və həmin əmlakdan çıxarıması ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlər hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin əmlak kompleksindən istifadə edirlər. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə qeyri-yaşayış sahəsi mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən əmlak kompleksi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etmələri iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Şikayətin dəlilləri ilə razılaşmayan Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçılar Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala Kooperativlər Cəmiyyətinə qarşı Zaqatala Kooperativlər Cəmiyyətinin Zaqatala şəhəri, X4 18 ünvanında yerləşən 20 saylı mağaza binasının İddiaçı adına satılmasına dair verilmiş qərarın ləğv olunması və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(107)-1208/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması barədə iddia ərizəsi üzrə mülki işin icraatı, digər iş üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı Zaqatala Kooperativlər Cəmiyyətinin Zaqatala şəhəri, X4 18 ünvanında yerləşən 20 saylı mağaza binasının İddiaçı adına satılmasına dair verilmiş qərarın ləğv olunması və həmin qərar əsasında cavabdeh İddiaçı adına DƏDRX-də qeydə alınan xx.xx.2019-cu il tarixli **********00-12301 reyestr nömrəli çıxarışın etibarsız hesab olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdeh İddiaçı alınaraq onlara ödənilməsi tələbinə dair Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-115/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(033)-256/2024 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala Kooperativlər Cəmiyyətinə qarşı Zaqatala Kooperativlər Cəmiyyətinin Zaqatala şəhəri, X4 18 ünvanında yerləşən 20 saylı mağaza binasının İddiaçı adına satılmasına dair verilmiş qərarı əsasında cavabdeh İddiaçı adına DƏDRXdə qeydə alınan xx.xx.2019-cu il tarixli **********00-12301 reyestr nömrəili çıxarışın etibarsız hesab olunmasını və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ödənilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Zaqatala Rayon Məhkəməsinə sorğu verilərək həmin mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(033)- 256/2024 saylı qətnaməsinin qanuni qüvvəsini alıb-almaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Zaqatala Rayon Məhkəməsi sorğuya cavab olaraq qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(033)-256/2024 saylı qətnaməsi 28 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra mülki işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən əmlak kompleksi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə etmələri iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar