Məhkəmə qərarları › İş №2(107)-991/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-991/2024

25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-991/2024 25.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(075)- 253/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Reyhan Əlipaşa qızından 1/6 hissədən əlavə 30 000 manat təzminat ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(075)-253/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı cavabdeh X1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Şəki Rayon Məhkəməsinin sədri X3 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(075)-253/2024 nömrəli qətnaməsində və 13 iyun 2024-cü il tarixli qərardadında olan yanlışlıqların aradan qaldırılması üçün mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki aperllyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(075)-253/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Şəki Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar