Məhkəmə qərarları › İş №2(107)-993/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-993/2020

18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-993/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək dövlət rüsumuna görə 30 manat, 900 qutu “Palet” saç boyası və 385 qutu “Lark” əl sabununa görə 26.470 (iyirmi altı min dörd yüz yetmiş) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi, 1050 qutu “Palet” saç boyası və 500 qutu “Lark” əl sabununa görə 27.112 (iyirmi yeddi min bir yüz on iki) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi, aldığı borca görə 15000 (on beş min) manat və “FORD TRANZİT” markalı avtomaşını satıb pulunu vermədiyinə görə avtomaşının dəyəri 12.000 (on iki min) manat pulun Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, təxminən 2015-ci ilin sentyabr ayının əvvəllərində Cavabdeh1 ondan 550 qutu “Palet” saç boyası və 300 qutu “Lark” əl sabunu götürmüş, götürdüyü malın pulunu oktyabr ayının 10-na kimi ödəyəcəyini demişdir. Həmin vaxta kimi isə onun Təbriz ilə aralarında ticarət əlaqəsi daimi olduğundan və Təbriz ondan götürdüyü malların pulunu hər ay vaxtlı-vaxtında verdiyindən, 17.600 manat dəyərində olan malları Təbrizə əvvəlki qaydada nisyə vermişdir. Təbriz aldığı həmin malın pulunu vermədən, təxminən xx xxxxxxx 2015-ci il tarixdə ona zəng edərək “Palet” saç boyası və “Lark” əl sabununa ehtiyac olduğunu demiş, Təbriz sentyabr ayında götürdüyü malların pulunu verməməsinə baxmayaraq, o, yenidən Təbrizə ümumilikdə qiyməti 8870 manat olan 350 qutu “Palet” saç boyası və 85 qutu “Lark” əl sabunu vermişdir. Beləliklə Cavabdeh1 digər Cavabdeh2 əlavə özünün ona 26.470 manat borcu vardır. Cavabdeh1 digər Cavabdeh2 ilə birlikdə isə 27.112 manat borcu vardır və həmin borcu cavabdehlər müştərək qaydada ödəməlidir. Həmin borcu Cavabdeh2 Göyçay Rayon Polis Şöbəsində yazdığı izahatında etiraf etmişdir. Belə ki, təxminən 2015-ci ilin oktyabr ayının 22-də Təbriz yenidən sifarişlərin olduğunu bildirərək, Ceyhundan 1050 qutu “Palet” saç boyası və “Lark” əl sabunu istəmişdir. O, Təbrizə 26.470 manat borcu olduğunu bildirmiş, Təbriz ona narahat olmamasını, hazırda malların çox hissəsinin nisyədə olduğunu, qısa müddətdə götürdüyü malların pulunu tam həcmdə qaytaracağını bildirmiş, ondan tanışları, “X7”ndə işləyən parfümeriya mallarının alqı-satqısı ilə məşğul olan Ədalət və Nizamiyə zəng edərək 1050 qutu “Palet” saç boyası və 500 qutu “Lark” əl sabunu vermələrini xahiş etdiyini bildirmişdir. O, həmin şəxslərə zəng edib bu barədə bildirmiş, Ədalət və Nizami ilə daim ticarət əlaqəsi olduğundan onunla razılaşaraq xx xxxxxxx 2015-ci il tarixdə Ədalət 1050 qutu “Palet” saç boyası və Nizami 500 qutu “Lark” əl sabununu Cavabdeh2 təhvil vermiş, həmin malların qiyməti 27.112 manat təşkil etmişdir. Belə ki, həmin vaxt Nizami 9000 manatlıq, Ədalət 18112 manat qiymətində mal vermiş, digər Cavabdeh2 həmin malları Əmir adlı şəxsə satmış, pulunu ona verməmişdir. Bu səbəbdən hesab edir ki, 900 qutu “Palet” saç boyası və 385 qutu “Lark” əl sabununa görə 26.470 manat pul Cavabdeh1 alınaraq ona verilməli və 1050 qutu “Palet” saç boyası və 500 qutu “Lark” əl sabununa görə 27.112 (iyirmi yeddi min bir yüz on iki) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməlidir. Bundan başqa münasibətləri yaxın olan vaxtlarda o, Təbrizə 15000 (on beş min) manat borc vermiş, Cavabdeh1 ondan 15000 (on beş min) manat borc almasını istintaqda verdiyi izahatında etiraf etmişdir. Habelə, ** LU *** dövlət qeydiyyat nişanlı “FORD TRANZİT” markalı avtomaşını Cavabdeh1 vermiş, həmin avtomaşına görə Göyçay rayon Notariat kontoru tərəfindən xx xxxxx 2015-ci il tarixdə 7 E-4045 reyestrlə təsdiqlənmiş etibarnamə verilmişdir. Həmin avtomaşın Cavabdeh1 tərəfindən satılmış, lakin avtomaşının dəyəri olan 12.000 manat pulu ona ödəməmişdir. Bu səbəbdən aldığı borca görə 15000 (on beş min) manat və “FORD TRANZİT” markalı avtomaşını satıb pulunu vermədiyinə görə avtomaşının dəyəri olan 12.000 (on iki min) manat pul Cavabdeh1 alınaraq ona verilməlidir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 nümayəndəsi X4 iddia tələbini qəbul etməmiş və əsassız olması ilə əlaqədar rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi şəxslə iddiaçının arasında hadisələr 2015-ci ildə baş vermiş və Təbrizin iddiaçıdan aldığını qeyd etdiyi 15000 manat pul iddiaçıya məhz 2015-ci ildə ödənilməli idi. Göründüyü kimi, iddiaçı iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və bununla bağlı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddia tələbinin qəbul etməmiş və iddiaçıya hazırda heç bir borcunun olmamasını bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, qeyd etmişdir ki, Cavabdeh2 Ceyhuna çatacaq pulu ona verməmiş və aralarında belə bir məsələ olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və iddiaçıya hazırda heç bir borcunun olmamasını bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Təbrizin də Ceyhuna heç bir borcu yoxdur. Təbrizdə Ceyhunun malları olmamışdır. Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatında göstərilən hadisə olmamış və düzgün deyildir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehləri tanıyır. O, 2015-ci ilin yay aylarında Təbrizin anbarında iki ay müddətində işləmişdir. Təbriz anbarın müdiri idi. Həmin anbarda Təbrizə məxsus mallar olurdu. Ceyhun ona zəng edərək onun həyətindən mal çıxarıbçıxarmadığını soruşmuşdur. O isə, Ceyhuna onun həyətini belə tanımadığını söyləmişdir. Ceyhun ona polis şöbəsində onun həyətindən mal çıxardığını deməyi təklif etmiş, lakin o, həmin təkliflə razılaşmamışdır. O, heç zaman Ceyhunun həyətindən mal çıxarmamışdır. O, Ceyhuna məxsus olan malları Təbrizin anbarında görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçını və Cavabdeh1 tanıyır. Ceyhunla Təbrizin arasında olan alış-veriş, pul münasibətləri haqqında məlumatı yoxdur. Təbriz ticarətlə məşğul olurdu. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdehlərə qarşı 2015-ci il tarixdən Göyçay Rayon Polis Şöbəsinə dəfələrlə müraciət etmiş, müraciəti ətrafında araşdırma aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Hətta bir dəfə məhkəmə Göyçay Rayon Polis Şöbəsinin məktubunun qanunsuz hesab edilməsi barədə qərar qəbul etmiş, ikinci dəfə isə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Göyçay RPŞ-in qərarı ləğv edilərək, iş təkrar istintaqa qaytarılmışdır. Məhkəmə iddia ərizəsinin xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olmasına istinad etmişdir. Lakin həmin tarixdən 3 ay əvvəl onun iddiası ilə əlaqədar Cavabdeh1 məhkəməyə ərizə göndərmişdir. Burdan bir daha sübut olunur ki, cavabdehlərə qarşı olan iddia ərizəsinin xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş və iddia ərizəsinin onda qalan surətinə S.Məmmədov tərəfindən imza edilərək qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Bundan başqa Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, istintaqın gedişində üzləşmə zamanı Cavabdeh1 İddiaçı "faizlə" 15000 manat borc aldığı və həmin borcunu qaytarmadığını etiraf etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsinin "borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir" barədə tələbinə əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 15000 manat borc alması və həmin borcunu qaytarmasına dair sübut kimi İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına istinad olunmasını qeyd etmişdir. Halbuki, İddiaçı sübut kimi Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına deyil, həmin qərarda adı çəkilən üzləşmə protokoluna istinad etmişdir. Göründüyü kimi, cavabdehlərin ona borcu olması, onun Cavabdeh1 15000 (on beş min) manat borc verməsi, ** LU *** dövlət qeydiyyat nişanlı "FORD TRANZİT" markalı avtomaşını Təbrizə verməsi, Cavabdeh1 ondan 26.470 manat dəyərində 900 qutu "Palet" saç boyası, 385 qutu "Lark" əl sabunu götürməsi və bundan sonra 27.112 manat dəyərində 1050 qutu "Palet" saç boyası, 500 qutu "Lark" əl sabununu Cavabdeh2 təhvil verməsi, Cavabdeh2 həmin malları Bakı şəhərində Əmir adlı şəxsə satması və bu barədə Göyçay rayon polis Şöbəsində izahat verməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh1 aldığı malların pulunu ona qaytardığını iddia edir, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, nədə məhkəmə iclasında belə hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən dindirilən şahid ifadələrini səhv təfsir edərək onların məzmununu iddia tələbinin əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına yönələn xüsusatları isə iddia tələbinin təmininə yönələn xüsusatlar kimi qiymətləndirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 6(107)-09/2017 nömrəli qərarından görünür ki, Cavabdeh1 Ceyhun Mövlanovun ona vurulmasını iddia etdiyi 53.582 manat həcmində maddi ziyan məbləğindən yalnız 15000 manatını etiraf etmiş, qalan məbləğ isə tərəflər arasında mübahisəli kimi qalmış, bu ziyanın həqiqətən də mövcud olub-olmamasını, onun xarakterini, ziyanın yaranmasına səbəb olmuş obyektiv və subyektiv amilləri istintaq orqanı araşdırıb hüquqi qiymət verməli idi. Cavabdeh1 nümayəndəsi X2 birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. X11 Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının sorğusu ilə alınmış Cavabdeh1 Göyçay Rayon Polis Şöbəsinə xx xxxxxxxx 2017-ci il tarixdə verdiyi izahatın surətindən görünür ki, Cavabdeh1 2015-ci ilin may ayında İddiaçı 15000 (on beş min) manat borc pul aldığını və həmin borcunu qaytara bilmədiyini göstərərək, həmin puldan başqa Ceyhuna hər hansı məbləğdə borcunun olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı tərəfindən təqdim olunmuş X11 Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə münasibətdə məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır. İddiaçı isə həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmamışdır. Bu mövqə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Qərarında da öz əksini tapmışdır. Məhkəmə, Cavabdeh2 Göyçay rayon polis şöbəsində verdiyi izahatına hüquqi qiymət verərək, həmin sübutu iddianın təmin edilməsi üçün kifayət edən hesab etmir. Belə ki, Cavabdeh2 öz izahatında iddiaçıya məxsus olan “Palet” saç boyalarının və “Lark” əl sabunlarının Lökbatanda Əmir adlı şəxsin anbarına boşaldılmasını, mallara görə Əmir adlı şəxsdən aldığı pulun Cavabdeh1 verməsini göstərsə də, həmin izahatda aldığı pulun məbləğini xatırlamadığını qeyd etmişdir. Məhkəmə baxışında isə Cavabdeh2 izahatında göstərdiklərini ümumiyyətlə inkar etmiş, belə bir hadisənin olmadığını bildirmişdir. Bundan əlavə iddiaçı özü də Əmir adlı şəxsi, malları Cavabdeh2 vermiş şəxsləri məhkəmə iclasında şahid qismində dindirilməsi üçün dəvət etməmişdir. Cavabdeh1 də Cavabdeh2 izahatında göstərilən xüsusatları təsdiq etməmişdir. Cavabdeh1 məhkəmə baxışında iddiaçıya 15000 manat borcunun olmasını inkar etmişdir. İddiaçı isə bu tələbini təsdiq edən sübut kimi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını təqdim etmişdir. Bu qərarda Göyçay rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X5 izahatına istinadək göstərilmişdir ki, istintaq zamanı dindirilmiş Cavabdeh1 ifadəsində 2015-ci ilin təxminən may ayında ticarət əlaqələrini genişləndirmək üçün hər ay 1500 manat faiz ödəməklə 15000 manat borca pul aldığını, həmin pulun faiz ödənişlərini 2015-ci ilin noyabr ayına kimi ödədiyini, həmin pulun əsas məbləği olan 15000 manatı isə ödəyə bilmədiyini söyləmişdir. Cavabdeh1 nümayəndəsi X2 xx.xx.2019-cu il tarixli ərizəsində də təmsil etdiyi şəxslə iddiaçının arasında hadisələrin 2015-ci ildə baş verməsi və Təbrizin iddiaçıdan aldığını qeyd etdiyi 15000 manat pulun iddiaçıya məhz 2015-ci ildə ödənilməli olması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəki Apelyasiya Məhkəməsinın xx.xx.2017-ci il tarixli qərarında istintaq materiallarına istinadən Cavabdeh1 iddiaçıya 15000 manat borcunun olması qeyd olunmuş, bu fakt məhkəmə baxışında müəyyən olunmamışdır. Ona görə də həmin məhkəmə aktı hazırkı işə baxılarkən “Cavabdeh1 iddiaçıya 15000 manat borcunun olub-olmaması” hissəsində məcburi deyildir. İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi üzrə öhdəliklər yarandığı halda belə İddiaçı iddia ərizəsində və məhkəmə baxışında, habelə təqdim olunan sənədlərdə həmin pulun nə zaman və hansı müddətə Cavabdeh1 verilməsini göstərməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu tarix kimi 2015-ci ilin noyabr ayı qəbul edilməli və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. xx.xx.2018-ci ildə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi xx.xx.2018-ci il tarixdə məhkəmənin qərardadı ilə baxılmamış saxlandığından, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə yalnız xx.xx.2019-cu il tarixdə müraciət etdiyindən onun tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, İddiaçı iddia tələbləri təmin edilməməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında “Palet” saç boyalarının və “Lark” əl sabunlarının, habelə “FORD TRANZİT” markalı nəqliyyat vasitəsinin nisyə və ya dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alqı-satqı müqavilə münasibətlərinin mövcud olması və cavabdehlərin belə münasibətlərdən irəli gələn öhdəliklərinin yaranması xüsusatları, tələb olunan məbləğlərin hansı meyarlar əsasında hesablanması iddiaçı tərəfindən sübuta yetirilməmiş və iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apelyasiya şikayətinə əlavə etməmişdir. İddiaçı şikayəti əsasında Göyçay Rayon Polis Şöbəsində toplanmış araşdırma materialı, o cümlədən Cavabdeh1 həmin araşdırma ətrafında verdyi izahat ilə, Cavabdeh1 2015-ci ilin may ayında İddiaçı 15000 (on beş min) manat borc pul aldığı və həmin borcunu qaytarmadığı müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən halı ilə bağlı düzgün olaraq göstərmişdir ki, iddiaçının hüququnun pozulduğunu bilməli olduğu tarix kimi 2015-ci ilin noyabr ayı qəbul edilməli və iddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. xx.xx.2018-ci ildə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi xx.xx.2018-ci il tarixdə məhkəmənin qərardadı ilə baxılmamış saxlandığından, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə yalnız xx.xx.2019-cu il tarixdə müraciət etdiyindən onun tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən üç illik iddia müddəti ötürülmüşdür. Göründüyü kimi, Cavabdeh1 İddiaçı 15000 (on beş min) manat borc pul alması və həmin borcunu qaytarmadığı sübut olunduğu halda belə, iddia müddəti ötürüldüyündən və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması haqqında ərizə verdiyindən həmin hissədə də iddianın təmin edilməsi mümkün deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X9 Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçıin apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(046)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar