Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-100/2024 08.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “mənzilin kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin ödənilməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin e2(078)-671/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadından iddiaçının vəkilnümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək (xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) xx.xx.2021-ci il tarixindən hesablanmaqla, 3 il ərzində, yəni xx.xx.2024-cü il tarixədək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzilin və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin, yəni 19800 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülsüm Əliyeva) e-2(078)-671/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı qeyd olunan iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmas ı, iddiaçı tərəfindən "xxxx" MMC-yə 27 mart 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 149.60 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya iddia ərizəsinin geri qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra Mülki-Prosessual Məcəllə) nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi daşınmaz əmlaklar birgə nikah dövründə qazanılmış əmlaklardır və iddiaçı həmin mənzillərin cavabdeh tərəfindən kirayəyə verilməsi nəticəsində əldə olunmuş gəlirin ½ hissəsinin ona ödənilməsini tələb edir. Göründüyü kimi tərəflər arasında yaranan hazırki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisədir, ona görə də tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli idilər. "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra "Mediasiya haqqında” Qanun) 28.1-ci maddə sinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.6-1-ci maddələrinə görə, "Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır... Mülki-Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır”. Həmin qərardaddan iddiaçının vəkil-nümayəndəsi tərəfindən verilmiş şikayət 09 aprel 2024-cü il tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçının vəkil-nümayəndəsi 09 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş şikayətində Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(078)-671/2024 saylı qərardadını ləğv edərək, iddia ərizəsinin mümkün hesab edilərək məhkəminin icraatına qəbulu barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılaraq göstərilmişdir ki, “Cavabdeh xx.xx.2020-ci il tarixində İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı arasında 07 iyun 2007-ci il ta rixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bundan sonra, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzilin, Şahbuz rayonu, Nurs kəndində yerləşən 600 m2 həyətyanı torpaq sahəsinin və **-BE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobilin birgə nikah dövründə qazanılmış hesab edilməklə, Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının həmin əmlakların ½ hissəsinə payı müəyyən edilmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda həmin mülki iş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır. Göründüyü kimi, İddiaçı qüvvədə olan məhkəmə qərarları ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzilin ½ hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, 2020-ci ilin əvvələrindən Cavabdeh tərəfindən evdən qovulmuş, o, bu illər ərzində Bakı şəhərində kirayə mənzillərdə yaşamağa və kirayə ödəməyə məcbur olmuş, Cavabdeh isə həmin mənzilləri bu illər ərzində qanunsuz şəkildə kirayə verməklə gəlir əldə etmiş, həmin gəlirdən İddiaçı hər hansı ödəniş etməmişdir. Halbuki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzilin aylıq kirayə haqqı 600 manatdan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzilin aylıq kirayə haqqı isə 500 manatdan başlayır. Məhkəmənin nikahın pozulması barədə qətnamə qəbul etdiyi vaxtdan hesablandıqda, 3 il ərzində Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzili kirayə verməklə 21600 (36 ay X 600 manat) 21600 manat, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzili kirayə verməklə isə 18000(36 ay x500manat) 18000 manat gəlir əldə etmişdir ki, həmin gəlirin yarısı, yəni 19800 manatı İddiaçı verilməli olduğu halda, qanunsuz şəkildə məniməsnilməklə verilməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx. xx.2024-cü il tarixli, e-2(078)-671/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır... Hesab edirəm ki, həmin qərardad əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: 1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı - “Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipin i qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. 2. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarı - “Bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünl üklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir”. 3. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2015ci il tarixli qərarı - “Ailə hüquq nəzəriyyəsində nikaha xitam verilməsi dedikdə, müəyyən hüquqi faktların yaranması ilə əlaqədar ər-arvadın qanunla nəzərdə tutulmuş qaydada bağlanmış nikahdan əmələ gələn münasibətlərinə xitam verilməsi başa düşülür. Ailə qanunvericiliyi nikahın pozulmasının iki qaydasını müəyyən edir - məhkəmə qaydasında və müvafiq icra hakimiyyəti orqanında (inzibati qaydada). Ail ə Məcəlləsinin 16-cı maddəsinə görə nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 1921-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir”... Hazırki iddia tələbinə baxdıqda aydın şəkildə görünür ki, artıq tərəflər arasında ailə münasibətlərinə illər öncə xitam verilmiş və həmin münasibətlərdən törəyən mübahisələrə məhkəmə müstəvisində baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Əgər tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdan payının müəyyən edilməsi tələbi əvvəllər mövcud olmuş ailə münasibələrindən irəli gəlirdisə, artıq paylar müəyyən edildikdən sonra həmin paylarla bağlı digər tərəfin qanunsuz hərəkətlərinə ailə münasibətlərindən irəli gələn mübahisə kimi baxıla bilməz. Belə ki, artıq paylar müəyyən edilib müvafiq hissə lərə dair çıxarışlar əldə edildikdən sonra həmin əmlaklara dair müdaxilələr mülki hüququn predmetinə çevirilir və müvafiq olaraq həmin əmlaklar alqı-satqının, bağışlamanın, girovun, ipotekanın, vərəsəliyin, eləcə də digər mülki hüquqların premeti rolunda çıxış edir. Belə olan halda digər tərəfin həmin əmlakdan qanunsuz şəkildə istifadəsi mülkiyyət hüquqlarına müdaxilə və yaxud əsassız varlanma formasında mülki hüquqların təsir dairəsinə düşür. Yəni, artıq tərəflərin adına qeydə alınmış əmlak paylarına münasibətdə ailə münasibətlərindən irəli gələn tələblər formasında yanaşma tamamilə əsassızdır. Belə münasibətlər ailə münasibətləri deyil, mülki münasibətlər olduğundan həmin mübahisələr üzrə məhkəmədən öncə mediasiya sessiyasında iştirak qanunvericilikdə nəzərədə tutulmamışdır”. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra Ailə Məcəlləsi); Maddə 7-1. “Mediasiya haqqında” Qanunun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki-Prosessual Məcəllə; Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269..., 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə y azılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 149.2 və 149.2.4-1. Ərizədə “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Maddə 150.1 və 150.1.7. İddia ərizəsinə “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1 və 152.1.6-1. “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə
365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə on un məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. “Mediasiya haqqında” Qanun; Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının vəkilnümayəndəsinin şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının; 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin 7 2-ci maddəsinin İ hissəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. 72-ci maddəsinin İİ hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməlidir... Məlumdur ki, mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses olmaqla, mübahisələrin alternativ həlli üsuludur, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməm işdən əvvəl “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki-Prosessual Məcəllənin 4.6-cı, Ailə Məcəlləsinin 7-1-ci və “Mediasiya haqqında” Qanunun 3.2 və 28.1-ci maddələri). Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Buradan görünür ki, iddia ərizəsinin mümkünlüyünün əsas şərti onun mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə verilməsidir. Bu şərt yerinə yetirildikdə iddia üzrə məhkəmə icraatı mümkün hesab edilir. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizəsi məhkəməyə verilərkən riayət edilməli olan tələblərdən biri də “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına dair tələbdən ibarətdir. İddia ərizəsi bu tələbə riayət edilməməklə verildikdə müvafiq əsasın mövcudluğundan və hansı mərhələdə aşkar edilməsindən asılı olaraq, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılır və ya ərizə baxılmamış saxlanılır (MülkiProsessual Məcəllənin 152.1.6-1, 259.13-cü maddələri). Mülki-prosessual qanunvericilik iddia ərizəsinin qaytarılmasının prosessual əsaslarını elə hallarla əlaqələndirir ki, həmin halların aradan qaldırılması mümkündür və onlar aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq məhkəməyə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizəsinin verilməsinə görə “Mediasiya haqqında” Qanuna uyğu n olaraq, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etməli və həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır (Mülki-Prosessual Məcəllənin 150.1.7-ci maddəsi). Qeyd olunan sənədin iddia ərizəsinə əlavə olunmaması mülki-prosessual qanunvericiliyin müvafiq tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilir və iddia ərizəsinin qaytarılması üçün əsasdır. Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.6-1-ci maddələrinə görə isə, “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və şikayətdən məlum olur ki, “iddiaçı ilə cavabdehin arasında 07 iyun 2007-ci il tarixdə bağlanmış nikah Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin məhkəmənin 2(078)881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin adına qeydiyyata alınmış, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.36 m2 olan, 3 otaqlı mənzilin, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61.19 m2 olan, 2 otaqlı mənzilin,... birgə nikah dövründə qazanılmış hesab edilməklə, iddiaçının həmin əmlakların ½ hissəsinə payı müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və hazırda həmin mülki iş Naxçıvan şəhər Məhkəməsinin icraatındadır”. Hazırkı iş üzrə i ddiaçının tələbi isə məhz iddiaçı və cavabdehin ər-arvad statusunda olduqları müddətdə əldə etdikləri qeyd olunan mənzillərin cavabdeh tərəfindən kirayəyə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin, mübahisələndirilən pul məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir. Göstərilənlərdən aşkar göründüyü kimi qeyd olunan mənzillər üzrə tərəflərin ½ payları müəyyən olunsa da, artıq ər-arvad statusunda olmamalarına baxmayaraq, iddiaçının həmin birgə nikah dövründə qazanılmış əmlakın (mənzillərin) bölünməsi tələbinə dair mülki iş hazırda müvafiq birinci instansiya məhkəməsinin icraatındadır və iddiaçı da həmin mənzillərin kirayəyə verilməsi hesabına qazanılmış pul məbləğinin bölünməsini və ½ hissəsinin alınıb ona verilməsini tələb edir. “Ər-arvadın ümumi əmlakının bölünməs i ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 №-li qərarının; 10.1-ci bəndinə görə "Mediasiya haqqında” Qanunun 3.2-ci və Mülki-Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir. Bu qaydaya əməl olunmaması Mülki-Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, əgər iddia ərizəsi icraata qəbul edilmişsə, həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün əsasdır. 10.2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ər-arvad arasında yaranan əmlak münasibətləri həmin Məcəllə ilə tənzimləndiyi üçün onların ümumi əmlakının bölünməsi ilə bağlı ixtilaflar da ailə mübahisəsi hesab olunur. 10.3-cü bəndinə müvafiq olaraq üzərində ər-arvadın ümumi mülkiyyət hüququ yaranmış əmlakın nikahın davam etdiyi, ailə münasibətlərinin faktiki aradan qalxdığı, yaxud nikah pozulduqdan sonra başqa bir əmlak dəyərinə çevrilməsi (əşyanın satılması, dəyişdirilməsi və s.) nəticəsində əldə olunmuş predmetlərə (pul vəsaitinə və ya digər əmlaka hüququn tanınması, onların qaytarılması və s.), o cümlədən ər-arvad arasında bağlanmış nikah müqavilələrinin və onların ümumi əmlakı üzərində sərəncam verən əqdlərin etibarsızlığına dair tələblərin də kökündə ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi durduğundan bu xarakterli mübahisələr ailə mü nasibətlərindən irəli gələn mübahisələr sayılır. Kollegiya qeyd olunanlara əsaslanmaqla şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz və məhkəmə kollegiyası tərəfindən şikayətin dəlilləri apelyatorun subyektiv mülahizələri kimi dəyərləndirilir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qərardadın əsaslılığı şikayətə müvafiq olaraq yoxlanılmış və həmin şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddia ərizəsini geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı vəkil-nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “mənzilin kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin ½ hissəsinin ödənilməsi” tələbi barədə iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)671/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.