Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-100/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar söz: əsassız varlanma, borclu şəxsin etirafı, faiz borcu) 23.07.2025 Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-24/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyə n etdi: İ. İşin halları
1. İddiaçı ilə Cavabdeh xalaoğludurlar. Cavabdeh İddiaçı biznes qurmaq məqsədilə 01 noyabr 2022-ci il tarixdə 34000 manat, 11 noyabr 2022-ci il tarixdə 5000 ABŞ dolları (8500 manat), 24 noyabr 2022-ci il tarixdə 50000 manat, 17 yanvar 2023-cü il tarixdə 35000 manat, 09 mart 2023-cü il tarixdə 6000 ABŞ dolları (10200 manat) pul almışdır. Tərəflər arasında hər iki tərəfin imzaladığı borc müqaviləsi yoxdur. Cavabdeh tərəfindən dəftər vərəqində yuxarıda qeyd olunan tarixlərdə və qeyd olunan məbləğlərdə pulun iddiaçıdan alınmasına və qaytarılacağına dair yazılı qeydlər və cavabdehin imzası vardır. Cavabdeh həmin qeydlərin və imzanın ona məxsus olduğunu qəbul edir. Lakin həmin qeydlərin pul verilərkən deyil, sonradan yazıldığını iddia edir.
2. Cavabdeh 19 oktyabr 2023-cü il tarixdə X2 şəxsində Fruit Shop MMC ilə "xxxx" notarial müqavilə imzalamış və müqavilədə MMC-yə mənfəətin bərabər bölünməsi qarşılığında 550.000 manat pul vəsaiti təqdim etdiyi göstərilmişdir. Birgə fəaliyyətin müəddəti xx.xx.2024-cü il tarixədək müəyyən olunmuşdur.
3. İddiaçı cavabdehin ondan borc olaraq aldığı 137.700 manatı üçüncü şəxslərdən (Şahid2 və Şahid1) faizlə götürdüyündən bu günə qədər ödədiyi 62.800 manat faiz borcu olmaqla, ümumilikdə 200.500 manat pul tələb edir. İddiaçının pulu faizlə götürməsinə dair qanunvericiliyə uyğun kredit müqaviləsi və digər yazılı sübutu yoxdur. Həmçinin faiz ödəməsinə dair də yazılı mötəbər sübutlar yoxdur. Bununla bağlı şahid ifadələrinə istinad edir. Cavabdeh əsas borcu birinci instansiya məhkəməsində icraat zamanı etiraf etmiş, lakin faiz bor cunu qəbul etməmişdir.
4. Cavabdeh cavabında iddiaçıdan heç bir vəsait almadığını, əksinə iddiaçının müxtəlif şəxslərə verdiyi pulların vasitəçisi olduğunu, lakin bu şəxslər borc qaytarmadığından təzyiqlə borclu kimi göstərildiyini bildirmişdir. O, yalnız təzyiqlər nəticəsində bir “borc etirafı” sənədinə imza atdığını və bu sənədin hüquqi əsası olmadığını qeyd etmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan borc olaraq götürdüyü 137.700 (72.760 manat və 38.200 ABŞ dolları olmaqla) manat pulun və onun əvəzinə bu günə qədər ödədiyi 62.800 manat faiz borcunun, ümumilikdə 200.500 (iki yüz min beş yüz) manat pul məbləğinin və məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 490,5 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası oğludur. Xalası oğlu 2022-ci ilin oktyabr ayının axırlarında ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, onunla Q.Qarayev metrostansiyasının yaxınlığındakı “Təbiət” kafesində görüşmüşlər, xalası oğlu ona Bakı şəhəri, Bakıxanov qəsəbəsində olan “Fruit Shop” mağazasını icarəyə götürdüyünü, yaxşı gəlir əldə etmək üçün ona bir xeyli miqdarda pul lazım olduğunu bildirmiş, birlikdə onun dediyi mağazaya getmişlər, həqiqətən də həmin ünvanda mağaza olduğunu görmüş, xalası oğluna mağazanı çalışdıra biləcək məbləğdə pul olmadığını bildirmiş, o da ona “uzun müdət dövlət orqanlarında işləmisən, sənin dosttanışın çoxdur, çalış köməklik elə pul tap ki, işim yarımçıq qalmasın. Nə borc-xərc olacaqsa mağazanı tam gücü ilə işə salan kimi qaytaracağam” demişdir. Ona bu barədə maraqlanacağını demiş, bundan sonra xalası oğlu ona hər gün zəng edərək pulu tapa bilməsi barədə soruşmuş, bir neçə gün sonra onunla yenə də “Təbiət” kafesində görüşmüşlər, onun yanında çoxdan tanıdığı, ailə dostları X3 zəng etmiş və ona xalası oğlu Əşrəfin mağaza açdığını, imkan varsa ona müvəqqəti olaraq 20-25 min dollar pul verməsini, qazancından ona da hörmət edəcəyini bildirmiş, o əvvəlcə razı olmasa da, sonra ona “xaloğlun olduğu üçün sənin xətrinə ona pul verirəm, ancaq mən səni tanıyıram, elə olsun ki, pulumu vaxtında qaytarsın” demişdir. xx.xx.2022-ci il tarixdə Nübar xanımdan 25.000 ABŞ dolları götürüb Cavabdeh vermiş, pulu ondan alması barədə əlyazma qəbz yazı b ona vermiş, növbəti dəfə təxminən, 20-21 noyabr 2022-ci il tarixdə Əşrəf yenə zəng edərək onunla görüşmüş və ilin axırı olduğunu, yeni illə bağlı mağazada yaxşı alver olacağını, bunun üçün mal almağa əlavə pul lazım olduğunu bildirmiş və “xaloğlu mənə kömək eləsən tezliklə yaxşı pul qazanaram və aldığım pulları da qaytararam” demişdir. Sonra onun yanında Q.Qarayev metrostansiyasının yaxınlığındakı həmkəndliləri Sərxanın işlədiyi lombarda zəng eləmiş və Sərxana Əşrəf xalaoğlusuna pul lazım olduğunu bildirmiş, o da “pul verərəm, ancaq mən xalaoğlunu yox səni tanıyıram, 1-2 günə pulu hazırlayım, gəlib götürərsiniz” demişdir. Təxminən 24-25 noyabr tarixdə lombarddan ayda 5 faizə 50.000 manat pul götürüb Əşrəfə vermiş, Əşrəf də öz növbəsində pulu alması barədə ona əlyazma qəbzi vermiş və pulu mart ayında qaytaracağına dair söz vermişdir. Təxminən 24-25 yanvar 2023-cü il tarixdə Əşrəf yenə zəng edərək onunla görüşmüş və ona bildirmiş ki, “qarşıdan Novruz bayramı gəlir, mağazaya pirotexniki vasitələr, fişənglər və ərzaq məhsulları almaq lazımdır ki, yaxşı alver getsin, bunun üçün mənə təcili 35.000 manat pul lazımdır.” O da yenə onun yanında lombarda zəng eləmiş, və Sərxana xalaoğlu Əşrəfə əlavə olaraq 35.000 manat pul lazım olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Sərxandan 35.000 manat (22760 manat və 7200 ABŞ dolları) pulu götürüb Əşrəfə vermiş, Əşrəf yenə pulu alması barədə ona əlyazma qəbz vermişdir. xx.xx.2023-cü il tarixdə Əşrəf ondan əlavə olaraq 6000 ABŞ dolları götürmüş və iki ay müddətinə qaytarmağa söz vermişdir. Təxminən 2023-cü ilin yanvar ayında o Əşrəflə görüş mək üçün mağazaya getmiş, mağazada onu gözləyən zaman orada işləyən qızlardan birindən Əşrəf müəllimin gəlib-gəlmədiyini soruşmuş, həmin qızın ona Əşrəfi tanımadığını, mağazanın müdirinin Əşrəf müəllim yox, Mahir müəllim olduğunu bildirmiş, bir azdan Əşrəfin gəlib çıxdığını, ona burada onu tanımadıqlarını, müdirin Mahir müəllim olduğunu bildirdiyini, Əşrəf də ona Mahirin onun dostu olduğunu, Gömrükdə işlədiyi üçün onu bura müdir təyin etdiyini bildirmiş, sonralar Əşrəf yenə bir neçə dəfə ona pul üçün müraciət etmiş, ancaq, onun yanında lombarda zəng edib pul istəsə də, Sərxanın ona artıq girovsuz pul verə bilməyəcəyini bildirərək pul verməkdən imtina etmiş, bir qohum kimi Əşrəfə inanmış, ona kömək etmək istəmiş ancaq Əşrəf onun etibarından istifadə edərək onu pis vəziyyətdə qoymuş, bu günə kimi pulları qaytarmamışdır..., bu günə kimi o Əşrəfin əvəzindən lombarda 62.800 manat faiz ödəmişdir. Bu günə qədər o götürdüyü pullardan heç bir manat da qaytarmayıb və hər dəfə də pulları tələb etdikcə “darıxma bilirəm” deyərək, ona qeyri-müəyyən cavab vermişdir.
7. Babək Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(079)-24/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalmış hissədə (faiz borcu tələbinə dair hissə) rədd edilməsi, iddia qaldırılan zaman ödənilmiş 336.52 manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 21.1, 21.2, 106.3, 1091.1, 1092.1, 1092.2, 329.1, 439.2, 439.7, 529.3, 739.1 və 740.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il, 28 noyabr 2018-ci il tarixli qərarları ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı Bağırov X1 MR Babək Rayon Məhkəməsinin 2(079)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin əvəzindən 62.800 manat faiz borcunu ödəməyini məhkəmə iclasında şahid ifadələri və cavabdehin etirafedici ifadələri ilə tamamilə sübut olunmasına baxmayaraq hakim bu sübutlara düzgün qi ymət verməmiş və ödədiyi faiz borcunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbini təmin etməmiş, Cavabdeh məhkəmə iclasında 2022-ci ilin dekabr ayında 800 dollar, dekabr ayının axırında 2500 manat, 2023-cü ilin fevral ayında 1750 manat, 2023-cü ilin mart ayında isə 300 dollar faiz borcu ödədiyini bildirmiş, bunu cavabdehin özü də məhkəmədə təsdiq etmiş, bundan sonra o faiz borcu ödəməmiş, onun əvəzindən pul aldığı adamlar faizlərini tələb etdiyi üçün qalan faiz borcunu o ödəmiş, faiz borcunun qalan hissəsinin onun tərəfindən ödənilməsi şahidlər Şahid1 və Şahid2 həm notarial qaydada təsdiq olunmuş ərizələri ilə, həm də məhkəmə iclasında video konfrans şəklində aparılmış şifahi dindirmələrində öz təsdiqini tapmış, Əşrəf ümumilikdə Nubar xanıma gəlirdən hissə olaraq hər ay 800 dollar olmaqla 4 ay, ümumilikdə 3200 dollar ödəmiş, Cavabdeh lombarddan götürdüyü 50.000 manata qarşı hər ay 5 faiz, yəni 2500 manat olmaqla 3 ay, ümumilikdə 7500 manat, lombarddan götürdüyü 35.000 manata qarşı 1 ay 5 faiz omaqla cəmi 1750 manat, lombarddan götürdüyü 6000 dollara (10200 manata) qarşı 1 ay 5 faiz olmaqla cəmi 300 dollar (510 manat) ödəmiş, yəni o ümumilikdə lombarda 9760 manat faiz ödəmiş, tərəflər arasında cavabdehin, həmçinin əsas borca münasibətdə hesablanan faizi də ödəməli olmasına dair iddiaçı ilə əvvəlcədən şifahi razılığa gəlməsinin müəyyən olunmasını hakim qətnamədə qeyd etmiş, sözügedən hal iddiaçı ilə cavabdeh arasında keçmiş səs yazıları ilə öz təsdiqini tapmış, məhkəmə iclasında audio-video çəkilişlə cavabdeh əvvəlcə şahidləri tanımadığını bildirsə də, sonrada n onları tanıdığını təsdiq etmiş, onlarla telefon danışıqlarının olduğunu, Şahid2 “xaloğlum səndən nə qədər pul götürüb” sualını verməsini, Şahid1 artıq faiz ödəyə bilmədiyini, faizi dayandırmağı xahiş etdiyini, Sərxanın isə “bura lombarddır, mən dövlətə vergi verirəm, işçilər saxlayıram, yerə görə arenda verirəm” cavabını verməsini etiraf etmiş, ancaq bu sübutlar qətnamədə öz əksini tapmamış, məhkəmə iclasında Əşrəf aldığı pulları aylıq 5 faizdən götürüb öz şəriklərinə də 5 faizdən verdiyini özü etiraf etmiş, bu isə onun pulu faizlə götürdüyünün bilavasitə təsdiq olunması barədə sübutdur, hakim Günay İsmayıl bu sübutları da görməzdən gəlmiş, ancaq hakim işə baxarkən təqdim etdikləri notariat qaydasında təsdiq olunmuş ərizələri sübut kimi qəbul etməmiş, bu isə MPM-nin tələblərinin hakim tərəfindən pozulmasının aşkar sübutudur, həmçinin, hakim Cavabdeh dövlət qulluqçusu olduğu halda kommersiya fəaliyyəti ilə məşğul olmasına hüquqi qiymət verməmiş, eləcə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan görünür ki, Əşrəf ondan pulu aldıqdan sonra ödədiyi faizləri şəriklərindən almamış, həmçinin o özü həmin pullarla gəlir əldə etməmiş, Əşrəf onun etibarını qazanmaq üçün ondan aldığı pulların bir hissəsini faiz kimi özünə qaytarmaqla onu sonrakı pulları verməyə inandırmış, bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində təsbit olunmuş dələduzluq cinayətinin əlamətləridir ki, hakim buna da hüquqi qiymət verməmiş, məhkəmə iclasında hakim özü Əşrəfə əməllərində cinayət tərkibinin olduğunu, yekunda buna qiymət verəcəyini bildirmiş, məhkəmə faiz borcunun cavab deh tərəfindən etiraf edildiyini, həmin borcun onun tərəfindən ödənildiyi təsdiqini tapdığını müəyyən etsə də yekunda həmin hissədə iddia tələbi təmin olunmamış, məhkəmə qətnamə qəbul edərkən şahid ifadələrinə, notarial qaydada təsdiq olunmuş yazılı sübutlara əsassız yerə qiymət verməmiş, cavabdehin əvəzindən onun tərəfindən ödənilmiş faiz borcunun Əşrəfdən alınaraq ona ödənilməsi hissəsində iddiası təmin olunmamışdır.
11. Cavabdeh Babək Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(079)-24/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun xalası oğludur, o, iddiaçıya yaxınlaşaraq müxtəlif şəxslərə müəyyən məbləğ qarşılığında borca pul verə bilmək im kanı olduğunu bildirmiş, o isə tanıdığı bildiyi və pula ehtiyacı olan şəxsləri xala oğlusu İddiaçı ilə tanış edib onlara pul verilməsinə köməklik etmiş, iddiaçı müxtəlif şəxslərə verdiyi pulları geri ala bilmədikdə ona təzyiqlər etməyə başlayaraq ona borclu olan şəxslərə ona görə pul verdiyini, indi isə geri vermədiklərindən ondan pul tələb etdiyini bildirmiş, o məcbur qalıb həyat yoldaşının qızıllarını satıb, müxtəlif banklardan kreditlər götürərək borcların bir qismini ödəmiş, ödəyə bilmədiyi hissədə xala oğlusu, “mənə borclu olan şəxsləri sən gətirib mənimlə tanış etmisən, mən həmin şəxslərdən pul ala bilmirəm, indi onların əvəzinə pulları sən verməlisən mənə” deyərək ondan tələb etmiş, xala oğlusunun uzun sürən təkid və təzyiqlərindən sonra, o məcbur qalıb onunla razılaşmış və iddiaçıy a borclu olduğu kimi göstərilən bir kağız yazaraq ona vermiş, iddiaçıya borclu olanların qısa zamanda borclarını gətirib xala oğlusuna verəcəyini, oda iddiaçıdan pul tələb etməyəcəyini düşünmüş, bu müddət ərzində iddiaçının şəxsən özü, həmçinin o mütəmadi ona borclu olanlarla əlaqə saxlayıb pulların ödənilməsinə çalışmışlar, o məcbur qalıb borc puldan gücü çatan məbləğdə xala oğlusuna qaytarıb vermiş, hər ay 6400 manat olmaqla 9 ay ərzində 57600 manat pul xala oğlusuna verə bilmiş, bütün bunlara baxmayaraq iddiaçı ona qarşı iddia qaldırıb ondan pul tələb etmiş, ümumiyyətlə iddiaçı tərəfindən məhkəmə qarşısında irəli sürülmüş tələb düzgün əsaslandırılmamış və heç bir mötəbər sübuta söykənməmiş, əgər iddiaçıdan o pul alıb, aldığı pulları geri qaytarmırdısa, nə üçün mütəmadi olaraq ona yüksək məbləğlərdə pul verirdi? iddiaçının mütəmadi olaraq pul verməsi, onun borca pul verməkdə maraqlı olmasını göstərməkdədir, iddiaçı, ona yox, onun tanıdığı şəxslərə pul vermiş, onun iddiaçıya borclu olmağını (qalmağını) təsdiq edən heç bir sübut yoxdur, məhkəmə yalnız iddiaçının haqsız tələbi, şahid izahatı ilə və onun imzası olan kağız parçasına görə iddiaçıya pul ödəməli olduğu qənaətinə gəlmişdir ki, bunun da heç bir hüquqi əsası yoxdur, o, məhkəmədə də bildirmişdir ki, iddiaçıya borclu olduğunu göstərən kağızı o öz borcuna görə yox xala oğlusuna borclu qalan tanıdığı şəxslərin borcuna görə qol çəkməyə məcbur olmuş, xala oğlusu ona təzyiq edirdi ki, həmin şəxslərə pulu ona görə verib, indi isə o onların borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazıl arından bir neçəsindən də aydın olur ki, iddiaçı onu borclu kimi göstərdiyi pulları müxtəlif adamlara vermiş, indi geri ala bilmir və ona təzyiqlər edir. Məhkəmə tərəfindən iddiaçıya borclu olmasının təsdiqini tapan heç bir mötəbər sübut və dəlil olmadan məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də, Babək Rayon Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. İddiaçı özünün maraqlarına uyğun verdiyi pulları ala bilmədiyi üçün onu borclu kimi göstərmişdir. Bu isə qəbul edilməzdir. Babək Rayon Məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə e tməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən əsassız dəlillərə istinad etməklə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisə üzrə işin düzgün və ədalətli həll edilməsini istisna etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında apellyasiya şikayətinə heç bir əlavəsinin olmadığını, kollegiyadan apellyasiya şikayətində göstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Suallara cavabında o pulu cavabdehə verdiy ini, cavabdehin onu aldatdığını, cavabdehin sonradan isə borcun etirafı barədə ərizə verərək öhdəlik götürdüyünü, faiz borcunun 68240 manat olduğunu, iyul-avqust ayına qədər həmin faizləri qaytardığını, sonradan maddi vəziyyətinə görə daha ödəniş edə bilmədiyini, hazırda 30000 manatdan çox faiz borcunun yarandığını, bu pulu götürüb cavabdehə verdiyini, hər dəfə pulu cavabdehə verdikcə cavabdehin borc sənədi yazıb ona verdiyini, borc sənədlərini cavabdehin heç bir təzyiq olmadan yazdığını, cavabdehə verdiyi pullarla bağlı şahidlərinin olduğunu, həmin şahidlərin məhkəmədə şəxsən iştirak etməsələr də məhkəməyə notarial təsdiqli ərizə göndərdiklərini, həmçinin videokonfrans vasitəsilə ifadə verdiklərini, lombarddan götürdüyü pula görə girov qoymadığını, lombardın şəxsi münasibətə görə ona pul verdiyini, aralarında yazılı müqavilənin bağlanmadığını, lombarddan aldığı pulu cavabdehə verdiyini, heç kimin bir o qədər pulu səbəbsiz yerə götürüb vermədiyini, həmin pulu lombarddan 2 ay müddətinə götürüb cavabdehə verdiyini bildirmişdir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında apellyasiya şikayətinə heç bir əlavəsinin olmadığını, kollegiyadan apellyasiya şikayətində göstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Suallara cavabında o iddiaçının şəxsən ona pul vermədiyini, pulu onun mağaza işlədən dostuna verdiyini, dostuna pulu onun əli ilə deyil şəxsən özünün verdiyini, pulun şəxsən iddiaçı tərəfindən onun dostuna verilməsi barədə səs yazılarının olduğunu, həyatının ən böyük səhvliyini iddiaçıdan borca pulu guya onun götürdüyü barədə ona yazılı borc sənədi verməklə etdiyini, ancaq iddiaçının borca pul verdiyi şəxsə zamin durduğu üçün bu sənədi verdiyini, həmin borc sənədini iddiaçının dostuna pulu verdikdən 2 il sonra yazıb ona verdiyini, pulun hamısının eyni adama verildiyini, iddiaçı verdiyi pulun müqabilində yəni, ona borcun etirafı barədə sənəd verənə qədər hər ay 6450 manat pul aldığını, ümumilikdə isə iddiaçıya təxminən 57000-60000 manat civarında pul qaytarıldığını, bankdan 95000 manat kredit götürdüyünü, banka 130000-140000 manat pul qaytarmalı olduğunu, hər ay 2100 manat ödəniş etdiyini, indiyə qədər kredit borcundan 110000 manat ödədiyini, yəni bir sözlə özünün kifayət qədər öhdəliyinin olduğunu, iddiaçının dostuna verdiyi pula heç bir şərikliyinin olmadığını, iş materiallarında olan müqavilələri fo rmal hesab etdiyini, məhz iddiaçının pullarını ona qaytarmalı olması ilə bağlı müəyyən təzyiqlərin olunduğunu, iddiaçının pulunu qaytarmayan şəxsi əvvəldən tanıdığını, həmin şəxslə ailəvi dostluq etdiklərini, həmin şəxsin başqa şəxslərdən də borca pul alıb qaytarmadığını bilmədiyini, bu məsələlərin sonradan ortalığa çıxdığını, bankdan götürdüyü krediti də həmin şəxsə verdiyini, götürdüyü mağazanı şərikli işlətməyi təklif etsə də bunu qəbul etmədiyini, dost dediyi şəxsin onun da pulunu qaytarmadığını, borca görə ölkədən çıxıb getdiyindən ondan pulunu tələb edə bilmədiyini, iddiaçıdan heç bir halda pul almadığını, iddiaçının ona pul vermədiyini, pulu onun dostuna verdiyini, hazırda verdiyi pulu ala bilmədiyi üçün iddiaçı onu zamin göstərib pulu ondan tələb etdiyini bildirmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək izahatında əgər iddiaçıda maraq yox idisə, nəyə görə yüksək məbləğdə pulları mütəmadi olaraq cavabdehə verirdi? sualının yarandığını, bu məsələyə məhkəmə prosesində aydınlıq gətirildiyini, sadəcə olaraq apellyasiya şikayətində qarşı tərəfin bu məsələyə öz fikrini bildirməli olduğunu, iddiaçının pulu kimə verməsi məsələsinə də aydınlıq gətirilməli olduğunu, yəni pulun cavabdehə verilməsindən söhbət gedə bilmədiyini, bunun əyani sübutunun iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səs yazısı olduğunu, hansıki səs yazıları məhkəmədə dinlənilərkən iddiaçı və onun vəkilinin həmin hissəyə münasibətdə məhkəməyə qəti şəkildə etiraz edərək həmin səs yazısını onların təqdim etmədiklərini, dinlənilməsini zər uri saymadıqlarını bildirdiklərini, halbuki həmin hissədə əyani olaraq iddiaçı tərəfin müxtəlif şəxslərlə danışıqlar apardığını, pulun göndərildiyinin, alınmasında, həmçinin pul geri qaytarılmayanda cavabdehə zamin olduğunu, narahatçılıq keçirdiyini ifadə etdiyinin aydın olduğunu, MPM-in 106.4-cü maddəsinə əsasən məhkəmənin faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmədiyini, bu halda həmin faktların ümumi qaydada sübut olunmalı olduğunu, cavabdehin imzaladığı kağız parçasının etirafedici kağız vərəqi kimi məhkəmə tərəfindən sübut qismində qəbul edilməməli olduğunu, çünki ən azından səs yazılarında artıq işin hallarının sonda məlum olduğunu, səs yazısından iddiaç ı tərəfin müxtəlif şəxslərdən pul ala bilmədiyinin aydın olduğunu, iddiaçının əsəbləşdiyini, mütəmadi cavabdehə zənglər etdiyini, telefon vasitəsilə səs atdığını, cavabdehi günahlandırdığını, həmçinin pulun faizə münasibətdə lombarddan götürülməsinin hansı müqavilələr əsasında əldə olunması ilə bağlı məsələlərə diqqət yetirilməli olduğunu, ümumilikdə etirafedici kağıza və şahid ifadələrinə əsasən məhkəmənin qərar qəbul etdiyini, şahid ifadələrinə münasibətdə isə Whatsapp üzərindən heç bir iltizam alınmadan şahidin dindirilməsinin nə dərəcədə MPM-in tələblərinə uyğun olduğunu, həmin vaxt buna qəti olaraq öz etirazını bildirsə də, bu etiraza məhkəmə tərəfindən məhəl qoyulmadığını, Whatsapp üzərindən şahidin dindirilib buna istinad edib sübut kimi qəbul olunmasının MPM-in tələblərinin birbaşa pozuntusu kimi qəbul olunmalı olduğunu, işin hallarının birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığını, göstərdiklərinin nəzərə alınmasını kollegiyadan xahiş etmişdir. Suallara cavabında Vəkil2 iddiaçı tərəfin təqdim etdikləri səs yazılarını dinlədikdən sonra iddiaçının müəyyən maraqlar qarşılığında müxtəlif şəxslərə pul verdiyi qənaətinə gəldiyini, sadəcə vasitəçinin cavabdeh olduğunu, həmin şəxslərdən vəsait geri alınmayanda iddiaçının cavabdehdən pulları tələb etməyə başladığını, hüquqlarını müdafiə etdiyi Cavabdeh iddiaçının qohumu olduğunu bildirmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb e də bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 439.2.Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
20. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirs ə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar a radan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları
25. Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərar)
26. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən hal ları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. (“C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərar) c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. (MPM 372)
32. İddiaçı Bağırov X1 MR Babək Rayon Məhkəməsinin 2(079)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmi n olunması barədə yeni qətnamə qəbul olunmasını və Cavabdeh isə apellyasiya şikayətində Babək Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(079)-24/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 106.3, 1091.1 və 1092.1-ci maddələrini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında ifadə olunmuş hüquqi mövqeləri rəhbər tutaraq apellyasiya şikayətlərində və məhkəmə iclasında irəli sürülmüş dəlilləri araşdırmış, nəticədə hər iki tərəfin apellyasiya şikayətlərinin dəlillərini əsaslandırılmamış, birinci instansiy a məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab etmişdir.
34. Kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Kollegiya cavabdehin əsas borca dair dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma zamanı cavabdehin borclu olmasını təsdiq edən yazılı əlyazma qəbzləri, cavabdehin birinci instansiyada verdiyi etirafedici izahatlar və tərəflər arasında aparılmış danışıqların səs yazıları əsasında 137.700 manat məbləğində əsas borcun mövcudluğunu yetərli şəkildə sübuta yetirmişdir. Bu sübutlar mötəbər hesab edilərək iddianın əsas borc hissəsinin təmin edilməsinə dair qəbul olunmuş qətnamə məhkəmənin tam, hərtərəfli və obyektiv qiymətləndirməsinə əsaslanmı şdır.
36. Kollegiya iddiaçının faiz borcuna dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının 62.800 manat məbləğində faiz borcunun cavabdehin əvəzinə ödənildiyinə dair irəli sürdüyü iddialar birinci instansiya məhkəməsi tərəfindən əsassız sayılmış və bu qiymətləndirmə kollegiya tərəfindən də əsaslı hesab edilmişdir. Belə ki, faiz tələbi öz mahiyyətinə görə kredit münasibətlərindən irəli gəlir və bu münasibətlər Mülki Məcəllənin 739.1 və 740.2-ci maddələrinin tələb etdiyi formada, yəni yazılı kredit müqaviləsi və borcqaytarma sənədləri ilə sübut edilməlidir. İddiaçı tərəfindən təqdim olunan sübutlar lombard fəaliyyəti ilə məşğul olduğu iddia edilən şəxsin izahatları və notarial təsdiqli ərizələr - bu tələblərə cavab vermir. Şahid qismində dindirilən şəxsin faktiki olaraq lisenziyasız lomba rd fəaliyyəti göstərməsi və tərəflər arasında yazılı kredit müqaviləsinin mövcud olmaması, bu sübutları qeyri-mötəbər və hüquqi baxımdan əsassız edir. Şahid ifadələri peşəkar qaydada kredit münasibətləri üçün tələb olunan sübutetmə vasitəsi kimi qəbul olunmur və bu səbəbdən məhkəmə haqlı olaraq onları mötəbər hesab etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin faiz hissəsinə dair iddianın rədd olunması barədə nəticəsi həm hüquqi, həm də sübutetmə baxımından əsaslı olmuşdur. Qətnamədə nə hüququn tətbiqində, nə də faktların qiymətləndirilməsində apellyasiya qaydasında ləğv və ya dəyişdirilməyə əsas verən pozuntu aşkar edilməmişdir.
37. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və hüquqi normaların tətbiqinə düzgün yanaşaraq iddia nın əsas borc hissəsini təmin etmiş, faiz borcuna dair tələbi isə sübut olunmamış hesab edərək əsaslı şəkildə rədd etmişdir. Buna görə də, tərəflərin apellyasiya şikayətləri təmin edilməməli, Babək Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektro n qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Sənan Qarayev