Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-102/2021 27.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair 2(089)-53/2021 nömrəli mülki iş üzrə iddiaçının nümayəndəsi X2 işə sədrlik edən hakimə etirazına baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 469 kv.m torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 109 kv.m hissəsinin cavabdehin sahibliyindən azad edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı n ümayəndəsi X4 xx xxxxx 2021-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək işə sədrlik edən Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğluna etiraz etmişdir. Mülki iş İddiaçı nümayəndəsi X1 edən hakimə etiraz ərizəsinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı nümayəndəsi X4 etirazını onunla əsaslandırmışdır ki, uzun müddətdir Culfa Rayon Məhkəməsində iddia qaldırmışdır. Bütün sübutlar məhkəməyə təqdim olunub. Lakin hakim Mehrab Məmmədov həmin sübutları qəbul etmir. Hakimin ədalətli qərar çıxarmasına şübhə edir. Hakim bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdır. Bu da onda şübhə yaradır ki, şikayətinə obyektiv baxılmayacaq. Sonda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3 -cü maddəsinə istinad edərək iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsində maraqlı olduğundan işə hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə baxılmasına etiraz edir. Kollegiya hakimə edilmiş etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsaslı olduğundan təmin edilməlidir. Belə ki, etirazdan və mülki işin materiallarından aydın olur ki, İddiaçı xx xxxxxx 2021-ci ildə Culfa Rayon Məhkəməsində iddia qaldırmış, indiyədək mülki işə baxılıb nəticə verilməmiş, iddiaçı sədrlik edən hakim Mehrab Məmmədovun ədalətli qərar çıxarmasına şübhə edir. Belə hesab edir ki, sədrlik edən hakim bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdır və iddiasına obyektiv baxılmayacaq. Buna görə də hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə işə baxılmasına etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsi hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxış edir. Həmin Məcəllənin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların olması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsində hakimə etiraz etmək üçün əsas verən hal kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli, 5 saylı qərarının 7-ci bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. İddiaçının nümayəndəsinin verdiyi etiraz ərizəsindən aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi onlarda şübhə yaratdığından iş üzrə sədr lik edən hakimə etiraz edilmişdir. Buna görə də etiraz ərizəsində qeyd edilən hal Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə həmin iş üzrə qəbul ediləcək qərarın obyektivliyinin və qərəzsizliyinin şübhə altına alınmasını istisna etmir. Odur ki, göstərilənlərə əsasən hakimə edilmiş etiraz əsaslı sayılmaqla təmin edilməli, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə uyğun olaraq baxılması üçün başqa birinci instansiya məhkəməsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı nümayəndəsi X2 Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğluna etirazı təmin edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-102/2021
Ali Məhkəmə Qərardad — İş №2(108)-102/2021
27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver