Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-106/2022 05.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Аli Məhkəmənin hаkimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Naxçıvan Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(078)-44/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 30 mart 2022-ci il tarixli, 2(078)-44/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı hasarın geri çəkilməsi, sökülmüş tikilinin bərpa edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2 arasında olan 2010-cu ilin oktyabr ayında razılaşma əsasında övladı Rövşənin mülkiyyətində olan 03 aprel 2006-cı il tarixli 12678 inventar, 103823 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 35-ci məhəllə ev 42/32a ünvanına verilmiş texniki pasportda qeyd olunmuş göstəricilərə və 652.7 kv.m əsaslı tikilinin, 120.5 kv.m yardımçı tikilinin, ümumilikdə 652.7+120.5=773.2 kv.m, Naxçıvan şəhərinin yerquruluşu planından çıxarışda 30.99x25.41=787.5 kv.m ərazidən Cavabdeh2 fərdi yaşayış evi tikdirmək üçün verilmiş 300 kv.metr ölçüləri müvafiq olaraq qərbdən uzunluğu 14.07m eni 6.7m=94.3 kv.m, şərqdən eni 12.54m, uzunluğu 16.85m=211.3 kv.m, ümumilikdə 211.3+94.3=305.6 kv.m kənarlaşma 5.6 kv.m ərazi şərqdən və şimaldan 60-lıq beton blokla hörülmüş hasarla əhatə olunmuş vəziyyətdə verilməsinə baxmayaraq onun əlavə torpaq mənimsəmə məqsədi ilə bilərəkdən bilə-bilə qanun pozuntusuna yol verərək ərazinin ölçü göstəricilərindən kənarlaşaraq cənub istiqamətində ona aid olan əraziyə 1 metr 06 sm girərək, özbaşınalıq edərək uzunluğu 17.4 m, hündürlüyü 2 metr olan hasar divarı çəkərək mülkiyyət hüququnu pozması, hansı ki həmin ərazidən su kom munikasiya xətləri keçir, odur ki, onun mülkiyyət hüququnu pozmaqla özbaşınalıq edərək çəkdiyi hasar divarının sökülərək 1 metr 06 sm geri çəkməsi, məhz onun tərəfindən sökülmüş tikilinin bərpa edilməsi və vurduğu maddi zərərə görə 11800 (on bir min səkkiz yüz) manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(078)-44/2022 nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin tamamilə ləğv olunub iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş et mişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə 30 mart 2022-ci il tarixli, 2(078)-44/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilə bilinməsi üçün buraxılmış prosessual müddət iş üzrə İddiaçı münasibətdə bərpa edilmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərdiyi kimi ona məxsus olan torpaq sahəsi başqasının qanunsuz istifadəsindədir. Daşınmaz əmlakın verdiyi mütəxəssis rəyində Cavabdeh2 torpaq sahəsinin qərbdən, şərqdən, şimaldan, cənubdan uzunluq ölçüləri göstərilmişdir. Lakin həmin mütəxəssis rəyində kənarlaşmalar mövcuddur. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzr ə Dövlət Xidmətinin nümayəndələri ona qarşı qərəzli mövqe tutaraq ölçüləri düz göstərməmişdir. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğu vaxt Yavər onun tikdiyi toyuq hinini sökərək özünə hasar çəkmiş və ona aid torpaq sahəsinə girərək zəbt etməsi göz qabağındadır. Dəfələrlə onun özünə bu barədə müraciət edərək qanunsuz tikilini sökməsini və ona dəyən ziyanı ödəməsini tələb etsə də, bir nəticəsi olmamışdır. Bu faktı təsdiqləmək üçün məhkəmədə fotoşəkillər təqdim etmişdir. Azərbaycan Respublikası MM-nin 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. Məhkəmə qətnamədə göstərilən normaların adını çəksə də düzgün tətb iq etməmişdir. Çünki qərar qəbul edərkən onun sübutlarına əhəmiyyət verməmiş, cavabdeh tərəfdən qərəzli yazılmış mütəxəssis rəyinə əsaslanaraq əleyhinə qətnamə qəbul edilmişdir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi ona məxsus torpaq sahəsi başqası tərəfdən qanunsuz olaraq zəbt edildiyindən o həmin torpaqları istədiyi kimi istifadə edə bilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin hazırkı işin baxılmasında göstərilən hüquq normalarına əməl etdiyini hesab etmir, çünki cavabdeh tərəfindən təqdim olunan ekspertiza rəyi ilə o razılaşmasa da, həmçinin təkrar ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə ekspert rəyinə istinad etmiş, onun cavabdeh tərəfindən ona aid tikililərin sökülməsinə və onun digər qanunsuz hərəkətinə aid söylədikləri nəzərə alınmamışdır. İşin hallarından göründüyü kimi 30 oktyabr 2013-cü il tarixdə Naxçıvan şəhər 35-ci məhəllədə yerləşən, öz mülkiyyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 65.60 kv.m yaşayış, 54.90 kv.m köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 300kv.m torpaq sahəsini Cavabdeh2 satmış, daşınmaz əmlakın mütəxə ssis rəyində Cavabdeh2 torpaq sahəsi qərbdən, şərqdən, şimaldan, cənubdan uzunluğu qeyd olunsa da, əslində mütəxəssis rəyində kənarlaşdırmalar mövcuddur. Həyat yoldaşının dəfni ilə əlaqədar Bakı şəhərindən Naxçıvana qayıda bilmədiyindən istifadə edən Yavər onun tikdiyi toyuq hinini sökərək özünə hasar çəkmiş, bununla da ona aid torpaq sahəsini zəbt etmişdir. Məhkəmə göstərdiyi faktları lazımi şəkildə araşdırmamışdır. Qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-44/2022, 30 mart 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında üç il altı ay bundan əvvəl həyat yoldaşının xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğu vaxt Ca vabdeh2 ona aid torpaq sahəsini özbaşına tutaraq onun tikdiyi toyuq hinini uçurduğunu, cənub istiqamətində ona aid olan əraziyə 1 metr 06 sm girdiyini, qanunsuz olaraq hasar divarı çəkdiyini, həmin ərazidən su kommunikasiya xətlərinin keçdiyini, hazırda isə həyətində su kommunikasiya xətlərinin olmadığını, Cavabdeh2 də həmin torpaq sahəsini başqa şəxsə satdığını lakin həmin torpaqda hazırda kimin yaşadığını bilmədiyini bildirərək, qanunsuz olaraq çəkdiyi hasar divarının sökülərək 1 metr 06 sm geri çəkilməsini, məhz onun tərəfindən sökülmüş tikilinin bərpa edilməsini və ona vurduğu maddi zərərə görə 11800 (on bir min səkkiz yüz) manatın ödənilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi kollegiyadakı izahatın da birinci instansiya məhkəməsində iddiaçının mübahisələndirdiyi hasarın qanunsuz tikilməsi ilə bağlı mütəxəssisin iştirakı ilə yerində baxış keçirdiklərini, hasar divarını çöldən ölçən zaman həmin hasar divarının Cavabdeh2 məxsus 300 kv.m torpaq sahəsində olduğunu, İddiaçı mülkiyyətində olan 473 kv.m torpaq sahəsində hər hansı zəbtin olmadığını, hasar divarı da daxil olmaqla həmin tikilinin Cavabdeh2 mülkiyyətində olmuş torpaq sahəsinin daxilində olduğunu, mübahisələndirilən hasarın İddiaçı heç bir aidiyyətinin olmadığını, iddiaçıya məxsus olan 473 kv.m torpaq sahəsinin Cavabdeh2 satılan 300 kv.m torpaq sahəsindən ayrı olduğunu, hazırda Cavabdeh2 həmin 300 kv.metr torpaq sahəsində tikdiyi yaşayış evi və torpaq sahəsini Nailə Zeynalovaya satdığını, sonuncunun da həmin tikilini torpaq sahəs i ilə birlikdə Selcan Nəcəfova adlı şəxsə bağışladığını, Cavabdeh2 300 kv.metr torpaq sahəsi satılsa da faktiki yerində ölçülən vaxt 299.18 kv.metr olduğunun müəyyən edildiyini, cavabdehin özbaşına heç bir torpaq sahəsi tutmadığını, ona görə də tərəflərindən torpaq sahəsinin plan və ölçüsünün dəqiq müəyyən olunduğunu göstərərək apellyasiya şikayətinin təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən Cavabdeh2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürmə yən üçüncü şəxs X5 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Аzərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2 arasında olan 2010-cu ilin oktyabr ayında razılaşma əsasında oğlu Rövşənin mülkiyyətində olan 03 aprel 2006-cı il tarixli 12678 inventar, 103823 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 35-ci məhəllə ev 42/32a ünvanına verilmiş texniki pasportda qeyd olunmuş göstəricilərə və 652.7 kv.m əsaslı tikilinin, 120.5 kv.m yardımçı tikilinin, ümumilikdə 652.7+120.5=773.2 kv.m, Naxçıvan şəhərinin yerquruluşu planından çıxarışda 30.99x25.41=787.5 kv.m əra zidən Cavabdeh2 fərdi yaşayış evi tikdirmək üçün verilmiş 300 kv.metr ölçüləri müvafiq olaraq qərbdən uzunluğu 14.07m eni 6.7m=94.3 kv.m, şərqdən eni 12.54m, uzunluğu 16.85m=211.3 kv.m, ümumilikdə 211.3+94.3=305.6 kv.m kənarlaşma 5.6 kv.m ərazi şərqdən və şimaldan 60-lıq beton blokla hörülmüş hasarla əhatə olunmuş vəziyyətdə verilməsinə baxmayaraq onun əlavə torpaq mənimsəmə məqsədi ilə bilərəkdən bilə-bilə qanun pozuntusuna yol verərək ərazinin ölçü göstəricilərindən kənarlaşaraq cənub istiqamətində ona aid olan əraziyə 1 metr 06 sm girərək, özbaşınalıq edərək uzunluğu 17.4 m, hündürlüyü 2 metr olan hasar divarı çəkərək mülkiyyət hüququnu pozması, hansı ki həmin ərazidən su kommunikasiya xətləri keçir, odur ki, onun mülkiyyət hüququnu pozmaqla özbaşınalıq edərək çəkdiyi hasar divarının sö külərək 1 metr 06 sm geri çəkməsi, məhz onun tərəfindən sökülmüş tikilinin bərpa edilməsi və vurduğu maddi zərərə görə 11800 (on bir min səkkiz yüz) manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 30 oktyabr 2013-cü il tarixində Naxçıvan şəhər ikinci dövlət notariat kontorunda 4/Ə02-682 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş müqaviləyə əsasən X3 şəhər 35-ci məhəllədə mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 65.60 kv.m yaşayış, 54.90 kv.m köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 300 kv.m torpaq sahəsini Cavabdeh2 satmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarı şla ünvan 1 ünvanında yerləşən 0.0472 ha torpaq sahəsində 253.79 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 10 fevral 2021-ci il tarixdə İddiaçı adına qeydiyyata almışdır. 07 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, aparılan ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, İddiaçı faktiki ərazisi 473.80 kv.metrdir. Bu da onun adına qeydiyyatdan keçmiş pasportla uyğunluq təşkil edir. Bölgü ilə Cavabdeh2 (yeni sahibi X11) satdığı ərazinin faktiki ölçüləri 299.18 kv.m-dir. Bu da qeydiyyatdan keçmiş pasportla uyğunluq təşkil edir. 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və Cavabdeh2 (yeni sahib X11) arasındakı mübahisəli hasarın altındakı torpaq sahəsi Cavabdeh2 torpaq sahəsinin sərhədləri daxilindədir. Belə ki, Cavabdeh2 300 kv.metr to rpaq sahəsi satılmış və ona məxsus olan torpaq sahəsi faktiki olaraq 299.18 kv.metrdir. Naxçıvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-248 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin fərdi yaşayış evini 300 kv.m torpaq sahəsi ilə birlikdə X1. Naxçıvan şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-494 nömrəli bağışlama müqaviləsi əsasında X11 fərdi yaşayış evini 300 kv.m torpaq sahəsi ilə birlikdə X8 bağışlamışdır. X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüləri həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olduğu dövrdəki ölçülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi 30 oktyabr 2013-cü il tarixdə Naxçıvan şəhər 35-ci məhəllədə yerləşən, öz mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 65.60 kv.m yaşayış, 54.90 kv.m köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 300 kv.m torpaq sahəsini Cavabdeh2 satması və daşınmaz əmlakın mütəxəssis rəyində Cavabdeh2 torpaq sahəsi qərbdən, şərqdən, şimaldan, cənubdan uzunluğu qeyd olunsa da, əslində mütəxəssis rəyində kənarlaşdırmaların mövcud olması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərini iş materialları və işin araşdırılmış halları ilə əhatəli şəkildə yoxlayaraq iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin mübahisə olunmayan araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində inşa edilən həmin hasarın altında olan sahə İddiaçı mülkiyyətində olmamış, həmin mübahisələndirilən torpa q sahəsi iddiaçının oğlu Rövşən İsmayılovun mülkiyyətində olmuş və o mülkiyyətində olan həmin torpaq sahəsindən 300 kv.metr sahəni 30 oktyabr 2013-cü il tarixində Naxçıvan şəhər ikinci dövlət notariat kontorunda 4/Ə-02-682 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş müqaviləyə əsasən iş üzrə Cavabdeh2 satmışdır və həmin sahə xx.xx.2018-ci ildə dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-in 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən ş əxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mütəxəssis rəyində kənarlaşmaların olmasına gəldikdə isə İddiaçı bu kənarlaşmaların nədə ifadə olunmasını izah edə bilməmişdir. İşin 98-ci vərəqində olan 7 dekabr və işin 131-ci vərəqində olan 21 dekabr 2021-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu şöbəsinin rəisi Zülfüqar Bayramov tərəfindən verilmiş mütəxəssis rəylərində heç bir kənarlaşma hallarına yol verilməmiş, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi yerində yoxlanılmış, Cavabdeh2 satılmış 300 kv.m. torpaq sahəsinin faktiki olaraq 299.18 kv.metr olmasının müəyyən edilməsinə dair WGS-84 beynəlxalq koordinat sistemində tərtib olunmuş ərazinin sxematik planı və döngə nöqt ələrinin koordinatlarını rəyə əlavə edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərdiyi Cavabdeh2 onun tikdiyi toyuq hinini sökərək özünə hasar çəkməsi, bununla da ona aid torpaq sahəsini zəbt etməsi və ona vurduğu 11800 (on bir min səkkiz yüz) manat maddi zərər vurması, məhkəmə göstərdiyi faktları lazimi şəkildə araşdırmaması ilə əlaqədar dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2018-ci ildə Cavabdeh2 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.47 kv.m, yaşayış sahəsi 73.86 kv.m, yardımçı sahəsi 39.61 kv.m olan 4 otaqlı tam mülkiyyət üzrə ona məxsus daşınm az əmlakı işin 93-cü vərəqində olan (cild 1) Naxçıvan şəhəri 1 saylı Dövlət Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-248 nömrəli reyestrdə qeydə alınmış Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsinə əsasən X1. Yəni, işin araşdırılmış hallarından da müəyyən olunduğu kimi, hazırda iddiaçının uzunluğu 17.4 m, hündürlüyü 2 metr olan hasar divarının sökülərək 1.06 metr geri çəkilməsini mübahisələndirdiyi həmin sahə hələ ünvan 1 ünvanında yerləşən 0.0472 ha torpaq sahəsində 253.79 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 10 fevral 2021-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilənədək Cavabdeh2 mülkiyyətində olmuş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan heç bir tikilinin sökülməsi, ona hər hansı zərər vurulması, həmçinin torpaq sahəsinin zəbt olunması halı ümumiyyətlə sübut edilmə miş və işə baxan birinci instansiya məhkəməsi göstərilən halları tam və hərtərəfli araşdırmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2022-ci il tarixi 10 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini N.Nəcəfalıyevin imzası ilə təsdiq edilmiş 16 fevral 2022-ci il 14/12 nömrəli məktubuna, eləcə də mülki işin materiallarında olan həmin idarənin Naxçıvan MR Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.Bayramovun ayrı-ayrılıqda öz imzası ilə təsdiq etdiyi 07 və 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi məlumatlarına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ndən 300 kv.metr hissəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 özünə məxsus olan 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evi tikmiş, hasarın inşa edilməsinə çəkilmiş xərcin təqribən 1979.40 manat olması və tikinti işləri aparan zaman İddiaçı mülkiyyətində olan torpaq sahəsinə keçməməsi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən işə baxan məhkəmə tərəfindən düzgün olaraq ekspert rəyi sübut kimi qəbul edilmişdir. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandı rılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Оna görə də işin şərh оlunmuş hallarına əsasən kollegiya İddiaçı qeyd olunan həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübu tetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsas lı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşin araşdırılmış hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 209-cu vərəqinin (cild 1) 1-ci, 4-cü və 7-ci abzaslarında, 210-cu vərəqinin 4cü və 5-ci abzaslarında və 211-ci vərəqinin 1-ci abzasında cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X5 adı yanlışlıqla “Nazilə” kimi göstərilmişdir. Ona görə də kollegiya üçüncü şəxs qismində işə cəlb edilmiş “X10” adını “X11” kimi qəbul edir. Kollegiya i şin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(078)-44/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.