Məhkəmə qərarları › İş №2(108)-108/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-108/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-108/2023 31.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(110)-455/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2819.43 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,60 manat və borca illik 5%-lə hesablanmış 140.97 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin (Sədrlik edən S.Ə.Qarayev) 31 may 2023-cü il tarixli, e-2(110)-455/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 08 oktyabr 2020-ci il tarixli Xüsusi şərtlər hesab və ödəniş kartına dair müqaviləsinə əsasən Cavabdeh 2819.43 (iki min səkkiz yüz on doqquz manat qırx üç qəpik) manat borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 140.97 (bir yüz qırx manat doxsan yeddi qəpik) manatın, cəmi 2960.40 (iki min doqquz yüz altmış manat, qırx qəpik) manat borcun, 49.60 (qırx doqquz manat altmış qəpik) manat ödənilmiş dö vlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3010 (üç min on) manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 24 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(110)-455/2023 nömrəli qətnaməsinin ləğv edilərək tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kartı ilə ona aid olmayan bank vəsaitindən heç bir qanunsuz əməliyyatlar aparmamışdır. Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq avtomobil yağı satır. 2022-ci il tarixində müştəri tərəfindən satdığı yağa görə ka rt hesabına atılaraq hesabında olan pulu çəkmişdir. Müştərinin hesabına atdığı pul onun kart hesabına köçdüyündən o da həmin pulu çəkmişdir. O, bu problemlə bağlı banka da gedib əməliyyatlarından çıxarış da istəyib. Bank ona bildirmişdir ki, pul yeddi gün içində çəkildiyindən ola bilsin köçməmişdir. Həmin pullar ilə bağlı onun bank qarşısında heç bir öhdəliyi olmamışdır. O, adına olan karta müştəriləri tərəfindən ödənilmiş pulları çəkmişdir. Ona məxsus kart hesabından necə ola bilər ki, banka məxsus olan vəsait barəsində bir neçə dəfə əməliyyatlar apara? Hesab edir ki, bu mümkün olan hal deyildir. Ona qarşı bankın irəli sürdüyü kredit borcu barədə tələbinin heç bir hüquqi əsası yoxdur. Onunla bank arasında heç bir kredit müqaviləsi olmamışdır. Bir daha qeyd edir ki, o, özünə məxsus olan kart hesabına müştəriləri tərəfindən yüklənmiş və hesab nömrəsində görsənən pul vəsaitləri ilə bağlı əməliyyatlar etmişdir. O, yalnız ona məxsus və kartının hesabında olan pul vəsaiti ilə bağlı hərəkətlər etmişdir. 08 oktyabr 2020-ci il tarixdə İddiaçı-dan 10 manat ödəniş edib kart almış və həmin kart üzrə bankla bağlanmış müqavilə yalnız kart əldə etməyi ilə bağlıdır. Həmin müqavilə onun bankda hesab açaraq kart əldə etməyini tənzimləyir ki, həmin müqavilə üzrə heç bir pozuntuya yol verməmişdir. Bankın ona qarşı tələbinin heç bir əsası yoxdur. Hesab edir ki, tərəfindən hər hansı qanunsuz əməliyyatların aparılmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Bu mübahisə bank tərəfindən hansısa yanlış hərəkətlərin aparılmasından qaynaqlanır və əsassız olaraq bank bunu onun üzərinə qoymağa ç alışır. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmədən qətnamə qəbul etmişdir. Beləliklə də nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan, məhkəmə çəkişməsi təmin edilmədən, heç bir əsaslı (mötəbər) sübutlar toplanmadan, habelə iş materialına düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Cavabdeh şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 425.1-ci, 425.2-ci, 448.1-ci, 556.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci, 88-ci, 9.1-ci, 9.3-cü, 77.3-cü maddələrinə, həmçinin “İnsan Hüquqlarının v ə X2 Haqqında” Avropa Konvensiyasının 15 aprel 2002-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuş 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmiş və birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etdiyini göstərmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən 17 iyul 2023-cü il və 17 avqust 2023-cü il tarixlərdə məhkəməyə elektron qaydada daxil olmuş ərizələrdə mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirm işdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə.tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin məzmununa görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kartı ilə ona aid olmayan bank vəsaitindən heç bir qanunsuz əməliyyatlar aparmadığı, 2022-ci il tarixində müştəri tərəfindən satdığı yağa görə kart hesabına atılaraq hesabında olan p ulu çəkdiyi, müştərinin hesabına atdığı pul onun kart hesabına köçdüyündən onun da həmin pulu çəkdiyi, bu problemlə bağlı banka da gedib əməliyyatlarından çıxarış da istədiyi, bankın ona pul yeddi gün içində çəkildiyindən ola bilsin köçmədiyini bildirdiyi, həmin pullar ilə bağlı onun bank qarşısında heç bir öhdəliyi olmadığı, adına olan karta müştəriləri tərəfindən ödənilmiş pulları çəkdiyi, ona məxsus kart hesabından banka məxsus olan vəsait barəsində bir neçə dəfə əməliyyatlar aparmasının mümkün olan hal olmadığı, ona qarşı bankın irəli sürdüyü kredit borcu barədə tələbinin heç bir hüquqi əsasının olmadığı, onunla bank arasında heç bir kredit müqaviləsi olmadığı, özünə məxsus olan kart hesabına müştəriləri tərəfindən yüklənmiş və hesab nömrəsində görsənən pul vəsaitləri ilə bağlı əməli yyatlar etdiyi, onun yalnız ona məxsus və kartının hesabında olan pul vəsaiti ilə bağlı hərəkətlər etdiyi, 08 oktyabr 2020-ci il tarixdə İddiaçı-dan 10 manat ödəniş edib aldığı kart üzrə bankla bağlanmış müqavilənin yalnız kart əldə etməyi ilə bağlı olması, həmin müqavilənin onun bankda hesab açaraq kart əldə etməyini tənzimlədiyi, həmin müqavilə üzrə heç bir pozuntuya yol vermədiyi, Bankın ona qarşı tələbinin heç bir əsası olmadığı, tərəfindən hər hansı qanunsuz əməliyyatların aparılmasını təsdiq edən heç bir sübutun mövcud olmadığını hesab etdiyi, bu mübahisənin bank tərəfindən hansısa yanlış hərəkətlərin aparılmasından qaynaqlandığı və əsassız olaraq bankın bunu onun üzərinə qoymağa çalışdığı, məhkəmənin yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiy mətləndirmədən qətnamə qəbul etdiyi, beləliklə də nəticə etibarı ilə də iş üzrə materialların məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan, məhkəmə çəkişməsi təmin edilmədən, heç bir əsaslı (mötəbər) sübutlar toplanmadan, habelə iş materialına düzgün hüquqi qiymət verilmədən heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarıldığı, birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etdiyi barədə dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, iş materiallarında olan: - 08 oktyabr 2020-ci il tarixli Xüsusi şərtlər hesab və ödəniş kartına dair müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında xüsusi şərtləri ehtiva edən hesab və ödəniş kartına dair müqa vilə bağlanmışdır; -Həmin Müqavilənin 1-ci bəndinə əsasən Bank Müştəriyə bank hesabı açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, həmin müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür; - Həmin Müqavilənin 2-ci bəndinə əsasən bank emissiya etdiyi AR ərazisində və AR hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartını (bundan sonra “Kart”) müştərinin istifadəsinə verməyi öhdəsinə götürür. Müştəri isə müvafiq komisyon haqlar ı, ona göstərilmiş xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən banka ödəməyi öhdəsinə götürür. Karta görə xidmət müştəri tərəfindən ödənilməzsə; a) Bank öhdəliklərinin icrasından azad olunur; b) Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. - 16 oktyabr 2020-ci il tarixli 112TT**********55412 nömrəli Balansdankənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd Debet kredit kartı Cavabdeh imza etdirilməklə təqdim edilmişdir. - xx.xx.2022 – xx.xx.2022-ci il dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmış və banka 2.819,43 (iki min səkkiz yüz on doqquz manat qırx üç qəpik) manat borcu qalmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tar ixli bildirişdən müəyyən olur ki, "xxxx" ASC tərəfindən borcun 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Kollegiya iş materiallarında olan sənədlər əsasında müəyyən etmişdir ki, tərəflər arasında 08 oktyabr 2020-ci il tarixli Xüsusi şərtlər hesab və ödəniş kartına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, Bank tərəfindən öhdəlik icra edilərək Cavabdeh 1 ədəd Debet kredit kartı təqdim edilmişdir. Tərəflər arasında kredit müqaviləsi olmadan cavabdeh həmin kart üzrə ayrı-ayrı vaxtlarda müxtəlif əməliyyatlar aparılmış, nəticədə onun banka 2.819,43 (iki min səkkiz yüz on doqquz manat qırx üç qəpik) manat borcu yaranmışdır. Bank qeyd olunan borcun ödənilməsini cavabd ehdən tələb etsə də, borc məbləği banka qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən, Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 955.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 960.1-ci maddəsinə əsasən, Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödən işi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 960.2-ci maddəsinə əsasən, Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəll əsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublik asının Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edə rkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44 5.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfin dən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ca vabdeh tələbin təkzibi ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi hallarla əlaqədar olaraq nə birinci instansiya məhkəməsinə, nə də birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla apellyasiya instansiyasına sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdi rilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(110)455/2023 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya ş ikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, 08 oktyabr 2020-ci il tarixli Xüsusi şərtlər hesab və ödəniş kartına dair müqaviləsinə əsasən Cavabdeh 2819.43 (iki min səkkiz yüz on doqquz manat qırx üç qəpik) manat borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 140.97 (bir yüz qırx manat doxsan yeddi qəpik) manatın, cəmi 2960.40 (iki min doqquz yüz altmış manat, qırx qəpik) manat borcun, 49.60 (qırx doqquz manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3010 (üç min on) manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət etməklə qəbul etdiyi qətnamə qa nuni və əsaslı, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri isə əsassız olduğundan Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e- 2(110)-455/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dai r mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(110)-455/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(110)-455/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar