Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-110/2022 21.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh vəkil-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə, Cavabdeh 1839.36 (bir min səkkiz yüz otuz doqquz manat otuz altı) manat pul alınaraq İddiaçı oğuna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən 15 noyabr 2021-ci il tarixdə X5 Filialına 2400 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 31 (otuz bir) manatının Cavabdeh alınıb iddiaçıya qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan nəticəsində 3000 (üç min) manat pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 06 iyul 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmış ki, məhkəməyə iddiaçı tərəfdən dəvət olunmuş şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 3-4 gün əvvəl onun yanına gedərək Şevrolet markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilində nasazlıq olduğunu demiş, o avtomobili müayinə etmiş, surət qutusunun (karopka) yağını radiatorun (su soyutma cihazı) suyuna qarışdığından surət qutusunu yağını dəyişdirmişdir. Vüqar Həsənov həmçinin bildirmişdir ki, mühərrikin zərər dəymiş hissələrini cırılmış rezin borudan da ola bilər və ya olmaya bilər. Lakin məhkəmə qətnamədə onun ifadəsindən “patrufkadan da ola bilər” deyə qeyd etmişdir. Vüqar Həsənov surət qutusunun( karopkanın) yağını radiatorun suyuna və ya antifrizə qarışdıqda mühərrik işləyərkən mühərrikin daxilinə nüfuz etməsini bu zaman mühərrik də istiliyin yüksək dərəcəyə qalxmasını bunun da nəticəsində mühərrikin iddiada qeyd olunan sıradan çıxmış hissələrini əsaslı dərəcədə zədələnməsinə səbəb ola biləcəyini öz ifadəsində bildirmişdir. Lakin mülki işin məhkəmə iclası protokolunda V.Həsənovun ifadələri qeyd edilməmiş əksinə guya Vüqar avtomobilin karopkası kim qeyd edilmişdir. X3 ifadəsində iki ədəd sıradan çıxmış porşenin yenisi ilə əvəz etməklə və silindir başlığını təmir etməklə iki ədəd gilizin yenisi ilə əvəz etməklə və bir ədəd silindir başlığı ara qatının yenisi ilə əvəz etməklə avtomobili saz vəziyyətə gətirməyin mümkün olduğunu, bir ədəd sıradan çıxmış porşenin qızma ilə əlaqəli olmayaraq sıradan çıxdığını, bunun yanacaqla (benzinlə) əlaqədar olduğunu, avtomobilin əvvəlcədən onun işlədiyi servisə təqdim olunardısa baş vermiş ziyanla radiatorun dəyişdirilməsi arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etməyin mümkün olacağını bildirmişdir. Həmçinin hər hansı bir mülki məsuliyyətinin (günahının) olmasını təsdiq edə bilməyəcəyini bildirmişdir. Mütəxəssis həmçinin qeyd etmişdir ki, bəzi avtomobil idarə edənlər xamlıq edərək avtomobilin istilik dərəcəsi yüksələndə mühərriki vaxtında dayandırmırlar. Belə olan hallarda isə mühərrikdə qızma baş verir bu isə mühərrikin hissələrinin sıradan çıxmasına səbəb olur. İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələrini bəzi ifadələrinin məhkəmə tərəfindən iclas protokoluna daxil edilmədiyi və bəzi ifadə və izahatın təhrif edildiyi hallar aşağıdakılardır. Şahid Vüqar Həsənovun ifadəsi; ifadəsində avtomobilin xarab olaraq dayandığı (avtomobil Naxçıvan şəh ər Məhkəməsinin qarşısındakı yolda xarab olaraq dayanmışdır),yerə uzaqda olduğundan getməmis, zəng edərək Aqşini göndərdiyini qeyd etmiş, bu faktı məhkəmə prosesində Akşin də təsdiq etmişdir. Radiatoru dəyişəndə patrufka mühərrikə sürtülə bilər ifadəsini işlətməməsi; Avtomobilin radiatorunu dəyişdikdən sonra Aqşinlə birgə mühərrik yerində nəzarət qaydasında işləyən zaman bir dəfə suyunu dəyişməsi, iclas protokolunda isə radiatorun suyunu tez- tez dəyişməyinin qeyd edilməsi; Mütəxəssis tərəfindən mühərrikə dəymiş ziyanla bağlı hər hansı bir mülki məsuliyyətinin olmasını mütəxəssis təsdiq edə bilərmi və bunun nədən ibarət olduğunu deyə bilərmi sualına “bunu təsdiq edə bilmərəm” deməsi protokolda qeyd edilməyib. Məhkəmə iclas protokoluna dair qeyd verilmiş məhkəmə verilmiş qeydə baxmamışdır. Vəkili tərəfindən iddiaçıya suallar verilsə də iddiaçı suallara cavab verməkdən imtina etmişdir. Məhkəmə bəzi ifadələri təhrif etməklə və bəzi ifadələri iclas protokoluna daxil etməməklə radiatorun dəyişdirilməsi ilə mühərrikin sıradan çıxan hissələrini arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmədən prosesi zərərdəymiş hissələrdə onun mülki məsuliyyətinin olub-olmamasını müəyyən etməyə deyil, mühərrikə dəymiş ziyanla məsuliyyətinin olmasını sübuta yetirmək və ziyanın məbləğinin müəyyən edilməsi istiqamətində aparmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində mütəxəssis tərəfindən məhkəməyə rəy təqdim olunarkən məhkəmə bu prosesin sonuncu proses olduğunu tərəflərin verəcəyi vəsatətlərin təmin olunmayacağını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş ş ahidlərin ifadələrinin, bəzi hissələrinin, bəzi izahatlarının məhkəmə tərəfindən iclas protokoluna daxil edilməməsi mütəxəssis rəyini düzgün qiymətləndirməməsi (məsələn rəydə surət qutusunun yağını mühərrikin soyutma sisteminə qarışması nəticəsində mühərrikin qızma ehtimalı var), səbəbli əlaqəni müəyyən etmədiyindən məhkəmə düzgün nəticəyə gəlməmişdir. Vüqar usta iddiaçı Elmarın avtomobilini radiatorun dəyişdirilməsini ondan xahiş etmiş, o isə radiatoru dəyişməmiş, Aqşin isə karopkanın yağını dəyişmişdir. Bundan sonra avtomobil nəzarət qaydasında yoxlanmış Elmar tərəfindən görükdükləri işə görə onlara haqq ödənilmiş və avtomobil saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)113/2022 qətnaməsini ləğv edərək i ddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə e dərək kollegiyadakı apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlard a ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işin in ədalətli araşdırılması hüququna malikdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin materialları və tərəflərin kollegiyadakı izahatları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticə gəlir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 noyabr 2021-ci ildə Şhevrolet markalı ** BB *** dövlət nişanlı avtomobilinin radiatorunu dəyişmək üçün İsmixan adlı ustaya müraciət etdiyini, radiator dəyişilən zaman suyun patrubkasının motorun remeninə birləşməsi nəticəsində maşının motorunun sıradan çıxdığını, bununla əlaqədar İsmixandan motorun alınmasını tələb etsə də onun imkanı olmadığını bildirərək motoru almaqdan imtina etdiyini bunun nəticəsində onun avtomobilinə 3000 manat məbləğində ziyan dəydiyini göstərərək Cavabdeh avtonəqliyyat vasitəs inə vurulmuş maddi ziyana görə 3000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, 71BB418 nömrəli “Chevrolet markalı Malibu modeli sedan tipli nəqliyyat vasitəsi Şahbuz rayonu Kolanı kənd sakini İddiaçı adına qeydiyyata alınmışdır. Nöqsanlaşdırma aktından aydın olur ki, Şhevrolet markalı ** BB *** dövlət nişanlı avtomobilin mühərrik ehtiyat hissələrinin nöqsanlaşdırılması zamanı məlum olmuşdur ki, soyutma sisteminə aid olan su şlanqının kondisioner şkifinə toxunması nəticəsində avtomobilin su şlanqı partlamış və mühərrikdə soyutma olmamışdır. Nəticədə aşağıdakı ehtiyat hissələri sıradan çıxmışdır. 1.Porşen-4 ədəd 2.Gi liz-4 ədəd 3.Silindr başlığı-1 ədəd 4.Silindr başlığı ara qatı-1 ədəd Göstərilən ehtiyat hissələrinin yenidən bərpası mümkün olmadığından həmin hissələrin yenisi ilə əvəz edilməsi məqsədəuyğun hesab edilmişdir. 26 yanvar 2022-ci il tarixdə iş üzrə kompleks məhkəmə nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinə 21 fevral 2022-ci il tarixdə ekspert Azər Abdullayevin ekspertiza aparmaqdan imtina haqqında 18 fevral 2022-ci il tarixli məlumatı daxil olmuşdur. Məlumatda qeyd olunmuşdur ki, “nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi” ekspertizası yol-nəqliyyat hadisələrinin ekspertizasının bir növü olduğundan yol nəqliyyat hadisəsi olduqda aparılır və sözügedən mülki iş üzrə avtomobild əki nasazlıq hər hansı növ yol-nəqliyyat hadisəsi baş vermədiyindən mövcud vəziyyətdə tədqiqat aparmaq üçün təsdiq olunmuş metodik vəsait olmadığından və qoyulmuş suallar ekspertin xüsusi biliyindən kənara çıxdığından bu sahədə ekspertizanın aparılması ekspertin səlahiyyətinə aid deyil. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12ci maddəsini və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi” ekspertizasının təyin olunması haqqında qərardad icrasız saxlanılaraq mülki işin materialları məhkəmə əmtəəşünaslıq ekspertizası bölməsinə təhvil verilmişdir. Naxçıvan Müxtar Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 aprel 2022-ci il tarixli 41-42 nömrəli rəyi ilə “Chevrolet Malibu” markalı avtomobilin mühərriki üçün 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindr başlığı və 1 ədəd silindr ara qatının istifadəyə yararlı olub-olmamasını və əsaslı təmir olunmaqla rentabelli hesab edilməsini müəyyən etməyin mümkün olmaması, “Chevrolet Malibu” markalı avtomobilin mühərriki üçün 4 ədəd porşen, 4 ədəd giliz, 1 ədəd silindr başlığı və 1 ədəd silindr ara qatının orta bazar qiyməti ümumilikdə 1239.36 (bir min iki yüz otuz doqquz manat otuz altı qəpik), usta xərcinin məbləği isə 600 (altı yüz) manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis arayışından aydın olur ki, Cehvrolet Malibu markalı avtomobilin mühərrikinə baxış keçirilmiş və aşağıdakı nöqsanlar aşkar edilmişdir. 1.Mühərrikin qızma nəticəsində silindr qapağında cüzi əyilmə baş verib. 2.İİİ gilizdə birində qızma ilə əlaqədar qızarma yaranıb. 3.İİ silindrin yanmış porşeni mühərrikdəki qızma ilə əlaqəli deyil.
4. Mühərrikdə qızmaya görə silindir ara qatı sıradan çıxıb. 5.Sürətlər qutusunun yağının mühərrikin soyutma sisteminə qarışması nəticəsində mühərrikin qızma ehtimalı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərə r dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı avtomobilin su soyutma sisteminin yenisi ilə əvəzləşdirilməsi üçün cavabdehə müraciət edərkən avtomobilin su borusun da hər hansı nasazlıq olmamış və cavabdeh tərəfindən su soyutma sistemi dəyişilən zaman iddiaçıya nasazlıqla əlaqədar məlumat verilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsindəki izahatında iddiaçının həmin gün gecə vaxtı ona zəng edərək avtomobilin su axıdıb yolda qaldığını ona bildirdiyini, onun usta yoldaşının avtomaşını sexə gətirdiyini, səhər sexdə maşına baxarkən su borusunun cırıldığını görmüş məhz özü su borusunu yenisi ilə əvəz etmişdir. İşə əlavə olunmuş nöqsanlaşdırma aktı ilə su borusunun kondisionerin şkifinə toxunması nəticəsində cırılması müəyyən edilmişdir. Yəni, Cavabdeh tərəfindən avtomobilin mühərrikinin su soyutma sisteminin düzgün quraşdırılmaması səbəbindən rezin su borusu sürtünmə nəticəsində kəsilmiş və su yerə axmaqla soyutma sistemi pozulmuş, mühərrikin qızma sı nəticəsində avtomaşına maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələrini bəzi ifadələrinin məhkəmə tərəfindən iclas protokoluna daxil edilmədiyinə və bəzi ifadə və izahatların təhrif edildiyinə dair" dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materialları və məhkəmə iclasının protokolu ndan görünür ki, məhkəmə baxışı iclası baxışa dəvət olunmuş bütün şəxslərin tam iştirakı ilə keçirilmiş, iş üzrə lazımi araşdırma aparılmış, işdə iştirak edən şəxslərin, həmçinin iddiaçı tərəfin vəsatətinə uyğun olaraq şahidin izahatı alınmış, tərəflərin iştirakı ilə iş materiallarına əlavə olunmuş sənədlər, o cümlədən Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və mütəxəssis arayışı elan olunaraq tədqiq olunmuş, tərəflərin əlavə vəsatətləri olmamış, sübutların tədqiqinin tamamlanmasına etirazları olmamışdır. Eyni zamanda iş üzrə cavabdehin vəkili Vəkil1 tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinin tələblərinə uyğun şəkildə məhkəmə iclasının protokolu ilə tanış olaraq qeydlər verilmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)113/2 022 nömrəli qərardadı ilə cavabdehin vəkili Vəkil1 məhkəmə iclas protokoluna dair verdiyi qeydlər əsassız olduğundan təmin edilməmişdir. İşin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməs i faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəy yən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şə rh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəticə: Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya belə nəticəyə gəlir ki, işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, podrat müqaviləsindən əmələ gələn münasibətləri cavabdehin mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçının əmlakına zərər vurulması kimi qiymətləndirməklə düzgün olmayaraq gəldiyi nəticəni 1096, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırkı işdə isə göstərilən hallar ümumiyyətlə mövcud deyil. Bundan əlavə məhkəmə 29 noyabr 2019-cu il tarixli 1710-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Prosessual Məcəlləsinin 101ci maddəsinə yox, düzgün olmayaraq əvvəlki redaksiyada verilmiş 101.2 və 101.3-cü maddələrinə istinad etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(078)-113/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə