Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-110/2025 03.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması qərardadından şikayət) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(078)-790/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı Cəfərov X1 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun tərəfindən verilmiş 2768.72 manat məbləğində pul vəsaitinin və ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində vəkil xidmət haqqının, ümumilikdə 2838.72 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(078)-790/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmış, İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilməsi izah olunmuşdur.
3. Həmin qərardaddan İddiaçı 03 iyun 2025-ci i l tarixdə məhkəməyə şikayətlə müraciət edərək şikayətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)790/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətin əsası kimi məhkəməyə iddia ərizəsi ilə birlikdə aşağıdakı sübutlar təqdim olunduğu göstərilmişdir:
1. Sözügedən pul vəsaitinin qaytarılması və mübahisənin məhkəmədənkənar həll edilməsi ilə bağlı cavabdehlə onun arasında olan söhbətə dair vhatsapp tətbiqindən çıxarışlar (cavabdehə ünvanladığı məktub və onun bu məktuba yazdığı cavablar, cavab olaraq göndərdiyi səs yazıları, bu barədə disk, ödənişləri geri qaytaracağı ilə bağlı zənglərin əks olunması ilə bağlı çıxarışlar);
2. Azərbaycan Respu blikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis şöbəsinə göndərdiyi sorğular və inzibati orqanın müvafiq cavabları (həmin inzibati orqan tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, işin mülki xarakterli olması müəyyən edildiyi üçün müvafiq qaydada məhkəməyə müraciət edilmək tövsiyyə olunmuşdur). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalı olması, iş materiallarında olan sübutların düzgün qiymətləndirilməməsi göstərilmişdir.
5. Naxçıvan Şəhər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e-2(078)-790/2 025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 149.2.3. Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
9. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması na və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
10. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İİİ. Məhkəmə kollegiyasının mövqeyi
11. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qa rşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Bu normanın mülki prosessual qanunvericiliyə sonradan əlavə olunması məhkəməyə təqdim olunan sübutların sistemli, aydın və ardıcıl təqdimini təmin etmək, bununla da prosessual qənaət prinsipinə əməl etmək məqsədi daşıyır və iddia ərizəsinin prosessual baxımdan tamlığının şərti kimi çıxış edir. İddiaçı iddia ərizəsində müvafiq sübutların əlavə olunduğunu qeyd etsə də onların siyahısını iddia ərizəsində göstərməmişdir. İddia ərizəsinə sadəcə olaraq sənədlərin əlavə edilməsi, lakin siyahısının təqdim edilməməsi, məhkəməyə və tərəflərə sübutların hüquqi qiymətləndirməsini aparmaqda çətinlik yaradır. Sübutların siyahısı iddianın hüquqi əsaslarının düzgün formalaşması üçün əhəmiyyətlidir.
12. Kollegiya əlavə olaraq qeyd edir ki, qanunun aliliyi prinsipi hüququn üstünlüyünü təmin edir və məhkəmələrin normativ aktlara əsaslanaraq qərar çıxarmasını tələb edir. İddiaçı sübutları təqdim etsə də, qanunun tələb etdiyi formanı yerinə yetirmədiyinə görə bu, məcburi normanın pozulmasıdır və qanunun aliliyi naminə birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır.
13. Məhkəmə kollegiyas ı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən İddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət oluna bilərdi. Buna görə də verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(078)-790/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şə hər Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(078)-790/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Zamiq Əliyev