Məhkəmə qərarları › İş №2(108)-115/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-115/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-115/2024 19.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)1151/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min y üz altmış dörd manat üç qəpik) manat, avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat, sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, ümumilikdə 26164.03 (iyirmi altı min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun və 169 (bir yüz altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyirmi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 150.50 (yüz əlli manat əlli qəpik) manatlıq hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumundan qalan 18.50 (on səkkiz manat əlli qəpik) manat hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə Rəhimov X11 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsinin qismən ləğv olunması və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, iddiaçı avtomobilinin dəyərinin 30000 (otuz min) manat olduğu halda ondan 27000 (iyirmi yeddi min) manat tələb edir. İsmayıl tələbində taksi fəaliyyəti göstərdiyini, bu səbəbdən ziyan etməsini qeyd edib, İsmayılın sürücülük vəsiqəsi yox idi, bu səbəbdən taksi fəaliyyəti göstərə bilmirdi. İddiaçının ondan əlavə tələbləri əsassızdır, av tomobilə 15000 (on beş min) manat xərc çəkilib, həmin avtomobilin çəkilən xərcə görə dəyərinin aşağı düşməsi mümkün deyil, qəzadan sonra avtomobilin 7000-8000 manat xərci olub, amma şişirdilmiş xərclər yazılıb, həmin marka avtomobillərin real qiyməti 32000 (otuz iki min) manatdır, ekspertizanı iddiaçı tərəf keçirib. Qəza baş versə də, o, avtomobili sürətlə idarə etməmiş, döngə olduğundan sürət 15 km olmuşdur. İsmayıl isə avtomobili sürətlə idarə etdiyindən qəza baş vermiş, avtomobilin təmirinə çəkilmiş xərcin bir hissəsini sığorta ödəmiş, qalmış xərc hissəsini o qəbul etmişdir. Lakin digər tələbləri qəbul etmir, çünki həmin tələblər əsassızdır, təhqiqat zamanı sığortadan pul alınsın deyə aralarında razılıq olmuşdur, iddiaçı sonradan razı olmayacaqdısa ona bildirərdi, avtomobili o özü yox latdırıb real zərəri çıxarardı. Apellyator qeyd etmişdir ki, iddiaçı 5 aydan sonra onu məhkəməyə verib real olmayan məbləği tələb edir, gündəlik 25 (iyirmi beş) manata işləyir, iddiaçının tələb etdiyi 10000 (on min) manatı bir dəfəyə ödəmək imkanı yoxdur, aylıq 150 (bir yüz əlli) manat ödəyə bilər. O, "Prius" avtomobilinə qəzadan sonra 5000 (beş min) manat xərc çəkmiş və həmin məbləği kredit götürmüşdür. Övladı xəstədir. Birinci instansiya məhkəməsində yuxarıdakı qaydada ifadə vermişdir və 10000 (on min) manatı ödəməyə hazırdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, h ərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Məhkəmə özəl ekspertin rəyinə istinad edərək maşının qiymətinin aşağı düşməsi qənaətinə gəlmişdir. Halbuki maşına sığorta ilə birlikdə 5000 (beş min) manat ödənilib, əlavə olaraq bütün hissələri dəyişdirilib, yəni ziyan aradan qalxmışdır. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)1151/2023 nömrəli qətnaməsinin qismən ləğv olunması və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin hü quqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.3, 88-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı 07 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə Cavabdeh şikayətlə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi ilə razılaşmadığ ını buna görə də şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasınd an, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi v ə prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, ilk növbədə kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni mübahisələndirən apellyator şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsinin yalnız avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə səbəb olmuş zərərin əvəzi kimi 10000 (on min) manat hissəsinin təmin olunmuş hissəsinə münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir ki, bunu nəzərə alan kollegiya şikayətin dəlillərini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən bu hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “BMV 528” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15060 (on beş min altmış) manat məbləğində ziyan dəymişdir. - Sabunçu RPİ-nin TŞ-nin 31 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi və İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsinə görə Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. - 11 may 2023-cü il tarixli hesabdan çıxarışa v ə 03 may 2023-cü il tarixli sığorta aktının surətinə əsasən, 4895.97 (dörd min səkkiz yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində pul "xxxx" ASC tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 603 nömrəli, 25 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı sol gözyuvası ətrafı nahiyənin sıyrığı, sol bazu və sağ diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 mart 2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. X14 və İddiaçı adın a tərtib edilmiş tibbi arayışda qeyd olunan “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin küt travması" diaqnozu obyektiv nevroloji əlamətlər ilə əsaslandırılmadığından, eləcə də, xəstəyə ixtisaslı həkim (nevroloq, neyrocərrah) baxışı olmadığından qeyd olunan diaqnoz xəsarət kimi məhkəmə-tibbi qiymətləndirilmir. - Azərbaycan Respublikası “X8”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrəli qiymətləndirmə rəyinə əsasən, 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti – 37896 (otuz yeddi min səkkiz yüz doxsan altı) manat müəyyən edilir. Qeyd: Respublika avtobazarlarında mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də, qiymə tə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən, hərəkətedici hissələrinin texniki vəziyyətindən, avtomobilin əvvəllər qəza keçirib-keçirməməsindən, təmirdə olub-olmamasından və sair) asılı olaraq müəyyən edilmiş bazar qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin təmir-bərpa xərci – 15060 (on beş min altmış) manat müəyyən edilir. Qeyd: Respublikada avtoehtiyat hissələrinin satışı məntəqələrində mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də, qiymətə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən təmir-bərpa xərcindən və s.), yeni və ya işlənmiş, lakin təyinatı üzrə istifadəyə tam yararlı avtoehtiyat hissələrinin qiymətlərindən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti - 26563 (iyirmi altı min beş yüz altmış üç) manat müəyyən edilir. Qeyd: Respublika avtobazarlarında mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən, hərəkətedici hissələrinin texniki vəziyyətindən, avtomobilin əvvəllər qəza keçiribkeçirməməsindən, təmirdə olub-olmamasından və sair) asılı olaraq müəyyən edilmiş bazar qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti arasındakı qiymət fərqi - 11333 manat (on bir min üç yüz otuz üç) manat müəyyən edilmişdir. - X1 Şəhadətnaməsinin surətinə əsasən, “BMV 528 minik” markalı, sedan tipli, **-XA*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. - X1 Şəhadətnaməsinin surətinə əsasən, “Toyota Prius minik” markalı, xetçbek tipli, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2 022-ci il tarixli etibarnamənin surətinə (səh 79) əsasən “Toyota Prius” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyəti X7 məxsus olmuş, X9 nümayəndəsi X10 vasitəsi ilə xx.xx.2022-ci il tarixli etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququnu xx.xx.2023cü il tarixə qədər mülki iş üzrə Cavabdeh vermişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Q eyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyət i olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş ü zrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi dü zgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, 21 mart 2023-cü il tarixdə iddiaçının idarə etdiyi BMV 528” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobillə cavabdehin idarə etdiyi “Toyota Prius” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Məmmədli qəsəbəsində, Məmmədli-Maştağa yolunda toqquşmuş, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində müvafiq araşdırılma aparılmış, hadisənin ba ş verməsində Cavabdeh təqsirli hesab olunaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmiş, barəsində yuxarıda qeyd olunan maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş hadisə zamanı iddiaçının mülkiyyətində olan yuxarıda qeyd olunan avtonəqliyyat vasitəsinə ziyan dəymiş, hadisə baş verdikdən sonra dəymiş zərərin miqdarını müəyyənləşdirmək üçün avtonəqliyyat vasitəsinin sığortalandığı "xxxx" ASC tərəfindən müvafiq qiymətləndirilmə aparılması ilə bağlı məktubla "xxxx" MMC-yə göndərilmişdir. İddiaçıya məxsus avtonəqliyyat vasitəsinə ixtisaslaşmış mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra sözügedən nəqliyyat vasitəsinin yararlı vəziy yətə gətirilməsi üçün 15060 (on beş min altmış) manat vəsait tələb olunduğu müəyyən olunmuş, bu vəsaitin 4895.97 (dörd min səkkiz yüz doxsan beş manat doxsan yeddi qəpik) manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş, lakin dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı Cavabdeh qarşı hazırki tələblə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 10164.03 (on min yüz altmış dörd manat üç qəpik) manat və avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat olmaqla, cəmi 20164.03 (iyir mi min yüz altmış dörd manat üç qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh sağlamlığa vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat və əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat tutulmasına dair hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 150.50 (bir yüz əlli manat əlli qəpik) manatlıq hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumundan qalan 18.50 (on səkkiz manat əlli qəpik) manat hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Həmçinin tədqiq olunmuş iş materiallarından o da aydın olmuşdur ki, iş üzrə İddiaçı Azərbaycan Respublikası “X6” xx.xx.2023-cü tarixli müraciəti əsasında əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual lar qoyulmuşdur: 1. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki, yəni mart 2023-cü il tarixinə olan bazar qiyməti müəyyən edilsin. 2. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilə dəymiş ziyan müəyyən edilsin. 3. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin hazırkı bazar qiyməti (qəzadan sonrakı təmirli vəziyyətdə) müəyyən edilsin. 4. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **-XA-*** döv lət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə hazırkı bazar qiyməti arasındakı qiymət fərqi müəyyən edilsin. Azərbaycan Respublikası “X8”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrəli qiymətləndirmə rəyinə əsasən, 1-ci sual üzrə 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti – 37896 (otuz yeddi min səkkiz yüz doxsan altı) manat müəyyən edilmiş, 2-ci sual üzrə 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin təmir-bərpa xərci – 15060 (on b eş min altmış) manat müəyyən edilmiş, 3-cü sual üzrə 2013-cü il buraxılışlı, “BMW markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti 26563 (iyirmi altı min beş yüz altmış üç) manat müəyyən edilmiş, 4-cü sual üzrə 2013-cü il buraxılışlı, “BMW’ markalı, “528 minik” modelli, “sedan” tipli, **-XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə hazırki bazar qiyməti arasındakı qiymət fərqi - 11333 manat (on bir min üç yüz otuz üç) manat müəyyən edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndiri lən qətnaməsinin qismən ləğvinə əsas kimi və mülki işin mübahisəli halı kimi “...iddiaçının avtomobilinin dəyərinin 30000 (otuz min) manat olduğu halda ondan 27000 (iyirmi yeddi min) manat tələb etdiyini, İsmayıl tələbində taksi fəaliyyəti göstərdiyini, bu səbəbdən ziyan etməsini qeyd etdiyini, İsmayılın sürücülük vəsiqəsinin olmadığını, bu səbəbdən taksi fəaliyyəti göstərə bilmədiyini, iddiaçının ondan əlavə tələblərinin əsassız olduğunu, avtomobilə 15000 (on beş min) manat xərc çəkildiyini, həmin avtomobilin çəkilən xərcə görə dəyərinin aşağı düşməsinin mümkün olmadığını, qəzadan sonra avtomobilin 7000-8000 manat xərci olduğunu, amma şişirdilmiş xərclər yazıldığını, həmin marka avtomobillərin real qiymətinin 32000 (otuz iki min) manat olduğunu, ekspertizanı iddiaçı tərəfin keçirdiyini, q əza baş versə də, onun avtomobili sürətlə idarə etmədiyini, döngə olduğundan sürətin 15 km olduğunu, İsmayıl isə avtomobili sürətlə idarə etdiyindən qəza baş verdiyini, avtomobilin təmirinə çəkilmiş xərcin bir hissəsini sığortanın ödədiyini, qalmış xərc hissəsini onun qəbul etdiyini, lakin digər tələbləri qəbul etmədiyini, çünki həmin tələblərin əsassız olduğunu, təhqiqat zamanı sığortadan pul alınsın deyə aralarında razılıq olduğunu, iddiaçının sonradan razı olmayacaqdısa ona bildirməli olduğunu, belə olan halda avtomobili özünün yoxlatdırıb real zərəri çıxaracağını, 5 aydan sonra onu məhkəməyə verib real olmayan məbləği tələb etdiyini, gündəlik 25 (iyirmi beş) manata işlədiyini, iddiaçının tələb etdiyi 10000 (on min) manatı bir dəfəyə ödəmək imkanı olmadığını, aylıq 150 (bir yüz əlli) manat ödəyə biləcəyini, onun, "Prius" avtomobilinə qəzadan sonra 5000 (beş min) manat xərc çəkdiyini, həmin məbləği kredit götürdüyünü, övladının xəstə olduğunu, birinci instansiya məhkəməsində yuxarıdakı qaydada ifadə verdiyini və 10000 (on min) manatı ödəməyə hazır olduğunu, qeyd olunan halları nəzərə almadan əsassız iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini, məhkəmənin özəl ekspertin rəyinə istinad edərək maşının qiymətinin aşağı düşməsi qənaətinə gəldiyini, halbuki maşına sığorta ilə birlikdə 5000 (beş min) manat ödənildiyini, əlavə olaraq bütün hissələrin dəyişdirildiyini, yəni ziyanın aradan qalxdığını, birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul edildiyini” göstərmişdir ki, kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki işin mübahisələndirilən halı Cavabdeh şikayətinin dəlillərindən də göründüyü kimi, yalnız avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə səbəb olmuş zərərin əvəzi kimi 10000 (on min) manatın ondan tutulmasına münasibətdə olmuş, apellyator ekspertizanı iddiaçı tərəfin keçirdiyini, məhkəmənin özəl ekspertin rəyinə istinad edərək avtomobilin qiymətinin aşağı düşməsi qənaətinə gəldiyini dəlillərində göstərmişdir ki, kollegiya bu dəlillərə münasibətdə qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 07 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh izahatında bildirmişdir ki, apellyasiya şikayətini mübahisələndirdiyi hissədə müdafiə edir, bununla bərabər iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş müstəqil ekspertin rəyi ilə razılaşmır. Hesab edir ki, həmin ekspert rəyi məhkəmədən kənar iddiaçının öz təşəbbüsü ilə keçirildiyindən obyektiv deyil və buna görə də məhkəmə tər əfindən ekspertiza keçirilməsini xahiş edir. Kollegiya apellyasiya şikayətinin tam, hərtərəfli və obyektiv araşdırılmaqla, tərəflər arasında yaranmış hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün və həmçinin apellyasiya şikayətinin dəlillərinə əsaslanaraq işə apellyasiya qaydasında baxılması zamanı 07 iyun 2024-cü il tarixdə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla müvafiq ekspert rəyi kollegiyaya təqdim edilənədək mülki işin icraatı dayandırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki, yəni 2023-cü ilin mart ayı tarixinə olan bazar qiyməti nə qədər olmuşdur?. 2. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan (avtomobilə dair fotoşəkillər, “AutoBox” avtoservis tərəfindən tərtib edilmiş qüsur aktı və digər iş materiallarında olan digər sənədlərə əsasən) nə qədər olmuşdur?. 3. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə (avtomobilə dair fotoşəkillər, “AutoBox” avtoservis tərəfindən tərtib edilmiş qüsur aktı və digər iş materia llarında olan digər sənədlərə əsasən) bazar qiyməti nə qədər olmuşdur?. 4. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan əvvəlki real bazar dəyəri ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar dəyəri arasındakı qiymət fərqi nə qədər olmuşdur?. 12 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 9/4859 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyinə əsasən 1-ci və 3-cü suallar üzrə 2013cü il buraxılışlı, “BMW markalı, “528İ minik” modelli, **-XA-*** dövlət nömrə nişanlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisə sindən əvvəlki vəziyyətdə 2023-cü ilin mart ayına nəzəri orta bazar qiyməti təxminən 27500,0 (iyirmi yeddi min beş yüz) manat müəyyən olunmuş, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% -2750,0 manat (27500,0 manat - 10%) aşağı olması istisna edilmədiyi müəyyən edilmiş, 2-ci və 4-cü suallar üzrə nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı, “BMW markalı, “528İ minik” modelli, **-XA-*** dövlət qeydiyyat nişanlı, avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmiş, o cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15060,00 (on beş min alt mış) manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 13020,00 (on üç min iyirmi) manat; Təmir- bərpa işlərinin qiyməti - 2040,00 (iki min qırx) manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10696,00 (on min altı yüz doxsan altı) manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8656,00 (səkkiz min altı yüz əlli altı) manat; Təmir- bərpa işlərinin qiyməti - 2040,00 (iki min qırx) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası “X8”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrəli qiymətləndirmə rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 9/4859 nömrəli ekspert rəyi arasında ciddi qiymət fərqləri və ziddiyyət olduğunu nəzərə alan kollegiya 07 oktyabr 2024-cü il tarixdə işin mübahisəli halların a aydınlıq gətirmək məqsədilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla, müvafiq ekspert rəyi kollegiyaya təqdim edilənədək mülki işin icraatı dayandırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki, yəni 2023-cü ilin mart ayı tarixinə olan bazar qiyməti nə qədər olmuşdur?. 2. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə (a vtomobilə dair fotoşəkillər, “AutoBox” avtoservis tərəfindən tərtib edilmiş qüsur aktı və digər iş materiallarında olan digər sənədlərə əsasən) bazar qiyməti nə qədər olmuşdur?. 3. 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli, “Sedan” tipli, **XA-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 1997 sm3, rəngi qara olan avtomobilin qəzadan əvvəlki real bazar dəyəri ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar dəyəri arasındakı qiymət fərqi nə qədər olmuşdur?. 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/8596 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” modelli (**-XA-*** dövlət nömrə nişanlı) normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə 2023-cü ilin mart ayına nəzəri orta bazar qiyməti təxminən 32500,0 (otuz iki min beş yüz) manat müəyyən olunmuş, xx.xx.2024-cü il tarixli 9/4859 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası üzrə rəyində qeyd edilən zədələnmiş hissələr nəzərə alınmaqla, qəzaya uğramış 2013-cü il buraxılışlı, “BMW” markalı, “528İ minik” model (**XA-*** dövlət nömrə nişanlı) avtomobilin əmtəə dəyərinin qəzaya uğramamış (normal vəziyyətdə) eyni buraxılış ili, eyni markalı, eyni model avtomobilin əmtəə dəyərindən təxminən (32500,0 manat - 20%) 6500,0 (altı min beş yüz) manat aşağı olması istisna edilmədiyi göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası “X8”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrə li qiymətləndirmə rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 9/4859 nömrəli ekspert rəyi arasında ciddi qiymət fərqləri və ziddiyyət olduğu nəzərə alınaraq keçirilmiş sonuncu ekspert rəyi əsasında geniş araşdırma aparılmış və ekspert rəyi kifayət qədər hərtərəfli əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş X2 ekspert rəyi və apellyasiya baxışı zamanı təqdim olunmuş ekspert rəyləri kollegiya tərəfindən iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, Azərbaycan Respublikası “X8”nin 09 oktyabr 2023-cü il tarixli, 139 nömrəli qiymətləndirmə rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 9/4859 nömrəli ekspert rəyi arasında ciddi qiymət fərqləri və ziddiyyət olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/8596 nömrəli ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/8596 nömrəli ekspert rəyi mübahisənin obyektiv hallarını özündə əks etdirdiyindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/8596 nömrəli ekspert rəyini mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin rəyi mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilməsi zamanı prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəylərdə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəylərin əsaslandırılmış olmasını da nəzərə almışdır. Beləliklə, qeyd edilənlərə əsasən iş materiallarının müqayisəli şəkildə tədqiqindən aydın olur ki, birinci instansiya məhkəməsi 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməs i ilə cavabdehdən avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat pulun alınaraq İddiaçı ödənilməsini müəyyən etməklə düzgün nəticəyə gəlməmiş və buna görə də qətnamə müvafiq hissədə, yəni avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə səbəb olmuş zərərin əvəzi kimi təmin olunmuş 10000 (on min) manata münasibətdə dəyişdirilməlidir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin: - 14.2 və 14.2.6-cı maddələrinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 21.1-21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyri nə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin qeyd olunan müddəalarının məzmunu onu deməyə əsas verir ki, öhdəlik bir şəxsin başqa şəxsə zərər vurması nəticəsində də yarana bilir və bu halda zərər dəyən şəxsin kreditor qismində çıxış etməklə borcludan vurulmuş zərəri n əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı halda isə zərərin ödənilməli olan əvəzi tam həcmdə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında sə bəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında o da qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəh ərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən,... Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Bəhs olunan plenum qərarında o da göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mö vcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət ver ərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə səbəb olmuş zərərin əvəzi kimi 10000 (on min) manat hissəsinin təmin olunmuş hissəsinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tə ləblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya iş üzrə keçirilmiş hər iki məhkəmə mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın ümumi dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə məsrəfləri adlanan 115-ci maddəsinə əsasən iş üzrə ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir və göstərildiyi kimi məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 9/8596 təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manatın 17.50 (on yeddi manat əlli qəpik) manat hissəsi İddiaçı, 32.50 (otuz iki manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC Cəfər Cabbarlı filialı vasitəsilə 26 iyul 2023-cü il tarixli, 15630 nömrəli qəbzlə (əməliyyat İD: 245865059, terminal nömrəsi: K0104003, büdcə səviyyə kodu: 142211) ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun 108 (bir yüz səkkiz) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün cavab deh tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 24 aprel 2024-cü il tarixli, 10156 nömrəli qəbzlə (əməliyyat İD: 458876096, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun 30 (otuz) manatı iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 402.1-ci maddəsinə əsasən “ Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,..... az olan iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.” Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 382, 384.0.3, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(078)-1151/2023 nömrəli qətnaməsi avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə səbəb olmuş zərərin əvəzi kimi 10000 (on min) manat hissəsinin təmin olunmuş hissəsinə münasibətdə dəyişdirilsin. Cavabdeh avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 6500 (altı min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. A zərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış 9/8596 təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manatın 17.50 (on yeddi manat əlli qəpik) manat hissəsi İddiaçı, 32.50 (otuz iki manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, Kodu-210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, S.W.İ.F.T BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************-ə keçirilsin. İddiaçı tərəfindən "xxxx" ASC Cəfər Cabbarlı filialı vasitəsilə 26 iyul 2023-cü il tarixli, 15630 nömrəli qəbzlə (əməliyyat İD: 245865059, terminal nömrəsi: K0104003, büdcə səviyyə kodu: 142211) ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsum unun 108 (bir yüz səkkiz) manatı Cavabdeh tutularaq iddiaçıya qaytarılsın, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 24 aprel 2024-cü il tarixli, 10156 nömrəli qəbzlə (əməliyyat İD: 458876096, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142214) ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun 30 (otuz) manatı İddiaçı tutularaq cavabdehə qaytarılsın. Qətnamə qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar