Məhkəmə qərarları › İş №2(108)-126/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-126/2022

07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-126/2022 07.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi (sədrliyi və məruzəsi ilə), hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "X4” otelinə və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, "X4” otelinin işçisi Cavabdeh2 13 iyun 2021 -ci il tarixdə törətmiş olduğu yol-nəql iyyat hadisəsi nəticəsində "Audi A3 " markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzini təşkil edən 15184 manat məbləğində pul vəsaitinin "X4” otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "X4” otelindən və Cavabdeh2 15184 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilmişdir. Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən narazı qalan X2 12 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin ona ai d hissədə ləğv edilməsini xahiş etmişdir. Mülki iş X1 verdiyi apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətini imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzala nmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, verilmiş apellyasiya şikayəti işdə vəzifəsi və prosessual vəziyyəti məlum olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti cavabdeh "X4” otelinin mənafeyinin müdafiəsi məqsədilə verilsə də iş üzrə cavabdeh otelin adından deyil, işdə iştiraka cəlb edilməyən N.Abbasovanın özü tərəfindən verilmiş və qətnamənin ona aid olan hissəsinin ləğv edilməsi xahiş edilmişdir. Halbuki, iş üzrə "X4” oteli cavabdeh olaraq tanınmış və iddia "X4” otelinə münasibətdə təmin edilmişdir. Eləcə də apellyasiya şikayəti verən N.Abbasovanın cavabdeh "X4” oteli ilə hüquqi əlaqəsini təsdiq edən sübutlar yoxdur. Belə ki, iş materialında olan N.Abbasova ilə bağlanmış icarə müqaviləsinin müddəti keçmiş (iş vərəqə 84), eləcə də onun otelə rəhbər vəzifəsini təsdiq edən sübutlar müəyyən edilmir. Ümumiyyətlə, apellyasiya şikayəti işdə iştirak edən şəxs tərəfindən verilməmiş və işdə iştirak edən şəxs olaraq və ya onu təmsil edən nümayəndə olaraq N.Abbasovanın prosessual vəziyyəti apellyasiya şikayətində göstərilməmişdir. Apellyasiya şikayətinin tələblə bağlı hissəsində iddiaya olan münasibət də əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, apellyasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş birinci instansiya m əhkəməsinə qaytarılmalıdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən X1 İddiaçı cavabdeh "X4” otelinə və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə hazırkı vəziyyətdə X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün prosessual əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Resp ublikası MPM-in 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Ona görə də, a pellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı cavabdeh "X4” otelinə və Cavabdeh2 qarşı "zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Re spublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar