Məhkəmə qərarları › İş №2(108)-135/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-135/2023

25.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-135/2023 25.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadı ilə Şərur rayon Düdəngə kəndində yerləşən ½ payların müəyyən olunmaqla birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 adlarına qeydiyyata alınmış 0.1079 ha həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payının naturada ayrılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması, iddiaçı tərəfindən Kapital Bank ASC-in X1 Xəzinədarlıq Orqanının hesabına xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı geri ödənilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Düdəngə kəndində yerləşən ½ payların müəyyən olunmaqla birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 adlarına qeydiyyata alınmış 0.1079 ha həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü i l tarixli, 2(110)-711/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Şikayətin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan İddiaçı 09 avqust 2023-cü ildə şikayət ilə məhkəməyə müraciət edərək 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada İddiaçı şikayəti aparılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. 22 avqust 2023-cü ildə İddiaçı məhkəməyə şik ayət verərək şikayətinin təmin edilməsini, eyni zamanda həmin tarixli buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti ilə məhkəmənin 10 iyul 2023-cü il tarixli qərardadından şikayətinin verilmə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməklə məhkəmənin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadından şikayət vermək üçün buraxılmış müddət bərpa edilmişdir. 05 sentyabr 2023-cü tarixdə Şərur Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İd diaçı şikayətini onunla əsaslandırmışdır ki, onun iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Düdəngə kəndində yerləşən ½ paylarının müəyyən olunmaqla birgə mülkiyyət hüququ ilə onun və Cavabdeh1 adlarına qeydiyyata alınmış 0.1079 ha həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)- 711/2023 nömrəli qərardadı ilə icraata qəbul edilməyərək geri qaytarılmışdır. Səbəb də bu göstərilmişdir ki, iddia ərizəsində iddiaçının tələbinin nədən ibarət olması aydın şəkildə öz əksini tapmamış, iddia tələbi “torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi y aşayış evinin ortasından keçməklə torpaq sahəsindən ½ payın naturada ayrılması kimi qeyd olunmuş, özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamış, həmçinin iddia tələbində özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması göstərilməmişdir”. Onun məhkəməyə göndərdiyi şikayətində göstərilənlərə münasibətini bildirərək Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayon Düdəngə kəndində yerləşən ½ payların müəyyən olunmaqla birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 adlarına qeydiyyata alınmış 0.1079 ha həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçmə klə torpaq sahəsindən ½ payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şərur rayon Düdəngə kəndində yerləşən 0.1079 hektar yaşayış məntəqələrinin torpaq sahəsi xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqi ilə ½ hissədə Cavabdeh1 və İddiaçı adına qeydiyyata alınmışdır. İddia ərizəsi və şikayətin dəlillərindən göründüyü kimi, İddiaçı adlarına qeydə alınmış 0.1079 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili olan fərdi yaşayış evinin ortasından keçməklə torpaq sahəsindən payının naturada ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə veri ldikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində öz tələbinin nədən ibarət olmasını dəqiq göstərməmiş və həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili kimi göstərdiyi həmin tikiliyə münasibətdə hər hansı bir sübutlarını təqdim etməmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(110)-711/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar