Məhkəmə qərarları › İş №2(108)-141/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-141/2021

13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-141/2021 13.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququna dair maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayonu, Gümüşlü kəndind ə yerləşən X2 həyətyanı torpaq sahəsində inşa etdiyi tikililərə Cavabdeh tərəfindən edilən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə dair maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququna dair maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi geri qaytarılmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilmələri izah edilmişdir. Məhkəmənin qərardadından narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 18 iyun 2021-ci il tarixdə şikayət ilə Şərur R ayon Məhkəməsinə müraciət edərək Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadının ləğv edilməsi, işin icraata qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şərur Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququna dair maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri şikayət əsaslı hesab edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçılar şikayətini onunla əsaslandırmışlar ki, qərarda iddia ərizəsinin qaytarılması üçün əsas kimi daşınmaz əmlaka sahiblik və istifadə hüququna dair sənədlərin əlavə olunmaması göstərilmişdir. İddialarında tikililərin yerləşdiyi ərazinin X1 mülkiyyətində olması, bilavasitə mülkiyyətçinin razılığı ilə həmin tikililər aparıldığından, onlarda həmin tikililərə aid mülkiyyət sənədin olması qeyri-mümkündür. Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 13 iyul 2021-ci il tarixli ərizəni kollegiyaya təqdim edərək Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadından verdikləri şikayətdən imtina etdiklərini bildirərək ərizənin nəzərə almaqla şikayət üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etdilər. Kollegiya iş üzrə məruzəçinin məruzə sini dinləyib, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətdən imtina barədə 13 iyul 2021-ci il tarixli ərizəsini müzakirə edərək, belə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətdən imtinasının rədd edilməsi üçün əsaslar olmadığından, yəni, şikayətdən imtina qanuna uyğun olduğundan və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli və iddiaçılara münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci fəsli olan “Birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi” fəslində qərardadlardan verilmiş şikayətlərdən imtina olunması və bununla bağlı tənzimlənmə qaydaları nəzərdə tutulmasa da, həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə ed ilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edə bilər. Buna görə də kollegiya hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadından verdikləri şikayətdən imtina etməsinə münasibətdə analogiya üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina ilə əlaqədar normaları tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya sı məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququ üzrə sahibl ik və istifadə hüququna dair maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(110)-439/2021 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətdən iddiaçılar İddiaçı1 və İddiaçı2 imtinası qəbul edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar