Məhkəmə qərarları › İş №2(108)-148/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-148/2025

03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-148/2025 03.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi (açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilməsi barədə məhkəmə aktından verilmiş şikayət) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya m əhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı 11 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 (on beş min) manat məbləğində pulun və iş üzrə ödədiyi 135 (bir yüz otuz beş) manat miqdarında dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2).

2. Babək Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 14500 (on dörd min beş yüz) manat məbləğində pul vəsaiti və 130.50 manat (bir yüz otuz manat, əlli qəpik) miqdarında dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdi (iş vərəqə 125-133). b) Məhkəmə aktından verilən şikayət

3. Cavabdeh2 18 iyul 2025-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə qətnamədən apellyasiya şikayəti versə də, Babək Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmışdır (iş vərəqə 140-144 və 160-162).

4. Cavabdeh2 20 avqust 2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadı ilə onun Babək Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tari xli, 2(079)-211/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (iş vərəqə 176-178 və 197-200)

5. Sözügedən cavabdeh 05 sentyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Məhkəmənin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 saylı qərardadını ləğv edərək, həmin məhkəmənin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddəti bərpa etməklə apellyasiya şikayətinin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 205-207). c) Şikayətin əsaslandırılması

6. Cavabdeh2 şikayətini əsaslandıraraq qeyd e tmişdi ki, yaşlı və savadsız bir qadın olduğundan və elektron kabinetin nə olduğunu bilmədiyindən həmin qətnamənin elektron kabinetə yerləşdirilməsindən xəbəri olmayıb. Yalnız 21 iyun 2025-ci il tarixdə poçtalyon tərəfindən Babək Rayon Məhkəməsinin qətnaməsi onlara rəsmi qaydada təqdim edilmişdir. Həmçinin azyaşlı nəvəsi ağır xəstə olduğundan xx.xx.2025-ci il tarixdə müalicə üçün Türkiyə Respublikasının Ankara şəhərinə aparmışlar. Oradan qayıtdıqdan sonra xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verib. Babək Rayon Məhkəməsinin qərardadından görünür ki, məhkəmənin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətini onun verilmə müddəti bitdikdən bir gün sonra verib. Bu müddətin isə məhkəmə tərəfindən üzrlü hesab edilə bilən bir müddət olduğunu düşün ür. Odur ki, hüquqlarının məhkəmədə davamlı müdafiəsini həyata keçirməsi məqsədilə həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına çox ehtiyacı var. Onun müraciətinə həssas yanaşılmasını xahiş edir. ç) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə

7. Mülki iş materiallarında olan Babək Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli qərardadından aydın olur ki, Cavabdeh2 verdiyi şikayət əsaslı hesab edilməmiş, onun mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 218-220).

8. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 17 sentyabr 2025-ci il tarixdə daxi l olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.

9. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

10. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

11. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərard ad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

12. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyas ı məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxla yaraq bildirir ki, Cavabdeh2 müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi

14. Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadından Cavabdeh2 verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

15. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə ic raatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

16. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

17. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə i nstansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarları).

19. İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin X2rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).

20. Həmçinin həmin Məhkəmənin X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).

21. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

22. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya m əhkəmələrini əhatə etdiyindən və hazırkı mübahisə isə Cavabdeh2 şikayəti onun Babək Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına, yəni mübahisəyə apellyasiya instansiyası məhkəməsində baxılmasının çatımlılığına yönəlmişdi. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün qanunla müəyyənləşdirilmiş bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla nəzərdə tutulmuş müddətə əməl edilməklə verilməsidir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

24. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normaya görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sah ibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər ü zrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə mə lumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, tərəflər arasında olan mübahisə üzrə 11 iyun 2025-ci ildə çıxarılmış Babək Rayon Məhkəməsinin 2(079)-211/2025 nömrəli qətnaməsi 17 iyun 2025-ci ildə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdi (iş vərəqə 134-135).

26. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3 və 101.5-ci maddələrini şikayət edən şəxsin diqqət inə çatdıraraq qeyd edir ki, həmin prosessual normaların mahiyyətinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

27. Bu prosessual normaların tələbi onu göstərir ki, şəxsin elektron kabinetinə yerləşdirilmiş məhkəmə sənədi şəxsə başqa qaydada təqdim edilməməlidir. Məhz bu səbəbdən də Mülki-Prosessual Məcəllənin 135-ci maddəsi bu qaydada verilmiş məhkəmə sənədini rəsmi qayda da təqdim edilmiş hesab edir.

28. Qeyd edilənlər isə onu deməyə imkan verir ki, rəsmi qaydada təqdim edilmiş Babək Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qətnaməsi üzrə Cavabdeh2 apellyasiya şikayəti vermə müddəti 17 iyul 2025-ci ildə saat iyirmi dörddə bitmişdi.

29. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 30. – 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesa blanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 31. – 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına v erilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

32. Cavabdeh2 Babək Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsinin üzrlü səbəbini özünün yaşlı qadın kimi elektron kabinet barədə məlumatsızlığı və nəvəsinin xəstə olması ilə əsaslandırmışdı.

33. Cavabdehin birinci dəlilinə münasibətdə kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki-Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mül ki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

34. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elekt ron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.

35. Qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edi lmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

36. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığ ı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

37. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

38. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

39. Qanunun aliliyi prinsipinin tələbi baxımından kollegiya Cavabdeh2 elektron kabinet barədə anlayışının olmaması ilə bağlı dəlili q anunauyğun və əsaslı hesab etmir.

40. Cavabdehin şikayətində qeyd etdiyi digər dəlilə, yəni nəvəsinin xəstə olması ilə bağlı Azərbaycan Respublikası hüdudlarından kənarda olmasına gəldikdə isə onun nə şikayətə bununla bağlı sübut əlavə etməsi, nə də prosessual müddətin bərpası ilə bağlı Babək Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında məhkəməyə sübut təqdim etməsi müəyyən edilmir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Qeyd edilən prosessual normanın məzmunundan da görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çə kişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 43. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməs i yükü bütünlüklə tərəflərin üzərinə düşür. 44. "Elektron məhkəmə" informasiya sistemində Cavabdeh2 sərhəd keçmə məlumatlarına nəzər yetirdikdə aydın olur ki, o, 25 iyun 2025-ci ildə Sədərək dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası ərazisini tərk etmiş və 03 iyul 2025-ci il tarixdə həmin buraxılış məntəqəsindən ölkəyə giriş etmişdi. Bu fakt cavabdehin səkkiz gün Azərbaycan Respublikası ərazisində olmamasını sübut etsə də, onun ölkə ərazisini nə məqsədlə tərk etməsini mülki iş materiallarından müəyyən etmək mümkün olmur. Həmçinin cavabdeh qanunvericiliklə ona verilmiş bir aylıq müddətin səkkiz günü istisna olmaqla, qalan hissəsində (22 günlük müddətdə) nə üçün apellyasiya şikayəti verməməsi ilə bağlı da məhkəməyə sübut təqdim etməmişdi.

45. Bundan əlavə Babək R ayon Məhkəməsi tərəfindən onun apellyasiya şikayəti 28 iyul 2025-ci ildə geri qaytarılaraq, bu barədə qərardad onun elektron kabinetinə həmin tarixdə yerləşdirilsə də, Cavabdeh2 buraxılmış prosessual müddətin bərpasına dair müraciətini apellyasiya şikayətinə əlavə edib, məhkəməyə yenidən müraciət etməsini 20 avqust 2025-ci ildə, yəni 23 gün sonra həyata keçirmişdi. Edilməli olan prosessual hərəkətin elə də ciddi vaxt tələb etməməsinə (apellyasiya şikayəti əvvəldən tərtib edildiyi üçün, yalnız buraxılmış müddətin bərpasına dair ərizəni tərtib edib, buna dair sübutları əlavə edərək onunla birlikdə məhkəməyə təqdim etməsi ilə bağlı hərəkət) baxmayaraq Cavabdeh2 müddətin bərpasına dair ərizəni 23 gün sonra məhkəməyə təqdim etməsini kollegiya da üzrlü səbəb kimi qəbul etmir. Çünki qanunverici liyin belə müddətləri müəyyən etməkdə məqsədi proses iştirakçılarını intizamlandırmaq, hüquqi pozulmuş şəxsin hüquqlarının bərpasını vaxtında təmin etmək, bunun üçün qeyri-müəyyən müddət axımının qarşısını almaq, ən başlıcası isə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan məhkəmə aktlarının vaxtında icraya yönəlməsini təmin etməkdir.

46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

47. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya cavabdehin barəsində hüquqi həllindən danışılan dəlilini də əsaslı hesab etmir.

48. Qeyd edilənlərin nəticəsi olaraq kollegiya Babək Rayon Məhkəməsini n 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadını qanuni, Cavabdeh2 şikayətini isə əsassız hesab edir.

49. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

50. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 51. -İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabd eh2 tərəfindən Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; 52. - Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imt ina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

54. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

55. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə q ə r a r v e r d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(079)-211/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikay əti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Vera Kuimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar