Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-149/2025 15.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(090)-100/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 830 manat məbləğində pulun, faizi ilə birlikdə 64 manat məbləğində cərimə cəzasının (cəmi birlikdə 894 manat məbləğində pulun) və iş üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(090)-100/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi və iddia qaldırılan zaman ödənilən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(090)-100/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. A pellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı İddiaçı 15 oktyabr 2025-ci il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, cavabdehin təqsiri səbəbindən ona dəymiş ziyanın müəyyən hissəsinin qarşılandığını, onunla razılığa gəldiklərini, bu səbəbdən də Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(090)-100/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar iddiaçının ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin; - 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. - 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. - 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən İddiaçı apellya siya şikayətindən imtinası qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Şahbuz rayon filialı vasitəsilə 01 sentyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə (əməliyyat İD: **********, terminal nömrəsi: K0134002, büdcə səviyyə kodu: 142211) ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(090 )-100/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən İddiaçı imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata хitam verilsin. Kapital Bank” ASC-nin Şahbuz rayon filialı vasitəsilə 01 sentyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzlə (əməliyyat İD: **********, terminal nömrəsi: K0134002, büdcə səviyyə kodu: 142211) ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İşdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-149/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-149/2025
15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver