Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-151/2023 13.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən sədrlik edən hakim X2 qarşı edilmiş etiraza açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3 baş inəyin, 3 baş dananın, 1 baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 manatın və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 21 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 09 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tələb etdiyi əmlakların Cavabdeh qızı-onun həyat yoldaşı Nümayəndə2 ilə birgə nikah dövründə qazanılan əmlak olduğundan və bu səbəbdən də Nümayəndə2 maraqlarına toxunduğundan onun cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi məhkəmə prosesinə daxil edildiyi üçün iddiaçı onların birgə nikahda olduqları müddətdə 25 aprel 2022-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə ******* nömrəli fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi imzalayaraq 36 ay müddətinə, ayda 173.33 manat qaytarmaqla 5000 (beş min) manat miqdarında kredit götürdüyünü, Nümayəndə2 bu ilin fevral ayının 11-də ata evlərinə gələndən sonra onun təklikdə 1336.00 manat banka kredit ödədiyini, hazırda banka 2097 manat borcunun qaldığını bildirərək, iddia tələbinin həcminin artırılaraq təklikdə banka ödədiyi pulun yarısı olan 668.00 manatın cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Nümayəndə2 alınıb ona verilməsi və banka qalan 2097.00 manat borcun yarısı olan 1048.50 manatın ona aid edilməsi tələbini əlavə edib iddia tələbinin artırılmış həcmdə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair mülki iş üzrə İddiaçı 21 avqust 2023-cü il tarixli ərizəsin in təmin edilməməsi, hazırki mülki iş üzrə iddia tələbinin dəyişdirilmədən saxlanılması, İddiaçı Cavabdeh qarşı 3 baş inəyin, 3 baş dananın, 1 baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 manatın və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı 21 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, mülki işin məhkəmə hazırlıq iclasının gedişindən narazı qaldığı üçün müxtəlif dövlət orqanlarına sədrlik edən hakim Daşqın Səfərovdan yazılı şikayətlər etdiyini, ona görə də hakim Daşqın Səfərovun onun işinə ədalətli baxmayacağını, onun sədrliyi ilə işə baxılmasına etiraz etdiyini, etirazının qanuni həll edilməsini xahiş etmişdir. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq belə he sab edir ki, etiraz təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 1-3-cü bəndlərində qeyd olunur ki, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin fəaliyyəti və hakimlərin müstəqilliyi Azərbaycan Respublikasının ali qanunu olan Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda öz təsbitini tapmışdır. Belə ki, istinad olunan normalardan da aydın olur ki, hakimlər işlərə baxarkən müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. İddiaçının ve rdiyi etiraz ərizəsindən aydın olur ki, o, hazırlıq iclasının gedişindən narazı qaldığı üçün müxtəlif dövlət orqanlarına sədrlik edən hakim Daşqın Səfərovdan yazılı şikayətlər etmiş, bunun nəticəsində də hakimin işə obyektiv və qərəzsiz baxacağı onda şübhə yaratmış və buna görə də o, iş üzrə sədrlik edən hakimə etiraz etmişdir. Kollegiya iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin sədri X2 etdiyi etirazı tamamilə mülahizə xarakterli hesab edərək, əsassız sayır və qeyd edir ki, ərizədə göstərilən dəlillərin hər hansı hüquqi və faktiki əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğ uran kifayət qədər əsas varsa, hakim tərəfindən işə baxılmasına yol verilmir. Kollegiya belə hesab edir ki, etiraz ərizəsində göstərilən dəlil öz təsdiqini tapmadığından müvafiq etiraz Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 19.1.7-ci maddəsində nəzərdə tutulan halın tətbiqi üçün əsas deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair mülki iş üzrə İddiaçı məhkəmə iclasına sədrlik edən Şahbuz Rayon Məhkəməsinin sədri X2 qarşı etirazı təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri t ələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən sədrlik edən hakim X2 qarşı edilmiş etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-151/2023
Ali Məhkəmə Qərardad — İş №2(108)-151/2023
13.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver