Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-154/2023 06.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun və iş üzrə ödənilmiş 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat dövlə t rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 44440 (qırx dörd min dörd yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsininin ləğv edilib, iddianın rədd olunması barədə qətnam ə qəbul edilməsini kollegiyadan xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinin mümkünlüyünün yoxlanıl ması üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında şikayətin mümkün hesab edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, nəticədə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafi q son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinin tələbinə görə maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllən in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-366.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmas ı daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki iş materialları nəzərdən keçirilərkən aydın olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun və iş üzrə ödənilmiş 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsi ilə iddianın təmin ed ilməsi, Cavabdeh 44440 (qırx dörd min dörd yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məktubdan (İ cild iş vərəqə səh.108) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin yaşayış yeri üzrə Qabıllı kəndinə göndərilmiş, iş materiallarına əlavə olunmuş F.119-dan (İ cild iş vərəqə səh.111) göründüyü kimi yekun məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən şəxsən imza edilərək qəbul edilmişdir. Mülki iş materiallarından və elektron məhkəmə sistemindən göründüyü kimi qətnamənin qəbul olunmasından 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-c ü il tarixdə cavabdeh vəkili və nümayəndəsi vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin vəkili və nümayəndəsi tərəfindən şikayət verilərkən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmiş, buna baxmayaraq birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin məcburi tələblərini nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki kollegiya hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq hazırki qətnamədən apellyasiya şikayəti ve rilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair şikayətə ərizə əlavə olunmalı, müddətin bərpasına dair apellyatorun dəlilləri araşdırılmalı, buraxılmış müddətin üzrlü hesab olunması üçün əsaslar mövcud olduğu halda müddət bərpa olunmalı və şikayət apellyasiya instansiya məhkəməsinə göndərilməli idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Mülki Prosessual Məcəl lənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 360-cı maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(111)-167/2023 nömrəli qətnaməsindən mülki iş üzrə Cavabdeh və onun vəkil i və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-154/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-154/2023
06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver