Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-159/2021 28.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-14/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 02 iyul 2021ci il tarixli, 2(078)-14/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı çəkilən xərcin alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilməklə Cavabdeh ünvan 1 ünvanda yer ləşən torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 21239.77 (iyirmi bir min iki yüz otuz doqquz manat yetmiş yeddi qəpik) manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 13.04.2020-ci il tarixdə 36124 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23.40 (iyirmi üç manat qırx qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün 06 mart 2020-ci il tarixdə verilmiş 003728 nömrəli qəbzlə ödənilmiş 450 manat xidmət haqqının 350 manatının Cavabdeh alınaraq iddiaçıya qaytarılması, tələbin vəkil xərcinin digər hissəsinə münasibətdə isə rədd edilməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza x ərci olan 100 (bir yüz) manatın Cavabdeh alınaraq X2 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************) qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində tikdiyi tikililərə çəkilmiş 27259 (iyirmi yeddi min iki yüz əlli doqquz) manat xərcin və məhkəmə məsrəfi olan 450 (dörd yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-14/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabde h 05 avqust 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməsini, ona (yəni iddiaçıya) 3000 manat pul verilməsi və bütün tikinti materiallarının sökülüb aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmisi 2009-cu ildə Ukraynadan gələndən sonra az bir müddətdə qardaşı Baxşəlinin evində qalıb təkrarən Ukraynaya qayıtmış, bir müddətdən sonra əmisi yenidən Azərbaycana gəlmiş və yenə də qardaşı Baxşəligilə getmişdir. Az bir müddətdən sonra orada olan söz-söhbətə gö rə İddiaçı qardaşı Baxşəlinin evindən çıxmalı olmuşdur. X8 Qaraçuq kənd məktəbində gözətçi işinə düzəltmiş, kirayədə yaşamağa maddi imkanı olmadığından elə məktəbin özündə ona balaca bir otaq da verilmiş və orada yaşamağa başlamışdır. Əmisi həmin dövrlərdə kənddə bir neçə evdə yaşamış və harada yaşamasından asılı olmayaraq onun yeməyi onların evindən gedirdi, pal-paltarı onun yoldaşı tərəfindən yuyulmuş, özü də gəlib onların hamamında yuyunurdu. Cavabdehin yaşadığı evdə ayrıca girişi olan bir otağı iddiaçıya təklif edib ki, gəlib yaşasın. Kənd içində onun müxtəlif adamların evlərində yaşaması ona ağır gəlirdi. Lakin əmisi həmin otaqda yaşamaq istəmədi. Cavabdehin həyətində bacısının yoldaşı Bayram tərəfindən gətirilmiş çoxlu sayda beton bloklar olmuşdur. Bir gün işdən gələndə əmisinin həyə tdə 4x4 metr ölçüdə him qazdığını görmüş, soruşanda bildirib ki, burada bir otaq tikmək istəyir. O isə həmin himi genişləndirib 2 otaq (10 m x 4 m, əmisindən sonra həmin otaqlardan özünün istifadə etməyi üçün) və şüşəbənd üçün him qazdırıb yerinə bloklardan düzdürmüşdür. (şüşəbəndin himinin yarısını blokla etmişəm). Otaqların və şüşəbəndin içərisini torpaqla doldurub 4000 ədəd tuğlanı Çeşməbasar kəndindəki kərpic zavodundan alıb həyətlərinə gətizdirmişdir. Sürücü özü ilə 2 fəhlə gətirmiş, onlar da tuğlanı həyətə boşaltmışlar və o da onların pulunu ödəmişdir. Sonra usta gətizdirib otaqları tikdirmiş, otaqların qapı, pəncərələri, üstünün ağacları və taxtaları, şiferinin altının taxtaları cavabdehin və bacılarının köməkliyi ilə edilib. O əmisinin yaşaması üçün ona ev tikdiyindən bacıları, xal asıoğlu ona çox xərc düşməsin deyə köməklik göstəriblər. Otağın birinin gəcini də vurdurub. O həmin vaxtı əmisinə, demişdir ki, sənə evi tikirəm ölənə kimi burada yaşa. Məhkəmə onun gördükləri işləri, aldığı materialları da əmimin adına çıxaraq qanunsuz qərar qəbul etmişdir. Əmisi ilə mübahisələrinin başlanmasına səbəb onların tövlə həyətinə gedən maşın yolunun iddiaçı tərəfindən bağlanması və oradan qaz xəttinin çəkməsi olmuşdur. İddiaçı ondan Naxçıvan şəhər Prokurorluğuna və Ombudsmana şikayətlər etmişdi. O öz həyətində əmisinə ev tikərkən bunu onun yaşaması üçün etmişdi. İstəmirdi ki, o gündə bir qapıda qalsın. Heç zaman torpağını ona vermək fikrində olmamışdır. X1 ifadəsində 250 ədəd kubiki Elşənin həyətinə tökdüyünü göstərmişdir. Lakin məhkəmə həmin kubiklərə qiymət qoyarkən birinin q iymətini “briket” kubik daşı (tökmə kubik) ilə eyni qiymət - 0.50 manat qiymətləndirmişdir ki, bu da düzgün deyildir, razılaşmaq olmaz. Əmisi İddiaçı yaşaması üçün cavabdeh tikdiyi 2 otaqda aşağıdakı işləri görmüşdür:
1. Yaşayış evinin himinin qazılması, himə şeben verilməsi, beton blokların himə, sokola kran vasitəsilə düzülməsi. Bu işdən mən, əmim və əmim Tofiqin oğlu Elnur Vəliyev iştirak edib. X5 məhkəməyə dəvət edib şahid kimi dindirilməsini xahiş edir.
2. Sokolun içərisinin torpaqla doldurulması, blokların arasında olan boşluqların mişar daşı (bakı kubiki) ilə hörülməsi
3. İki otağın aldığım 4000 tuğla ilə İlqar usta tərəfindən hörülməsi, pulunun verilməsi. İşlənmiş tuğladan 300-400 ədədi artıq qalmışdır.
4. Otaqların üstünün ağacları və taxtasının hamısı onun tərəfimdən gətirilib yığılıb və əmisi ilə birlikdə işləmişlər.
5. Şiferin altının materialı onun tərəfindən gətirilib.
6. Otaqların qapı və pəncərələrinin hamısı (2 qapı və 2 pəncərə) ona aiddir.
7. Bir otağın gəclənməsi Əmisinin həyətdə tikdiyi əlavə tikililər cavabdehin aldığı tuğladan qalanlardan istifadə etməklə tikmişdir. Həmin tikililərin ağac-taxtası da həyətdən götürülüb. Həmin materiallardan hələ də həyətlərində qalır. Həyətin çəpəri onun tərəfindən əmisindən əvvəl çəkilmişdir. Ekspert rəyində 1, 3, 4, 6, 13 (həyətyanı sahə), 18, 29, 30 nömrə ilə göstərilən işlər onun tərəfindən edilmiş və onlara çəkilən xərc ümumilikdə 5731 manat təşkil edir (1. 1203 manat, 3 - 292 manat, 4 - 2571 manat, 6 - 1 5 1 manatlıq o iş görmüş, 177 manatlıq isə əmim iş görüb) 13 (həyətyanı sahə - 60 manat, 18 - 1.294 manat, 2 9 - pəncərələrin ikisi onun tərəfindən qoyulub, 30 - qapıların ikisi onun tərəfindən qoyulub - 60 manat). Ekspert rəyində göstərilən digər işlər əmisi tərəfindən görülüb, lakin onlara qoyulan qiymətlər çox yuxarı göstərilib və elə işlər yazılıb ki, onlar heç olmayıb: 2 - Bünövrəyə tuğla daşı işlənməyib 5 - daxili divarlar sement və qum məhlulu ilə suvanmayıb 6- 177 manatlıq əmisi iş görüb 7 - 298 manat 8- 317 manat 9- 50 manat 10 - 204 manat 11 - 21 manat 12 - otaqların döşəməsinin gəc məhlulu ilə hamarlanması heç yerdə metr kvadratı 10 manatdan görülmür. Bunu ustalar bu işin kvadrat metrini 3 manata görürlər. 171 manat. 13 - döşəmənin və dəhlizin sement məhlulu ilə suvanmasın 1 kvadrat metri 3 manatdır. 64 manat + 172 manat + 24 manat = 260 manat 14- 189 manat 15- 82 manat 16 - sementlə h amarlanma 3 manatdan götürülür. 18 + 27 + 4 = 49 manat 17- 69 manat 19- 172 + 126 + 40 = 338 manat 20 - 247 manat 21- 131 manat 22- 49 manat 23- 21 manat 24 - 26 + 52 + 18+ 12= 108 manat 25- 218 manat 26 - dam örtüyünə az bir şifer düzülüb, mismarlar vurulmayıb, özü də bunu əmisi ilə o edibdir 27 -22 manat 28 28- 94 manat 29 29- 250 manat 30 30- 60 manat 31 - 60 manat 32 - 650 manat 33 - bu iş təkrar olaraq iki dəfə göstərilib (həyətyanı sahədə görülmüş işlər N 7) 34 - 25 manat 35 - 45 manat 36 - 120 manat 37 - kombi sisteminin quraşdırılması avadanlıqlarla birlikdə 1468 manat edir 38 - 120 manat 39 - 420 manat 40 - 380 manat 41 - 200 manat Cəmi - 6415 manat. Həyətyanı sahədə görülmüş işlər: 1 - Himin qazılması 4 manatdan aşağı olur. 82+ 75 + 11 = 168 manat 2 - 1066 ədəd tuğlanın hara i şlənməsini bilmir - 479 manat 3 -182 manat 4 - 89 manat 5 - 30 + 43 + 6 =79 manat 6 - 43 + 59 + 8 =110 manat 7 - 200 manat 8 - (32-də 650 manat yazılıb) bu da təkrardı 9 - 162 + 216 + 29 = 407 manat 10 - Bu ölçüdə hovuza 150 manat pul gedər 11- 100 manat 12 — 30 manat. 14- 600 manat (bu işlər barədə məlumatı yoxdur, yerində baxılsın) 15- təkrar Cəmi -2595 manat. Əmisinin gördüyü işlər 9010 manat edir. Lakin çox işlərdən xəbəri olmadığı üçün rəydə göstərilənləri yerində yoxlamaq lazım olduğunu bildirir. Ekspert rəyində göstərilən işlərin çoxu olmamış (şiferin vurulması, zibilin nəqliyyatla daşınması, otaqların sement məhlulu ilə şkaturka olunması, fundamentə tuğla işlənməsi, hovuza qəlib vurulub beton tökülməsi, su-kanalizasiya işlərinin iki dəfə təkrarlanması, elektrik işinin iki dəfə tə krarlanması və sair), göstərilən qiymətlər şişirdilərək çox yüksək göstərilmiş, onun çəkdiyi xərclər, ona gorə tikiliyə verilmiş materiallar nəzərə alınmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Əmisinin həyətdə əlavə tikdiyi tikililərin heç bir dəyəri yoxdur, əksinə həyəti korlayır. Onun tikdiklərindən heç kim istifadə etməz. Ailəsini ancaq dolandırır, onun iddiaçıya o qədər pulu verməyə maddi imkanı yoxdur. Məhkəmə bütün halları tam araşdırmadan, iş üçün əsas olan şahidləri dindirmədən, tikiliyə yerində baxış keçirmədən, düzgün olmayan reallığı əks etdirmədən ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin ləğv edilməsini, iddiaçıya 3000 manat pul verilməsi və bütün tikinti materiallarının sökülüb aparılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında əmisinin həyətdə əlavə tikdiyi tikililərin heç bir dəyərinin olmadığını, əksinə həyəti korladığını, ekspert rəyinin şişirilərək çox yüksək göstərildiyini, ailəsini ancaq dolandırdığını, onun iddiaçıya o qədər pulu verməyə maddi imkanı olmadığını, Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-14/2021 nömrəli məhkəmənin qətnaməsinin ləğv edilməsini, iddiaçıya 3000 manat pul verilməsi və bütün tikinti materiallarının sökülüb aparılması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Elşənin və anası İmminin razılığı ilə qardaşı oğlu Elşənə məxsus Naxçıvan şəhəri, Bulqan kəndində olan 0.0598 ha torpaq sahə si üzərində 2 otaq, 1 aynabənd, hamam, tualet tikdiyini, aynabəndin altında zirzəmi saldığını, evin qabağında həyətdə toyuq damı, əl damı, hovuz, yenə hamam-parnoy-tualet tikdirib bütün bunları əsaslı təmir etdirdiyini, Elşənin evi tikərkən razılaşdığı halda 10 il keçdikdən sonra indi ondan evdən çıxmağını tələb etdiyini, onun tikililəri tikmək üçün iddia ərizəsində göstərdiyi məbləğdə xərcləri çəkdiyini və bunun ekspert rəyində də müəyyən olunduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-14/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəs inin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna gör ə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh adına olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində tikdiyi tikililərə çəkilmiş 27259 (iyirmi yeddi min iki yüz əlli doqquz) manat xərcin və məhkəmə məsrəfi olan 450 (dörd yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.02.2014-cü il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Naxçıvan şəhəri, Bulqan kəndi, 1-ci küçə, döngə 4-də 0.0598 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 41.71 kv.metr yaşayış, 15.87 kv.m köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Vəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/17 nömrəli reyestr kitabının 3308 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi ekspert rəyində göstərilən əmisi tərəfindən görülən işlərə qoyulan qiym ətlərin çox yuxarı göstərilməsi, heç olmayan işlərin yazılması, iddiaçının gördüyü işlərin 9010 manat etməsi, çox işlərdən xəbəri olmadığı üçün rəydə göstərilənləri yerində yoxlamağın lazım olması, ekspert rəyində göstərilən işlərin çoxunun olmaması (şiferin vurulması, zibilin nəqliyyatla daşınması, otaqların sement məhlulu ilə şkaturka olunması, fundamentə tuğla işlənməsi, hovuza qəlib vurulub beton tökülməsi, su-kanalizasiya işlərinin iki dəfə təkrarlanması, elektrik işinin iki dəfə təkrarlanması və sair), göstərilən qiymətlərin şişirdilərək çox yüksək göstərilməsi, onun çəkdiyi xərclərin, ona görə tikiliyə verilmiş materiallar nəzərə alınmayaraq qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işin birinci instansiya məhkəməsi ndə və kollegiyada araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı öz vəsaiti ilə cavabdehin razılığına əsasən ona məxsus torpaq sahəsində 2009-cu ildə 2 otaqlı fərdi yaşayış evi və əlavə mətbəx, hamam, açıq eyvan, naves, yan damı, hamam, tualet, hasar, qaraj, səki, darvaza, mansard və zirzəmidən ibarət tikinti-təmir işlərini aparmış, həmin tikinti və təmir işləri 2010-cu ildə başa çatmaqla qeyd olunan vaxtdan cavabdehin razılığına əsasən həmin evdə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 10/3803 nömrəli məhkəmə tikinti ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ekspert tərəfindən ev üzrə tərtib olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X7 Reyestri Xidməti tərəfindən verilmiş 22 yanvar 2014-cü il tarixli texniki pasportun surətinin göstərişlərinə əsasən tədqiq olunan fərdi yaşayış evi 2009-cu ildə kərpicdən inşa olunmuş, bir mərtəbəli, “A” literli fərdi yaşayış evi və “B” literli köməkçi tikililər yerləşir. “A” literli yaşayış evinin ümumi sahəsi 57, 58 m2 olmaqla, ayrı-ayrılıqda sahələri 23.22 m2 və 18.49 m2 olan iki yaşayış otağından və sahəsi 15,87 m2 olan dəhlizdən ibarətdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan fərdi yaşayış evi faktiki olaraq kərpicdən inşa olunmuş, bir mərtəbəli fərdi yaşayış evidir. Tədqiq olunan evə baxış keçirilən zaman, fərdi yaşayış evinin texniki pasportu ilə faktiki vəziyyəti müqayisə olunarkən, həmin evin daxilində müəyyən dəyişikliklərin olduğu, yəni texniki pasportun surətində göstərilən sahəsi 15,87 m2 olan dəhlizin giriş hissəsində təqribən eni 2.40 metr, uzunu 2.20 metr şüşəbənd təyinatlı tikili, eləcədə həmin dəhlizin son hissəsində ona bitişik ayrı-ayrılıqda sanitariya qovşağının (hamam və ayaqyolu) inşa olunduğu, eyni zamanda sahələri 23,22 m2 və 18,49 m2 olan iki yaşayış otağı arasında isə bir-birinə keçid üçün qapı boşluğunun açılması müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin daxilinə və onun yerləşdiyi həyətyanı sahəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ev ümumilikdə iki yaşayış otağından, bir dəhlizdən, mətbəx kimi istifadə edilən şüşəbənddən, ayrı-ayrılıqda yerləşən sanitariya qovşaqlarından (hamam və ayaqyolu) və kiçik zirzəmidən ibarətdir. Həmin tikililərin ümumilikdə təmir vəziyyətinə və orada görülmüş işlərə nəzər saldıqda fərdi yaşayış evinin iki yaşayış otaqlarının və dəhlizinin döş əmələri gəc məhlulu ilə hamarlanıb və üzəri boya ilə rənglənib, divarları sement və gəc məhlulu ilə suvanıb üzəri emulsiya ilə rənglənib, tavanına «alçıpan» təbəqələr vurulub, üzəri emulsiya ilə rənglənib perimetr boyu «paduqa» tipli gips lepka ilə haşiyələnib və üzərində elektrik çıraqları quraşdırılmışdır. Hamamın və ayaqyolunun daxilində duş əl-üz yuyan, trap qurğusu, unitaz dəsti, su kranı və s. quraşdırılmışdır. Evin sanitariya qovşaqlarına (hamam və ayaqyolu) giriş-çıxış üçün nəzərdə tutulmuş dəhliz təyinatlı tikilinin döşəməsi metlaxdan olub, divarları sement məhlulu ilə suvanıb, üzərləri emulsiya ilə rənglənib, tavanına lambri təbəqələr vurulmuşdur. Tədqiq olunan fərdi yaşayış evinin otaqlarının və dəhlizinin pəncərəli və qapıları taxta materialdan, eləcədə sanitariya qovşaqların ın (hamam və ayaqyolu) dəhlizində yerləşən qapısı plastik (PVC) materialdan, hamam və ayaqyolu qapıları dəmirdən, quraşdırılmışdır. Həmin fərdi yaşayış evi ümumilikdə su, kanalizasiya, «kombi» istilik sistemi, telefon və elektrik xətləri və s. ilə təchiz olunmuşdur. Həmin evin həyətyanı sahəsi üzrə baxış keçirilən zaman fərdi yaşayış evinin xaricdən dörd fasad hissəsi sement məhlulu ilə suvanıb, damına isə bir enişli azbes şifer vurulmuşdur. Həyətyanı sahədə texniki pasportun surətində nəzərdə tutulan bir ədəd əl damı, bir ədəd birgə sanitariya qovşağı, (hamam və ayaqyolu) bir ədəd hovuz və quş damları vardır. Həmin tikililərə baxış keçirilən zaman tikililərin döşəməsi və tavanı beton, divarları sement məhlulu ilə suvanıb, üzərləri emulsiya ilə rənglənib, həyətə giriş-çıxış üçün dəmir qapı quraşdırılıb, eyni ilə evin bir tərəfdən hasarı azbes şiferlə digər tərəflərdən isə dəmir barmaqlıqlarla hasara alındığı müşahidə olunmuşdur. Tədqiq olunan bir mərtəbəli fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililərin ayrı-ayrılıqda sahələri, ölçüləri və digər texniki parametrləri aşağıdakı kimi müəyyən olunmuşdur: 1. dəhlizin sahəsi - 15,87 m2 (6,90x2,30m, h=2,70m); 2. yaşayış otağının sahəsi - 23,22 m2 (5,40x4,30m, h=2,70m); 3. yaşayış otağının sahəsi - 18,49 m2 (4,30x4,30m, h=2,70m); 4. hamamın sahəsi - 2,76 m2 (2,70x1,20m, h=2,00m); 5. ayaqyolunun sahəsi -2,87 m2 (2,70x1,25m, h=2,00m); 6. əl damının sahəsi - 4,60 m2 (2,70x2,00m, h=2,00m); Tədqiq olunan fərdi yaşayış evində və onun həyətyanı sahəsində yuxarıda görülmüş tikinti-quraşdırma və t əmir işlərinin dəyərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq müəyyən olunmasına dair smeta tərtib olunmuş və beləliklə, aparılmış tədqiqat nəticəsində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 21664,77 (iyirmi bir min altı yüz altmış dörd manat yetmiş yeddi qəpik) məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyinə gəldikdə, qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi eksper t rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmalı və rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Həmçinin Cavabdeh apellyasiya şikayətində fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyəri göstərilən qiymətlərin şişirdilərək çox yüksək göstərilməsi ilə əlaqədar ekspertizasının rəyi ilə razılaşmadığı qeyd edilsə də, həmin ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmədə tədqiq оlunmuş ekspertin rəyini digər sübutlarla birgə qiymətləndirməklə gəldiyi nəticəni məhkəmənin qətnaməsində düzgün əsaslandırmışdır. Kоllegiya eyni zamanda qeyd edir ki, fərdi yaşayış evində və onun həyətyanı sahəsində aparılmış müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinin dəyərinin müəyyən оlunması ilə əlaqədar yuхarıda sadalanan ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil. Hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyind ə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Оna görə də işin şərh оlunmuş hallarına əsasən kollegiya Cavabdeh qeyd olunan həmin dəlillərini əsassız hesab edir. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi çəkdiyi xərclərin nəzərə alınmaması ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh hazırda mübahisələndirilən evin tikinti sinə 4000 ədəd tuğla almasını, evin 2 otağının öz vəsaiti və verdiyi tikinti materialları ilə tikildiyini bildirsə də bununla əlaqədar hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdehin evin hörgüsü üçün ödədiyi 300 manat və ona pulsuz verilmiş ekspert rəyi ilə qiymətləndirilmiş 250 ədəd kubik daşının dəyəri olan 125 manat ümumi çəkilmiş xərcdən çıxılmaqla apellyasiya şikayətində qeyd olunan həmin hallara birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi təmin olunmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi (yəni iddiaçı tərəfindən) bütün tikinti materiallarının sökülüb aparılması ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, göstərilənlər birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələbdir ona görə də cavabdehin bu dəli linə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası MM-in 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh ed ilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin kollegiyada araş dırılmış halları ilə müəyyən olunmuşdur ki, tikinti-quraşdırma və təmir işlərinin aparıldığı və ekspert tərəfindən tədqiq olunan və fotoşəkli mülki işin materiallarına əlavə edilən iddiaçının hazırda yaşadığı tərəflərin mübahisələndirdiyi fərdi yaşayış evinin ünvanı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və daşınmaz əmlakın texniki pasportunda göstərildiyi kimi Bulqan kəndi, 1-ci küçə, döngə 4, ev 22 ünvanıdır. Lakin iddia ərizəsində, ekspertin rəyində və məhkəmənin qətnaməsində yanlışlığa yol verilməklə həmin ünvan səhvən döngə 5 ev 23 ünvanı kimi göstərilmişdir. Ona görə də qeyd olunan həmin sənədlərdə yanlışlıqla göstərilmiş həmin ünvan Bulqan kəndi, 1-ci küçə, döngə 4, ev 22 kimi qəbul edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(078)-14/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.