Məhkəmə qərarları › İş №2(108)-16/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-16/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-16/2025 28.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X22 məhkəmə iclas katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlak üzrə payların müəyyən olunmasınadair ilkin və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı miras əmlak üzrə payının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbləri haqqında mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tari xli, 2(078)-709/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 “05” aprel 2024-cü ildə Cavabdeh qarşı miras əmlak üzrə payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzildə mərhum anası X4 payına münasibətdə (atası X1 anasının payının qəbulu faktının təsdiq olunması ilə birlikdə) özlərinin paylarının müəyyən olunması, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu nəzərə alaraq mərhum atası X9 miras əmlakına münasibətdə özlərinin payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər (iş vərəqə 1-4). Bundan başqa həmin şəxslər 22 avqust 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (əslində isə dəyişdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X4 və mərhum X9 1/2 payının müəyyən olunması, mərhum X3 qalan miras əmlakdan, yəni 1/2 hissədən X9 payının müəyyən olunması, sonuncudan qalan miras əmlakdan isə özlərinin payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini işə baxan birinci instansiya məhkəməsindən xahiş etmişlər (iş vərəqə 108). Cavabdeh isə 19 avqust 2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında ye rləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X17 tərəfindən qəbul edilmiş X4 1/2 payına münasibətdə öz payının bütövlükdə müəyyən olunması, həmçinin mərhum həyat yoldaşının sağlığında qəbul etdiyi sonradan özü tərəfindən qəbul olunmuş X9 miras əmlakına münasibətdə bir payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 100-103). İşə baxan Məhkəmənin 19 və 22 avqust 2024-cü il tarixli qərardadları ilə müvafiq olaraq qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və iddia tələbinin dəyişdirilməsi qərara alınmışdı (iş vərəqə 105-106, 115-117). Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülsüm Əliyeva) 03 oktyabr 2024-cü il tarixli, 2(078)-709/2024 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismə n təmin edilmiş, mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kvadrat metr olan mənzildə X9 payı ¼ hissə, ondan miras qalmış həmin pay hissəsindən iddiaçı-cavabdeh İddiaçı1 payının 1/8 hissə və İddiaçı2 payının 1/8 hissə, X10 payının 3/4 hissə olması müəyyən edilməklə, sonuncudan miras qalmış həmin hissəsindən cavabdeh-iddiaçı Cavabdeh payının 1/4 hissə olması qət edilmiş, ilkin və qarşılıqlı iddialar qalan hissədə əsaslı sayılmadığından rədd edilmişdir (iş vərəqə 163177). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin məhkəmə aktının ləğv edilib, yeni qətnamə qəbul edilməsini kollegiyadan xah iş etmişdir (iş vərəqə 183-189). İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan hakim qətnamə qəbul edərkən Cavabdeh mülahizələrini əsas götürmüş, nə o, nə də onun həyat yoldaşı olan mərhum qardaşları mirası faktiki olaraq qəbul etməmiş, ümumiyyətlə həmin evdə yaşamamışlar. Onlar Qaraçuq kəndində kirayədə qalmışlar. Heç bir kommunal ödəniş etməmiş, hətta valideynlərinə məxsus evin əşyalarını belə kirayədə qaldıqları evə aparmışlar. Bununla bağlı hüquq mühafizə orqanına da müraciət etmiş, valideynlərinin səhhətindəki nasazlıqlardan istifadə edərək vəsiyyətnamə tərtib olunmuşdu. Həmin vəsiyyətnamə əsasında qardaşının miras əmlakda məcburi payı müəyyən olunmuş, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsinə baxmayaraq ona vərəsəlik qaydasında pay müəyyən olunmuş və onun həyat yoldaşı Cavabdeh da irsi transmissiya qaydasında miras əmlakı qəbul etməsini təsdiq edən əsassız qətnamə çıxarılmışdır. Həmçinin miras əmlak birgə nikah dövründə alınmasına baxmayaraq atalarının ½ payı müəyyən edilməmişdir. Bu isə qətnamənin yalnız formal mülahizələrə əsaslanmasını sübut edir. Qətnamə qəbul edilərkən Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsinin preyudisiallığına istinad etmişdir. Halbuki mübahisənin əsası elə məhz həmin qətnamənin qanunsuz və əsassız olmasından yaranmışdır. Həmin qətnamədən verdikləri şikayət, müddət tərəflərindən buraxıldığı üçün təmin edilməmişdi. Qardaşı miras əmlakı faktiki olaraq qəbul etmədiyi halda miras onun vərəsələrinə irsi transmissiya qaydasında keçir. Bu isə qanunauyğun deyil. Naxçıvan Şəhər Məhkəməsi qətnamə çıxararkən valideynlərinin sözügedən mənzili birgə nikah dövründə əldə etməsini nəzərə almamışdı. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. X2 payının müəyyən olunmaması məhkəmənin çıxardığı qətnamənin əsassız olmasını sübut edir. Miras əmlak özü tərəfindən qəbul edilmiş və qorunmuşdur. Buna görə də faktiki olaraq miras əmlaka özü sahiblik etmişdi. Bütün kommunal ödənişlər də özü və bacısı tərəfindən ödənilmişdi. Qardaşı miras əmlakı qəbul etmədiyi halda məhkəmənin irsi transmissiya qaydasında onun vərəsələrinə çatası payı müəyyən etməsi qanunun tələbinin pozulması deməkdir. Miras əmlak qardaşı tərəfindən deyil, yalnız özü tərəfindən qəbul olunmuş dur. Məhkəmə Cavabdeh vərəsə kimi tanımalı deyildi. Çünki miras əmlak onun həyat yoldaşı tərəfindən qəbul edilməmişdir. Şikayət edən apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 37-ci, Mülki Məcəlləsinin 225.1, 1243, 1252-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - N axçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2024-cü il tarixli, 1960 nömrəli arayışdan X18 və X29 arasında 06 mart 1972-ci il tarixdə nikahın bağlanması, bunun akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınması, nikah bağlanması zamanı arvadın özünə ərinin soyadını seçməsi (iş vərəqə 70); - ünvan 4stismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 609 nömrəli və 01 aprel 2024-cü il tarixli, 671 nömrəli arayışlardan X18 ilə X4 birgə nikahından İddiaçı1, X19, X16, X17 və İddiaçı2 adlı övladlarının olması (iş vərəqə 9-10); - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 801354 nömrəli akt qeydindən çıxarışdan X4 20 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhərində ölməsi (iş vərəqə 11); -Azərbaycan Respubli kası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X41 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin tam mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınması (iş vərəqə 71); - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 73 nömrəli arayışdan X4 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 20-də yerləşən 16 nömrəli mənzilin Naxçıvan şəhəri, XDM İK-nin 10 iyun 1992-ci il tarixli, 376 nömrəli qərarı əsasında X4 adına özəlləşdirilməsi və 1992-ci ilin iyul ayında X34 Bürosu tərəfindən 5544 inventar nömrəli texniki pasport və 02 nömrəli Qeydiyyat vəsiqəsi verilməsi, həmin mənzilin xx.xx.2019-cu il tarixdə daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyat vəsiqəsinin ********** qeydiyyat nömrəli çıxarış ilə əvəzlənməsi, mərhumun vərəsəsi X6 mənzilin texniki pasportunun və çıxarışının itməsi ilə əlaqədar dublikatın verilməsi üçün xx.xx.2022-ci il tarixli müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mənzilin texniki pasportunun dublikatı və ********** qeydiyyat nömrəli elektron çıxarışı verilməsi (iş vərəqə 157); - Naxçıvan Şəhər İcraiyyə Komitəsinin 17 iyun 1985-ci il tarixli, 20 3 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli arxiv çıxarışından X13 6 nəfər (X14-arvadı, X11-qızı, X19-oğlu, X16-oğlu və X17-oğlu) ailə tərkibinə görə İİ mikrorayondakı 20 nömrəli, 16 nömrəli 4 otaqlı mənzilin verilməsi (iş vərəqə 158); -Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən mərhum X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin miras əmlak olaraq əri X18 və övladı X17 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi (iş vərəqə 16-23); - 26 fevral 2019-cu il tarixli vəsiyyətnamədən Naxçıvan MR, ünvan 1-da qeydiyyatda olan X4 ölən günədək özünə məxsus olan ünvan 2 ünva nında yerləşən yaşayış mənzilini oğlu X15 vəsiyyət etməsi (iş vərəqə 72); - Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 12 noyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 688275 nömrəli nikah haqqında şəhadətnamədən X17 və X25 arasında 12 noyabr 2012-ci il tarixdə nikahın bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 521 nömrə ilə qeydiyyatın aparılması və nikah bağlanması zamanı arvadın özünə ərinin soyadını seçməsi (iş vərəqə 110); - Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2013-cü il tarixli, AZİİ seriyalı, 857100 nömrəli doğum haqqında şəhadətnamədən X17 ilə Cavabdeh birgə nikahlarından 14 iyul 2010-cu il təvəllüdlü X30 adlı uşaqlarının doğulması (iş vərəqə 111); - Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2013-cü il tarixli, A Zİİ seriyalı, 857101 nömrəli doğum haqqında şəhadətnamədən X17 ilə Cavabdeh 22 yanvar 2012-ci il təvəllüdlü X26 adlı uşaqlarının doğulması (iş vərəqə 112); - Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802401 nömrəli ölüm haqqında şəhadətnamədən X10 01 iyul 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 254 nömrə ilə qeyd aparılması (iş vərəqə 114); - Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802402 nömrəli ölüm haqqında şəhadətnamədən X20 02 iyul 2022-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 255 nömrə ilə qeyd aparılması (iş vərəqə 113); - ünvan 4stismar İdarəsi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, 1386 nömrəli arayışdan X10 ünvan 1 ünvanında yaşaması (iş vərəqə 109); - Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən X7 qalmış mirasın Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasının qət edilməsi (iş vərəqə 16-23); - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 802645 nömrəli akt qeydindən çıxarışdan X9 24 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 365 nömrə ilə qeyd aparılması (iş vərəqə 12); - 01 mart 2019-cu il tarixli vəsiyyətnamədən ünvan 1-da yaşayan X9 ölən günədək özünə məxsus olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi bina 20, mənzil 1 6 ünvanında yerləşən mənzilinin özünə qalan hissəsini oğlu X15 vəsiyyət etməsi (iş vərəqə 73); - Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən mərhum X9 ölümündən sonra ondan miras qalmış əmlakın İddiaçı2, İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilməsi, X19 və X12 münasibətdə isə mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız olduğundan rədd edilməsi (iş vərəqə 16-23); - ünvan 4stismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 608 nömrəli arayışdan İddiaçı1 ünvan 1 ünvanında müvəqqəti yaşaması (iş vərəqə 8); - ünvan 4stismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 607 nömrəli arayışdan, həmçinin "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinə dai r məlumatdan İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatda olması (iş vərəqə 6, 26); - ünvan 4stismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 670 nömrəli arayışdan, həmçinin "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsinə dair məlumatdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması (iş vərəqə 5, 27) aydın olur. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kvadrat metr olan əmlak düzgün bölünmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini, miras bölünən zaman vərəsə olaraq atası X13 mirasdan düşəcək paydan da ona əlavə pay verilməli olduğunu, lakin payın verilmədiyini, hər iki qətnamədə pay bölgüsünün düzgün aparılmadığını, əvvəlki qətnamədən apellyasiya şikayəti vermək istəsə də müəyyən səbəblərə görə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyünü, mübahisə predmeti olan ev ilə bağlı 2015-ci ildən indiyə qədər olan bütün xərcləri özünün ödədiyini, hal-hazırda da evin bütün kommunal xərclərini özünün çəkdiyini, anası rəhmətə getdikdən sonra atasının fikri həmin evi öz adına keçirərək evlənmək olduğunu, qətnamə ilə müəyyən edilmiş paydan narazı olduğunu, atasının payından ona düşən pay da müəyyən edilsə idi, həmin paydan istifadə edib özünə ev-eşik düzəldəcəyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi. Məhkəmə ba xışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 verdiyi izahatında, bacısı İddiaçı1 dedikləri ilə razı olduğunu, özü anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kvadrat metr olan əmlakdan onlara verilmiş paydan narazı olsa da, apellyasiya şikayəti vermədiyini, qətnamədən şikayət vermək üçün vəkilə müraciət edən zaman, vəkilin onlara yalnız bir nəfərin adının apellyasiya şikayətinə qeyd edilə biləcəyini dediyini, mübahisə predmeti olan evdə hal-hazırda bacısının yaşadığını, atası dünyasını dəyişdikdən sonra özlərinin miras əmlakı qəbul etdiyini və bir il birlikdə yaşadıqdan sonra övladları kiçik olduğundan qayınanasının evinə qayıtdığını, evləndikdən sonra qayınanasının evində yaşadığını, daha sonra atasının dünyasını dəyişdiyini, özü gedib bacısının yanında həmin mübahisə predmeti olan evdə yaşadığını bildirmişdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, 2009-cu ildə X17 ilə ailə həyatı quraraq hal-hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzildə qayınatası, qayınanası və həyat yoldaşı ilə birlikdə yaşamağa başladığını, 24 oktyabr 2022-ci ildə qayınatası X9 dünyasını dəyişdiyini, o, öldükdən sonra 2023-cü ilin fevral ayında baldızı İddiaçı1 evin qapısının kilidini dəyişdirərək onu və övladlarını evə buraxmadığını, həyat yoldaşı xəstə olduğundan işləyə bilmədiyini, özünün pirojki bişirdiyini, ərinin isə onları bazarda satdığını, sonradan qonşular qoxudan şikayət etd ikləri üçün Qaraxanbəyli kəndə gedərək orada ev kirayə tutduqlarını, gündüzləri pirojkiləri orada bişirib bazarda satdıqdan sonra gecə evə qayıtdıqlarını, ailə qurduğu vaxtdan 2023-cü ilin fevralına qədər davamlı olaraq həmin evdə yaşadığını, qayınatası dünyasını dəyişən zaman da həmin evdə qaldığını, özü ilə bərabər həmin evdə həyat yoldaşı və övladlarının yaşadığını, baldızı İddiaçı1 2022-ci ilin dekabr ayında onların yaşadığı evə gəldiyini və həmin vaxtdan da orada yaşadığını, İddiaçı1 hal-hazırda mübahisə predmeti olan ünvanda kiminlə yaşaması barədə məlumatı olmadığını, özünün isə 2023-cü ildən atasının evində yaşadığını qeyd etmişdi. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq e dərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; -5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözü gedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməs ində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır ( 372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barəd ə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, mülki iş üzrə ilkin iddia və qarşılıqlı iddia tələbləri, həmçinin iddiaçılara münasibətdə birgə iştirakçılıq mövcud olsa da, verilmiş apellyasiya şikayətindən Naxçıvan Şəhər Məhkəmə sinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)-709/2024 nömrəli qətnaməsini yalnız ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 mübahisələndirməsi aydın olur. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)709/2024 nömrəli qətnaməsinin İddiaçı1 tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Sonuncunun verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə yönəldiyindən həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam yoxlanılmalıdır. İddiaçı1 birinci instansiya məhkəməsinə təqdim etdiyi dəyişdirilmiş tələbindən aydın olur ki, o; - ünvan 1 ünvanında yerləşən mənzilin valideynlərinin birgə nikah dövründə qazanılmış əmlakı hesab edilməsi; - həmin əmlak üzrə anası mərhum X4 və atası mərhum X9 1/2 payının müəyyən olunması, - mərhum X3 qalan miras əmlakdan, yəni 1/2 hissədən X9 payının müəyyən olunması, - X8 qalan miras əmlakdan isə özünün payının müəyyən olunmasını tələb etmişdi. Verilmiş müraciətin mahiyyətindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin öz valideynlərindən qalan mirasın mərhum qardaşı X17 və onun ailəsi tərəfindən qəbul edilməməsini, tərəflər arasında miras əmlakla bağlı əvvəllər mövcud olmuş mübahisə üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsinin əsassız olmasını, apellyasiya şikayətinin predmeti olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin valideynlərinin birgə mülkiyyəti olmasını, lakin birinci instans iya məhkəməsinin həmin faktı nəzərə almamasını mübahisələndirməsi müəyyən olunur. Mülki prosessual qanunvericiliyin tələbini nəzərə alan kollegiya qeyd edir ki, məhkəmə aktı mübahisə edilən hissəyə münasibətdə şikayətdə ifadə olunmuş dəlillər üzrə yoxlanılmalıdır. Həm apellyasiya şikayətini, həm də İddiaçı1 münasibətdə iddia tələbini qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, baxılan mübahisə üzrə iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi hissəsi mühüm əhəmiyyət kəsb edir. Çünki tələbin sözü gedən hissəsi ilə bağlı gəlinən hüquqi nəticə iddia tələbinin digər hissələrinin həcminə hüquqi cəhətdən təsiri qaçınılmaz edir. Buna görə də kollegiya belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(0 78)-709/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayəti və onu verən şəxsə münasibətdə tam yoxlanılmalı olduğundan, apellyasiya şikayətinin obyektinin tədqiqinə də məhz həmin hissədən başlamaq lazımdır. Bununla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1 və 2.2-ci maddələrinə əsasən həmin Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə münasibətlərinin hüquqi tənzi mi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmçinin həmin Məcəllənin: - 9.4-cü maddəsinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər; - 31.1 və 31.2-ci maddəl ərinin tələbindən görünür ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; - 32-ci maddəsinin mahiyyətinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onların ümumi birgə mülkiyyətinə hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının: -1.3-cü bəndinə əsasən əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öh dəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir; -1.4-cü bəndinə görə əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni reji mə tabe olan ümumi birgə mülkiyyət sayılır; - 3.2-ci və 3.3-cü bəndlərində qeyd edilir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. -3.9-cu bəndində göstərilir ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə dü şür. İşin mübahisəsiz hallarından mərhumlar X14 ilə X18 arasında nikah bağlanması və ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin X4 mülkiyyətində olması öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 73 nömrəli arayışdan aydın olur ki, X4 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 20-də yerləşən 16 nömrəli mənzil Naxçıvan şəhəri, XDM İK-nin 10 iyun 1992-ci il tarixli, 376 nömrəli qərarı əsasında onun adına özəlləşdirilmişdi. İşin qeyd edilən faktiki halından çıxış edərək kollegiya bildirir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respubli kası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ərarvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ərarvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Həmin qərarda o da qeyd olunmuşdur ki, qanunverici mə nzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümum i) mülkiyyəti sayıla bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin ər-arvadın, yəni X14 ilə X9 birgə mülkiyyəti sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Bu da özlüyündə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətində sözü gedən halla bağlı mövqeyinin, həmçinin həmin əmlak üzrə mərhum X4 və mərhum X9 1/2 payının müəyyən olunması tələbinin əsassız olmasını deməyə imkan verir. İddiaçı1 mərhum X3 qalan miras əmlakdan mərhum X9 payının müəyyən olunması tələbinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qo yanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; - 1166-cı maddəsi ilə müəyyən edilir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; -1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür; -1179.1 və 1179.2-ci maddələrinin tələbinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin; -1193-cü maddəsində göstərilir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; -1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; -1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Yuxarıda qeyd edilən maddi hüquq normalarını mülki iş materialları ilə əlaqəli şəkildə təhlil edən kollegiya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən mərhum X3 qalmış miras əmlakı onun vərəsələrindən olan əri X18 və övladı X10 qəbul etməsi müəyyən edilir. Həmçinin işin faktiki hallarından aydın olur ki, miras qoyan sağlığında sözügedən daşınmaz əmlakı mirası qəbul edən vərəsələrindən övladı X15 vəsiyyət etmişdi. Bu isə mülki qanunvericiliyin tələbinə görə miras əmlakın vəsiyyət üzrə vərəsəlik əsasının yaranmasını ehtiva edir. Qeyd edilən maddi hüquq normalarının tələbinə görə mirasa çağırılmalı olan iki qanun üzrə vərəsənin payı X13 münasibətdə ¼ hissə (qanun üzrə payının, yəni ½ hissənin yarısı), X15 münasibətdə isə ¾ hissə təşkil edir ki, bu da işə baxan birinci instansiya məhkəməsinin tələbin hüquqi həllindən danışılan hissəsinə münasibətdə düzgün nəticəyə gəlməsini deməyə imkan verir. İddiaçı1 atası mərhum X8 qalan miras əmlakdan özünün payının müəyyən olunması tələbinə gəldikdə isə kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda göstərilən normativ hüquqi aktları qeyd etməkdə məqsədi İddiaçı1 nəz ərinə Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)1063/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. Bundan başqa kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; -1224.0 və 1224.0.1-ci maddələrinin mahiyyətinə görə xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür; -1226.1-ci maddəsi ilə müəyyən edilir ki, mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömr əli qətnaməsinin mübahisə predmeti olan daşınmaz əmlak üzrə mərhum X9 miras payını İddiaçı1 və İddiaçı2 qəbul etməsi görsənir. Bundan başqa mülki iş materiallarından X9 övladı X10 xeyrinə vəsiyyətnamə tərtib etməsi, sonuncunun miras qoyan X8 tez ölməsi müəyyən edilir. Bu fakt isə yuxarıda qeyd edilən maddi hüquq normasının tələbi baxımından atası tərəfindən mərhum X10 xeyrinə tərtib etdiyi vəsiyyətnamənin qüvvədən düşməsi və X9 ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzilin ¼ hissəsinə olan payı üzrə İddiaçı1 qız və İddiaçı2 qanun üzrə vərəsəlik əsası ilə vərəsəliyə çağırılmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr bərabər pay hüquqlu olduğundan İddiaçı1 və İddiaçı 2 ataları ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzildən miras qalmış ¼ hissə üzrə payları bərabər olmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsinin məzmunundan, daha dəqiq ifadə edilsə həmin iş üzrə işdə iştirak edən şəxslərin izahatlarından mərhum X10 ailəsinin 2022-ci ilin dekabr ayınadək ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzildə yaşaması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakı faktiki idarə etmək vər əsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən isə görünür ki, vərəsə miras əmlakı qəbul etməsindən imtina verməyibsə o vərəsə hesab olunur. Sözü gedən qərarda o da qeyd edilir ki, həmin hüquqi mövqe mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsindən görünür ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından və həmin Məcəllənin 1159.1.3-cü maddəsinin tələbinə görə miras qoyanın nəvələrinin təmsilçilik hüququ üzrə vərəsəlik hüququ yarandığından (bel ə ki, həmin normaya əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar) X18 öldüyü vaxt onun qanun üzrə vərəsəsi sayılan övladı X5 olmasa da, sonuncunun uşaqları vərəsəliyə çağırılmışlar. Tərəflər arasında əvvəllər mövcud olmuş mübahisəyə baxılması zamanı həmin faktla bağlı tələb irəli sürülmədiyindən Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsi ilə X8 miras qalmış əmlakı faktiki olaraq qəbul edən vərəsələr kimi İddiaçı1 və İddiaçı2 müəyyən edilmişdi. Hazırkı mübahisə üzrə isə Cavabdeh qarşılıqlı iddia tələbinin mahiyyətindən o nun mərhum X8 miras qalmış əmlak üzrə əri mərhum X10 payının müəyyən edilməsini tələb etməsi görünsə də, iddia tələbinə baxılması zamanı birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin tələbini nəzərə almadan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin xeyrinə paylar müəyyən etməsi aydın olur. Həmin normanın tələbi nəzərə alınmadan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 70.96 kvadrat metr olan mənzil üzrə X9 ¼ hissə payına münasibətdə İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/8 hissə təşkil etdiyi halda, normanın tələbinin və iş materiallarının nəzərə alınması halında isə bu pay 1/12 hissə təşkil etmiş olardı. Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)-709/2024 nömrəli qətnaməsindən ilkin iddia üzr ə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti vermədiyindən, həmin məhkəmə aktını yalnız İddiaçı1 mübahisələndirdiyindən kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə sonuncunun verdiyi apellyasiya şikayətinə baxılması ilə bağlı onun payının azaldılması məhkəmə müdafiəsi hüququna cavab vermir. Belə ki, məhkəmə müdafiəsi hüququ özündə şəxsin yalnız hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək imkanını ehtiva etmir. Bu hüquq həmçinin özündə məhkəmə qərarlarından şikayət vermək, ona yuxarı instansiya məhkəməsində baxılmasını da nəzərdə tutur. Yəni şəxsin məhkəmə qərarından şikayət verməkdə məqsədi özünün barəsində əlverişli və ya səmərəli olmayan hüquqi vəziyyətin dəyişdirilməsinə nail olmaqdır. Onun tərəfindən verilmiş şikayətə baxılması ilə bağlı apellyatorun vəziyyə tinin ağırlaşdırması isə vətəndaşların özlərinin xeyrinə olmayan məhkəmə aktını mübahisələndirməkdə tərəddüd etmək, bu hüquqdan səmərəli və arxayın şəkildə istifadə etməmələri kimi vəziyyətə gətirib çıxarar ki, bu da məhkəmə müdafiəsi hüququnun prinsip və ruhu ilə ziddiyyət təşkil edir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya İddiaçı1 hazırda hüquqi həllindən bəhs edilən şikayətinin dəlilini, ümumilikdə isə apellyasiya şikayətini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsin də göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xər cləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(078)-709/2024 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı1 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsind ə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(07 8)-709/2024 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi zamanı İddiaçı1 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Ku

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar