Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-162/2021 29.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlunun və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, iddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasınd a baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 19 yanvar 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, istehsalatda baş vermiş ölümə görə “X16 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən aylıq ödəncin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə icraatın gedişində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddia tələbinə X1 “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 2017-ci ilin may ayından başlayaraq ödənilməmiş aylıq ödəncin və bundan sonra hər ay aylıq ödəncin alınıb verilməsi tələbi çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmışdır. İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki iş Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(078)264/2021 nömrəli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-24 6/2021 nömrəli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılan qətnamə obyektiv reallıqdan kənardır. Hüquqi əsası yoxdur, hüquqi dayağa söykənmir, ziddiyyətlidir, qərəzlidir və ədalətsizdir, bu səbəbdən ləğv olunmalıdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən istinad etdikləri dəlil və sübutlara hüquqi qiymət verilməmiş, iş birtərəfli aparılmış, hüquqi varisin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi "X16 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğu nəzərə alınmayaraq sonda düzgün olmayan qətnamənin qəbul edilməsinə yol verilmişdir. “X16 Sənaye Kompleksi” MMC-nin təsis edilməsində və ya radılmasında birbaşa Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi cavabdeh olduğu halda hüquqi varisin təyin edilməsi məsələsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülməli olduğu halda bu edilməmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arayış verir ki, “X16 Sənaye Kompleksi” MMC X10 Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad edilməli oduğu halda bu arayışlara hüquqi qiymət verilməmiş, cavabdehin verdiyi sənədlərə istinad edilmişdir. 15 nömrəli X17 zavodunun hüquqi varisinin kim olduğunu və iddiaçıya çatac aq dəymiş zərərə görə ödəncin kim tərəfindən ödəniləcəyini yenə də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilməlidir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi öz öhdəsinə düşən işi görmüş və 09 dekabr 2020-ci il tarixli, 434/2020 nömrəli məktubunda bildirmişdir ki, “X16 Sənaye Kompleksi” MMC X10 Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və dəymiş zərərə görə ödənci “X16 Sənaye Kompleksi” MMC tərəfindən ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin 28 dekabr 2020-ci il tarixli, 20/524 nömrəli məktubunda qeyd olunmuşdur ki, X10 Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdığından aylıq ödəncin verilməsi ilə bağlı hüquqi varisə müraciət edilməlidir. Hər iki məktub Babək Rayon Məhkəməsinə təqdim olu nmuş, lakin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin verdiyi arayışa istinad edilmədən bilə-bilə ədalətsiz qətnamə çıxarılmışdır. Qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad etmədiyindən çıxarılan qətnamə obyektiv reallıqdan kənar olduğundan, hüquqi əsası olmadığından, hüquqi dayağa söykənmədiyindən, qərəzli olduğundan və ziddiyyətli olduğundan ancaq və ancaq cavabdehin mənafeyini müdafiə etdiyindən, qanunlarımızın aliliyinə hörmətsizlik edilmişdir. Qətnamə çıxarılarkən iddianın predmetindən kənara çıxılmış, heç bir müstəsna hal göstərilmədən və ya müstəsna halın nədən ibarət olduğunu göstərilmədən iddianın predmetindən kənara çıxılaraq qanu nvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İddia ərizəsində tələb edilən dəymiş zərərə görə ödəncin artırılması və 2017-ci ilin may ayından bu günə qədər bizə çatacaq ödəncin ödənilməsi tələbinə də hüquqi qiymət verilməmişdir. İddiaçının nümayəndəsi sonda göstərilənlərə əsasən Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X2 məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu apellyasiya şikayətini müdafiə edərək Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X15 ape llyasiya şikayətini qəbul etməyərək Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə iddiaçı təşkilatın nümayəndəs i apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Kollegiya Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsinin əsaslılığını və qanuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb аşаğıdаkı nəticəyə gəlmişdir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nə ümumilikdə əsas kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən istinad etdikləri dəlil və sübutlara hüquqi qiymət verilmədiyini, işin birtərəfli aparıldığını, hüquqi varisin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi "X16 Kompleksi" Məhdud Məhsulyyətli Cəmiyyətinin olduğu nəzərə alınmayaraq sonda düzgün olmayan qətnamənin qəbul edilməsinə yol verildiyini, “X16 Sənaye Kompleksi” MMC-nin təsis edilməsində və yaradılmasında birbaşa Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi cavabdeh olduğu halda hüquqi varisin təyin edilməsi məsələsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəyinin əsas götürülməli olduğu halda bunun edilmədiyini, qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıva n Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad edilməli oduğu halda bu arayışlara hüquqi qiymət verilmədiyini, qətnamə çıxarılarkən iddianın predmetindən kənara çıxılaraq heç bir müstəsna hal göstərilmədən və ya müstəsna halın nədən ibarət olduğunu göstərilmədən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq iddia ərizəsində tələb edilən dəymiş zərərə görə ödəncin artırılması və 2017-ci ilin may ayından bu günə qədər bizə çatacaq ödəncin ödənilməsi tələbinə də hüquqi qiymət verilmədiyini göstərmiş və məhz bu göstərilən dəlillərə görə Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyas ı apellyasiya baxışı zamanı tərəflərin izahatını dinləyib, şikayətin yuxarıda sadalanan dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verməklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun dəyərləndirmə aparmaqla qətnamə qəbul etmiş və beləliklə yekun nəticə işin hallarına uyğun gəlir. Belə ki, mülki işin birinci instansiya məhkəməsində araşdırılmış hallarına əsasən müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2-311-2006 saylı, 23 avqust 2006-cı il tarixli qətnaməsi ilə X4 “ X10” Açıq Səhmdar Cəmiyyətindən zərərə görə ödənc tələbinə dair iddiası təmin edilmiş, “X10” Açıq Səhmdar Cəmiyyətindən 01 fevral 2006-cı il tarixdən avqust ayı da daxil olmaqla cəmi 234 manat 50 qəpik və hər ay üçün 33 manat 50 qəpik ödəncin alınıb X6 ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, zərərin dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyindən və təqsirkar müəssisənin hüquqi varisi “X10” Açıq Səhmdar Cəmiyyəti olduğundan ödənc də həmin cəmiyyət tərəfindən ödənilməlidir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etməklə qeyd etmişdir ki, həmin maddənin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş mə hkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, istehsalat qəzası nəticəsində həlak olmuş işçinin - X5 ailə üzvü olaraq X4 (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən, ölənin uşaqlarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən arvad olaraq) bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisədən dəyən zərərə görə qanunvericiliy ə uyğun olaraq aylıq ödənc almaq hüququnun mövcudluğu mülki işin mübahisə olunmayan və təsdiq olunmuş hallarıdır. Belə ki, X5 15 nömrəli Dəmir Beton zavodunda işləyən zaman baş vermiş istehsalat qəzası nəticəsində həlak olmasına görə həmin müəssisə tərəfindən 1997-ci il tarixə qədər aylıq ödənclər verilmiş, 1997-ci ildə həmin müəssisənin bazasında Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan Sənaye Kombinatı yaradılmıış, həmin vaxtdan etibarən ödənci sözügedən müəssisə iddiaçıya ödəmiş, 24 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan Sənaye Kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, bu ndan sonra Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsi ilə X4 “X10” Açıq Səhmdar Cəmiyyətindən zərərə görə ödənc tələbinə dair iddiası təmin edilmiş, “X10” Açıq Səhmdar Cəmiyyətindən 01 fevral 2006-cı il tarixdən avqust ayı da daxil olmaqla cəmi 234 manat 50 qəpik və hər ay üçün 33 manat 50 qəpik ödəncin alınıb X6 ödənilməsi qət olunmuşdur. Qətnamə ilə müəyyən olunmuşdur ki, zərərin dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyindən və təqsirkar müəssisənin hüquqi varisi “X10” Açıq Səhmdar Cəmiyyəti olduğundan ödənc də həmin cəmiyyət tərəfindən ödənilməlidir. İddia ərizəsinin məzmununa və iş materiallarına əsaslanmaqla birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mülki işin mübahisə olunan halı kimi cavabdeh qismində qoyulmuş “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirkar müəssisənin hüquqi varisi olan “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olub-olmaması, “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkili əsasında yaranmaqla “X10” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinə görə hüquqi məsuliyyət daşıyıb-daşımamasının müəyyən olunmasıdır. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Apellyasiya şikayətinə baxılması zamanı iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlunun şi kayətdə qeyd etdiyi dəlillərin əsaslılığının yoxlanılması və cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirkar müəssisənin hüquqi varisi olan “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olub-olmaması, “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkili əsasında yaranmaqla “X10” Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinə görə hüquqi məsuliyyət daşıyıb-daşımamasının aydınlaşdırılması məqsədilə araşdırma aparılmış, iş materiallarına əlavə olunmuş sorğulara cavab olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin tabeliyində olan sənaye kombinatı ləğv edilərək onun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Cəmiyyətin əmək kollektivinin ümumi yığıncağının 09 oktyabr 2008-ci il tarixli, 01 nömrəli protokolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 oktyabr 2008-ci il tarixli sərəncamı ilə “X10” Açıq Səhmdar Cəmiyyətinin bazasında bölünmə balansı əsasında “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətləri təsis olunmuşdur. Ötən dövr ərzində “X10” Açıq Səhmdar Cəmiyyətinin səhmləri hərraclar vasitəsilə satışa çıxarılmış və 100 % özəlləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli sərəncamına əsasən “X10-1” Açıq Səhmdar Cəmiyyəti üzrə investisiya müsabiqəsi keçirilmiş və müsabiqənin yekun protokoluna əsasə n Babək rayonu, Nehrəm kənd sakini X12 qalib elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2010-cu il tarixli sərəncamı ilə səhmlər üzərində mülkiyyət hüququ X8 adına rəsmiləşdirilmişdir. “X10” və “X10-1” Açıq Səhmdar Cəmiyyətlərinin səhmlərinin 100% özəlləşdirilməsinə dair yekun protokollar və alqı-satqı müqavilələri ümumi reyestrə daxil edilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikasındakı Filialına göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Babək Rayon Vergilər İdarəsinin Babək Rayon Məhkəməsinə ünvanlandığı cavab məktubunda bildirilmişdir ki, Babək rayonu Araz kəndində fəaliyyət göstərən “X11 Kompleksi” MMC 03 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, 13 mart 2006-cı il tarixdə isə Babək rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir. 08 fevral 2008-ci il tarixdə təsisçilərinin ümumi yığıncağının qərarına əsasən müəssisənin adı dəyişdirilərək “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. 11 fevral 2008-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “Bir pəncərə” prinsipi ilə Naxçıvan MR Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Məhkəməsinə və Babək Rayon Məhkəməsinə ünvanlandığı cavab məktublarında isə bildirmişdir ki, “X16 Sənaye Kompl eksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 03 mart 2006-cı il tarixdə müstəqil hüquqi şəxs olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 1206-N6-2824 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Məktublarda qeyd olunmuşdur ki, X10 ASC ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından cəmiyyət barədə hər hansı bir məlumat təqdim edilə bilinmir. Məktuba əlavə olunmuş kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********13 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, 19.05.2006-cı il tarixdə 1206-N7-2851 nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC 22.01.2009-cu il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Məktuba əlavə olunmuş kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********30 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, 28.10.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC-1 27.08.2011-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışa əsasən təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan, ünvan 4 ünvanında yerləşən “X11 Kompleksi” 03 mart 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnaməsində qeyd olunmuşdur ki, “X11 Kompleksi” MMC müstəqil təsərrüfat subyekti olmaqla əsas məqsədi mənfəət götürməkdən ibar ət olan kommersiya hüquqi şəxsidir. 08 fevral 2008-ci il tarixdə “X11 Kompleksi” MMC-nin yığıncaq protokolundan belə məlum olur ki, “X11 Kompleksi” MMC-nin adının dəyişdirilməsi məsələsi gündəliyə çıxarılmış, təsis yığıncağı “X11 Kompleksi” MMC-nin adının dəyişdirilərək “X16 Sənaye Kompleksi” MMC adlandırılmasını qərara almışdır. Cəmiyyətin adına, həmçinin nizamnaməsinə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Nizamnaməyə “X16 Sənaye Kompleksi” MMC-nin “X11 Kompleksi” MMC-nin hüquqi varisi olması ilə bağlı 1.5-ci maddə əlavə edilmişdir. Beləliklə, istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş sübutlar əsasında müəyyən olunur ki, “X11 Kompleksi” MMC 03 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, 13 mart 2006-cı il tarixdə isə vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmiş, 08 fevral 2008-ci il tarixdə təsisçilərinin ümumi yığıncağının qərarına əsasən müəssisənin adı dəyişdirilərək “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, 11 fevral 2008-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “Bir pəncərə” prinsipi ilə Naxçıvan MR Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır. X10 ASC-nə gəlincə kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********13 nömrəli bildirişdə qeyd olunmuşdur ki, 19.05.2006-cı il tarixdə 1206-N7-2851 nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC 22.01.2009-cu il tarixdə ləğv ed ilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********30 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, 28.10.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC-1 27.08.2011-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Yəni, nəticə olaraq “X11 Kompleksi” MMC fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkil edilməsi yolu ilə deyil, yeni cəmiyyətin yaradılması yolu ilə yaranmışdır və “X16 Sənaye Kompleksi” MMC “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmadığından onun öhdəlikləri üçün də hər hansı məsuliyyət daşımı r. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi “...qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad edilməli oduğu halda bu arayışlara hüquqi qiymət verilmədiyi” dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçı İsmayılova (Əbdülrəhmanova) Gülgəz Hüseyn qızına ünvanlanmış 28.12.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, həmin məktubda müraciət edənə sadəcə olaraq aylıq ödəncin ödənilməsi ilə bağlı aidiyyəti üzrə “X10” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisinə müraciət edilməsinin məqsədə müvafiqliyi vurğulanmış, məktu bda hüquqi varisin kimliyinə dair hər hansı məlumat öz əksini tapmamışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iş üzrə iddiaçı İsmayılova (Əbdülrəhmanova) Gülgəz Hüseyn qızına ünvanlanmış 09.12.2020-ci il tarixli cavab məktubuna gəlincə, həmin məktubda təqsirkar müəssisənin hüquqi varisinin “X16 Sənaye Kompleksi” MMC olduğu və zərərə görə ödəncin həmin Cəmiyyət tərəfindən ödənilməli olduğu qeyd olunsa da, bu faktı təsdiq edəcək sübutlar məktuba əlavə olunmamışdır. Lakin buna baxmayaraq apellyasiya şikayətinin dəlilini təşkil etdiyindən işə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə sorğu verilərək İsmayılova (Əbdülrəhmanova) Gülgəz Hüseyn qızına ünvanlanmış 09.12.2020-ci il tarixli məktubda qeyd olunmuş təqsirkar müəssisənin hüquqi varisinin “X16 Sənaye Kompleksi” MMC olmasının hüquqi əsaslarına dair məlumatların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş olunmuş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri tərəfindən kollegiyaya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, ”“X10-1” MMC-nin özəlləşməsi istiqamətində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 09 yanvar 2009-cu il tarixli, 02 saylı sərəncamına əsasən investisiya müsabiqəsi keçirilmiş və müsabiqənin yekun protokoluna əsasən Babək rayonu Nehrəm kənd sakini X12 qalib elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2010-cu il tarixli 29 saylı sərəncamı ilə səhmlər üzərində mülkiyyət hüququ X8 adına rəsmləşdirilmişdir. X12 ilə "xxxx" MMC arasında 17 dekabr 2008-ci il tarixdə bağlanmış (investisiya proqramı daxilində vəsaitin qoyuluşuna zəmanətin verilməsi, investisiya qoyuluşuna lazım olan vəsaitin ayrılması və digər öhdəliklərin icrasına dair) müqavilə nəzərə alınaraq, vətəndaş İsmayılova (Əbdülrəhmanova) Gülgəz Hüseyn qızına göndərilmiş 09.12.2020-ci tarixli, 434/2020 nömrəli məktubda “X10-1” MMC-nin hüquqi varisinin “X16 Kompleksi” MMC olduğu qeyd olunmuşdur.” X3 ilə "xxxx" MMC arasında 17 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilənin surəti əlavə olunmuşdur ki, həmin müqavilənin mətnindən aydın olur ki, ikitərəfli razılaşmaya əsasən tərəflər arasında investisiya proqramı daxilində vəsaitin qoyuluşuna dair razılığa gəlinmiş, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bu müqavilə ilə hər hansı hüquq varisliyi yara nmamış, öhdəliklərin ötürülməklə hüquq və vəzifələrin icrasına dair "xxxx" MMC tərəfindən öhdəlik götürülməmişdir. Bundan başqa yuxarıda da qeyd olunduğu kimi, iş materiallarından aydın olduğu kimi, “X11 Kompleksi” MMC X12 ilə "xxxx" MMC arasında 17 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilədən daha əvvəl, yəni 03 mart 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, 13 mart 2006-cı il tarixdə isə Babək rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir. Kollegiya bir daha qeyd edir ki, “X10” ASC kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********13 nömrəli bildirişdə qeyd olunmuşdur ki, 19.05.2006-cı il tarixdə 1206-N7-2851 nömrə ilə dövlət qeydiyyatına alınmış X1 0 ASC 22.01.2009-cu il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********30 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Naxçıvan MR Vergilər Nazirliyi bildirir ki, 28.10.2008-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış X10 ASC-1 27.08.2011-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bu fakt cavabdeh təşkilatın kollegiyaya sübut qismində təqdim etdiyi “Şərq qapısı” qəzetinin 27 avqust 2011-ci il tarixli, 161(20.319) saylı nömrəsində də öz təsdiqini tapmışdır. Belə ki, qəzetin qeyd olunan nömrəsində “Naxçıvan "xxxx" ASC ləğv edildiyindən səhmdar ların nəzərinə çatdırılır ki, tələbləri ilə əlaqədar 2 ay müddətində cəmiyyətə müraciət edə bilərlər” mətnli bildiriş verilmişdir. Beləliklə, istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı tədqiq olunmuş sübutlara əsasən apellyatorun qeyd etdiyi “...qətnamə çıxarılarkən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışlara istinad edilməli oduğu halda bu arayışlara hüquqi qiymət verilmədiyi” dəlilinə hüquqi qiymət verərək bu dəlillərin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, hər iki instansiya məhkəməsində işə baxılarkən bununla bağlı hərtərəfli araşdırma aparılmış və iddiaçının tələbi öz təsdiqini tapmamışdır. Kollegiya iddiaçı tərəfin apel lyasiya şikayətində qeyd etdiyi “...qətnamə çıxarılarkən iddianın predmetindən kənara çıxılaraq heç bir müstəsna hal göstərilmədən və ya müstəsna halın nədən ibarət olduğunu göstərilmədən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq iddia ərizəsində tələb edilən dəymiş zərərə görə ödəncin artırılması və 2017-ci ilin may ayından bu günə qədər çatacaq ödəncin ödənilməsi tələbinə də hüquqi qiymət verilmədiyi” dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı iddia tələbindən kənara çıxılması halına yol verilməmiş və mübahisəyə qaldırılmış tələb çərçivəsində baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-87.3-cü maddələrinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş hald a) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Həmin Məcəllənin 56.1-56.5-ci maddələrinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşk il edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən isə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 44.1 və 61.12-ci maddələrinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoyulmuş sayılır. Həmin Məcəllənin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da m üəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, iddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X16 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)246/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə Yamən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Babək Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(079)-246/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-162/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-162/2021
29.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver