Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-166/2021 21.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hasar divarının sökülərək geri çəkilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sökülmüş tikililərin bərpa edilməsi tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özbaşına çəkdiyi uzunluğu 17 metr, hündürlüyü 2 metr olan hasar divarın ın öz vəsaiti hesabına sökülərək, ümumilikdə 1.06 metr geriyə çəkilməsi və sökdüyü tikilinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadı ilə (sədrlik edən X4) İddiaçı Cavabdeh qarşı hasar divarının sökülərək geri çəkilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sökülmüş tikililərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Şəhər Məhkəməsinin mülki iş üzrə 2(078)-981/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadının etibarsız hesab edilməklə işə yenidən baxılması, razılaşma əsasında Cavabdeh mülkiyyətinə ver ilmiş 300 kv.m ərazidən kənarlaşaraq ona aid ərazidə özbaşına çəkdiyi hasar divarın sökülərək geri çəkilməsi, zəbt etdiyi ərazini boşaltması, sökdüyü tikilini bərpa etməsi və vurduğu maddi zərərə görə 11800 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 02 sentyabr 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət əsaslı hesab edilmədiyindən şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR DƏ və TM üzrə DX-yə müraciətlərinə cavab olaraq ərazinin yerquluşu planından çıxarışa və onun adına verilmiş 10 fevral 2021-ci-il tarixli, ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa əsasl anaraq Şəhər Məhkəməsində uzun illərdən bəri məhkəməyə müraciət iddia tələblərinin öz həllinin tapmamasının nəticəsi olaraq Şəhər Məhkəməsində Q.N.Məmmədovun rəhbərliyinin fəaliyyəti dövründə hakim G.Səfərəliyevanın icraatında olan mülki işlərdə ona qarşı haqsızlığı çıxardığı ədalətsiz, qərəzli qətnamə və qərardadlarının nəticəsizliyinin davamı olaraq məhz hakimlik fəaliyyəti dövründə müxtəlif vaxtlarda Q.N.Məmmədov icraatında da olan mülki işlərdə etdiyi ədalətsizliyin bir daha təkrarlanmasına yol vermədən icraatında olan 05 və 13 avqust 2021-ci-il tarixli, iş 2/078-952.981/2021 saylı qərardadlarının çıxarılması qeyd olunmuş sübutverici sənədlər əsasında araşdırma, açıqlama aparılmasının, iddiaçısız bağlı qapılar arxasında haqsızlıq edilərək, ədalətsiz qərəzli qərardadları çıxarılaraq o nun vətəndaşlıq haqları və hüquqları kobudcasına pozulmaqla çıxarılmış ədalətsiz qərəzli qərardadla razılaşmır. Belə ki, ilk olaraq iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət olunmadan verildiyi qeyd olunaraq mübahisələrin mövcudluğu barədə məhkəməyə sübutverici sənədlərin təqdim etmədiyinin bildirilməsinə baxmayaraq mübahisə münasibətində iddiaçının, yəni onun –İddiaçı mülkiyyətçi olması barədə Naxçıvan MRDƏ və TM üzrə DXnin ərazinin yerquluşu planından çıxarışı və adına verilmiş 10 fevral 2021 tarixli, ******* nömrəli çıxarışlarını, cavabdehin mülkiyyət hüququnun olması barədə 1-ci dövlət notariat kontorunda 02 dekab 2016 tarixdə qeydiyatdan keçmiş 4/Ə-02-682 saylı 30.10.2013 tarixli müqaviləsini təqdim etdiyinin hakim tərəfindən nəzərə alınmamas ı, 2-ci halda dövlət rüsumu ödəniş qəbzi icraata qəbul etdikləri mülki işin sənədlərindən çıxarılaraq dolayısı ilə alınmasının uzun müddət aparması unudularaq, mümkun olmayan edilərək qərardaddan şikayətə 10 gün müddət qoyduğu halda xəstəliyinin və hərəkətsizliyinin qaytarılmış vəsaitin alması problem yaratdığından nəzərə alınmayıb. Hasarın mövcudluğu barədə sənədin əlavə olunmadığını hansı ki, məsələyə münasibətdə məhkəmə icraatına qəbul edilmiş iddia tələbləri haqda mülki işlərə məhz NMRDƏ və TM üzrə DX-nin mütəxəssislərini birgə iştirakının təmin edilməsi bir neçə halda məhkəmə hakimlərinin və onun tələbinə müvafıq əraziyə baxış keçirilərək qətnamə və qərardadları verilmişdir. Nəticədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarıldığından MPM-in 3, 89, 149, 150, 1 51, 152-ci maddələrini rəhbər tutaraq yuxarıda qeyd olunanları və Azərbayçan Respublikası Mülki Prosesual Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq qeyd olunmuş sübutları ətrafli təhlil etməklə ədalətli məhkəmə aparılmasını xahiş edir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin mülki iş üzrə 2(078)-981/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadının etibarsız hesab edilməklə işə yenidən baxılması, razılaşma əsasında Cavabdeh mülkiyyətinə verilmiş 300 kv.m ərazidən kənarlaşaraq ona aid ərazidə özbaşına çəkdiyi hasar divarın sökülərək geri çəkilməsi, zəbt etdiyi ərazini boşaltması, sökdüyü tikilini bərpa etməsi və vurduğu maddi zərərə görə 11800 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz ol duqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qərardadın ləğvinə yönəldiyinə görə qərardadın əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya yuxarıda göstərilən maddələrin tələblərini nəzərə alaraq və mülki iş materiallarını nəzərdən keçirib, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qanunvericiliklə müəyyən edilmiş qaydada və məb ləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Eyni zamanda iddia ərizəsinin sonunda qoşma kimi göstərilən sənədlərin siyahısında da dövlət rüsumunun ödənilməsi barədə sənəd göstərilməmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər yoxlanılarkən İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunan şəxslərin dairəsinə daxil olduğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-in 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması zamanı bir neçə əsasa-iddiaçı tələbin əsasını təşkil edən sübutları-sənədləri məhkəməyə təqdim etməməsi, iddia ərizəsində öz tələbini əsaslandırdığı halları göstərməməsi və iddia ərizəsinə hasarın mövcudluğu barədə sənəd əlavə etməməsi, eyni zamanda, İddiaçı iddia ərizəsinə məhkəməyə müraciət edərkən nəzərdə tutulan mübahisənin məhkəməyəqədər nizama salınmasına əməl olunması, yəni müvafiq orqana müraciət etməsi barədə sənəd əlavə etməməsinə istinad etsə də bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin müvafiq mövqeyi i lə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, müvafiq əsaslar hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarlıması üçün əsas təşkil etmir. Çünki Azərbaycan Respublikası MPM-də iddianın əsasını təşkil edən sübutları təqdim etməməyə görə iddia ərizəsinin qaytarılması nəzərdə tutulmur. Həmçinin hazırki iş üzrə mübahisəyə dair qanunvericilikdə və ya tərəflər arasında bağlanmış müqavilədə mübahisənin məhkəməyəqədər nizama salınması qaydası nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin iddia ərizəsinin məzmununa dair tələbə riayət edilməməsinə-iddia ərizəsində öz tələbini əsaslandırdığı halları göstərməməsinə istinad edilməsi ilə də razılaşmır. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehin qanun pozuntusuna yol verərək, özb aşınalıq edərək, sərhəd ölçülərinə məhəl qoymayaraq onun mülkiyyəti istiqamətində əlavə torpaq iddiası ilə 1 m 06 sm ərazini sürüşdürərək uzunluğu 17 m, hündürlüyü 2 m olan özbaşına hasar divarı çəkərək 47 kvm ərazini zəbt etdiyini, uzun illərdən bəri istifadələrində olan tikilini sökərək bərbad vəziyyətə salmasını, yəni tələbini əsaslandırdığı halları göstərmişdir. İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməməsi müvafiq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas olduğundan qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin dövlət rüsumunun ödənilməsi barədə qəbzin iddia ərizəsinə əlavə edilməməsini ə sas götürərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə gəldiyi nəticə ilə razılaşır. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadında düzgün nəticəyə gəlindiyindən şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l ı r: İddiaçı Cavabdeh qarşı hasar divarının sökülərək geri çəkilməsi, zəbt olunmuş ərazinin boşaldılması və sökülmüş tikililərin bərpa edilməsi tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(078)-981/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-166/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-166/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver