Məhkəmə qərarları › İş №2(108)-170/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-170/2021

14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-170/2021 14.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun sədrliyi (məruzəsi) ilə, Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, İddiaçı2, Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(110)-465/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İ ddiaçı3 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək X1 miras qalmış əmlak üzrə Şərur Rayon 2 saylı Notariat Kontorunun 04.05.2021-ci il tarixli 09 nömrəli qərarının ləğv edilməsi, X1 miras qalmış əmlakın onlar tərəfindən yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) 23.07.2021-ci il tarixli, 2(110)-465/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddiası təmin edilməklə Şərur Rayon 2 saylı Notariat Kontorunun 04.05.2021-ci il tar ixli 09 nömrəli qərarının ləğv edilməsi və 01.06.2010-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh4 17 avqust 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(110)-465/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, işə yenidən baxmaqla vərəsəlik hüququnun bərpa olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin ona vaxtında çatmaması səbəbindən məh kəmə iclaslarında iştirak edə bilməmiş, ona görə də məhkəmədə sübutlara düzgün qiymət verilməmiş, heç bir əsası olmayan, yalnız iddiaçılar İddiaçı2 və İddiaçı3 sözlərinə əsaslanan bir qətnamə qəbul edilmişdir. O, ailə quraraq valideynlərindən ayrı yaşasa da mütəmadi olaraq valideynləri ilə maraqlanmış və atasının xəstə olduğu müddətdə övlad olaraq qayğısına qalmışdır. Atasının vəfatından sonra valideynlərinin yaşadıqları ev ona əvəz olunmaz hislər yaşatdığından o, valideynlərinin yaşadığı evə mütəmadi olaraq gedərək anasının sağlığı ilə bu gündə maraqlanır, lazım olan istər maddi, istərsə də mənəvi dəstəkdə olur. Mərhum atası sağlığında əmlakın ölümündən sonra kimə qalacağı barədə heç bir sərəncam verməmişdir. Anası və qardaşları atasından qalan miras əmlakın faktiki qəbulu üçün notarius a müraciət etsələr də müddəti buraxdıqları üçün qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mərhum atasından qalmış miras əmlakda payının məhkəmə tərəfindən ayrılmaması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı3, cavabdehlər Cavabdeh2 və X5 məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı3, cavabdehlər Cavabdeh2 və X2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbər dar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh4 məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(110)-465/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, işə yenidən baxmaqla vərəsəlik hüququnun bərpa olunması haqqında qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı 07 oktyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasındakı izahatında Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(110)465/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı3 nümayəndəsi və eyni zamanda mülki iş üzrə İddiaçı2 məhkəmə baxışı iclasındakı izahatında Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixl i, 2(110)465/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Şərur Rayon 2 saylı Notariat Kontorunun nümayəndəsi X6 14 oktyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət edərək işi ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilmədiyindən mülki işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə İddiaçı2 və Cavabdeh4 izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, X4 01.06.20 10-cu il tarixdə vəfat etmiş və Cavabdeh4 atasından qalan miras əmlakı qəbul etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində miras əmlakda payının məhkəmə tərəfindən ayrılmaması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş üzrə ma teriallara əsasən məlum olur ki, X4 01.06.2010-cu il tarixdə vəfat etmişdir. X4 öldükdən sonra iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və cavabdehlərdən X5 mirası faktiki olaraq qəbul etmiş və orada yaşamışlar. Digər vərəsələr Cavabdeh2 və Cavabdeh4 isə mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 2 Saylı Notariat Kontoru digər vərəsələr yazılı formada müraciət etmədiyindən və onların arasında mübahisələrin olduğu ehtimalından 04.05.2021-ci il tarixli 09 nömrəli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusi yasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunan hallarından aydın olmuşdur ki, iddiaçılar və X5 mirası faktiki qəbul etmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh4 isə mirasın qəbul edilməsi ilə bağlı müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməmiş və mirası qəbul etməmişlər. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlakı qəbul etmək və ya ondan imtina etmək vərəsənin hüququdur. Lakin miras əmlakın vərəsə tərəfindən qəbul edilməsi ilə bağlı Mülki Məcəllədə imperativ qayda müəyyən olunmuş, mirasın qəbul üçün konkret müddət müəyyən olunmuşdur. Bu müddət ərzində miras notariat orqanına vərəsinin ərizə verməsi ilə və ya vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə qəbul edilmiş sayılmalıdır. Vərəsənin mirası qəbul etməməsi onun miras əmlakdakı payından məhrum olmas ına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə uyğun olaraq əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmədə sübutlara düzgün qiymət verilməməsi, heç bir əsası olmayan, yalnız iddiaçılar İddiaçı2 və İddiaçı3 sözlərinə əsaslanan bir qətnamə qəbul edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərini onun subyektiv mülahizələri hesab edir və belə nəticəyə gəlir ki, məhkəməyə subyektiv mülahizələr deyil, mülki iş üzrə obyektiv faktlar təq dim olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh4 apellyasiya şikayətində qeyd etdiyi dəlillər Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(110)-465/2021 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Həmçinin Şərur Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(110)465/2021 nömrəli qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində göstərilmiş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız for mal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(110)-465/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 23.07.2021ci il tarixli, 2(110)-465/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 402406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 c avabdehlər Cavabdeh2, X3, Cavabdeh4 və Şərur Rayon 2 saylı Notariat Kontoruna qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(110)-465/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(110)-465/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar