Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-171/2021 18.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Mirzəyev İlqar Məhərrəm oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 14 iyul 2021ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası rədd ed ilmiş, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın İddiaçı alınaraq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************) qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona paylı mülkiyyətdə olan payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı 11 avqust 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaqla notariat kontorasının ona verdiyi şəhadətnamə və daşınmaz əmlakın verdiyi çıxarış əsasında payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının 10/47 nömrəli rəyi ilə Naxçıvan şəhəri B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 2/5 hissənin ona düşən sahələrdən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəkl ində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin İddiaçı həmin ünvanda yerləşən fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilir. Torpaq sahəsinin həcmi 0.06 ha olduğu halda rəydə və sxemdə 0.04 ha göstərilmişdir. Evlər beş otaq və bir dəhliz olduğu halda rəydə dəhliz otaq kimi qeyd olunmuşdur. Ekspertizanın rəyi ilə evlərin naturada bölünməsinin mümkün olmadığı qeyd olunsa da real olaraq evlərin bölünməsi və payının ayrılması mümkündür. Bundan başqa evlərin naturada ayrılması barədə təkcə ekspert deyil, Naxçıvan Müxtar Respublikası Daşınmaz Ə mlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi də prosesə cəlb olunmalı olduğu halda işdə mütəxəssisin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyət olduqda, ekspertizanın aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə tərəfindən ekspert rəyləri arasında fərqlilik olduğuna görə təkrar ekspertiza təyin olunmalı olduğu halda bu olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmənin 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaqla notariat kontorasının ona verdiyi şəhadətnamə və daşınmaz əmlakın verdiyi çıxarış əsasında payının naturada ay rılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında eşitmə problemi olduğundan İİ qrup əlil olduğunu, buna görə də məhkəmədə izahat verməkdə çətinlik çəkdiyini, onu təmsil etməsi üçün arvadı X5 etibarnamə verdiyini göstərib nümayəndəsinin izahatının nəzərə alınaraq qətnamənin ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında tərəflərin valideynlərinin sağlıqlarında hazırda yaşadıqları Naxçıvan şəhəri, B. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində beş otaqlı fərdi yaşayış evini tikərək həmin evdə 5 övladları ilə birlikdə yaşadıqlarını, qaynatası Həsən Sadiqovun 1989-cu ildə, qaynanası Xədicə Sadiqo vanın isə 2012-ci ildə vəfat etdiklərini, həmin ünvanda miras olaraq 5 otaqdan ibarət fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin qaldığını, valideynlərinin vəfatından sonra beş vərəsə dörd qardaş və bir bacı evin satılmasına razılaşdıqlarından qaynı Hüseyn öz payından Heydərin xeyrinə, baldızı İraqiyə isə öz payından qaynı İlqarın xeyrinə imtina etdiyini, hazırda həmin həyətdə onlar və qaynı İlqarın ailəsi ilə birlikdə yaşadıqlarını, qaynı Əlinin başqa yerdə ayrı evi oluğundan onun bu evdə yaşamadığını, onun 1/5 hissədə payının olduğunu, 3 qardaşın evin bölünməsində razılıq əldə edə bilmədiklərini, dörd nəfər ailə üzvü ilə birlikdə uzun müddətdir ki, bir otaqda yaşadıqlarını, otaqlarına bitişik sahə dəhliz olsa da, sənəddə yaşayış otağı kimi qeyd olunduğunu, Cavabdeh2 isə iki otaqda y aşamaqla onların digər iki otaqda yaşamalarına imkan vermədiyini, İlqarın onlara məxsus bir otağa öz əşyalarını yığmaqla onların həmin otaqdan istifadə etmələrinə imkan vermədiyini, dəfələrlə qaynı Əlini payları dəqiqləşdirmək üçün çağırsalar da onun gəlmədiyini, onların həmin yaşayış evi və həyətyanı torpaq sahəsində 2/5 hissədə paylarının olmaqla həmin paya mülkiyyət hüququ haqqında şəhadətnamə aldıqlarını, lakin qanuni sənədləri olsa da, həmin əmlakdan istifadə edə bilmədiklərini, ona görə də həmin əmlakdan onlara çatan hissənin naturada bölünməsini istədiklərini, işə baxılarkən ekspertin evin bölünməsinin mümkün olmaması ilə əlaqədar verdiyi rəyi ilə razı olmadığını, evin bölünməsinin mümkün olduğunu, Cavabdeh2 çatan payın dəyərinə görə kompensasiya ödəmək imkanının olmadığını, hazırda uşaqlarının böyüdüklərini və bir otaqda yaşamalarının çox çətin olduğunu göstərərək apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında hazırda yaşadıqları evin özünün yaşadığı hissəsindən bölünməsini istəmədiyini, özünün əşyalarının evin qardaşı Əliyə çatan hissəsində olmaqla oradan istifadə etdiyini, ona çatan 2/5 pay hissəsindən az sahədən istifadə etdiyini, ona görə o da öz payını istədiyini, evdən ona çatan payın dəyəri qardaşı Heydər tərəfindən ona ödənilərsə gedib başqa yerdə ev alıb yaşayacağını, bu vəziyyətdə evin satılmasını istədiyini göstərərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessu al hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələnd irilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də kollegiya məhkəmənin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı məhkəməyə müraciət edərək Naxçıvan şəhəri B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan payının naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, 10 mart 1989-cu ildə vəfat etmiş X2 miras qalmış əmlakına vərəsəsi Naxçıvan şəhəri B.ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı 2/5 hissəsinə və Naxçıvan şəhəri 19-cu məhəllə 5/45 ünvanında qeydiyyatda olan Cavabdeh1 1/5 hissəsinə 02 dekabr 2016-cı il tarixində Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2-v-01-205 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 28-09-2016-cı il tarixli, qeydiyyat nömrəsi **********, seriya N ******* nömrəli çıxarışına əsasən Naxçıvan şəhəri B.ünvan 1 -da yerləşən 0.0565 ha torpaq sahəsi, 138.4 kv.m ümumi, 81.11 kv.m yaşayış, 57.3 kv.m yardımçı sahəsi olan 5 otaqlı yaşayış evindən ibarətdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 15 mart 2017-ci il tarixdə İddiaçı verilmiş, MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətinə əsasən, Naxçıvan şəhəri B.ünvan 1-da yerləşən 138.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0565 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 2/5 hissə İddiaçı, 1/5 hissə Cavabdeh1 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/27 nömrəli reyestr kitabının 5160 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi ekspertizanın rəyi ilə evlə rin naturada bölünməsinin mümkün olmadığı qeyd olunsa da, real olaraq evlərin bölünməsi və onun payının ayrılmasının mümkün olması, ekspert rəyləri arasında fərqlilik olduğuna görə təkrar ekspertiza təyin olunmalı olduğu halda olunmaması ilə əlaqədar dəlilinə münasibətdə aşağıdakı nəticəyə gəlir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının 165/20 nömrəli rəyi ilə Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X6 2/5 hissənin ona düşən sahələrdən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 09 dekabr 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iş üzrə İddiaçı vəsatət təqdim edərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razılaşmadığını, buna görə də mülki iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilməsini xahiş etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(078)-699/2020 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının 10/47 nömrəli rəyi ilə Naxçı van şəhəri, B.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 2/5 hissənin ona düşən sahələrdən kənara çıxmaq şərtilə, təcrid mənzillər şəklində bölünməsi, (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu, lakin İddiaçı Naxçıvan şəhəri, B.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış hesablamalar nəticəsində və mülki işin materiallarında olan məlumatlara əsasən tədqiq olunan bir mərtəbəli və mansardan ibarət olan 26 saylı “A” literli fərdi yaşayış evinin ümumi sahəsinin 138,4 m2, o cümlədən yaşayış sahəsinin 81,1 m2 və yardımçı sahənin 5 7,3 m2 təşkil etdiyini nəzərə alaraq, evin 2/5 (beşdə iki) hissəsinin hesablamaları aşağıdakı kimi müəyyən edilmişdir: Ümumi sahə üzrə 2/5 - 55,4 m2 (138,4: 5) x2 yaşayış sahəsi üzrə - 32,5 m2 (81,1: 5) x2 yardımçı sahə üzrə - 22,9 m2 (57,3: 5) x2 həyətyanı torpaq sahəsi üzrə - 226,0 m2 (565,0: 5) x2 Ekspertin həmin rəyi ilə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə baxış keçirilərkən tədqiq olunan 565.0 kv.m torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, həyətyanı sahəyə bir giriş-çıxış yolu təşkil etdiyini, eləcə də həmin fərdi yaşayış evinə giriş-çıxış yolunun təqribən eninin 2.37 metr olduğunu və digər texniki göstəricilərini nəzərə alaraq, iddiaçının payının 2/5 hissəsinin həyətyanı torpaq sahəsindən naturada ayrılaraq verilməsi (bölünm əsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının” küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, belə olan halda həmin həyətyanı torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) ümumi istifadəsində saxlanılacağı müəyyən edilmişdir. İşin araşdırılmış hallarından da göründüyü kimi ekspertlərin rəyləri arasında ziddiyyət olmadığından işə baxan birinci instansiya məhkəməsi təkrar məhkəmə tikintitexniki ekspertizasının rəyini sübut kimi qiymətləndirmiş, həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmadığından bir daha təkrar ekspertiza keçirilməsi zərurəti olmamışdır. Azərbaycan Respublikası MPM- nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyinə gəldikdə, qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırma lı və rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Həmçinin İddiaçı apellyasiya şikayətində ekspertizanın rəyi ilə razılaşmadığı qeyd edilsə də, həmin ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının paylı mülkiyyətdə olan payının naturada müəyyən edilməsi ilə əlaqədar məhkəmədə tədqiq оlunmuş ekspertin rəyini digər sübutlarla birgə qiymətləndirməklə gəldiyi nəticəni məhkəmənin qətnaməsində düzgün əsaslandırmışdır və onun mülkiyyətdə olan payının naturada müəyyən edilməsinin müəyyən оlunması ilə əlaqədar yuхarıda sadalanan ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil. Hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə ola n təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən 27 may 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının 10/47 nömrəli ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Kollegiyada apellyasiya şikayətinə baxılarkən yerində tərəflərin və işə cəlb edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin mütəxəssisi Həsən Mahmudovun iştirakı ilə iddiaçının bölünməsini tələb etdiyi qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və kollegiyaya təqdim olunmuş 14 oktyabr 2021-ci il tarixli G-207 nömrəli mütəxəssis rəyi ilə göstərilən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Kollegiya işin şərh оlunmuş hallarına əsasən İddiaçı qeyd olunan həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şə xslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı he sab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələ blərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ka
Məhkəmə qərarları › İş №2(108)-171/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-171/2021
18.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver