Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-18/2024 07.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövl ət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin onun hesabına sökülməsi, texniki pasportda göstərilən ölçüdə tikilinin tikilib ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən Qabil Məmmədov) e-2(078)1734/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahə sində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı 12 dekabr 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1734/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1734/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və Naxçıvan MR D aşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “İddia ərizəsinin geri qaytarılması” barədə e-2(078)-1734/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayət əsaslı hesab edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qeyd etmişdir ki, qərardadı qəbul etmiş məhkəmə prosessual hüquq normasının tələblərini yanlış təfsir etmiş və iddia ərizəsinin mümkünlüyü ilə iddia tələbinin gələcək uğurluluğunun arasındakı fərqi düz müəyyən edə bilməmişdir. Belə ki, Mülki P rosessual Məcəllənin normaları iddiaçını sübutütmə yükü ilə vəzifələndirsə də, iddia ərizəsini məhz məhkəmənin istədiyi sübutları təqdim etmədən verdiyinə görə məhkəməyə çatımlılıq hüququndan məhrum etməmişdir. Məhkəmənin yuxarıda gəldiyi nəticə iddia ərizəsinin geri qaytarılması üçün deyil, iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Digər tərəfdən, məhkəmə dövlət rüsumunun ödənilməməsini qeyd etsə də, daha sonra ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edərək özü özünü təkzib etmişdir. Bunlarla yanaşı məhkəmə iddia ərizəsi təqdim edilən andan işin nəticəsində maraqlı olduğunu gizlətməyərək, artıq 4-cü dəfədir ki, iddia ərizəsini prosessual qanunvericiliyin tələblərinə zidd olaraq geri qaytarmışdır. İddiaçı şikayətində prosessual hüquq normalarından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.1, 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə istinad etmişdir. Sonda iddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)1734/2023 nömrəli qərardadının ləğv edilərək şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadı İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya tərəfindən verilmiş şikayətin tədqiqi ilə bağlı iş materiallar ı araşdırılarkən Naxçıvan Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadından məlum olmuşdur ki, iddia ərizəsində İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənildiyi göstərilmiş, lakin Naxçıvan Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(078)-1433/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuş və qərardad icraya yönəldilmişdir. Bununla da, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsin ə əlavə edilmiş sənədlər yoxlanılarkən İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunan şəxslərin dairəsinə daxil olduğu müəyyən edilməmişdir. Ona görə də kollegiya müvafiq dövlət rüsumunun ödənilməməsinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və müvafiq nəticəni qanuni və əsaslı hesab edir. Lakin bununla yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında yuxarıdakı mövqeyini əsaslandırmaqla dövlət rüsumunun ödənilmədiyini göstərsə də qərardadın nəticə hissəsində İddiaçı tərəfindən 27 sentyabr 2023cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilmişdir. Ona görə də müvafiq hissədə Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il ta rixli, e-2(078)-1734/2023 nömrəli qərardadı ləğv edilməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında İddiaçı mərhum əri X2 mülkiyyətində olmuş texniki pasportda göstərilən ölçülərdə tikililərin tikilib ona təhvil verilməsini bildirsə də, həmin tikililərin texniki göstəriciləri ilə əlaqədar rəsmi sübutları təqdim etməməsini göstərsə də iş materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 0.0074 ha torpaq sahəsinin X2 mülkiyyətində olmasına dair seriya MH, ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışı, həmçinin **********42-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu iddia ərizəsinə əlavə edilm işdir. Göstərilənlərlə yanaşı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2 və 149.2.3-cü maddələrində qeyd olunur ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Beləliklə yuxarıda qeyd edilən xüsusatları nəzərə alan kollegiya hesab edir ki, birinci instan siya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadı İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı cavabdehlər Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərə rin ödənilməsi tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli, qərardadı İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair hissədə ləğv edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2(078)-1734/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-18/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-18/2024
07.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver