Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-190/2024 18.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızının iştirakları ilə İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı 24 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) onun-İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mərhum X3 miras qalmış ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsi ndə yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyriyaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı 19 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsini ləğv edib və onu da qanun üzrə vərəsə kimi nəzərə alıb paylarının bərabər müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, mərhum anası X6 05 noyabr 2015-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Mərhum anasının 3 vərəsəsi olmuşdur. Həyat yoldaşı X5 17 dekabr 1990-cı il tarixdə vəfat etmişdir. xx xxxx 1987-ci il təvəllüdlü İddiaçı və xx xxxx 1989cu il təvəllüdlü Cavabdehdır. Bildirir ki, mərhum anası X1 və vəfatında sonra o mütəmadi olaraq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlibgetmiş və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməmiş, onun həmin fərdi yaşayış evinə gəlib-getməsini iddiaçı tərəfdən dəvət olunmuş və 1-ci instan siya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində təsdiq etmişdir. Qətnamədə İddiaçı tərəfindən evin kommunal ödənişləri və digər ödənişləri ödədiyi qeyd olunsa da təbii ki, orada yaşadığından kommunal xərcləri həmin evdə yaşayan bir nəfər ödəməlidir. O, ailə qurub Ordubad rayonu, Düylün kəndində yaşadığından və ailəsinin bütün qayğılarını çəkdiyindən onun tez-tez həmin miras qalmış fərdi yaşayış evinə gedibgəlməyi imkan xaricində olub. Bütün bu hallarla bağlı o, 1-ci instansiya məhkəməsində ifadə versə də məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş və mirasın yalnız bacısı İddiaçı tərəfindən yanlış olaraq qəbul edilməsi faktı nəticəsinə gəlmişdir. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə o, cavabdeh qismində mərhu m anası X4 qanun üzrə vərəsəsi qismində cəlb edilmiş və məhkəmə tərəfindən o, qanun üzrə vərəsə sayılmağına baxmayaraq iddiaçı tərəfin əsassız olaraq mirasın bütünlüklə qəbul etdiyi qənaətinə gəlmişdir. O, mərhum anası X4 1-ci növbəli vərəsəli olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi üzrə o, qanun üzrə vərəsə olaraq miras əmlakdan mərhum olmuşdur. Ordubad Rayon Məhkəməsi 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam pay müəyyən etməklə məhkəmə araşdırılmasında irəli gələn həqiqəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxıb nəticəyə gələrkən məhkəmə öz qətnam əsində iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1159-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı İddiaçı vəkili Vəkil tərəfindən 23 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə etiraz daxil olmuşdur. Etirazda Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)197/2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvə də saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)197/2024 nömrəli qətnaməsini ləğv edib və onu da qanun üzrə vərəsə kimi nəzərə alıb paylarının bərabər müəyyən olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edildiyi kimi “...Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillə rindən asılı olmayaraq yoxlayır.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 aprel 2004-cü il tarixli “M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında təsbit edildiyi kimi, “Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, “... Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasə n, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllədə daşınmaz əşyalarla bağlı iddiaların ərazi aidiyyəti üçün müstəsna qayda müəyyən edildiyindən, həmin iddialar daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilməlidir. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyekt iv elementləri ehtiva edir....Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Ç erniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə i lə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxu d başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyy ət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.”. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yəni, tərkibi tək və vahid, ünvan 1 ünvanında 0,0403 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 2 otaqlı, 50.42 kv.m yaşayış, 25.14 kv.m qeyri-yaşayış, 79.08 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlakdan (fərdi yaşayış evindən) ibarət olan mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakdakı payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qaldırılmış iddia həmin daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması xarakterini daşıyır və bu hal da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasının təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayar aq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Eyni zamanda 387.3-cü maddəsinə əsasən isə müvafiq hal, yəni işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, Apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Apellyasiya şikayətində və apellyasiya şikayətinə etirazda göstərilmiş dəlillərə münasibətdə qeyd edilməlidir ki, mülki iş ə birinci instansiya məhkəməsində ərazi aidiyyatı qaydalarının pozulması ilə baxıldığından həmin dəlillərin apellyasiya qaydasında müzakirə olunaraq qiymətləndirilməsi zərurəti mövcud deyil. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, lakin işə birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydaları pozulmaqla baxıldığından Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 33, 39, 263-264, 266, 382, 384.0.4, 402.2.5, 404.1.1, 405.0.2 və 406.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(080)-197/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Hüseynova (İsmayılova) Gültəkin Vəli qızına qarşı “mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbi”nə dair mülki iş ərazi adiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıv an Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, işdə iştirak edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-190/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-190/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver