Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-193/2021 13.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(089)-159/2021 nömrəli mülki iş üzrə cavabdehiddiaçı Cavabdeh Culfa Rayon Məhkəməsinin hakimi X3 qarşı etirazına açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək 09 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X4 miras qalmış, Culfa rayonunun Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin miras olaraq yalnız onun tərəfindən qəbul olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili X5 29 iyul 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X4 qalmış mirasın Cavabdeh tərəfindən qəbul edilməsi və X4 qalmış miras əmlaka dair Cavabdeh vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(089)-159/2021 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin veril məsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Cavabdeh-iddiaçı Cavabdeh 24 sentyabr 2021-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa Rayon Məhkəməsinin icraatında olan 2(089)-159/2021 nömrəli mülki işin baxılması üçün başqa hakimə verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, “iddiaçının nümayəndəsi Nümayəndə Culfa rayon Məhkəməsinin hakimi Mehrab Məmmədovla tanışlıq münasibətlərinin olması ona məlumdur. İddiaçı məhkəmə iclasında iştirak etsə də, nümayəndə qismində təmsil olunmasını hakim Mehrab Məmmədovla yaxın tanışlıq münasibətləri olan Nümayəndə etibar etmişdir. Həmçinin Nümayəndə hazırki iddia t ələbinin təmin edilməsində şəxsi marağının da olması aşkardır. X8 mülki işi bir neçə dəfə təxirə salaraq öz icraatında saxlamaq məqsədi vardır. Qeyd olunanları hakimin işin nəticəsində maraqlı olması, eləcə də hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran əsas hesab edir.” Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsassızdır və təmin edilməməlidir. Belə ki, etirazın dəlillərini nəzərdən keçirən kollegiya qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh 24 sentyabr 2021-ci il tarixli etiraz ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə Culfa Rayon Məhkəməsinin hakimi Mehrab Məmmədovla tanışlıq münasibətlərinin olmasının ona məlum olduğunu, İddiaçı məhkəmə iclasında iştirak etsə də, nümayəndəsi qismində təmsil olunmasını hakim Mehrab Məmmədovla yaxın tanışlıq münasibətləri olan Nümayəndə etibar etdiyini, həmçinin Nümayəndə hazırki iddia tələbinin təmin edilməsində şəxsi marağının da olmasının aşkar olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 05 oktyabr 2021-ci il tarixdə etiraza baxılması ilə əlaqədar keçirilmiş məhkəmə baxışı iclasında işə baxan hakim X1 ona edilmiş etirazla bağlı verdiyi izahatından da məlum olduğu kimi iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə 2002-ci ildən tanısa da, onunla dostluq və yaxın münasibəti yoxdur. Kollegiya qeyd edir ki, məhkəmə iclasında sədrlik edən hakimin işdə iştirak edən şəxs ləri tanıması onun işə hərtərəfli, obyektiv və qərəzsiz baxmasına şübhə yarada bilməz. Kollegiya cavabdeh-iddiaçı Cavabdeh etiraz ərizəsində qeyd etdiyi X8 mülki işi bir neçə dəfə təxirə salaraq öz icraatında saxlamaq məqsədi olması dəlili ilə bağlı qeyd edir ki, mülki iş materiallarına əsasən 29 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası iddiaçı-cavabdeh İddiaçı yazılı ərizəsinə əsasən işə baxan hakim 02 avqust 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək əmək məzuniyyətində olacağından 14 sentyabr 2021-ci il tarixə təxirə salınmış, 14 sentyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına dəvət olunan şəxslər iştirak etmədiyindən məhkəmə baxışı iclası 24 sentyabr 2021-ci il tarixə təxirə salınmış, həmin tarixdə, yəni 24 sentyabr 2021-ci il tarixdə keçiri lmiş məhkəmə baxışı iclası isə iddiaçı-cavabdeh, onun vəkili və nümayəndəsi iştirak etmədiyindən, eyni zamanda iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil 22 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əvvəlcədən təyin olunmuş məhkəmə proseslərində iştirak edəcəyinin nəzərə alınaraq məhkəmə baxışı iclasının başqa vaxta keçirilməsini xahiş etdiyindən təxirə salınaraq 05 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, məhkəmə iclasında sədrlik edən hakim tərəfindən iş qanuni əsaslarla təxirə salındığından etiraz ərizəsində qeyd edilmiş müvafiq dəlil etirazın təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yaz ılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli hazırlıq iclas protokolunda cavabdehiddiaçı Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilən müvafiq halla bağlı hər hansı bir qeyd göstərilməmiş, eyni zamanda 29 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclasının protokoluna əsasən iclasda sədrlik edən tərəfindən müvafiq qanunvericiliyin tələbinə əsasən işdə iştirak edən şəxslərə, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh hakimə etirazın əsasları izah edilmiş və cavabdeh-iddiaçı Cavabdeh hakimə etirazı olmamışdır. Kollegiya h əmçinin qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli etiraz ərizəsinə hakimə sonradan etiraz etməyə səbəb olan əsasların ona işə baxılmağa başlanandan sonra məlum olması barədə hər hansı bir sübut da əlavə edilməmiş və işə baxan hakimin obyektivliyini şübhə altına alan əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2 və 19.2.3-cü maddələrinə əsasən hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa və ya onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, o, işə baxılmasında iştirak edə bilməz və ona etiraz еdilə bilər. Qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, etiraz ərizəsində göstərilən dəlillər öz təsdiqini tapmadığından müvafiq etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsində nəzərdə tutulan halın tətbiqi üçün əsas deyildir. Bu səbəbdən iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(089)-159/2021 nömrəli mülki iş üzrə cavabdeh-iddiaçı Cavabdeh sədrlik edən Culfa Rayon Məhkəməsinin hakimi X3 etdiyi etiraz təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 22-ci maddələrini rəhbər tutaraq koll egiya q ə r a r v e r d i: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(089)-159/2021 nömrəli mülki iş üzrə cavabdehiddiaçı Cavabdeh Culfa Rayon Məhkəməsinin hakimi X3 etdiyi etiraz təmin edilməsin. İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı mirasın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(089)-159/2021 nömrəli mülki iş eyni hakimin sədrliyi ilə baxılma sı üçün Culfa Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-193/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-193/2021
13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver