Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-194/2021 25.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı avtomaşının istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Naxçıvan şəhəri, Əcəmi Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətindən Kamaz 55-11 nömrəli avtomaşının sa hiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Naxçıvan Şəhər Məhkəməsinin (G.X.Səfərəliyeva) 13 sentyabr 2021-ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 01 oktyabr 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxıl ması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin qaytarılmasını onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)07/2021 nömrəli qətnaməsi ilə iddiaçının həmin avtomaşının mülkiyyətinə verilməsi tələbi rədd edilmişir. O, mövcud iddia üzrə mübahisələndirdiyi avtomaşının mülkiyyətinə deyil sahiblik və istifadəsinə qaytarılmasını tələb etmiş, həmin avtomaşının uzun illər ərzində mülkiyyətində olmasını əsas kimi qeyd etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi qərarla avtomaşını təşkilatın balansına qaytarmışdır. İşə apellyasiya qaydasında baxılması zamanı İddiaçı şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Şəhər Məhkəməsinin 13 sentya br 2021-ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən (01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan redaksiya) apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasl ardandır; 387.1-ci maddəsinə əsasən (01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan redaksiya) prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh təşkilat Naxçıvan "xxxx" Açıq Tipli Səhmdar Cəmiyyətindən iddiaçının fakitiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən ona münasibətdə qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.2-ci maddələrinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imti na etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, iddiaçının-Kamaz 5511 nömrəli avtomaşın barədə, daha dəqiq həmin avtomaşının onun mülkiyyətinə verilməsi barədə hazırki iddia ərizəsində göstərilmiş cavabdehə qarşı tələbinə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən baxılmış və həmin tələbin rədd edilməsinə dair qəbul edilmiş qətnamə qanun i qüvvəsini almışdır. Bu o deməkdir ki, həmin avtomaşının iddiaçının sahibliyinə və istifadəsinə də verilməsi barədə tələbi (mülkiyyət hüququnun tərkib elementləri kimi) rədd edilmişdir. İddiaçı isə hazırki iddia ərizəsində eyni predmet, həmin avtomaşının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə doğru olaraq iddianı yolverilməz hesab edərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Belə ki, mülkiyyət əmlaka sahiblik, əmlakdan istifadə və əmlak barəsində sərəncam vermək hüququnu özündə ehtiva edən anlayışdır. İddiaçı Kamaz 5511 nömrəli avtomaşının onun mülkiyyətinə verilməsi barədə iddiasının əsaslarından biri kimi nəqliyyat vasitəsini uzun müddət istifadə etməsini qeyd etmiş, məhkəmə tərəfindən həmi n əsas üzrə iddiaya münasibət bildirilərək iş üzrə qətnamə qəbul etmiş, həmin qətnamə isə qanuni qüvvəsini almışdır. Yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda iddia yolverilməzdir. Kollegiya göstərilənləri nəzərə alaraq belə hesab edir ki, şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qə bul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402ci maddələrini rəhbər tutaraq kollegiya qərаr verdi: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(078)-1069/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-194/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-194/2021
25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver