Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-196/2021 02.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər C avabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 93.5 m2 olan fərdi yaşayış evinin ümumilikdə 50000 (əlli min) manat qiymətləndirilməklə açıq hərracda satılması və iddiaçıya düşən 12500 (on iki min beş yüz) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.0488 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 93.5 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölüşdürülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(078)-933/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi ona atası X1 miras qalmışdır. Özü, bacı və qardaşları notariusa ərizə verməklə mirası qəbul etmiş, həmçinin bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında miras əmlakı paylı mülkiyyətçi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Bundan sonra hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia qaldırmış, həmin iddia rədd edilmişdir. Sonra kompensasiya ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia da rədd edilmişdir. Sonrakı iddia tələbinə, yəni indiki iddia tələbinə baxılması nəticəsində isə iddia qismən təmin edilmiş, yuxarıda qeyd edilən fərdi yaşayış evinin açıq hərracdan satılması qət edilmişdir. Qeyd edilən miras əmlakın satılmasının qəti əleyhinədir. İddiaçı atasının ikinci nikahından olan həyat yoldaşıdır. Onların həmin nikahdan övladları da olmamışdır. Atası öldüyü günədək ona baxmış və ona qulluq etmişdi r. Ata evinin satılmasını istəmir. İki övladının olduğunu və iki övladıyla həmin evdə yaşayır. Həyat yoldaşının 2012-ci ildə dünyasını dəyişdiyini, övladlarını tək böyütdüyünü miras əmlakda özünün, qardaşı və bacısının pay haqqının çox olduğunu, mənəvi olaraq bu miras əmlaka mənəvi baxımdan haqqının daha çox olduğunu bildirir və məhkəmədən xahiş edərək fərdi yaşayış evinin açıq hərracdan satılmasını istəmir. Cavabdeh şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 9.3, 76.1, 357.1, 372.1, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarına, “İnsan Hüquqları və X2 Haqqında” Konvensiyanın 13 və 14-cü maddələrinə istinad etmiş və sonda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(078)-933/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh1 kollegiyaya ünvanladığı teleqramda məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş tirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə keçirilmiş məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil аpеllyаsiyа şikаyətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(078)-933/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, q anunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikay ətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Kollegiya Naxçıvan Şəhər Məhkəməsin in 27 avqust 2021-ci il tarixli, 2(078)-933/2021 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb apellyasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, qeyd edilən dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrinin, MH seriyalı, ******* nömrəli çıxarışdan məlum olduğu kimi, daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 1/4 hissəsi iddiaçının, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 və 1/4 hissəsi Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsəd əuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İş materiallarında iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(078)-80/2021 nömrəli və 19 may 2021-ci il tarixli 2(078)-479/2021 nömrəli qətnamələrinin sürətindən aydın olur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunan ardıcıllıq düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nə zərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Həmin Qərara əsasən qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bunun la bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə və 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Pespublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya i lə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə da ir razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Kollegiya qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdir ərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunan bütün tələblər yerinə yetirildiyindən iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya cavabdehin yuxarıda göstərdiyi dəlillərini işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Həmçinin kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan süb utların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnamə sindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(078)-933/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-196/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-196/2021
02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver