Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-20/2021 20.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı və cavabdeh tərəfdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Culfa Rayon Dövlət Notariat ofisinə qarşı ərizənin ləğvi tələbinə dair Culfa Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(089)-92/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum atası “X3 miras qalmış əm lakdan imtina etməsinə və gələcəkdə mirasin qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı heç bir mülki iddia və tələbinin olmayacağına” dair Culfa Rayon Dövlət Notariat Ofisinə təqdim etdiyi 08 yanvar 2020-ci il tarixli ərizənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(089)-92/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən M.F.Məmmədov) İddiaçı mərhum X3 miras qalmış, vərəsəlik yolu ilə ona çatan payı qəbul etməməsi, qəbul etmək niyyətində olmaması, miras əmlakdan ona çatan paydan imtina etməsi, gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı mülki iddia və tələbinin olmayacağı barədə 08 yanvar 2020-ci il tarixli ərizəsinin ləğv olunması barədə iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və vəkili Nümayəndə 10 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verərək Culfa Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(089)92/2020 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İşə apelyasiya qaydasında baxılması zamanı iddiaçı Novruzov X4 Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək iddiasından imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1 və 191.1-ci madd ələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddi adan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya iş üzrə icraata xitam verilməsi barədə İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə İddiaçı iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5 və 191.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı iddiadan imtinası əsaslı olduğundan qəbul edilməli, Azərbaycan Respublikası MPM-in 391-ci maddəsinə əsasən Culfa Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(089)-92/2020 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.4-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261.0.4, 370, 391, 400, 402, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Culfa Rayon Dövlət Notariat ofisinə qarşı ərizənin ləğvi tələbinə dair iddiası üzrə İddiaçı iddiadan imtinası əsaslı olduğundan qəbul edilsin. Culfa Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(089)-92/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Culfa filialına 10.02.2020-ci il tarixdə, TT**********01910 nömrəli qəbzlə ******************** nömrəli hesaba ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-20/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-20/2021
20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver